Məhkəmə qərarları › İş №2-1(102)-1707/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1707/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1707/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Cavabdeh1nə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, 27.06.2019 Səfərova Mətanət İsa qızının katibliyi, Üçüncü şəxs “Maraqlı şəxs Holdinq” Kompaniyasının vəkili Vəkil2, tərəf olmayan İddiaçı2 iştirakı ilə İddiaçı1 Cavabdeh1nə qarşı (Maraqlı şəxs və “Maraqlı şəxs Holdinq” kompaniyası üçüncü şəxslər) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-672/2019 nömrəli, 27 f evral 2019cu il tarixli qərarından İddiaçı2 və xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 (bundan sonra iddiaçı) Cavabdeh1nə və Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxslər Maraqlı şəxs-ya və “Maraqlı şəxs Holdinq” kompaniyasına) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh2 30.07.2014-cü il tarixli 14/157 saylı “İstifadəyə (icarəyə) verilən torpaq sahəsi”nin ayrıc aktının, Cavabdeh1 başçısının 14.01.2015-ci il tarixli 13 saylı və 13.02.2015-ci il tarixli 51 saylı sərəncamlarının ləğv edilərək etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2-1 (81 )-2697/16 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh1nə (üçüncü şəxs Maraqlı şəxs-ya) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra İddiaçı1 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 Başçısının 14.01.2015-ci il tarixli 13 saylı və 13.02.2015-ci il tarixli 51 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-1(82)2842/2016 saylı qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. D aha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh1 Başçısının 14.01.2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2-1(82)26/2018 nömrəli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, Cavabdeh1 Başçısının 14.01.2015-ci il tarixli, 13 saylı sərəncamı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Başçısının 14.01.2015-ci il tarixli, 13 saylı sərəncamı maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs “Maraqlı şəxs Holdinq” kompaniyası apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir Daha sonra tərəf olmayan İddiaçı2 və xxx oğlu ə rizə ilə apelyasiya instansiya məhkəməsinə müraciət edərək, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-672/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) tərəf olmayan İddiaçı2 və xxx oğlunun hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizəsi mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minməmiş 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2-1(81)-26/2018 saylı qərarı ilə İddiaçı2 və xxx oğlunun hüquqları və qanunla qorunan maraqları pozulmadığından 3-cü şəxs qismində cəlb edilə bilməzlər. İddiaçı2 və xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-672/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi, onların 3-cü şəxs kimi işə cəlb edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsi göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiya məhkəməsi qərardadın 3-cü səhifəsində Maraqlı şəxs və “Maraqlı şəxs Holding” kompaniyası tərəfindən İddiaçı2 və xxx o ğlunun aldadılmasını göstərməklə və MTK-nın təsisçiliyindəndən çıxarılmaqla bağlı məsələni vurğulamaqla ərizənin əsl mahiyyətini təhrif etmiş və belə qənaətə gəlmişdir ki, İddiaçı2 və xxx oğlu ilə “Maraqlı şəxs” və “Maraqlı şəxs Holding” kompaniyasının arasında olan mübahisə mülki xarakterlidir. Ona görə də apelyasiya məhkəməsi onlara tövsiyyə etmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsinlər. Lakin apelyasiya məhkəməsinin ərizənin mümkünsüzlüyü barədə gəldiyi nəticə əsassız olmuşdur. Kassasiya şikayətində Azərbaycan Respublikası İPM-in 2.2.1, 28, 32.1 və 35-ci maddələrinə istinad edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “Maraqlı şəxs Holdinq” kompaniyasının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını x ahiş etdi. İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının digər iştirakçıları (iddiaçı, cavabdeh və tərəf olmayan digər şəxs) məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Re spublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əha tə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilə rlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə e tmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. (“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı) İn zibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. Belə ki, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir. İş materiallarından görünür ki, Cavabdeh1 18.09.2003-cü il tarixli, 466 nömrəli sərəncamına əsasən “Maraqlı şəxs Holdinq” kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətini razılıq məktubu nəzərə alınaraq, xxx saylı məhəllədə 0.386 + 0.08 ha torpaq sahəsi (0.08 ha torpaq sahəsi özəl ləşdirilib, Dövlət Əmlakının İcarə Olunması və Özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilmişdir. Bundan sonra həmin sərəncam əsasında yeni tikilmiş binaları layihələndirilməsi və digər əlavələr edilməklə adı çəkilən sərəncamın bazasında Bakı şəhəri İcra Hakimiyyəti başçısının hazırkı işdə mübahisə edilən 14.01.2015-ci il tarixli 13 saylı yeni sərəncamı qəbul edilmişdir. Ərizəçilər İddiaçı2 və xxx oğlu tərəfindən apelyasiya instansiya məhkəməsinə təqdim olunmuş ərizəyə əlavə edilmiş çıxarışlardan görünür ki, Bakı şəhəri, xxx mənzillər xxx, Bakı şəhəri, Nərimanov rayonu, xxx, ev x mənzil -, ev x mənzil x, ev x mənzil x, ev x mənzil 1 İddiaçı2 adına, Bakı şəhəri, x xx mənzil 2, Bakı şəhəri, xxx xxx oğlunu adına rəsmiləşdirilmiş və hər biri barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mülkiyyət hüququna dair müvafiq çıxarışlar verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 çıxış edərkən bildirmişdir ki, ona və qardaşı xxx məxsus, ərizəyə əlavə etdikləri çıxarışlarda qeyd edilən daşınmaz əmlakların yerləşdiyi ərazı cavabdehin hazırkı iş üzrə mübahisə edilən sərəncamı ilə yaşayış binalarının tikintisi üçün iş üzrə 3-cü şəxs “Maraqlı şəxs Holdinq” kompaniyasına ayrılmışdır. Apelyasiya məhkəməsi tərəfindən İddiaçı2 və xxx məxsus daşınmaz əmlakların yerləşdiyi ərazinin hazırkı işdə cavabdehin mübahisə edilən sərəncamına əsasən iş üzrə 3-cü şəxs “Maraqlı şəxs Holdinq” kompaniyasına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsi aydınlaşdırılmamışdır. Halbuki, həmin torpaq sahələrinin üstüstə düşməsi ərizəçilərin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini labüd edir. Belə ki, ərizəçilərə məxsus əmlakların yerləşdiyi torpaq sahəsinin digər bir şəxsə ayrılması barədə sərəncamın mübahisələndirilməsi ilə əlaqədar qəbul ediləcək məhkəmə qərarı onların qanunla qorunan maraqlarına toxunmaya bilməz. Ona görə də cavabdehin mübahisə edilən sərəncamı birinci instansiya məhkəməsi tərəfindən ləğv edilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı ləğv ediləcəyi halda, bu qərarın ərizəçilərin qanunla qorunan maraqlarına toxuna biləcəyi istisna deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllə sinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.(12.2) Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıl arı ilə müzakirə etməyə borcludur. Bu Məcəllənin 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, Azərbaycan Respublikası İPM-nin 12.1, 58.7, 64.1-ci maddələrində təsbit olunmuş tələblər apelyasiya icraatında da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, İPM-nin inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPMnin 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. ( İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) ə sasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ərizəçilərin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizəni mümkün saymamaqla düzgün nəticəyə gəlməmiş, bu barədə ətrafı araşdırma aparmamış, prosessual pozuntuya yol vermişdir. Odur ki, kasasiya şikayəti qismən təmin edilməli, ərizəçilərin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunması məsələsinə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qər ara aldı: Ərizəçilər İddiaçı2 və xxx oğlunun kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-672/2019 nömrəli, 27 fevral 2019-cuil tarixli qərardadı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar