Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1706/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Bakı şəhəri 32 saylı Birləşmiş şəhər xəstəxanası) “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-535/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilkin olaraq xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 il müddətinə sol böyrəyin anadangəlmə inkişaf qüsuru, böyrəyin büzüşməsi, böyrəyin ifraz funkpozulması ilə xroniki pielonefrit.XBÇ İİ xroniki sidik ifrazının pozulması diaqnozu ilə ikinci dərəcə əlillik təyin olunmuş, sonradan əlillik dərəcəsinin müddəti eyni diaqnozla 2016-cı ilədək hər dəfə bir il müddətinə, xx.xx.2016-cı ildən isə 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) uzadılmışdır.
2. Bakı şəhər 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli 2788003Aab6W saylı For ma-088 “Göndərişin”də (sonuncu imtina olunan) iddiaçının xəstəliyi aşağıdakı kimi qeyd olunmuşdur ki, “X1: Anadangəlmə anomaliyalar (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqları=>Q60-Q64-sidik sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları) Q60-Böyrəyin agen...Diaqnozun mətni: Əsas diaqnoz: Q60 Böyrəyin birtərəfli hipoplaziyası, Sol tərəfli anadangəlmə inkişaf qüsuru, soltərəfli çanaq distopiyası böyrək ifrazat funksiyasının pozulması; Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ Ağırlaşma N11.8 Digər xroniki tubuloniterstisal nefritlər, sağ tərəfli xroniki pielonefrit, tez-tez residivləşmələrlə”
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq ol unmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti Bakı şəhər 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının 2788003AAB6W nömrəli göndərişi əsasında xx.xx.2021- ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: xəstə hərbi səfərbərlik üzrə mühəndis işləyir, əmək müqaviləsi var, əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib dəqiqləşdirilsin. Göndərişdə əsas diaqnozun ağırlaşması sağ böyrəkdə xroniki böyrək çatışmazlığı hansı dərəcədə olması qeyd olunmayıb) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, müalicə aldıqdan sonra ona dair yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən iddiaçıya 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xidmət dövründə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “HərbiHəkim Ekspertizası haqqında Əsasnamə”nin tələbinə uyğun olaraq səbəbi “Anadangəlmə inkişaf qüsuru Böyrəyin ifrazat funksiyalarının mülayim dərəcədə pozulması ilə sol böyrəyin çanaq distopiyası” diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmişdir (Əsas: MN Mərkəzi Hərbi Həkim Komissiyasını n Cərrahiyyə profilli hospital hərbi həkim komissiyasının 12 fevral 2007-ci il tarixli 349 nömrəli xəstəlik haqqında şəhadətnamə). Tibbi şəhadətləndirmə, xəstəliyinin səbəb əlaqəsi və hərbi xidmətə yararsızlığı: Buna müvafiq olaraq “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsi altında şəhadətləndirilmişdir, “Xəstəliklər cədvəli”nin 80b maddəsinin İİİ qrafasına və vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Yəni “xəstəlik (yaralanma, travma, xəsarət, kontuziya) hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə hərbi-həkim komissiyası xəstəliklərin səbəb əlaqəsi barədə qərar qəbul etmişdir. Qeyd edilən xəstəliyinə uyğun əlilliyin hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi, dərəcəsi isə İİ dərəcə kimi müəyyən edilmişdir. İlk əvvəl hərbi qulluqçular sırasından digər əlil kateqoriyasına aid edilərək ona pensiya ödənilmişdir. Əlilliyi cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində onda baş verdiyindən məhkəmə qərarı ilə müharibə əlilləri kateqoriyasına aid edilmişdir və qərar icra edilərək, 2020-ci il üzrə olan Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası icra etmiş və TQS 088 nömrəli göndərişində (2788003AABZH) onun əlillik səbəbini “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə müəyyən etmişdir. xx.xx.2021-ci il tarixli 2788003AAB6W nömrəli TSEK-ə 088 nömrəli göndərişlə də eyni hallar təsdiq edilmiş və yenidən əlillik səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi müəyyən edilmişdir. Belə liklə, əlillik səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Hazırda isə TSEK-in məsul şəxsləri həmin göndəriş əsasında müharibə əlili kateqoriyasına aid edilməyini və buna dair məlumatın DSMF-yə göndərilməsini təmin etmir və əldə edilən rəsmi cavablarla qanunsuz və əsassız olaraq əlilliyin müəyyən olunmasından imtina edilmişdir
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(112)-5584/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 22 aprel 2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətin i formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-535/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə qeyd olunan maddi sübutlar nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlilliyi bərpa etmişdin Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsaslan ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilli yi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxi l olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....
16. İddiaçıya əlilliyin təyin edilməsindən imtina olunduğu vaxtda qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 4 13 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)...
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 17. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1. 5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;...
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİ NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinin 1.5.3-cü yarımbəndinə görə, əlillik müddətinin bitməsindən so nra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır.
23. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmuş iş materialları, o cümlədən, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 12 fevral 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 349 №-li “Xəstəlik haqqında şəhadətnamə” ilə müəyyən olunur ki, iddiaçıda aşkar olunan xəstəliyi aşağıdakı kimi şəhadətləndirilmişdir: “Anadangəlmə inkişaf qüsuru. Böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə sol böyrəyin çanaq distopiyası” “Xəstəlikdir. Hərbi Xidmət dövründə alınmışdır.”
24. Cavabdehin 05 avqust 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş “Əlillik” altsistemindən xx.xx.2007-ci il tarixdə keçirilmiş müayinəyə dair çıxarışa əsasən, İddiaçı ilkin olaraq xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 il müddətinə sol böyrəyin anadangəlmə inkişaf qüsuru, böyrəyin büzüşməsi, böyrəyin ifraz funkpozulması ilə xroniki pielonefrit.XBÇ İİ xroniki sidik ifrazının pozulması diaqnozu ilə ikinci dərəcə əlillik təyin olunmuş, sonradan eyni diaqnozla xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilədək 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixə 1 il müddətinə və xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə əlillik dərəcəsinin müddəti uzadılmışdır. Sonuncu - Bakı şəhər 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli 2788003Aab6W saylı Forma-088 “Göndərişin”də (sonuncu imtina olunan) iddiaçının xəstəliyi aşağıdakı kimi qeyd olunmu şdur.: - “X1: Anadangəlmə anomaliyalar (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqları=>Q60-Q64-sidik sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları) Q60-Böyrəyin agen...Diaqnozun mətni: Əsas diaqnoz: Q60 Böyrəyin birtərəfli hipoplaziyası, Sol tərəfli anadangəlmə inkişaf qüsuru, soltərəfli çanaq distopiyası böyrək ifrazat funksiyasının pozulması; Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Ağırlaşma N11.8 Digər xroniki tubuloniterstisal nefritlər, sağ tərəfli xroniki pielonefrit, tez-tez residivləşmələrlə”
25. Həmin Göndəriş üzrə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina olunmuş, səbəbi kimi isə göstərilmişdir ki, ”Xəstə hərbi səfərbərlik üzrə mühəndis işləyir, əmək müqaviləsi var əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstəril məyib, dəqiqləşdirilsin; göndərişdə əsas diaqnozun ağırlaşması sağ böyrəkdə xroniki böyrək çatışmazlığı hansı dərəcədə olması qeyd edilməyib.”
26. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin qeyd olunan əsasla iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina etməsini əsaslı hesab etməmişdir. Belə ki, cavabdehin 19 iyun 2017-ci il tarixli, **********2 nömrəli məktubunda təsdiq edilir ki, 2007-ci ildə iddiaçıya ikinci dərəcə əlillik təyin edilmiş, sonrakı illərdə təkrar müayinələr zamanı həmin əlillik dərəcəsi saxlanılmış, 22 aprel 2016-cı il tarixdə isə ikinci dərəcə əlilliyi şəxsin iştirakı olmadan TSERAS tərəfindən 5 il müddətinə uzadılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xəstəliyinin sonuncu Göndərişdə təsbit olunan diaqnozu 20 07-2016-cı illərdə iddiaçıya əlillik dərəcəsi verilməsinə əsas olmuş diaqnozun göstəriciləri ilə tamamilə üst-üstə düşür (i.v.47-52). Yəni 2007-2016-ci illərdə təyin edilmiş nəticələr (diaqnozlar) bir-birini təkrarlamış, iddiaçının müvafiq müalicələr almasına baxmayaraq, onun səhhətində irəliləyiş olmamış, 2021-ci ildə əlilik müddəti bitdikdən sonra da anadangəlmə xroniki xəstəliyi davam etmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş və iddiaçının sonuncu dəfə xx.xx.2021-ci il tarixində əlilliyi qiymətləndirilərkən qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6-ci bəndində nəzərdə tutulurdu ki, ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasdır. Həmin Əsasnamənin 4.2-ci bəndi isə nəzərdə tutur ki, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir.
29. İddiaçıya ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunduğu işin materialları, o cümlədən, TSEK-in 2007-2010 və 2013-2015-ci illər üzrə müayinə arayışları, cavabdehin 19 iyun 2017-ci il tarixli, **********2 nömrəli məktubu (həmin məktubda təsdiq edilir ki, 2007-ci ildə iddiaçıya ikinci dərəcə əlillik təyin edilmiş, sonrakı illərd ə təkrar müayinələr zamanı həmin əlillik dərəcəsi saxlanılmış, 22 aprel 2016-cı il tarixdə isə ikinci dərəcə əlilliyi şəxsin iştirakı olmadan TSERAS tərəfindən 5 il müddətinə uzadılmışdır) və iddiaçıya 22 aprel 2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edildiyinə dair “Əlillik” Altsistemindən çıxarışla təsdiq olunur.
30. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
31. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyy ətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xəstəliyinə dair sonuncu göndərişdə təsbit olunan diaqnoz 2007-2016-cı illərdə iddiaçıya əlillik dərəcəsi təyin edilməsinə əsas olmuş diaqnozun göstəriciləri ilə tamamilə üst-üstə düşdüyü halda, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da q anunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(103)-535/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.