Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1708/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.08.2023 Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2017-ci il tarix də təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1413/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda qeyd edilir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi bildirir ki, sizin əlilliyinizin Tibbi Sosial Ekspertiza və X2 etibarsız edild iyi üçün, xx.xx.2017-ci tarixdən xx.xx.2019-cu il tarixədək almış olduğunuz 19027,44 manat vəsaitin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi hesabına geri qaytararaq bərpa edəsiniz. Artıq alınmış vəsaitin geri bərpa edilməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəkdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-324/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(81)-5324/2017 saylı iş üzrə 03 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən m əhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı əlillik vəziyyəti 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABHE nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə yoxlamanın nəticəsi üzrə İddiaçı dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2788003AABHE nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Belə ki, İddiaçı dair Forma 088 rə smiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.1-ci bəndinə əməl edilmədiyi və göndərişlərin tam əsaslandırılmadığı müəyyən edilmişdir.
5. Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABHE nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019cu il tarixli, xx/xx-4330 nömrəli məktu bda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən «Tibbi arayışların elektron registri»ndə etibarsız hesab edilmişdir. Məktuba əlavə edilmiş siyahıda 30-cu sırada İddiaçı adı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1963-cü ildə Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində anadan olmuşdur. 1992-ci ildə X4 Bayrağı ordenli Politexnik institutunu bitirmişdir. O, 1984-1993-cü illərdə Rusiya Federasiyasının Saratov şəhərində müvafiq işlərdə və 1993-cü ildən 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 2008ci ildən səhhətində yaranmış problemlərlə əlaqədar mütəmadi olaraq həkim məsləhətinə uyğun müalicə kursları qəbul etmişdir. Lakin qəbul etdiyi müalicələr sağlamlığının bərpasını təmin etməmişdir. X3 Komissiyası tə rəfindən müayinə göndərişi “Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş” reyestrinə daxil edilmişdir. xx.xx.2017-ci il tarixdə TSERAS üzərində qiymətləndirilərək İİ (ikinci) dərəcə əlillik “ümumi” səbəbdən beş il müddətinə təyin edilmişdir. Ona əlilliyin gec təyin edilməsi səbəbindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli 2-1(81)- 5324/2017 saylı qərarı ilə xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi qərar alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti ve rilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Yəni xx.xx.2017-ci il tarixdən ona əlilliyə görə pensiya təyin edilmişdir. Lakin sonradan ona məlum olmayan səbəbdən Xidmət tərəfindən ona təyin edilmiş əlillik etibarsız hesab edilmiş, etibarsız hesab edilmənin səbəbi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən ona göndərilən xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda onun əlilliyi Tibbi Sosial Ekspertiza və X2 etibarsız hesab edildiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək almış olduğu 19027,44 manat vəsait in Nazirlik yanında DSMFnin Bakı şəhəri Nizami rayon şöbəsi hesabına geri qaytararaq bərpa edilməsi, artıq alınmış vəsaitin geri bərpa edilməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Həmin məktubdan sonra xx.xx.2019-cu il tarixdə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etsə də, ona hər hansı cavab verilməmişdir. Cavabdeh inzibati orqanın əlilliyin etibarsız hesab edilməsi barədə ona məlum olmayan, ümumiyyətlə mövcud olmayan qərarı “İnzibati icraat haqqında” qanuna zidd olaraq qəbul edildiyi kimi, onu konstitusiya ilə müəyyən edilmiş sosial təminat hüququndan da məhrum etmişdir. Şəxs yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nətic ələrinə əsasən şəxsin əlil olmadığı müəyyən edildiyi halda əlillik barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilər. Lakin o, əyani müayinəyə cəlb edilmədən onun əlilliyi X1 etibarsız hesab edilmişdir. Onun əlilliyinin Əlillik Altsistemində etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilərək, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü mübahisələndirsə də, əlilliyi müəyyən edilmiş şəxs, yəni iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEK-in iddiaçıya əlilliyin təyin edilməsi barədə qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. İddiaçıya əlilliyin təyini barədə qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və hazırda iddiaçıya əlilliyin təyini barədə qərar qüvvədədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2237/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya əlillik təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, həmin əl illik Əlillik Altsistemində etibarsız sayıldığı üçün onun bərpa edilmə məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əlilliklərə münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur..
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar q əbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1928/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və N.İ.Rəsulbəyova) apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əlillik inzibati orqan tərəfindən ilkin olaraq xx.xx.2017-ci il tarixdə məhkəmədən kənar qaydada təyin edilmiş, iddiaçının iddia tələbi və mübahisə predmeti bilavasitə əlilliyin özü deyil, onun qanunvericilikdə konkret olaraq nəzərdə tutulmuş 3 günlük müddətdə təyin edilməsi ilə bağlı olmuş, 1 saylı Bakı İnzibatiİqtisadi Mə hkəməsinin 2-1(81)-5324/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə də həmin məzmunda iddia təmin edilmişdir. Başqa sözlə, əlilliyin təyin edilməsi şərtləri mübahisələndirilmədən, onun təyin edilmə tarixi məhkəmə qərarı ilə müəyyən edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi isə işin hallarının tam və hərtərəfli araşdırmamış, mübahisənin predmeti ilə bağlı səhv nəticəyə gələrək hazırkı məzmunda iddianı mümkünsüz hesab etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1413/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və İ.Vəkil2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 23 fevral 2022-ci il tarixli qə rarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı tam amilə əsassız hesab edilməlidir. Belə ki, əlilliyin təyini zamanı məhz "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları "nın 1.3.1-ci bəndinə əməl edilmədiyi və göndərişlərin tam əsaslandırılmadığı müəyyən edilmişdir. Yəni, şəxs qanunvericiliyə uyğun şəkildə əlillik ilə təmin edil məmişdir. Bu da məntiqli olaraq əlilliyin etibarsız hesab edilməsinə səbəb olmuşdur.
22. Məhkəmənin işi məhz işdə olan materiallara əsaslanmaqla qərar qəbul etməkdir. Lakin məhkəmə işdə olan Səhiyyə Nazirliyinin bu məktubuna əhəmiyyət verməmişdir. Agentlik tərəfindən də haqlı olaraq əlillik etibarsız hesab edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komis siyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
23. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial e kspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.
24. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.
25. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxanda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şi fahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir.
26. Məhkəmə qərarında iddia tələbinin təminin yeganə əsası məhz şəxsin əyani müayinəyə çağırılmamasını əsas gətirmişdir. Qeyd edirik ki, məhkəmə işə olduqca səthi yanaşmışdır. Belə ki, Əgər agentlik tərəfindən prosessual norma pozulmuşdursa, o zaman məhkəmə şəxsə əlilliyi bərpa deyil, yenidən araşdırma təyin edərək şəxsi yenidən əyani müayinəyə cəlb olunmasını tələb edə bilərdi. Göründüyü kimi, məhkəmə şəxsin əlilliyini heç bir qanuni əsasa əsaslanmadan bərpa etmişdir. Şəxsin əyani müayinəyə çağırılmaması o demək deyil ki, şəxs əsassız olaraq əlil hesab edilməlidir.
27. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul et məli olmasına rəğmən əlilliyin bərpa edilməsini və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndiri lməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonr a – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaş dırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin g ün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 31. “İnzibati icraat haqqında” Qanun: Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat veri ldiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə
51. İnzibati icraat haqqında xəbərdar etmə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə
62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə bir başa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən ş əxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etd iyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı əlillik vəziyyəti 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABHE nömrəli göndərişi (Forma 088) əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Lakin Azərbaycan Respublikas ının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx/xx-4330 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında və onun tərəfindən təqdim edilmiş siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən «Tibbi arayışların elektron registri»ndə etibarsız hesab edilmişdir. Məktuba əlavə edilmiş siyahıda 30-cu sırada İddiaçı adı qeyd edilmişdir. Buna əsasən cavabdeh tərəfindən iddiaçıya dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2788003AABHE nömrəli göndəriş əsasında təyin olunmuş əlillik "Əlillik" altsistemində etibarsız hesab edilmişdir.
40. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 29-30-cu bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda, onun əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh onun əlilliyini X1 etibarsız hesab etmiş, bu zaman işin düzgün həlli üçün sübutlar toplamamış, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır.
42. Bundan başqa, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 28.1.1 və 28.1.2- ci maddələrini n tələbləri baxımından, inzibati orqan kimi, öz təşəbbüsü ilə iddiaçının birbaşa qanuni mənafeyinə toxunduğu nəzərə alınmaqla, onun iştirakını təmin etməklə, inzibati icraat başlamağa borclu idi.
43. İşdən göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 5 il müddətə təyin edilmiş əlilliyin 22 may 2019-cu il tarixində etibarsız edilməsi cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.
44. İddiaçıya 20 iyun 2017-ci il tarixində 5 il müddətinə əlillik təyin edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt, həmin əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir.
45. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsasların ı “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 20 iyun 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin inzibati akt (20 iyun 2017-ci tarixli) ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçıya təyin olunmuş əlilliyin etibarsızlığı məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birg ə nəzərə almaqla həll etməli olduğu halda, bunu etməmişdir. Odur ki, iddiaçı tələbində haqlıdır.
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1413/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.