Məhkəmə qərarları › İş №2-1(102)-1707/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1707/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1707/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın ləğv edilməsi; işin hallarının düzgün araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamının 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına aid hissədə ləğv e dilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 21(103)-14/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Mənzil Tikinti Kooperativi xx.xx.2006-cı il tarixdə, ********** nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 63 nömrəli, xx.xx.2018-ci il tarixli İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 03 saylı müraciəti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışı nəzərə alınaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda İddiaçı MMC-nin təsisçisi X3 mülkiyyətində olan 0,3498 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə həmin MMC-yə icazə verilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə “Torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair” İnşaat Pasportu tərtib edilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018ci il tarixli məktubu ilə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda tikintisi nəzərdə tutulan yaşayış binalarının təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həllinə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxılaraq (3 ədəd 1 girişli 19 mərtəbəli + LMŞ,1-ci mərtəbələri – qeyri-yaşayış sahələri, ümumi 2 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı – avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM M.Əsgərov) razılaşdırılmışdır.

5. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 328 nömrəli, “Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamı nəzərə alınaraq, İddiaçı MMC-yə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda yaşayış binalarının tikintisinə icazə verilmiş və xx.xx.2018-ci il tarixli 52 nömrəli obyektin tikintisinə icazə sənədi verilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “Tikinti işlərinə başlanılması üçün əsas olan” 250 nömrəli, xx.xx.2018-ci il tarixli Xüsusi Nişanı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 fevral 2018-ci il tarixli, 63 nömrəli və 16 may 2018-ci il tarixli, 328 nömrəli sərəncamları, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16 aprel 2018-ci il tarixli, 18/04-139 nömrəli məktubu, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 01 may 2018-ci il tarixli, xx/xx-00754 nömrəli məktubu və 26 aprel 2018-ci il tarixli, 25226 nömrəli müsbət rəyi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 ünvanında yerləşən yaşayış binaları 3 ədəd 1 girişli 19 mərtəbəli (+liftin maşın şöbəsi), 1-ci mərtəbələri qeyri-yaşayış sahələri, ümumi 2 səviyyəli zirzəmi mərtəbəsi və h əyətin altı avtodayanacağa xüsusi nişan verilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” AZE seriyalı, 001494 nömrəli Şəhadətnamə ilə İddiaçı MMC-nin yaşayış binalarına Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103, 001494 nömrəli, 11 iyun 2018-ci il tarixli informativ və statistik xarakterli – 0010000-1-1101- 001494/0618 kodu verilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti başçısının ünvan 3 ünvanında İddiaçı MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsinə dair 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə ləğv edilmişdir.

9. Bakı şəhər İcra Hakimiyyətinin 102 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, İddiaçı MTK-ya elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə icazə verilmişdir.

10. Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi, sifarişçi və podratçı İddiaçı MMC-nin nümayəndəsi və layihəçi "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmiş Ö/003582 nömrəli,xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 52 nömrəli Tikintiyə icazə sənədi əsasında ünvan 3 ünvanında 3 ədəd, hər biri 1 girişli, 2 səviyyəli zirzəmi, 19 mərtəbəli yaşayış binalarının əsas göstəriciləri təsdiq edilmişdir.

11. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidenti Adminis trasiyasının rəhbəri tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 nömrəli, 14 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidenti Administr asiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirildiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır.

12. Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 nömrəli, 20 iyun 2018-ci il tarixli məktubda Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini X8 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyəti qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti ol araq Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin müvəqqəti icrasının Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərən camının dəyişdirilərək 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına aid hissədə ləğv olunmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sənədlərdən göründüyü kimi, ünvan 7 ünvanda 3 ədəd, 19 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı bütün prosedurlara tam əməl olunmuş, bütün zəruri sənədlər və razılaşmalar əldə edilmiş, tikintinin aparılmasına icazə alınmış, bütün orqanlardan və kommunal idarələrdən razılaşmalar alınmış, binanın istismara hazır olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ö/003582 saylı Aktı da alınmışdır. Bina tam inşa edilərək sakinlərin istifadəsinə verilmiş və binanın bir hissəsində sakinlər artıq məskunlaşmışlar. İddiaçı MTK tərəfindən xx.xx.2020ci il tarixdə 228 saylı məktubla Azərbaycan Respublikasının Döv lət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə binanın mühəndisqurğularının icra cizgilərinin qəbulu barəsində müraciət edilmiş və məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin tikintiyə icazə barədə 328 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı artıq qüvvədə deyildir. Sərəncamın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu qaydada ləğvi formal xarakter daşımışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, İddiaçı MTK-ya “Elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə” icazə verilmişdir və bu Sərəncamda görüləcək işlər bilavasitə qeyd edilmişdir. Halbuki, bu Sərəncam mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli S ərəncamından 3 ay sonra verilmişdir. Əgər, Bakı şəhər İcra Hakimiyyəti tikintiyə icazə barədə olan müvafiq Sərəncamı ləğv etmişdisə, 3 ay sonra elə həmin binaya elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpasına icazə vermək barədə Sərəncam qəbul etməsinin səbəbləri anlaşılan deyil.

15. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 10 fevral 2022-ci il tarixli 2-1(112)-468/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir, qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamış X4 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. Bununla bağlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunaraq, Bakı şəhər İcra Hakimiyyəti başçıs ı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinin müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciət olunaraq, Azərbaycan Respublikasının Baş nazirinin müavini tərəfindən sözügedən vəzifənin müvəqqəti icrasının Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X5 həvalə olunmasına razılıq verilməsi barədə müraciət olunmuşdur və Baş nazirin müavi ni tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli məktubla 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığı bildirilmişdir. Göründüyü kimi, X4 Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən qismində imzaladığı Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamaq səlahiyyəti olmamışdır. Bununla da, sözügedən sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmin dövr üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən imzalanmış sərəncamlar, o cümlədən iddiaçıya münasibətdə qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri haqlı olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və K.H.Əkbərov) 24 yanvar 2024-cü il tarixli 21(103)-14/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

22. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud in zibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə

24. İşin halla rının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəb ə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər....

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2018- ci il tarixdən başlayaraq iki il ərzində müxtəlif dövlət qurumları tərəfindən tikinti ilə bağlı müvafiq sənədlər verilmişdir.

30. Belə ki, ilk dəfə Bakı şəhər İcra Hakimiyyəti başçısının 63 nömrəli, xx.xx.2018-ci il tarixli İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə “Yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamı ilə iddiaçıya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bu sərəncam Bakı şəhər İcra Hakimiyyətinin başçısı H.İ.Abutalıbov tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 11 nömrəli sərəncamı ilə X2 Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 332 nömrəli sərəncamı ilə X9 Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilmiş, xx.xx.2018-ci il tarixli 692 nömrəli sərəncamı ilə isə E.Ə.Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

31. Qeyd edilməlidir ki, hazırda tərəflər arasında yaranan mübahisənin əsasını H.İ.Abutalıbov vəzifəsindən azad edildikdən sonra iddiaçı barəsində Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri olmuş Rasim Quliyev tərəfindən sərəncam qəbul edilməsinin qanuniliyi təşkil edir (Qeyd: Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun vəfatı ilə (xx.xx.2017-ci il) əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyəti qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı şəhər İcra Hakimiyyəti b aşçısının (H.Abutalıbovun) xx.xx.2017-ci il tarixli sərəncamı ilə Rasim Quliyevə (aparat rəhbərinə) həvalə edilmişdir).

32. İlk növbədə nəzərə alınmalıdır ki, məhkəmələr mübahisə üzrə qərar qəbul edərkən inzibati orqanın, konkret halda cavabdehin inzibati praktikasına, onun davranışına şəxsin etimad hüququnu və bununla bağlı onun inzibati orqandan qanuni gözləntilərini də nəzərə almalıdırlar. Belə ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdiri lməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

33. Qeyd edilməlidir ki, hazırkı halda cavabdeh mübahisəli inzibati aktı qəbul edərkən, eyni zamanda aşağı instansiya məhkəmələri də iddia tələbini təmin edərkən, yalnız Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olara q Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamasına, başqa sözlə, Rasim Quliyevin iddiaçı barəsində sərəncam qəbul etməyə səlahiyyətli olmamasına istinad etmişlər.

34. Halbuki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının əlverişli inzibati akta etimad hüququnun mövcudluğu aşağı instansiya məhkəmələrinin qiymətləndirmə predmetindən kənarda qalmışdır. Nəzərə alınmalıdır ki, icra hakimiyyəti rəhbərliyinin səlahiyyətlərinin icrası ilə bağlı məsələnin həlli şəxsin deyil, müvafiq səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Bu baxımdan, qeyd edilən hallar iddiaçının məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz.

35. Digər tərəfdən, E.Ə.Əzizov Bakı şəhər İcra Hakimiyyət inin başçısı təyin edildikdən sonra və hətta mübahisəli sərəncamın qəbulundan sonra Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, İddiaçı MTK-ya elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə icazə verilmişdir. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktı qəbul edilmişdir.

36. Göründüyü kimi, cavabdeh inzibati orqan öz qərarları və hərəkətləri ilə iddiaçıda Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının (tikintiyə icazə barədə) məzmununa etimad etməyə əsas vermiş, cavabdeh isə iddiaçının etimad hüququnu istisna edən hər hansı hala istinad etməmişdir.

37. Beləlik lə, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini nəzərə almadan iş üzrə nəticəyə gəlmişdir.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar apellyasiya baxışına qaytarılmaldır.

39. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi işin hallarına etimad hüququ konteksində qiymət verməklə qərar qəbul etməlidir. 40.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(103)-14/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar