Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1709/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməklə, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2-1(103)-1445/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus 3 iyul 1973-cü il tarixli əmək kitabçasına əsasən o: - xx.xx.1972-ci il tarixdə Masis rayonu, Zəngilər sovxozuna işçi fəhlə qismində işə qəbul edilmiş, xx.xx.1974-cü ildə instituta daxil olma səbəbindən işdən azad edilmiş; - xx.xx.1978-ci il tarix də Zərdab rayon 124 saylı orta məktəbinə tarix müəllimi təyin edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmiş; - xx.xx.1989-cu ildə maşınqayırma zavoduna dispetçer təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş; - xx.xx.1992-ci ildə 55 saylı orta məktəbə tarix müəllimi təyin edilmiş, xx.xx.1998-ci il tarixdə 55 saylı məktəbdən işdən azad edilərək ixtisası üzrə işləmək üçün 249 saylı məktəbə köçürülmüş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş; - xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətli əmək müqaviləsi ilə həmin məktəbdə tarix müəllimi işləmiş, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən ləğv edilərək işdən azad edilmişdir.
2. Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbinin xx.xx.1982-ci il, xx.xx.1983-cü il, xx.xx.1984- cü il, xx.xx.1985-ci il, xx.xx.1986-cı il, xx.xx.1987-ci il və xx.xx.1988-ci il tarixli arayışlarına əsasən iddiaçı 1981/1982, 1982/1983, 1983/1984, 1984/1985, 1985/1986, 1986/1987, 1987/1988-ci tədris illərində Masis rayon Zəngilər kənd orta məktəbində müəllim işləmişdir.
3. İddiaçıya məxsus 948235 saylı pensiya işinə əsasən ona cavabdeh tərəfindən 25 mart 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı xx.xx.1974-xx.xx.1978-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunda əyani təhsil aldığı müddətin ona yaşa görə əmək pensiyası təyin olunduğu gündən, yəni xx.xx.2019-cu il tarixdən sosial sığorta stajı kimi hesablanmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2 iyul 2020-ci il tarixli, 2-1(112)3901/2020 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək 1981-1988-ci illər ərzində Ermənistan SSR, Masis rayonu Zəngilər kənd orta məktəbindəki əmək fəaliyyətinin sosial sığorta stajı kimi nəzərə alınıb əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
6. Cavabdeh 7 may 2021-ci il tarixli, **********3 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş xx.xx.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçasına, hərbi biletə və əyani təhsil haqqında diplomun surətlərinə əsasən ona xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pens iya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 39333,60 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 551,67 manata çatdırılmışdır. İddiaçının 1981-1988-ci illər ərzində Masis rayon Zəngilər kənd orta məktəbindəki əmək fəaliyyəti dövrü əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-1989-cu illərdə milli münaqişə zəminində Ermənistandan deportasiya olunmuş, bu səbəbə görə də 1981-1988-ci illərdə işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. Amma 1981-1988-ci illəri əks etdirən ştamplı, möhürlü, notarius tərəfindən təsdiq olunmuş arayışlar özündədir. Həmin arayışlara əsasən onun işlədiyi həmin müddət cavabdeh tər əfindən pensiya təyin olunarkən onun stajına daxil edilməmişdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılaraq 1981-1988-ci illər ərzində Masis rayon Zəngilər kənd orta məktəbindəki əmək fəaliyyəti dövrü əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmamışdır. Buna görə də qeyd olunan dövrün sığorta stajına daxil edilərək xx.xx.2019cu ildə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunmuşdur. Cavabdeh tərəfindən verilən imtina qanunidir. 2006-cı il yanvarın 1-dək s ığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənədlərə iş yerindən arayışlar aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni 2006-cı il 1 yanvar tarixədək sığortaolunanın arayış (dövlət arxivinin arayışı, iş yerindən arayış yox) üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İşç inin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçının adına xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasında iddia edilən 1981-1988-ci illər qeyd olunmamışdır. Lakin qanunvericilik aktlarının əlaqəli təhlilindən də məlum olduğu kimi, iş yerindən arayış sığorta stajını təsdiq edən sənəd hesab oluna bilməz. Buna görə də iddia tələbi əsassızdır.
10. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-6931/2021 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1981-1988-ci illərdə Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövr iddiaçının əmək kitabçasında qeyd olunmamışdır. Həmçinin həmin iş stajını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmə mişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Masis rayon Zəngilər kənd orta məktəbinin arayışları, onlarda qeyd olunan iş stajı arxiv sənədləri ilə təsdiq oluna bilmədiyi üçün təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün sübut kimi qəbul oluna bilməz.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə 1981-1988-ci illər ərzində Masis rayon Zəngilər kənd orta məktəbində işləməsinə dair arayışların əsli və fotoşəkillər təqdim edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-1445/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən v ə məruzəçi/, A.P.Oruczadə və M.N.Tağızadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-6931/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçının 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, onun əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınma sı üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (işəgötürənin) arayışları nəzərə alına bilər. İddiaçının 1981-1988-ci illərdə işləməsini təsdiq edən sübut kimi işəgötürənin həmin dövrdə verdiyi arayışların tərcümə təsdiq olunmuş surətləri olduğu halda, iddiaçıdan bu barədə həm də arxiv arayışlarının tələb olunması düzgün deyil. Yaxud da işəgötürənin arayışları olduğu halda iddiaçının həmin dövrdə işləməsi faktının mülki məhkəmə icraatı qadasında müəyyən edilməsinə ehtiyac qalmır. Belə ki, qanunvericilikdə bu sənədlərin (işəgötürənin arayışı, əmək haqqı cədvəlləri, məlumat vərəqələri və s.) heç birinin olmadığı halda şahid ifadələri əsasında şəxsin hansısa müəssisədə işləməsi faktının məhkəmə qaydasında tanınmasından söhbət gedir ki, hazırki işdə də iddiaçının işləməsini təsdiq edən sənəd kimi işəgötürənin arayışı mövcud olduğundan belə fakt təsdiqinə zərurət qalmır. İddiaçı qanunun tələbinə görə 1981-1988-ci illərdə işlədiyi müddətin onun iş stajına daxil edilməsi ilə bağlı hüquqlarının (hazırkı halda sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. İddiaçının iş yerindən arayışlar nəzərə alınmaqla 1981-1988-ci illər üzrə işlədiyi müddət onun stajına daxil edilməlidir. Cavabdeh tərəf mübahisələndirdiyi 1981-ci il tarixdən 1988-ci il tarixədək Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və ya işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, məhkəmən in əsas götürdüyü arayışların məzmunu (müxtəlif saylarda olan arayışda illər tam əks olunmamış, müxtəlif arayışların nömrəsinin eyni olması, ilin sonuna yaxın müddət keçmiş olsa da ilk (birinci) olması), erməni dilindən tərcümə edənin tərcümə etmək səlahiyyətinin olub-olmaması oxunaqsız vəziyyətdə olan arayışların həqiqiliyinə əsaslı şübhələr araşdırmasına (arxiv sənədləri ilə təsdiq edilməsinə) zərurət olmuşdur. doğurmuş, b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabi liyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı n əzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri... 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdə n (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;...
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanun la müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbayc an Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılm ası qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iş illərinin sosial sığorta stajına daxil edilməklə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün apellyasiya məhkəməsi iddiaçının mübahisəli iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
32. İddiaçının 1981-ci il tarixdən 1988- ci il tarixədək Ermənistanın Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi müddətə dair təqdim edilən arayışların şübhəli olması, ona görə də arxiv sənədləri ilə təsdiq edilməsinə zərurət yaranması barədə kassasiya şikayətinin təkrarlanan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi iş stajı keçmiş SSRİ-nin ərazisində əldə edilmişdir. Məlum hadisələr səbəbindən iddiaçının mübahisəli iş stajına dair arxiv sənədlərinin araşdırılması mümkün deyil.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən iş stajı ilə əlaqədar arxiv sənədlərinin əldə edilməsinin mümkünsüzlüyü iddiaçının təqdim etdiyi iş yerindən arayışların mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). 35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmə k məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
36. Beləliklə, inzibati orqan iş yerindən arayışlarda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
37. Lakin cavabdeh inzibati icraatın formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə əməl etməyərək iddiaçının üzərinə icrası mümkün olmayan başqa öhdəliklər qoymaqla müvafiq qərarın qəbul olunması ndan imtina etmişdir.
38. Hazırkı qərarın 20-ci bəndində qeyd olunan normaya əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
39. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi iş stajının mövcudluğunu araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-1445/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.