Məhkəmə qərarları › İş №2-1(102)-1709/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1709/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1709/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1963-cü il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2015-ci il tarixdən ödənilməsi nəzərə alınmaq la güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2024-cü il tarixli, 2-1(106)-36/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək operator vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək nümunəgötürən vəzifəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək laborant vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdən isə mühəndis-bakterioloq vəzifəsinə keçirilmişdir. 2. "xxxx" ASC-nin “X1” İdarəsi tərəfindən verilən güzəştli arayışlara əsasən İddiaçı İbrahim qızının işlədiyi “kimyəvi bakterioloji labarotoriya”da laborant və mühəndisbakterioloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 2 saylı siyahısının XXİİİ Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsi, 6.1 nömrəli siyahının 18-ci bölməsində və bu bölmədə adları çəkilən istehsalatlar b) rəhbərlər və mütəxəssislər: istehsalatda və sex laboratoriyalarında laborantlar (2250600b—23157), biokimyaçılar, o cümlədən sex laboratoriyalarında (2250600b—20278) və bakterioloq, o cümlədən sex laboratoriyalarında (2250600b— 20257) kodları ilə qeyd edilmişdir və həmin vəzifələrə uyğundur, həmçinin işlədiyi vəzifələr zərərli və ağır iş stajı olduğu üçün güzəştli təqaüd hüququna malikdir.

3. İddiaçı cavabdehə müraciət edərək ona g üzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubu ilə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin “X1” İdarəsinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli arayışında xx.xx.1982-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin “X2 İstehsalat İstismar İdarəsi” nin “Kimyəvi-Bakterioloji laboratoriyası”nda nümunəgötürən, xx.xx.1983-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində laborant, xx.xx.2011-ci il tarixdən bugünədək mühəndis bakterioloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.1980-cı il tarixdən müxtəlif vəzifələrdə işləməklə ümumil ikdə 41 ildən artıq əmək sığorta stajı vardır. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona xx.xx.2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu səbəbdən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi sahə və vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun olmaması səbəbindən ona imtina cavabı verilmişdir.

6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 2-1(120)-1073/2023 nömrəli qərarı ilə ( hakim H.Nəcəfov) iddian təmin edilmiş, iddiaçıya xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixə kimi “Muğansutəchizatı” Trestində “operator”, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi "xxxx" ASC-nin “X2 İstehsalat İstismar İdarəsi”-nin “Kimyəvi-bakterioloji laboratoriyası”-da “nümunəgötürən”, xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək “labarant” və xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi “mühəndisbakterioloq” vəzifələrində işləmiş və onun işlədiyi zərərli maddələrin tətbiq edilməsi işlərində məşğul olan (“kimyəvi bakteroloji labarotoriya”-da “lobarant” və “mühəndisbakterioloq”) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİİİ. Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsi, 6.1 №-ii Siyahının 18-ci bölməsində və bu bölmədə adları çəkilən istehsalatlar b) rəhbərlər və mütəxəssislər: istehsalatda və sex laboratoriyalarında laborantlar (2250600b—23157), biokimyaçılar, o cümlədən sex laboratoriyalarında (2250600b—20278) və bakterioloq, o cümlədə n sex laboratoriyalarında (2250600b—20257) kodları ilə öz əksini tapmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2024-cü il tarixli, 2-1(106)-36/2024 nömrəli qərarı ilə (hakimlər: M.Həsənov - sədrlik edən və məruzəçi, Z.Allahyarov və S.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırması nəticəsində iddiaçının “Kimyəvi-bakterioloji laboratoriya”da işlədiyi nümunəgötürən, labo rant, mühəndis-bakterioloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulmuş dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsində göstərilmiş vəzifələr ilə eynilik təşkil etmir. İddiaçı dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı sahəsində çalışmamış, o, suyun bakterioloji və mikrobioloji analizlərinin aparılması ilə məşğul olmuşdur. Belə olan halda, iddiaçının nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömr əli Siyahısı” üzrə, nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə qanunvericiliklə tələb olunan güzəştli sığorta stajı müəyyən edilmədi. Eyni zamanda sözügedən Siyahılar üzrə qanunvericiliklə tələb olunan güzəştli sığorta stajının olmasına dair iddiaçı tərəfindən də məhkəməy ə hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

12. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanunun 9.1, 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad etmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, iş yerindən xx.xx.2022-ci il tarixli, 14 nömrəli güzəştli arayış təqdim etmişdir. Həmin arayışda açıq-aşkar olaraq iddiaçının işlədiyi vəzifələrin zərərli olması və gördüyüm işlərin nədən ibarət olduğu və ən əsası işlədiyi vəzifələrin Nazirlər Kabinetinin 21 iyun 1 993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda qeyd edilən vəzifələrlə uyğunluğu və kodları qeyd edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh həmin güzəştli arayışı qəbul etməmişdir.

15. Bundan əlavə qeyd edilmişdir ki, iddiaçı ilə vaxtı ilə birgə işləmiş şəxslərdən zərərli işə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə arayışlar verilmiş və həmin şəxslərə güzəştli pensiya təyin edilmişdir.

16. Bundan başqa idarə tərəfindən verilən güzəştli, arayışda işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXİİİ. Dərmanlar, tibbi və bi oloji preparat və materiallar istehsalı bölməsi, 6. 1 №-İi Siyahının 18-ci bölməsində və bu bölmədə adları çəkilən istehsalatlar b) rəhbərlər və mütəxəssislər: istehsalatda və sex laboratoriyalarında laborantlar (2250600b-23157), biokimyaçılar, o cümlədən sex laboratoriyalarında (2250600b-20278) və bakterioloq, o cümlədən sex laboratoriyalarmda (2250600b-20257) vəzifələrinə uyğunluğu və kodları barədə açıqlama verməsi, onu göstərir ki, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli olan "xxxx" ASC-nin “X1” İdarəsi tərəfindən iddiaçının həqiqətən də işlədiyi vəzifənin zərərli sahə olduğunu təsdiq etdiyi halda, lakin sonradan apellyasiya instansiya məhkəməsinin sorğusuna cavabda qərəzli olaraq onun işlədiyi vəzifənin zərərli sahə olmadığım bildirərək, amma heç bir açıqlama verməyərək, yalnız formal xarakterli sözlərə istinad edərək iddiaçının bilərəkdən sosial təminat hüququmu məhdudlaşdırmışdır. 17. "xxxx" ASC-nin “X1” İdarəsi tərəfindən verilmiş birinci arayış ilə sonradan apellyasiya məhkəməsinin sorğusu ilə verilmiş arayış arasında olan uyğunsuzluğun araşdırılması məqsədi ilə apellyasiya məhkəməsi tərəfindən həmin idarə üçüncü şəxs qismində cəlb etməklə araşdırmaqla hüquqi qiymət verməli idi. Lakin apellyasiya məhkəməsi İPM-in 28.1, 28.2, 28.3, 28.5-ci maddələrinin tələblərini pozaraq bunu etməmiş və "xxxx" ASC-nin “X1” İdarəsini üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətə düzgün hüquqi qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə etiraz edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fe vral 2024-cü il tarixli, 2-1(106)-36/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2015-ci il tarixə olan redaksiya): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kə sb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetər li hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

30. İddiaçının 52 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdə “Əmək pensiyaları ha qqında” Qanunun qüvvədə olan normasına əsasən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışması tələb olunur.

31. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya münasibətdə güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir.

32. Belə ki, iddiaçı onun güzəştli iş stajını təsdiq edən "xxxx" ASC-nin “X1” İdarəsinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli arayışını təqdim etməyinə baxmayaraq, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırılması məqsədilə həmin İdarəyə sorğu göndərmiş və sorğuya cavaba əsasən işə əlavə edilmiş "xxxx" ASC-nin “X1” İdarəsinin xx.xx.2023-cü il tarixli, 13-16-11/2-19/ 2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “İddiaçı "xxxx" ASC-nin “X1” İdarəsinin “Kimyəvi-bakterioloji laboratoriya”sında xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək nümunəgötürən, xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək laborant, xx.xx.2011-ci il tarixdən mühəndis-bakterioloq vəzifəsində işləmiş və hal-hazırda da işləyir. Göstərilən tarixlərdə İddiaçı işlədiyi vəzifələr üzrə peşə və vəzifə təlimatına əsasən “Kimyəvi-bakterioloji laboratoriya”da laborant və mühəndis-bakterioloq vəzifəsi üzrə işçilərin vəzifəsi suyun tərkibində insan orqanizmi üçün təhlükəli virus olan bağırsaq çöpünün təyin edilməsi üçün analizləri aparmaqdan ibarətdir. Həmçinin təhlil prosesi təsdiq olunmuş texnoloji sənədlərə (DÜST-2874-82, DÜST-18963- 73) müvafiq olaraq yerinə yetirilir. Bu tə hlillərdə istifadə olunan reaktivlər-xlorid turşusu (HCl), natrium hidroksid (NaOH) qələvi, endo, quru qidalandırıcı aqar, laktoza, qlükoza, fuksin, razol turşusu, kristal yod, kalium yod, bromitol göyü, L-naftilamin, parafenilen diamin, qlükoza UR, laktoza UR, spirt, lüqol və başqalarından ibarətdir. "xxxx" ASC-nin “X1” İdarəsinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli arayış Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli qərarına əsasən verilməsinə baxmayaraq, həmin arayışda qeyd olunmuş vəzifələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarındakı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat və vəzifələrlə heç də eynilik təşkil etmir. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli və Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12 nömrəli qərarlarında su təsərrüfatında işləyən işçilərin peşə və vəzifələri güzəştli şərtlərlə əmək pensiyası hüququ verilməsi üçün qeyd olunmamışdır. Bu səbəbdən də İddiaçı "xxxx" ASC-nin “X1” İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 nömrəli arayışın əsassız hesab edilməsi xahiş edilir.”

33. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının “Kimyəvi-bakterioloji laboratoriya”da işlədiyi nümunəgötürən, laborant, mühəndis-bakterioloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulmuş dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsində göstərilmiş vəzifələr ilə eynilik təşkil etməməsi müəyyən edilmişdir.

34. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdi r ki, iddiaçı dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı sahəsində çalışmamış, o, suyun bakterioloji və mikrobioloji analizlərinin aparılması ilə məşğul olmuşdur.

35. Belə olan halda, apellyasiya məhkəməsi iddiaçının nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə, nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə qanunvericiliklə tələb olunan güzəştli sığorta stajı müəyyən edilməməsi barədə düzgün qənaətə gəlmişdir.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 19-21(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2024-cü il tarixli, 21(106)-36/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar