Məhkəmə qərarları › İş №2-1(102)-1706/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1706/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1706/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə (üçüncü şəxslər 12 saylı X5 və X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (əlavə hesablanmış vergilərin ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə (üçüncü şəxslər 12 saylı X5 və X1 iştirakı ilə) qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-n ın xx xxxx 2020ci il tarixli 2-1(103)-1153/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə (üçüncü şəxslər 12 saylı X5 və X1 iştirakı ilə) qarşı vergi orqanı tərəfindən qanunsuz olaraq ləğv edilmiş Aztexnikanın 2018-ci ilin dekabr ayında verdiyi elektron vergi hesab fakturasının bərpa edilməsi və əvəzləşmə məbləğinin qəbul edilərək əlavə hesablanmış vergilərin ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsin in xx.xx.2016-cı il tarixli, 2-1(81)-57/2016 nömrəli (sədrlik edən hakim Müseyib Bayramov) qərarı ilə iddianın təmin edilməsi, kameral vergi yoxlamasının hesabladığı 16.200 manat xx.xx.2012-ci il tarixli **********290700 saylı və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2010-cu il tarixli **********256844 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən 2008-ci il üçün 1896,41 manat qalıq vergi və 948,21 manat maliyyə sanksiyası hesablanaraq ümumilikdə 24,966,27 manat vergi borcunun silinməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsiniməhkəmə koll egiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2017-ci il tarixli, 2-1(103)-1203/17 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti onun hüquqi varisi olan AzərbaycanRespublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz olunmaqla apelyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-1203/17 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə Azərbaycan Respub likası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi,birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)48/18 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanı nda Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi,apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-1418/18 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Məmməd Məmmədov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsi, işin mümkünlük şərtlərinin yoxlanılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinəgöndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-82/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə idd ianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardadın qəbul edilməsini, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1153/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayəv və Elşən Kazımov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsa slandırılmışdır ki,xx xxx 2010-cu il tarixli **********211182 nömrəli X3 nəticəsində qəbul edilmiş inzibati akt «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun bir aktdır və real olaraq hüquqi nəticə yaratmışdir. Qanunun sözügedən maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Faktiki olaraq göstərilən aktın nəticəsində 1896,41 manat vergi və verginin ödənməməsindən dolayı düz onun yarısı qədər, yəni, 948,22 manat cərimə borcu hesablanmışdır. Daha sonra məhkəmə inzibati aktın Azə rbaycan Respublikası «İnzibati icraat haqqında» Qanununun 59.1-ci maddəsində göstərilmiş tərtibi formasını vurğulayaraq qeyd edilən aktın həmin formaya uyğun gəlib-gəlmədiyini şübhə altına atır. Burada da aktın formasının və tərtibinin məsuliyyətinin inzibati orqanın üzərində olmasını qeyd etməliyik. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mübahisələndirmə iddiasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxx 2012-ci il tarixli «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və y a yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. Sözügedən Qərarın növbəti abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti inzibati orqandır. İddianın ikinci hissəsinə gəldikdə isə bildirilməlidir ki, iddiaçı olaraq Mustafa Yaman «X3 keçirilməsi ilə əlaqədar xx xxx 2010-cu il tarixli **********211182 aktın (inzibati aktın) və onun hüquqi nəticələrinin ləğv edilməsi və cavabdeh tərəfindən hesablanmış 24966,27 manat vergi borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə xx xxxxxxx 2014-cü il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İş materiallarında da göstərildiyi və məhkəmə qərardadında da qeyd edildiyi kimi iddiaçı iddia ərizəsinə «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarı da əlavə etmiş və həmin qərarı da mübahisələndirmişdir. Məhkəmə qərarın mübahisələndirilməyi üçün 30 gün müddət nəzərdə tutulduğunu qeyd etsə də, Azərbaycan Respublikası Vergilər Məcəlləsini n 70.2-ci maddəsinin imperativ qaydada göstərişlərini nəzərə almamışdır. Maddəyə əsasən Sənədlərin vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Müvafiq olaraq iddiaçı məhkəməyə müraciət etdiyi tarixdə müddət ötürülməmiş kimi qəbul edilməlidir. İddianın üçüncü hissəsinə, yəni vergilərin hesablanması barədə xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərarın ləğv edilməsinə gəldikdə isə qısa olaraq bir daha qeyd etməliyik ki, qanunun tələblərinə əsasən şikayət müddəti kimi nəzərdə tutulmuş 30 gün müddət ver gi ödəyicisinə qeyd edilən qərar rəsmi olaraq verildiyi andan hesablanmalıdır. Elektron poçt ünvanına hər hansı sənədin göndərilməsi onun vergi ödəyicisinə rəsmi olaraq çatdırılması kimi sayıla bilməz. Diqqətə alınmalıdır ki, qanun sənədi sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə rəsmi verilmə kimi qəbul edir. Göründüyü kimi apelyasiya instansiyası prosessual normaya istinad edir, lakin onu yanlış və düzgün olmayan şəkildə təfsir edir. Faktiki olaraq məhkəmə bununla iddianın əsaslılığını ortaya qoyur və prosessual normanı pozur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1153/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərarın qəb ul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxx 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-cu il tarixli, 2-1(103)-1153/2020 nömrəli qərardadla iddiaçı X4 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 21(112)- 82/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 62.2, 64.1, 73.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 35.1, 38.1-ci maddələrinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən belə hesab etmişdir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Apelyasiya instansiyası məhkəməsinin sözügedən xx xxxx 2020-ci il tarixli qərardadından göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlməsinin yeganə səbəbi, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə r iayət etməməsidir. Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesa b edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinad etməklə iddiaçı tərəfindən iddia müddətinin apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə ötürülməsini hər hansı bir faktla və ya sübutla əsaslandırmamış, sadəcə olaraq xx xxxx 2020-ci il tarixli qərardadında «İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərar xx xxxxxx 2014cü il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmişdir», yazmaqla kifayətlənmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılm alıdır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması məsələsi ümumiyyətlə «İnzibati icraat haqqında» Qanunun müddəaları ilə tənzimlənə bilməz, belə ki, sözügedən məsələnin həlli Vergi Məcəlləsi ilə müəyyən edilir (Vergi Məcəlləsinin 49-cu maddəsi). Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsini tətbiq etməklə hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir ki, bu da təəccüb doğurur. Belə ki, həmin maddi hüquq norma Vergi Məcəlləsinə xx xxxxxx 2018-ci il tarixli qanunla əlavə edilmiş, qanun isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir ki, məlum olduğu kimi isə tərəflər arasında sözügedən mübahisə xx xxxxxx 2019-cu il tarixə qədər yaranmış və adıçəkilən maddi hüquq normasının tətbiq edilməsi yolverilməzdir və qanunsuzdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (o nun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan qərarların iddiaçıya Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiaçı üzrə iddia müddətini ötürməmiş, bu səbəbdən də onun iddiası mümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmalı, iş mahi yyəti üzrə təkrar baxılması üçün aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1153/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılsın. İş mahiyyəti üzrə təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar