Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1706/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-N3N/N0N4 saylı, N8 fevral N0N4-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı məxsus AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərində N saylı hərbi hissədə sürücü kimi xidmət etmiş, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etmiş, Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmri ilə yaşa görə ehtiyata buraxılmışdır.
2. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir.
3. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli Təşəkkür məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanılan “Vətən Müharibəsi”ndə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qismən səfərbərliklə çağırılaraq N nömrəli hərbi hissənin tabeliyində olan bölmənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Döyüş tapşırıqlarının icrası zamanı fəallıq göstərərək digər döyüşçü yoldaşlarına nümunə olmuş, üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələrək fədəkarlıq göstərmişdir.
4. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli Fəxri Fərmana əsasən İddiaçı “VƏTƏ N MÜHARİBƏSİ” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. 5. 191 nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli Fəxri Fərmana əsasən İddiaçı Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Qarabağ uğrunda gedən döyüşlər zamanı hərbi hissəyə göstərdiyi yardım və dəstəyinə görə təltif olunmuşdur.
6. Cavabdehin iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətindən 4/3-9NN0 saylı xx.xx.N0NN-ci il tarixli imtina məktubundan görünür ki, göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0NN-ci il tarixli iclasında bax ılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 18NN nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 gün müddətinə şikayət vermək hüququna malikdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə N azirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 198N-cı il təvəllüdlü SHXÇDXnin Yasamal rayonu çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq N0 aprel N004-cü ildə həqiqi hərbi xidmətə çağırılıb hərbi hissədə qulluq edərək N oktyabr N005-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N8 sentyabr N0N0-ci ildə İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) zamanı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən qismən səfərbərlik elan edilmiş, iddiaçı həqiqi hərbi xidmətə çağırılaraq döyüş bölgəsinə döyüş tapşırıqlarını yerinə yetirməyə göndərilmişdi r. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə N7 sentyabr N0N0-ci il tarixindən 10 noyabr N0N0-ci il tarixədək N №-li hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarını yerinə yetilməsində (döyüş əməliyyatları zamanı Cəbrayıl, Xocavənd və Füzuli rayonların işğaldan azad olunmasında) iştirak etmişdir. İddiaçı İkinci Qarabağ müharibəsi dövründə döyüş tapşırıqlarını yerinə yetilməsində və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsini xahiş edərək cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N5 avqust N0NN-ci il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməs i Komissiyası tərəfindən xx.xx.N0NN-ci il tarixində iclas keçirilmiş və müsbət qərar qəbul edilmədiyindən imtina edilmişdir. Cavabdeh dövlət qurumu, iddiaçının döyüş əməliyyatlarına cəlb olunmayan bölgədə xidmət etdiyinə istinad etmişdir. Belə ki, iddiaçıya məxsus AO №05993N3 saylı hərbi biletdən göründüyü kimi, N sentyabr N0N0-ci il tarixindən 10 noyabr N0N0-ci il tarixə kimi N nömrəli hərbi hissədə xidmət keçdiyi və Cəbrayıl, Xocavənd və Füzuli rayonlarının işğaldan azad olunmasında iştirak etməsi hərbi biletində polkovnik-leytenant tərəfindən imza edilərək qeyd edilmişdir. Həmçinin, müharibə dövründə döyüş tapşırıqlarını layiqincə yerinə yetirməsi nəticəsində iddiaçı hərbi hissənin komandiri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakına gör ə fəxri fərman və təşəkkürlə mükafatlandırılmışdır.
9. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən N zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissənin xx. xx.N0NN-ci il tarixli 18NN nömrəli məktubuna əsasən iddiaçı döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün iddiaçının sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin N00N-cı il N5 aprel tarixli, 39N nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azə rbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N0 iyun N017-ci il tarixli N-1(10N)-11N1/N017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”.
10. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-30N0/N0N3 saylı 1N sentyabr N0N3-cü il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı rəyin verilməsi və adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştira kı və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması faktına münasibətdə qeyd etmişdir ki, 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixli əmrlə şəxsi heyətin siyahısına daxil edilmiş; N nömrəli hərbi hissə qərargah rəisinin xx.xx.N0N0-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından azad edilmişdir; N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavə nd rayonlarının işğaldan azad edilməsində döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd edilən hallar iddiaçıya məxsus hərbi bilet və Fəxri Fərmanlarla təsdiq olunur). N-ci hala münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatın aşkar edilməsi bildirilməmişdir. Eyni zamanda İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş tapşırıqlarının layiqincə yetirilməsinə görə Fəxri Fərmanlar və Təşəkkür Məktubu təqdim olunduğu müəyyən edilmişdir. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiq əsinin verilməsi üçün yetərlidir.
12. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qurum tərəfindən verilən imtinada iddiaçının N nömrəli hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyi qeyd edilsə də, N nömrəli hərbi hissə tərəfindən sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etməsinə dair arayışların, təşəkkür məktubunun, fəxri fərmanın verilməsini, eləcə də hərbi biletində Füzuli, Cəbrayıl, Xocavəndin azad olunmasında iştirak etməsinə dair arayışların, təşəkkür məktubunun, fəxri fərmanın verilməsini, eləcə də hərbi biletində Füzuli, Cəbrayıl, Xocavəndin azad olunmasında iştirak etməsinə dair aparılmış qeydlərin hər hansı açıqlamasını təqdim edə bilməmişdir. İddiaçı xx.xx.N0N0-xx.xx.N0N0-ci illərdə Azərbaycan Respubl ikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində sürücü vəzifəsində xidmət etmiş, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak etmiş, xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.
13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və məhkəmənin və cavabdehin hüquqi mövqeyini nəzərə almaqla İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin qism ən təmin edilərək cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) N-1(103)-N3N/N0N4 saylı, N8 fevral N0N4-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-30N0/N0N3 saylı 1N sentyabr N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan başqa, işə baxmış məhkəmə kollegiyası cavabdeh qurumun apellyasiya bax ışı zamanı bildirdiyi “iddiaçının hərbi biletinin digər hərbi qulluqçuların hərbi biletlərinə qarışaraq səhvən doldurulması” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, hərbi biletdəki qeydlərin həqiqətə uyğun olması nəinki bu qeydlərin aparılmasını şübhə altına alacaq sübutların olmaması, eyni zamanda iddiaçı barəsində onun N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsini təsdiq edən digər sənədlərlə-hərbi hissə komandirinin arayışı, Fəxri Fərmanları, Təşəkkür məktubu və onunla eyni vəziyyətdə olan, onun kimi eyni sənədləri cavabdeh quruma təqdim edib, nəticədə müharibə veteranı adı və vəsiqəsini alan, məhkəmədə şahid qismində dindirilən X3 ifadəsi ilə təsdiq olunur. Kollegiya onu da nəzərə alır ki, iddiaçı könüllü olaraq ordu sıralarına qoşulmuş, N nömrəli hərbi hissənin tərkibinə verilmiş, buna görə də onun hərbi qulluqçu olmadığı səbəbindən cavabdeh qurum tərəfindən müharibə veteranı adı və vəsiqəsinin verilməsindən məhz bu əsasla imtina olunması qanunsuz olmuşdur. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı ilə eyni vəziyyətdə olan şəxsə (X4) müharibə veteranı adı və vəsiqəsi məhz cavabdeh qurum tərəfindən verilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt hərbi biletdəki qeydlərin arxiv arayışı və nizami hissə üzrə əmrlərlə də təsdiq edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus hərbi biletində N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N8N nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması və həmin hərbi hissə komandirinin NN dekabr N0N0-ci il tarixli 3N9 nömrəli əmrlə şəxsi heyətin siyahısından çıxardılması və onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak etməsi və hərbi xidmət keçməsi həmin hərbi hissənin ni zami hissə üzrə əmrlərlə təsdiq edilmir. İnzibati iş materiallarında olan iddiaçıya məxsus hərbi biletində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak etməsi qeydi mötəbər hesab edilə bilməz. Təqdim edilmiş N nömrəli hərbi hissənin 0N iyul N0N3-cü il tarixli 1NN1 nömrəli məktubundan görünür ki, vətəndaş (iddiaçı) İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak etməsi və hərbi xidmət keçməsinə dair heç bir məlumat yoxdur. Həmin məktubda əlavə olaraq bildirilir ki, vətəndaş (iddiaçı) İddiaçı məxsus hərbi biletin 7-ci vərəqəsində 0N oktyabr N0N0-ci il tarixdə hərbi hissənin tərkibində Cəbrayıl, Xocavənd və Füzuli rayonlarının azad olunmasına dair hansı şəraitdə müvafiq qeydlərin aparılması faktı barədə hərbi hissədə ilkin araşdırma aparılıb, Müdafiə Nazirliyinin 4-cü Təhqiqat bölməsinə göndəriləcəyi qeyd edilmişdir. Hüquq İdarəsinə ünvanlanmış 4-cü Təhqiqat bölməsinin 1N fevral N0N4-cü il tarixli NNN nömrəli məktubunda N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı məxsus hərbi biletinin 7-ci vərəqində “Vətən müharibəsi” zamanı Cəbrayıl, Xocəvənd və Füzuli rayonlarının azad olunmasında iştirak etməsi barədə qanunsuz qeydlərin aparılmasına dair N nömrəli hərbi hissədə toplanmış materialın N noyabr N0N3-cü il tarixli 3085 nömrəli məktubla 4-cü Təhqiqat bölməsinə göndərildiyi və Qubadlı Hərbi Pr okurorluğu tərəfindən həmin materialın öyrənilməsi üçün tələb edilərək götürüldüyü qeyd edilmişdir. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin 15 yanvar N0N4-cü il tarixli 3-43971/N-N0/N0N4 nömrəli məktubunda həmin rayonda hərbi qeydiyyatda olan çavuş 198N-cı il təvəllüdlü Əliyev X5 rayon İdarəsi tərəfindən səfərbərliyə cəlb olunmadığına və könüllü olaraq N saylı hərbi hissənin tərkibinə daxil olduğuna görə onun qeydiyyat kartasında hərbi biletinə əsasən müvafiq qeydlər aparıldığı və Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N8 sentyabr tarixli NN80 nömrəli Sərəncamına əsasən Yasamal rayon İdarəsində onun səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılması və tərxis edilməsinə əsas verən sənədlərin mövcud olmadığı qeyd edilmişdir. Yux arda qeyd olunanlardan başqa Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. Lakin, araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüy ü uğrunda N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək gedən döyüş əməliyyatlarında könüllü olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şam il edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N1N nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinəd ək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissəl ərin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam veril miş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. N.Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasın ın Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Pro kurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9N.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 9N.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisə li hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi i lə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-d ən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə) hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üz rə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
29. İddiaçı məxsus AO seriyalı ******* saylı hərbi biletdə olan qeyddən görünür ki, İddiaçı xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərində N saylı hərbi hissədə sürücü kimi xidmət etmiş, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etmiş, Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmri ilə yaşa görə ehtiyata buraxılmışdır.
30. N nömrəli hərbi hissənin N saylı hərbi hissənin komandirinə ünvanlanmış 17 may N0NN-ci il tarixli, 1N88 saylı məktubundan görünür ki, hərbi vəzifəlilərin siyahısında İddiaçı adı göstərilmişdir.
31. N saylı hərbi hissənin N may N0NN-ci i l tarixli, 18NN saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçular siyahısında İddiaçı adı da qeyd edilmişdir.
32. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən qeyd edilmişdir ki, iddiaçı xx.xx.N0N0-xx.xx.N0N0 dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində sürücü vəzifəsində xidmət etmiş, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında aparılan döyüşlərdə iştirak etmiş, xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Həmçinin, cavabdeh qurum tərəfindən verilən imtinada iddiaçının N nömrəli hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyi qeyd edilsə də, N nömrəli hərbi hissə tərəfindən sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etməsinə dair arayışların, təşəkkür məktubunun, fəxri fərmanın verilməsini, eləcə də hərbi biletində Füzuli, Cəbrayıl, Xocavəndin azad olunmasında iştirak etməsinə dair aparılmış qeydlərin hər hansı açıqlamasını verə bilməmişdir.
33. Cavabdeh qurum tərəfindən verilən imtinada iddiaçının N nömrəli hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyi qeyd edilsə də, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyy atlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir. Belə ki, döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixli əmrlə şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə qərargah rəisinin xx.xx.N0N0-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından azad edilmişdir; N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak etmişdir. 34. “İddiaçının hərbi biletinin digər hərbi qulluqçuların hərbi biletlərinə qarışaraq səhvən doldurulması” barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər inandırıcı görünmür və təqdim edilmiş digər sübutlarla təkzib edilir. 3
5. Cavabdeh tərəfindən təqdim edilmiş Qubadlı Hərbi Prokurorluğunun N1 may N0N4-cü il tarixli “İddiaçı “Vətən müharibəsi” zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisində həyata keçirilmiş döyüş əməliyyatlarında guya hərbi qulluqçu kimi iştirak etməsi barədə hərbi biletində qanunsuz qeydlər aparması və onun hərbi qulluqçu statusunda olmaması ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda aparılmış materialın Azərbaycan Respublikası Baş Prokurorluğuna” göndərilməsi barədə məktubuna münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən həmin araşdırmanın nəticəsi barədə hər hansı məlumat təqdim edilməmişdir.
36. Beləliklə, iş materiallarında mövcud olan iddiaçıya məxsus sənədlərin məcmusu əsasında belə qənaətə gəlmək olur ki, hərbi hissələr tərəfindən aparılmış sənədləşmələrdə iddiaçıy a münasibətdə hərbi qulluqçu kimi davranılmış, onun xidmətkeçməsi ilə bağlı məsələdə digər hərbi qulluqçularla bərabər rəftar edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı işin xüsusi vəziyyətində o, hərbi qulluqçu kimi qəbul edilməlidir. Kollegiya bu zaman onu da nəzərə alır ki, iddiaçının hərbi biletində qanunsuz qeydlər aparılmasına dair cavabdehin dəlilləri yalnız hələ ki, dəqiqləşdirilməmiş ehtimallardan ibarətdir. Belə ki, xidməti araşdırmanın və ya cinayət təqibinin mübahisəli məsələyə münasibətdə yekunlaşmış nəticəsi və hüquqi nəticə yaradan qərarı mövcud deyildir. Məhkəmə mübahisələrinin davam etdiyi dövrdə cavabdeh tərəfindən bu hala dair yetərli və mötəbər sübutlar təqdim olunmamışdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə v ə qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-N3N/N0N4 saylı, N8 fevral N0N4-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.