Məhkəmə qərarları › İş №2-1(102)-1706/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1706/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1706/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1941-ci il; FİN: 1GQSHOL) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(103)-585/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2011-ci ildən yaşa görə əmək pensiyası alır.

2. İddiaçının əmək kitabçalarının surətinə əsasən, o: -xx.xx.1960-cı il tarixdən xx.xx.1961-ci il tarixədək 3 saylı tikinti sahəsində 4-cü dərəcəli suvaqçı vəzifəsində işləmiş; -xx.xx.1965-ci il tarixdən xx.xx.1965-ci il tarixədək nəqliyyat təsərrüfatında 3-cü dərəcəli sürücü və çilingər vəzifəsində işləmiş; -xx.xx.1965-ci il tarixdən xx.xx.1965-ci il tarixədək 8 saylı Kuybışev avtobazasında sürücü vəzifəsində işləmiş; -xx.xx.1967-ci il tarixdən xx.xx.1967-ci i l tarixədək Kitayskaya LPB-də fəhlə vəzifəsində işləmiş; -xx.xx.1967-ci il tarixdə 3-cü dərəcəli bənna vəzifəsinə qəbul olunmuş, xx.xx.1968-ci il tarixdə 4-cü dərəcəli briqadir-suvaqçı vəzifəsinə keçirilmiş və xx.xx.1970-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş; -xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək UPTK 3-cü dərəcəli teplovoz maşinisti vəzifəsində; xx.xx.1970-ci il tarixdə “Omskneftroprovostroy” trestinin 2 saylı Tİ-nə 4-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuş və xx.xx.1976-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; -xx.xx.1976-cı il tarixdə Omsk sərnişin avtonəqliyyat müəssisəsinə çilingər vəzifəsinə qəbul olunmuş, xx.xx.1976-cı il tarixdə xarrat vəzifəsinə keçirilmiş, xx.xx.1976-cı il tarixdə sürücü ixtisası verilmiş, xx.xx.1976-cı il tarixdə motorçu vəzi fəsinə keçirilmiş və xx.xx.1977-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş; -xx.xx.1977-ci il tarixdə “Omsktselinstroy” PMK 824-ə suvaqçı-rəngsaz vəzifəsinə qəbul olunmuş və xx.xx.1977-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; -xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “OOSK” trestinin tikinti materialları kombinatında xarrat vəzifəsində işləmiş; xx.xx.1978-ci il tarixdən PMK 824-də suvaqçırəngsaz vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci il tarixdə usta vəzifəsinə keçirilmiş və xx.xx.1979-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş; -xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək “Omskneftprovostroy” trestinin texnoloji məhsulun istehsal idarəsində dispetçer şöbəsinin rəisi vəzifəsində işləmiş; -xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 2 saylı TTİ-n də təchizat üzrə mühəndis vəzifəsində işləmiş; -xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 4 saylı trestin SMS-4-də suvaqçırəngsaz vəzifəsində işləmiş; -xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək prorab vəzifəsində işləmiş; -xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Omsk rayonu KM UPRS 4-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində; -xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Surquttrestqaz” trestində 4 saylı tikinti-montaj idarəsində baş rəngsaz vəzifəsində işləmiş; -xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək montajçı vəzifəsində işləmiş; -xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Omsk rayonu UNRSR TTİ-dı xarrat-betonçu vəzifəsində işləmiş; -xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək tikinti briqadasına 6-cı dərəcəli ba ş rəngsaz vəzifəsində işləmiş; -xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək suvaqçı-rəngsaz vəzifəsində işləmiş; -xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək suvaqçı-rəngsaz vəzifəsində işləmiş; -xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Flamingo” firmasının direktoru vəzifəsində işləmiş; -xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Subnefqazpererabotka” İB təmirtikinti trestinin Surqut TTİ-də rəngsaz vəzifəsində işləmiş; -xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Novator” kooperativinin üzvü olmuş; -xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək “Bakımetropoliteni”ndə usta vəzifəsində işləmişdir. 3. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 40N-10/3-892 saylı arayışına əsasən, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarix ədək "xxxx"nin Tunel qurğuları xidmətində tuneldə yalnız gecə işində xüsusi zərərli əmək şəraitində tunel ustası, böyük tunel ustası vəzifəsində çalışmışdır. İddiaçının xüsusi zərərli əmək şəraitində çalışdığı vəzifələr üzrə əmək stajı 14 il 05 gün (on dörd il beş gün) təşkil edir (xx.xx.2021-ci il tarixinə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə t edərək, hüququ yarandığı tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əlavələrin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1996-cı ilədək Rusiya Federasiyasında işləmiş, xx.xx.1996-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək isə "xxxx"ndə yalnız gecə işində tunel ustası işləmiş və 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajını toplamışdır. Güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etsə də, müsbət nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş edilmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışda güzəştli iş stajı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına istinad edilməmiş, işlədiyi vəzifələrin hansı bölmə, hansı fəsil və hansı koda uyğun gəlməsi qeyd edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-1480/2021 nömrəli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəşt li iş stajı 12 il 06 aydan az təşkil edir. Belə ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tuneldə yalnız gecə işində xüsusi zərərli əmək şəraitində tunel ustası, böyük tunel ustası vəzifəsində çalışmışdır ki, həmin vəzifələr güzəştli pensiya hüququ verən vəzifələrə aid edilməklə yanaşı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində, o cümlədən güzəştli arayışda öz əksini tapmışdır. Əhatə olunan bu dövr ümumilikdə xx.xx.2006-cı il tarixədək 09 il 02 ay 01 gün təşkil ed ir. İddiaçının 1992-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifəyə aid olması təsdiq olunmur. Belə ki, həmin vəzifələrin pensiya hüququ verən vəzifələrə aid olması üçün onlar nəzərdə tutulmuş siyahıda göstərilməli və ya müvafiq güzəştli arayış ilə təsdiq olunmalıdır. Lakin iddiaçının Rusiya Federasiyasında işlədiyi müddətin güzəştli olmasına dair güzəştli arayış olmamış, həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda hansı bölmə, hansı fəsil və hansı koda uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır.

9. İddiaçı apellyasiya şik ayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı 20 may 2022-ci il tarixdə iddia tələbinə dair dəqiqləşmə verərək 1 avqust 2009-cu il tarixindən, zərərli iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılaraq, müraciət etdiyi əvvəlki 3 il üçün əmək haqqına uyğun olaraq pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(103)-585/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəm əsinin qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya 1 avqust 2009-cu il tarixindən, zərərli iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılaraq, müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün əmək haqqına uyğun olaraq pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 26cı maddəsinin 2008-ci ilin yanvar ayının 1-dən 2010-cu ilədək qüvvədə olan redaksiyasına istinadən hesab etmişdir ki, 2006-cı ilədək əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə 2008-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiyası müvafiq orta aylıq əmək haqqına məhdudiyyət qoyulmadan, tam məbləği əsas götürülməklə yenidən hesablanmalıdır ki, iddiaçıya münasibətdə qanun bu tələbi yerinə yetirilməmişdir. İş materiallarında olan iddiaçının güzəştli pensiya hüququnun yarandığı 2009-cu ildə və bundan əvvəlki illərdə "xxxx"ndə işlədiyi dövrün əmək haqqı cədvəllərinə əsasən müəyyən olunur ki, ona 2006-cı ildə 2.606,31 AZN, 2007-ci ildə 5.291,59 AZN, 2008-ci ildə 7.499,43 AZN, 2009-cu ildə 9.258,91 AZN və s. məbləğlərdə əmək haqqı hesablanmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, Qanunun qeyd olunan 26-cı maddəsinin tələbləri qaydasında iddiaçının qeyd olunan əmək haqqı cədvəlləri üzrə aldığı əmək haqqı nəzərə alınmaqla, xx.xx.2009-cu il tarixindən güzəştli şərtlər daxilində onun əmək pensiyasının yenidən hesablanaraq ödənilməli olduğu halda, cavabdeh əsassız olaraq qanunla üzərinə düşən öhdəliyini icra etməmişdir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası he sab edir ki, iddiaçı öhdəliyin icrası haqqında (İPM-in 34.1 maddəsi) iddia vasitəsilə xx.xx.2009cu il tarixindən ona güzəştli şərtlər daxilində pensiya təyin edilməklə pensiyasının yenidən hesablanaraq müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsini tələb etməkdə haqlıdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışda güzəştli iş stajı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmi ş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”na istinad edilməmiş, iddiaçının işlədiyi vəzifələrin hansı bölmə, hansı fəsil və hansı koda uyğun gəlməsi qeyd edilməmişdir. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və tə şkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 17. “Əmək pensiyaları haqqında” Qanun (2008-ci i lin yanvar ayının 1-dən 2010-cu ilədək qüvvədə olan redaksiyası): Maddə

26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu qanunun qüvvəyə min diyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır...” Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir...”

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 21.Nəqliyyat bölməsi 21.5. “Metropolitenlər” - yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul ol an fəhlələr

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasi ya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübut ları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı qərarın 16-ci bəndində istinad olunan normaya görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi təl əb olunur: 57 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş xüsusilə zərərli və ağır olan işlərdə toplanması.

28. Qeyd edilənlərlə bağlı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından iddiaçının 25 ildən artıq ümumi stajının mövcudluğu görünür və bu işin mübahisələndiriləmyən halıdır. Həmçinin iş üzrə materiallarla iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixinədək “Bakımetropoliteni”nin Tunel qurğuları Xidmətində tuneldə yalnız gecə və xüsusi zərərli əmək şəraitində tunel ustası, böyük tunel ustası vəzifəsində çalışdığı və onun güzəştli şərtlərlə pensiya hüququ verən həmin işlərdə xx.xx.2009-cu il tarixinəd ək 12 il 9 ay xüsusi stajının olduğu təsdiq olunur.

29. İddiaçı da məhz həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməklə pensiyasının yenidən hesablanmasını tələb edir. Bu baxımdan xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməklə pensiyasının yenidən hesablanmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

30. Cavabdehin kassasiya şikayətinin iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışda güzəştli iş stajı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”na istinad edilməməsi, iddiaçının işlədiyi vəzifələrin hansı bölməyə və hansı koda uyğun gəlməsinin qeyd olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatların nəzərdə tutulduğu müvafiq arayış iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin imtina məktubunda və kassasiya şikayətində istinad etdiyi həmin məlumatların iş yerindən arayışda nəzərdə tutulmaması cavabdehi iddiaçının işlədiyi peşənin müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğunu müəyyən etmək, eləcə bunu müəyyən etmək üçün lazımi tədbirləri görmək (aidiyyəti quruma sorğu göndərmək) vəzifəsindən azad etmir və şəxsə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas sayıla bilməz.

31. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə y alnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(103)-585/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar