Məhkəmə qərarları › İş №2-1(102)-171/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-171/2020

14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-171/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2221/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 19.11.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, o cümlədən 06.10.1976cı ildən 01.09.1979-cu ilədək SSRİ Elektrik Sənaye Nazirliyinin “Elektrosentrolit” zavodunda qəlibləmə qəlibləyicisi peşəsində, 01.09.1979-cu ildən 01.04.1983-cü ilədək həmin zavodda mühəndis-texnoloq vəzifəsində, 03.06.1983-cü ildən 05.11.1983-cü ilədək tikinti sahəsində fəhlə, 02.12.1983-cü ildən 15.03.1984-cü ilədək Bakı Şüşə Zavodunda qırçı, 26.03.1984-cü ildən 03.02.1986-cı ilədək TTİ MXT-də tikinti ustası, 03.02.1986-cı ildən 25.11.1986-cı ilədək həmin müəssisədə prorab, 02.12.1986-cı ildən 13.07.1987-ci ilədək Bakı Minalı Qablar Zavodunda minalama sexinin rəis müavini, 13.07.1987-ci ildən 01.03.1989-cu ilədək 1 saylı tökmə sexində usta vəzifəsində, 06.08.1989-cu ildən 21.05.1993-cü ilədək Nəsimi rayonu Təmir Tikinti İdarəsində iş icraçısı vəzifələrində çalışmışdır. İddiaçı cavabdehə müraciət edər ək ona 57 yaşdan, 01.07.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 26.09.2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda sadalanan vəzifələrdə 12 il 06 ay güzəştli iş stajı olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı 30 yanvar 2019-cu il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 57 yaşdan, 01.07.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin olunaraq, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyası nın 60-cı maddəsinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-1216/19 saylı iş) 12 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 01.01.2006cı ilədək 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X5 və X7, 2-1(103)-2221/2019 saylı iş)19 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə kişi cinsindən şəxsin 01.07.2017-ci il tarixədək 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) Nazirlər Kabinetinin təsdiq etdiyi siyahılarda nəzərdə tutulan peşələrdə işləməli; 2) siyahılarda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il yarım, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 01.07.2017-ci il tarixədək mövcud olmalıdır; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin iddiaçının işlədiyi peşələrin sözügedən siyahılarda nəzərdə tutulan peşələrl ə müqayisəsindən məlum olur ki, iddiaçının 1979-1983, 1986-1987 və 1993-2009-cu illərdə işlədiyi mühəndis-texnoloq, sex rəisinin müavini, tikinti mühəndisi, tikinti idarəsinin rəisi və müəssisə direktoru vəzifələri bu siyahılarda nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, iddiaçının 12 il yarım müddətə siyahılarda nəzərdə tutulan peşələrdə işləməsi şərti yerinə yetirilmir. Bundan əlavə, iddiaçı 12 il 6 ay müddətə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməmiş, bu sənəd məhkəməyə də təqdim olunmamışdır. Beləliklə, cavabdehin, iddiaçının arzuladığı inzibati aktın qəbulundan 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanan 26.09.2018-ci il tarixli 15/**********7 nömrəli imtinası qanuna zidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçı 04.11.2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İşə apellyasiya instansiyasında baxılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Bundan əlavə, iddiaçının işlədiyi müvafiq vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda “Xİ. Metal emalı” bölməsində, 1110100b-23428 (əritmə, doldurma (tökmə), kokil doldurma, termik emalla tökmə və təmizləmə bölmələrinin, aralığın və tökmə istehsalı sahələrinin ustaları və böyük ustaları)” kodu, 2 nömrəli siyahıda “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bər pası və təmiri bölməsində, 2290100b-2441 (iş icraçıları), 2290100a-11196 (betonçular)” kodları ilə, “Vİİİ. Metallurgiya istehsalı (əlvan metallar) bölməsində 2092400a-19400 (maşınla qəlibləyən qəlibləyicilər)” kodları ilə nəzərdə tutulmuşdur. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) veril mişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 1 iyul 1955-ci ildə anadan olmuşdur. İddiaçı hesab edir ki, ona 57 yaşdan (1 iyul 2012-ci ildən) güzəştli şərtlə pensiya təyin edilməlidir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Mübahisə iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda olub-olmaması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşın a çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 57 yaşının tamam olduğu 1 iyul 2012-ci il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Əmək kitabçasında və arxiv arayışında olan məlumata görə iddiaçı 10 iyul 1987-ci ildən 28 fevral 1989-cu ilə qədər Bakı Minalı Qablar zavodunda 1 saylı tökmə sexində usta vəzifəsində işləmişdir (səh 36 və 50). Bu dövr 1 il 7 ay 20 gündür. İddiaç ının iş yerindən verilən arayış, habelə əmək kitabçasında olan məlumatlara görə o, 6 oktyabr 1976-cı ildən 29 iyun 1983-cü ilə qədər “xxxx” ASC-də 1 saylı tökmə sexində qəlibləyici, müxtəlif dərəcəli mühəndis texnoloq peşəsində işləmişdir (səh 37 və 49). Bu dövr 6 il 9 ay təşkil edir. Həmçinin iddiaçının əmək kitabçasında olan məlumatlara görə 26 mart 1984-cü ildən 4 fevral 1986-cı ilə qədər və 6 avqust 1989-cu ildən 21 may 1993-cü ilə qədər tikinti sahəsində usta və iş icraçısı vəzifəsində işləmişdir (səh. 46 və 49). Bu dövr 5 il 7 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pens iyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. 10 iyul 1987-ci ildən 28 fevral 1989-cu ilə qədər Bakı Minalı Qablar zavodunda 1 saylı tökmə sexində usta və 6 oktyabr 1976-cı ildən 29 iyun 1983-cü ilə qədər “xxxx” ASCdə 1 saylı tökmə sexində qəlibləyici, müxtəlif dərəcəli mühəndis texnoloq peşələri Siyahıda 11-ci bölmədə Metal emalı sahəsində rəhbərlər və mütəxəssislər bölməsində sahə ustası, fəhlələr bölməsində qəlibləyicilər, 26 mart 1984-cü ildən 4 fevral 1986-cı ilə qədər və 6 avqust 1989-cu ildən 21 may 1993-cü ilə qədər tikinti sahəsində usta və iş icraçısı Bin a, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29-cu bölmədə) usta və iş icraçısı peşələri ilə üst-üstə düşməsi təsdiq edilir. Ümumilikdə iddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 12 il 6 aydan çoxdur. İddiaçının 57 yaşı tamam olan vaxt onun 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. İddiaçının 57 yaşı 1 iyul 2012-ci ildə tamam olduğundan, onun həmin vaxtdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 2012-ci ildə qüvvədə olmuş 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Bəhs edilənlərə əsasən, 1 iyul 2012-ci il tarixdən iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığından onun əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası əsaslı olmuşdur. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2221/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşdan ( 1 iyul 2012-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar