Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1707/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pasport qeydiyyatına alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.07.2023 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “pasport qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-ci il tarixli, 2-1(103)-900/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının qeydiyyata düşmək istədiyi ünvan 5i rayonu, A.Manafov küçəsində yerləşən sahəsi 30 kv.m olan 24 saylı evin sahibi X5 olmuşdur. Həmin evin şəxsi hesabı ailə üzvlərinin razılığı nəzərə alınaraq “Şəxsi hesabın dəyişdirilməsi haqqında” 33 saylı 19 iyun 1998-ci il tarixli qərarla X2 adına keçirilmişdir.
2. X5 xx.xx.2020-ci ildə vəfat etmişdir.
3. İddiaçı hazırki iddianı verəndən əvvəl mübahisəli evdən istifadə hüququnu tanınması barədə iddia ilə Nizami Rayon Məhkəməsində X3 qarşı iddia qaldırmış eyni zamanda X4 qarşılıqlı iddia verərək, İddiaçı evdən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-262/2021 saylı qətnaməsi i lə İddiaçı ünvan 5i rayonu, A.Manafov küçəsində yerləşən 24 saylı evdən istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı ünvan 1 ünvanda zəbt etdiyi mənzildən çıxarılması qət edilmişdir.
4. Həmin qətnamədən İddiaçı verdiyi apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7997/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı həmin iş üzrə verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)2711/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
5. Qeyd olunan mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1985-ci il tarixdə mübahisəli ünvanda qeydiyyata alınsa da, 1989-cu ildə yaşayış sahəsini tərk etmiş və dai mi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. İddiaçı 1989-cu ildən Bakı şəhəri Xətai rayonu, Babək prospektindəki 62 saylı evin 44-cü mənzilində yaşamışdır. Həmin mənzil İddiaçı anası Xavər Dadaşovanın adına olmuş olmuş və orderdə İddiaçı adı da qeyd edilmişdir. İddiaçı xx.xx.1997-ci ilədək həmin mənzildə, bundan sonra xx.xx.2012-ci ilədək ünvan 2 ünvanda qeydiyyatda olmuşdur.
6. İddiaçı ünvan 5i rayonu, A.Manafov küçəsi, 24 saylı mənzilə pasport qeydiyyatına alınması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29 yanvar 2022-ci il tarixli, 087-2400D-3222 saylı məktubda belə izah olunmuşdur ki, göstər ilən ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericilikdə nəzərdə tutulmuş sənədinin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, orderin, icarə və kirayə müqaviləsinin, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) və ya mülkiyyət sahibinin razılıq ərizəsinin RPİ-nin X1 təqdim olunması vacibdir. Lakin həmin sənədlər X1 təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 19 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 5i rayonu, A.Manafov küçəsiev 24 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda həmin ünvanda yaşayır. Buna baxmayaraq, yaşadığı evin icarədarı, yəni onun qardaşı olan 3-cü şəxs onu həmin ünvana qeydiyyata almaqdan imtina edir. Cavabdeh inzibati orqan onu yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina etmişdir. Halbuki, 35 ildir həmin ünvanda yaşayır.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
10. Üçüncü şəxs X4 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 1985-ci ildə mübahisəli mənzildə qeydiyyatda olsa da, 1989-cu ildə anası ilə birlikdə yeni mənzilə köçmüşdür (dövlət tərəfindən yeni mənzillə təmin edilmişdir). Həmin müddətdən bəri iddiaçının ünvan 5i rayonu, A.Manafov küçəsi, 24 saylı mənzil ünvanında qeydiyyatı olmamış, 33 il ərzində müxtəlif ünvanlarda qeydiyyatda olmuşdur. Həmçinin Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-262/2021 saylı qətnaməsi ilə onun mənzildən çıxarılması tələbi təmin edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-1(112)-8013/2022 nömrəli qərarı ilə (hakim: X6) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı qeydiyyata alınmasını tələb etdiyi yaşayış sahəsinə hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüququ əmələ gəlməmişdir. İddiaçının iddia etdiyi yaşayış sahəsinə qeydiyyata alınması üçün mülkiyyət, icarə və ya isti fadə hüququna, qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) heç birinə malik deyil. Həmçinin onun yaşayış sahəsinə dair istifadə hüququnun olmaması məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. İddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş əsasla (yaşayış sahəsinə köçmək üçün sənəd) qeydiyyata alınması mümkün deyildir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b). apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-ci il tarixli, 21(103)-900/2023 nömrəli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8, X9) Bakı İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-1(112)-8013/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti belə əsaslandırılıb ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliy yət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının qeydiyyata alınmaq istədiyi yaşayış sahəsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev olduğunu nəzərə almamışdır.
18. Bundan əlavə, iddiaçı 1985-ci ildən mübahisəli evdə qeydiyyatda olmuş, məhkəmə tərəfindən iddiaçının mübahisəli evi nə zaman və hansı əsasla tərk etməsi, yaşayış sahəsini tərk edərkən qeydiyyatdan çıxarılıb-çıxarılmaması kimi iş üzrə əhəmiyyətli hallar araşdırılmamışdır. Halbuki, iddiaçı ümumiyyətlə yaşayış sahəsini tərk etməmiş və başqa yaşayış yerinə köçməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun
20. Maddə
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiy yət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.
21. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestri ndən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı
22. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasla rdan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. İnzibati Prosessual Məcəllə
23. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
25. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
26. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
27. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bi lər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
28. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
29. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiy a şikayəti əsassızdır.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, habelə iş üzrə əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmışdır.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İddiaçı ünvan 5i rayonu, A.Manafov küçəsi, 24 saylı mənzilə pasport qeydiyyatına alınmasını tələb edir. Məhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmetini təşkil edən ünvan 5i rayonu, A.Manafov küçəsi, ev 24 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya isti fadə hüququ əmələ gəlməmişdir. 36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun yuxarıda sadalanmış normalarının tələblərinə görə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət edən şəxs həmin yaşayış sahəsinə köçmək üçün əsas verən hüquq müəyyənedici sənədlərdən birini təqdim etmiş olmalıdır. İddiaçı tərəfindən isə belə bir sənəd təqdim olunmamışdır. Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə inzibati orqan qeydiyyatın aparılmasından imtina etməkdə haqlıdır. Ona görə də, cavabdehin imtinası qanuni olmuşdur.
37. Bununla yanaşı iddiaçının həmin yaşayış sahəsinə dair istifadə hüququnun olmaması mülki məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Belə ki, iddiaçı və üçüncü şəxs arasında gedən mülki mübahisə zamanı İddiaçı Adıl qızının ünvan 5i rayonu, A.Manafov küçə si, ev 24 ünvanında yerləşən yaşayış sahəsinə dair istifadə hüququnun olmaması, iddiaçının üçüncü şəxsin sahibliyində olan yaşayış sahəsində daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi müəyyən olunmuş, bununla da İddiaçı “yaşayış sahəsinə dair istifadə hüququnun tanınması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7997/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 202 3-ci il tarixli, 21(103)-900/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.