Məhkəmə qərarları › İş №2-1(102)-171/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-171/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-171/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajının düzgün müəyyən edilməsi meyarları, güzəştli arayış, Ali Məhkəmənin göstərişlərinin nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illəri sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1606/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1961-ci ildə Lerik rayonunda anadan olmuşdur.

2. İddiaçının əmək kitabçasının məlumatların a əsasən, o, Bakı Şin zavodunda xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək yığma sexində 4 dərəcəli avtoşin yığıcısı işləmiş, xx.xx.1983-cü ildə “Leninneft” NQÇİ-nin QƏYTS-nin 9-cu sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, xx.xx.1988ci ildə quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.1989-cu ildə 1 №-li NQÇS-nin (neft mədəni) 2-ci sahəsinə 5-ci dərəcəli neft və qazçıxarma operatoru peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 173 saylı qərarı və “Azneft” İB-nin xx.xx.1992- ci il tarixli, 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ “Balaxanıneft” NQÇİ adlandırılmışdır. xx.xx.1995-ci ildə “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təs ərrüfatına keçirilmiş, xx.xx.1995-ci ildə “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının 4 №-li MİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə TİS-ə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmiş, xx.xx.2006-cı ildə işdən azad olunmuş, xx.xx.2006-cı ildə Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin (MKXİ) 1 saylı MKT-nin TİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə 4 saylı TİS-in Elektrik təsərrüfatı briqadasına nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmiş, xx.xx.2006-cı ildə müvəqqəti olaraq 4 saylı TİS-ə 4-cü dərəcəli qazanxana operatoru peşəsinə keçirilmiş, xx.xx.2007-ci ildə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keç irilmişdir. ARDNŞ-nin xx.xx.2007-ci il tarixli, 25 saylı əmrinə əsasən MKXİ Mənzil Kommunal Xidmətləri Departamenti adlandırılmışdır. xx.xx.2007-ci ildə 9 saylı MİS-nə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir.

3. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh xx xxxx 2019-cu il tarixli, **********3 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az olduğuna görə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 il ümumi stajı olan və bunun ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 57 yaşı tamam olan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. O, da həmin kateqoriya işçilərə aiddir. Belə ki, 9 ay 10 gün Bakı Şin zavodunda şinyığma sexində, 11 il 9 ay 15 gün isə NQÇİ “Balaxanıneft”də mədəndə zərərli işdə çalışmışdır. Odur ki, cavabdeh orqan ona 57 yaşdan yaşa görə pensiya t əyin olunmasından əsassız imtina etmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının 1982-1983-cü illərdə gördüyü işlər 2007-ci il tarixdə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. İddiaçının avtoşin yığıcısı kimi işlədiyi vəzifə güzəştli iş stajı olsa da, bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda 8.3.1-ci bəndin a) yarımbəndində öz əksini tapmışdır. Həmin siyahıda sadalanan vəzifələr xx.xx.2007-ci il tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edildiyindən iddiaçı xüsusi iş stajını xx.xx.2006-cı il tarixədək deyil, 0.06.2006-cı il tarixdən sonra toplamış olur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 say lı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim:Ş.Süleymanova) iddia təmin edilmiş, iddiaçının 57 yaşı tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş əmək kitabçasına görə, iddiaçının 01.01,2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcuddur. Belə ki, iddiaçının xx.xx.1983-cü ildənxx.xx.2009-cu ilədək işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifə lərin və göstəricilərin Siyahısı»-nın 2130200a-15870, xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilədək neft və qazçıxarma operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130200a-15824, xx.xx.1995-ci ildən - xx.xx.2006-cı ilədək “Balaxanmeft” NQÇİ-nin MKT nasos qurğularının maşinisti peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130302a-13652 kodlarına uyğundur.

10. Cavabdeh həmin qərardan apel yasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən:V.Ə.Baxışova, hakimlər:E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barəd ə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1141/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən:İ.Ə.Şəfiyev, hakimlər: Z.M.Quliyev və R.S.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM -nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Belə ki, məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət vermək lə yekun qərar çıxartmalı idi. d) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1606/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən:V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında göstərilən xüsusatları araşdırmamış, İPM-in 96.11-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

22. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2017ci il tarixədək olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərd ə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiklər i sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apely asiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş əmək kitabçasına görə, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcuddur. Belə ki, iddiaçının xx.xx.1983-cü ildənxx.xx.2009-cu ilədək işlədiyi quyuların yeraltı təmiri üzr ə operator peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130200a-15870, xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilədək neft və qazçıxarma operatoru peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130200a-15824, 01,09.1995-ci ildən-xx.xx.2006-cı ilədək “Balaxanmeft” NQÇİ-nin MKT nasos qurğularının maşinisti peşəsi isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-cı il tarixli, 12 nömrəl i qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130302a-13652 kodlarına uyğundur.

31. Cavabdeh məhkəmələrin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq həmin qərardan kassasiya şikayəti vermiş, işə ilk dəfə Ali Məhkəməsində baxılarkən məhkəmə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar qəbul etməli olduğu halda bunu etməmişdir.

32. İşə növbəti dəfə baxan apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərlə bağlı heç bir araşdırma aparmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, kişi cinsindən olan şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) İddiaçının 57 yaşının tamam olması; 2) İddiaçının 57 yaşı tamam olarkən azı 25 il ümumi iş stajının mövcud olması; 3) İddiaçının 57 yaşı tamam olarkən azı 12 il 6 ay g üzəştli iş stajının mövcud olması.

34. İşdə olan sənədlərə görə iddiaçının 57 yaşı tamam olarkən 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.

35. Araşdırılmalı hal iddiaçının 57 yaşının tamam olduğu vaxt güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə azı 12 il 6 ay işləməsidir. 36. xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

37. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşd irmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

38. Hazırki iş üzrə iddiaçı iş yerindən arayış təqdim etsə də, həmin arayışla onun güzəştli iş stajının olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, arayışda ümumiyyətlə iddiaçının işlədiyi peşə və sahənin Siyahılarla əksini tapmış hansı peşə və sahəyə uyğun olması göstərilməmişdir. «xxxx» ASC-nin arayışında da həmin müəssisədə istehsalatın «Kimya istehsalatı»na aid olunması göstərilməmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi isə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2-1(102)-1141/2020 saylı qərarında göstərilmiş halların heç birini araşdırmamış və əksinə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışların mötəbərliyi və ya qanunsuzluğu cavabdeh tərəfindən mübahisələndirmədiyi ndən əlavə məlumatların alınması məqsədi ilə sorğuların göndərilməsinə zərurət yoxdur.

40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarında əks edilmiş bu mövqeyi qanunsuz hesab edərək bildirir ki, bu cür yanaşma inzibati qanunvericiliyin, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarının müddəalarına ziddir. Belə ki, həmin qərarda qeyd edilir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tut sa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəz ərdə tutan 12-ci maddəsinə istinad edilmişdir.

41. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

42. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə, Azərbaycan Respublikası İPM -in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.

43. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

44. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara t ətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

45. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(103)-1606/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar