Məhkəmə qərarları › İş №2-1(102)-1709/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1709/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1709/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X7 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X3) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-17/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şərur şəhəri Heydər Əliyev prospekti 37 saylı evin 48 saylı mənzili X4 adına daşınmaz əmlakın dövlət reyestrində 20 dekabr 1996-cı il tarixli 3M/07 nömrəli bağışlama müqaviləsi əsasında qeydiyyata alınmışdır.

2. Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, X2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı müqavilənin etibarsız hesab ed ilməsi və aparılmış qeydiyyatın ləğvi tələbinə dair iddası rədd edilmişdir.

3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)30/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4615/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı sözügedən mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə cavabdehə mü raciət etmiş, cavabdeh inzibati orqan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyinə istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri Heydər Əliyev prospekti 37 saylı evin 48 saylı mənzili üzrə X4 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim H.Muradov) 21(122)-88/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsinin qərardadını n əsaslarına görə, “Göründüyü kimi, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş müvafiq əqdi mübahisələndirmiş, iş birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılmış və iddia rədd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə qeydiyyatın aparılmasının əsasını mülki-hüquqi əqd təşkil etdiyindən həmin əqd mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İddiaçı tərəfindən həmin əqd artıq mübahisələndirildiyindən və qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olduğundan hazırkı iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti v ermişdir.

10. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər S.Qarayev (sədrlik edən və məruzəçi), Y.Qurbanov və S.Novruzov) 2-1(108)-17/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “İş materialları ilə müəyyən olunur ki, Şərur şəhəri, Heydər Əliyev prospekti 37 saylı evin 48 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur, iddiaçı həmin evi 08 fevral 1995-ci ildə bacısı X5, 20 dekabr 1996-cı il tarixli, 3M/07 nömrəli bağşlama müqaviləsi ilə bacısı X6 bağışlamışdır, həmin mənzil xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışa əsasən X4 mülkiyyətinə verilmişdi r, xx.xx.2021-ci il tarixdə Şərur rayon 2 saylı notariat ofisində qeydiyyata alınan 2V-40 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzil X1 adına keçmişdir. Eyni zamanda o da müəyyən olunur ki, İddiaçı cavabdehlər Sərur rayon 2 saylı notariat ofisinə, X2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iddiası Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2022 -ci il tarixli qərarı ilə təmin edilməmişdir. Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi hüquqi qüvvəsini almışdır. Hazırki iddia ərizəsi ilə İddiaçı yuxarıda qeyd edilən məhkəmə qətnamələrində həll edilmiş “qeydiyyatın ləğvi” barədə təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.... Qeyd olunduğu kimi eyni iddia tələbi üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsi hal-hazırda qüvvədədir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZ İN DƏLİLLƏRİ

12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcələsinin 230-cu və 245-ci maddələrinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin notariat qaydada təsdiq olunmuş bağışlama müqaviləsi müvafiq dövlət orqanında qeydə alınmalıdır. Həmin müqavilə qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən 1 aydan gec olmayaraq qeydə alınmalıdır. 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru tərəfindən İddiaçı Məmmə oğluna mülkiyyət hüququ əsasında məxsus Şərur şəhəri, Heydər Əliyev prospekti (o vaxt Şah İsmayıl küçəsi, bundan əvvəl isə Sovet küçəsi) 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilə yalnız 05 sentyabr 2019-cu il tarixdə (X4 ölümündən sonra) qeydə alınmışdır. Yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun olaraq Müqavilə notariatda təsdiq edildiyi gündən 1 ay ərzində qeydə alınmamışdır və beləlilklə də, Müqavilə hüquqi baxımdan öz əhəmiyyətini itirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 16. “İnsan hüq uqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqınd a, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM ): Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquq i mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).... Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı)....... məhkəmə qərarın ın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.... Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.” “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərar: “Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İn zibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmə lərin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı). Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli Qərarının 15.5, 15.6 və 17-ci bəndlərində də göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddədə t əsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı vacib hesab edir ki, daşınmaz əmlakın alğı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır.”

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddian ın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir; Bənd 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü

21. Kassasiya şikayəti vaxtında v erildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

22. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mü əyyən olunmur.

25. İlk olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (“Məzahir Cəfərov Azərbaycana qarşı” iş).

26. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

27. Bu baxımdan, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır.

28. Həmçinin, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkə mələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

29. Bu kontekstdə, Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsinin mövcudluğu MPM-in 233.3-cü və İPM-in 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni əmlakla bağlı, eyni həd əfə yönəlmişdir. Bu anlamda, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı diqqətə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qətnamə ilə bağlıdır, iddiaçı onun hüquqlaı ilə bağlı artıq həll olunmuş eyni mübahisəyə eyni əsasla yenidən baxılmasını tələb etməklə MPM-in 233.3-cü maddəsi baxımından haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilməməlidir.

30. Kassasiya şikayətinin dəlilləri də sırf mübahisənin mahiyyəti ilə bağlı olduğu və həmin məsələyə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, əsassız sayılmalıdır.

31. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-cİ maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)17/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar