Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-171/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək fəaliyyəti dövrünün arxiv arayışına əsasən sosial sığorta stajına daxil edilməsi, kolxozda iş stajının hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2286/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh **********9 saylı, 15 dekabr 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edə rək bildirmişdir ki, 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 24 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 15 dekabr 2019-cu il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsində bildirir ki, o, cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, müraciəti təmin olunmamışdır. Belə ki, o, orta məktəbi bitirdiyi vaxtdan yaşadığı Əsrik kəndində fəaliyyət göstərən K.Marks adına kolxoz üzvlüyünə 03.07.1980-ci il tarixində qəbul edilmiş və hərbi xidmətə gedən günə qədər həmin kolxozda işləmişdir. 24.04.1981-15.06.1983-cü il tarixinə kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Əsrik kəndində K.Marks adına kolxozda əmək fəaliyyətini davam etdirmiş və 11.11.1983-cü ildə həmin kolxozdan ayrılmışdır. 28.11.1983cü ildə Bakı Dəniz Portunda işə götürülmü ş, orada müxtəlif vəzifələrdə 25.01.2010-cu il tarixədək işləmişdir. Onun hazıradək əmək fəaliyyəti iki əmək kitabçasında qeyd edilməkdədir: birincisi AZE ******* seriyalı kolxozçunun əmək kitabçasıdır ki, onun 03.07.1980-11.11.1983-cü illərdə Kəlbəcər rayonu, Əsrik kəndindəki K.Marks adına kolxozda topladığı əmək stajı, ikincisi isə İT seriyalı, ******* nömrəli əmək kitabçasıdır ki, 28.11.1983-cü il tarixdən hal-hazıra kimi topladığı iş stajını əks etdirir. Onun kolxozda əmək stajı 01 il 2 ay 19 gün, hərbi xidmət dövrü 2 il 1 ay 22 gün və İT № ******* seriyalı əmək kitabçası üzrə ümumi əmək stajı 28.11.1983 - 01.01.2006-cı illər arasındakı dövr üçün 22 il 1 ay 4 gün olmaqla, 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 il 5 ay 13 gün təşkil edir və bu müddətin 13 il 11 ay 16 günü güzəştli iş stajına aiddir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-3669/2021 saylı qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən 25 il 1 ay 4 gün ümumi və 13 il 11 ay 16 gün xüsusi iş stajına malik olduğundan onun tələbi əsaslıdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2286/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(112)-3669/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin r ədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus 25.11.1983-cü ildə tərtib edilmiş ******* saylı əmək kitabçasından və hərbi biletdən aydın görünür ki, 01.01.2006-cı il tarixədək onun ümumi əmək stajı 25 ildən azdır. Məhkəmə ******* saylı kolxozçunun əmək kitabçasındakı qeydləri əsas götürməklə iddiaçıya 11 ay əmək stajı hesablamışdır. Halbuki, həmin əmək kitabçasının mötəbərliyi şübhə altındadır. Çünki, həm əmək kitabçasında iddiaçının K.Marks adına kolxozda işə qəbul və işdən azad edilməsi barədə əmrlərin nömrəsinə və tarixinə istinad yoxdur, həm də əmək ki tabçası iddia edildiyi kimi işə qəbul edilən tarixdə deyil, 1983-cü ildə tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 1 2 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 17. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyə tini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıx arışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində yalnız iddiaçının 01.01.2006-cı il tarixədək topladığı ümumi iş stajı mübahisələndirilir.
25. Cavabdeh qeyd edir ki, iddiaçının 01.01.2006 -cı il tarixədək 25 il deyil, cəmi 24 il 2 ay 24 gün ümumi iş stajı tamam olur. Belə ki, cavabdeh iddiaçının kolxozda işlədiyi dövrləri mübahisələndirərək onun pensiya hüququnun yanamadığını bildirir.
26. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, kolxozçunun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, əmək kitabçasında iddiaçının K.Marks adına kolxozda faktiki olaraq işlədiyi adam günü və kolxoz üzrə müəyyən olunmuş adam günü normaları göstərilmişdir.
27. İddiaçının K.Marks adına kolxozda işlədiyi 1980, 1981 və 1983-cü illərdə həmin kolxozda minimum əmək iştirakı norması 120 gün olmuşdur. İddiaçı 1980-ci ildə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin il ona tam əmək stajı kimi hesablanmalıdır. İddiaçı 1981 və 1 983-cü illərdə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1981-ci ildə 10 gün, 1983-cü ildə 108 gün). Ona görə də həmin illər ona tam əmək stajı kimi deyil, aşağıdakı qaydada hesablanmalıdır. 10+108=118; 118x12=1416; 1416/120=11,8. Sadə riyazı hesablama ilə müəyyən edilir ki, iddiaçının K.Marks adına kolxozda stajı 23 ay, yəni 1 il 11 ay olmuşdur. Beləliklə, 01.01.2006-cı il tarixədək iddiaçının kolxozda əmək fəaliyyəti nəzərə alınmaqla, ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən edilir.
28. Cavabdeh qeyd edir ki, əmək kitabçasında iddiaçının K.Marks adına kolxozda işə qəbul və işdən azad edilməsi barədə əmrlərin nömrəsinə və tarixinə istinad yoxdur, eyni zamanda əmək kitabçası iddia edildiyi kimi işə qəbul edilən tarixdə deyil, 1983-cü ildə tərtib edilmişdir.
29. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, “Kolxozçulara əmək kitabçasının verilməsi qaydaları haqqında” SSRİ Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 21 aprel 1975-ci il tarixli Əsasnamədə qeyd edilirdi ki, kolxozçunun əmək kitabçası onun əmək fəaliyyətini təsdiq edən əsas sənəddir. Kolxozçunun əmək kitabçasında kolxozçunun işə qəbulu və işdən azad edilməsi ilə bağlı məlumatlar qeyd edilir. Göründüyü kimi, Əsasnamədə işə qəbul və işdən azad edilməsi barədə əmrlərin və onların tarixlərinin əmək kitabçasında qeyd edilməsini nəzərdə tutan müddəa mövcud deyildir.
30. Cavabdehin iddiaçının əmək kitabçasının işə qəbul edilən tarixdə deyil, 1983-cü ildə tərtib edilməsi ilə bağlı dəlilinə gəlincə, məhkəmə tərkibi bildirir ki, yuxarıda qeyd edilən Əsasnaməyə əsasən, əmək kita bçası kolxozçu işə qəbul edilən vaxt tərtib edilməli və kolxoz üzvlüyündən xaric edildikdə isə sahibinə təqdim edilməlidir. Yəni, əmək kitabçası kolxoz tərəfindən tərtib edilir ki, kolxozçunun onun nə zaman tərtib edilməsindən məlumatı olmur. Bu da onu deməyə əsas verir ki, kolxozçunun əmək kitabçasının işə qəbul edilən tarixdə doldurulması onun təqsiri kimi qəbul edilə və həmin əmək kitabçasının mötəbərliyi bu əsasla şübhə altına alına bilməz.
31. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi və 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsin in b) bəndinə əsasən, onun 57 yaşdan (15.12.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
32. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
33. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2286/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.