Məhkəmə qərarları › İş №2-1(102)-1707/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1707/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1707/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü, FİN: 4QHV8D0) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)944/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının 1970-1993-cü illərdə “Şıxəli Qurbanov” adına kolxozda işlədiyi dövr Qəbələ rayon Məhkəməsinin 2(025)-159/2011 saylı qətnaməsinə və 1997-2005-ci illərdə iş dövr isə əmək kitabçasında aparılmış qeydlərə əsasən, cavabdeh tərəfindən hesablanaraq ümümi iş stajı 31 il 8 ay nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçının hazırkı tələbi isə onun 1993-1997-ci illərdə “Şixəli Qurbanov” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması ilə bağlıdır.

3. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının X2 Ərazi Dairəsi üzrə nümayəndiliyinin 121 №-li, xx.xx.2015-ci il tarixli arayışına əsasən, iddiaçı nümayəndəliyin daimi qeydiyyatındadır və məcburi köçkündür. Hal-hazırda Gəncə şəhəri, Gülüstan Qəsəbəsi ADAU-6 ətrafında müvəqqəti məskunlaşmışdır.

4. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək “Şıxəli Qurbanov” adına kolxozun sədri, xx.xx.1997-ci ildən xx.xx.2003cü ilədək Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Şurtan kəndi üzrə nümayəndəsi, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Kəlbəcər rayon Taxıl İstehsalı və Heyvandarlıq Təsərrüfatının direktoru vəzifələrində işləmişdir.

5. İddiaçının xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon filialına daxil olmuş ərizəsinə əsasən, filialın pensiya təyin edən komissiyanın **********4 №-li, xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardan görünür ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlədiyi iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, həmin müddətin ümumi iş stajına daxil edilməsi və sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanan **********0 №-li, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının pensiya işində saxlanılan əmək kitabçasında xx.xx.1993-cü il tarixdə kolxoz üzvlüyünə qəbul olunmağı və xx.xx.1997-ci il tarixdə üzvlükdən azad olunmağı qeyd olunsa da işlədiyi müddətdə faktiki iş günü normalarını yerinə yetirməyi barədə hər hansı məlumat qeyd olunmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci madddəsinə görə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək kitabçasında işlədiyi dövrdə müəyyən olunmu ş minimum iş günü normasının yerinə yetirməyi barədə hər hansı qeyd aparılmamış və ya bu barədə arxiv sənədləri təqdim edilməmişdir. Qeyd olunan səbəbdən, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozun iş dövrü həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əİdə olunması mümkün olmadığından ümumi iş stajına daxil edilməmişdir.

7. Kəlbəcər rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, AQ-1/1386 №-li məktubundan görünür ki, iddiaçı “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsinə X1 üzvləri tərəfindən seçilmiş və Kolxozun sənədləri işğal zamanı Kəlbəcər rayonunda qaldığı üçün əmək kitabçasında xx.xx.1993-cü ildə iddiaçının kolxoz sədri seçilməsi barədə y azılmış qeyd Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən rəsmiləşdirilmişdir.

8. Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 14 №-li məktubuna əsasən, iddiaçının 1993-cü il tarixdən 1997-ci il tarixədək Kəlbəcər rayon “Şıxəli Qurbanov” adına kolxozda sədr vəzifəsində işləməsi barədə arxivdə heç bir sənəd yoxdur. Həmin kolxozun sənədləri arxivə təhvil verilməmişdir. xx.xx.1997-ci il tarixli, 31 saylı sərəncamla Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Şurtan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 39 saylı sərəncamla həmin vəzifədən azad edilmişdir. Həmin tarixdə 40 saylı sərəncamla Kəlbəcər rayon Taxıl istehsalı və heyvandarlıq birliyinə direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2006-cı il tarixdə 31 saylı sərəncamla işdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 3 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsində pensiya təyin edən komissiyanın 28 avqust 2020-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilərək, onun xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adina kolxozda işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İd diaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən məcburi köçkün olaraq Qəbələ rayonunda məskunlaşmışdır. Kəlbəcər rayonu işğal olunan ərəfədə "Şıxəli Qurbanov'’adına kolxozun bütün qoyunçuluq təsərüfatı rayondan çıxarılmış, Zərdab və Ağdaş rayonlarına köçürülmüşdür. xx.xx.1993-xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda kolxoz sədri vəzifəsində işləmişdir. Məcburi köçkün olsa da qoyunçuluq təsərrüfatı olduğuna görə işini davam etdirmişdir. Bildirmişdir ki, xx.xx.1993-cü ildə kolxoz üzvlüyünə qəbul olunaraq 1997-ci il tarixədək kolxoz sədri vəzifəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kəlbəcər rayon Şurtan kənd İcra nümayəndəsi vəzifəsində işləmişdir. Həmin tarixdən icra nümayəndəsi keçdiyinə görə və ərazi üz rə arxiv formalaşmadığından kolxoza aid sənədləri Kəlbəcər rayon İcra Hakimiyyəti nəzdində olan Kənd Təsərrüfatı idarəsinin baş mühasibi Səftər İsmayılova təhvil vermişdir. Sonra pensiyaya çıxan vaxtı o vəfat etdiyindən bəzi arxiv sənədlərini, o cümlədən həmin illərə aid sənədləri tapa bilməmişdir. Bu səbəbdən Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şixəli Qurbanov" adına kolxozda kolxoz sədri işlədiyi müddət 1993-1997-ci illərə aid iş stajının əmək günlərinə aid sənədləri müəyyən etmək mümkün olmamışdır. Qeyd etmişdir ki, yuxarıda qeyd etdiyi dövrə aid iş stajı sənədlərini (işlədiyini müddətdə faktiki iş günü normalarına dair) bərpa edə bilməmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədlərini cavabdehə təqdim etmiş, lakin cavabdehin 15 fevral 2021-ci il, ********* *0 saylı məktubu ilə müraciətinin icrasından imtina edilmişdir. İmtinanı əsassız hesab etdiyindən, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.

11. İddiaçının ərizəsi əsasında Şəki İnzibati Məhkəməsinin 2-1(116)-639/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qərardadı ilə inzibati icraat üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

12. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-639/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması ü çün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

13. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun əsasını təşkil edən yazılı etiraz təqdim etmiş, əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na istinad edərək qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının 4-cü qrafasında İddiaçı xx.xx.1997-ci il tarixdə Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozunun sədri vəzifəsindən azad edilməsinə əsas verən əmrin nömrəsi göstərilməmişdir. Bundan başqa, İddiaçı xx.xx.1993-cü il tarixdə işə götürülməsi və xx.xx.1997-ci il tarixdə işdən azad edilməsinə dair qeydlərin eyni imza ilə təsdiq edilməsinə baxmayaraq, həmin imza səlahiyyəti olan şəxslər müxtəlif şəxslər olmuşdur. Beləl iklə, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6156/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia rədd edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işləməsi faktı yalnız ona məxsus olan əmək kitabçasında edilmiş qeydlərdə öz əksini tapmışdır. xx.xx.1993-cü ildə iddiaçının kolxoz sədri seçilməsi barədə yazılmış qeyd kolxozun sənədləri işğal zamanı Kəlbəcər rayonunda qaldığı üçün Kəlbəcər rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsi “Q.Əliyev” adlı şəxs tərəfindən aparılmışdır. İddiaçının xx.xx.1997-ci ildə kolxoz sədri vəzifəsindən azad edilməsi barədə qeyd isə səlahiyyəti məlum olmayan “Ə.Qarayev” tərəfindən aparılmış, həmin qeydə isə işçinin işdən azad edilməsi barədə əmrin nömrəsi və tarixi göstərilməmişdir. Bundan əlavə hər iki qeyddəki imzaların eyni şəxs tərəfindən icra edilməsi aşkar görünür.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, eləcə də əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun apar ılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, həmin dövrün ümumi iş stajına daxil edilməməsi barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

17. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-944/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6156/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayətində iddia tələbinin dəlillərini və işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, əmək kitabçasında onun əmək fəaliyyəti ilə bağlı qeydlərin müvafiq səlahiyyətli şəxs tərəfindən hansı qaydada aparılmasından xəbərsiz olduğuna görə, qanunvericiliyin tələblərinin pozulması onun məsuliyyətinə aid deyildir. Kassasiyaçı İPM-nin 90-96-cı maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qeyd o lunan qərarının ləğv edilməsini və işə yenidən həmin məhkəmədə baxılmasını xahiş etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar -1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məq sədilə vətəndaşlara aylıq pul ödənişidir... Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. QEYD: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... 24. xx.xx.2 006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:... Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri -67.1 mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -67.2 əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarix li, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: -1.1-ci bəndə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.... -3.2-ci bəndə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. -3.4-cü bəndə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:... -3-cü bəndə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.... -25-ci bəndə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir....

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər -94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. -94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və ş ikayət əsaslandırılmalıdır. -94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat -96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqb ul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmiş dir.

33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1970-1993-cü illərdə “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü Qəbələ Rayon Məhkəməsinin 2(025)-159/2011 saylı qətnaməsi, 1997-2005-ci illərdə iş dövrü isə əmək kitabçasında aparılmış qeydlər əsasında hesablanaraq ümümi iş stajı 31 il 8 ay nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 1993-1997-ci illərdə “Şıxəli Qurbanov” adına kolxozda işlədiyi müddətin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması tələbi isə cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasında işlədiyi dövrdə müəyyən olunmuş minimum iş günü normasının yerinə yetirməyi barədə hər hansı qeyd aparılmaması və ya bu barədə arxiv sənədləri təq dim etməməsi, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunmasının mümkün olmaması əsas gətirilərək təmin edilməmişdir.

34. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işləməsi faktı yalnız ona məxsus olan əmək kitabçasında edilmiş qeydlərdə öz əksini tapmış və xx.xx.1993-cü ildə İddiaçı kolxoz sədri seçilməsi barədə yazılmış qeyd kolxozun sənədləri işğal zamanı Kəlbəcər rayonunda qaldığı üçün Kəlbəcər rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsi “Q.Əliyev” adlı şəxs tərəfindən aparılmışdır. İddiaçı xx.xx.1997-ci ildə kolxoz sədri vəzifəsindən azad edilməsi barədə qeyd isə səlahiyyəti məlum olmayan “Ə.Qarayev” tərəfindən aparılmış, həmin qeydə isə işçinin işdən azad edilməsi barədə əmrin nömrəsi, tarixi göstərilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “SSRİdə vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

36. Bununla yanaşı, kolxozun nümunəvi nizamnaməsinə görə kolxozda işləyən şəxslər kolxoz üzvü sayılırlar. Nizamnam ədə hər hansı istisna hal nəzərdə tutulmamışdır. Sıravi kolxozçudan tutmuş kolxoz sədri də daxil olmaqla kolxozda işləyən bütün işçilər kolxoz üzvü hesab edilirlər.

37. Nizamnamədə qeyd edilmişdir ki, kolxozda iş günü, müddəti və qaydası, istirahət günləri, hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Kolxozçuların əmək haqqının səviyyəsi onların əmək iştirakı və kolxozun ümumi gəlirindən əməyin ödənilməsinə yönəldilmiş hissəsinin həcmi ilə müəyyən edilir.

38. Odur ki, iddiaçının kolxozda işlədiyi bəzi illərin tam sığorta stajı ili kimi nəzərə alınmalı olması barədə iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır.

39. Beləliklə, iddiaçının qeyd edilən dövrlərdə (xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək) “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının pensiyanın yenidən hesablanması tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələ ləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-944/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar