Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-171/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (iş № 2-1(102)-171/23) (Açar sözlər: hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, plan və ölçü sənədinin ləğv edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı “hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1820/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanda 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 120 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə xx.xx.2007-ci ildə İddiaçı firmasının adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən İddiaçı firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir.
3. Bundan sonra İddiaçı firması tərəfindən həmin bina (daşınmaz əmlak) sökülmüş və əvəzində inşa ediləcək tikili üzərində qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv.m olan ünvan 2 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmış, bu barədə xx.xx.2010-cu il tarixli DƏDRX tərəfindən “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış” və “**********9 reyestr nömrəli xx.xx.2010-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. 4. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2014-cü ildə vəfat etmiş X9 vərəsələri arvadı X12 v ə azyaşlı övladı X16 (hər birinə 1/2 hissə) müəyyən edilmiş, şəhadətnamə verilən miras əmlak "xxxx" MMC-nin mərhuma məxsus 90 faiz paydan və İddiaçı firmasının mərhuma məxsus 100 faiz paydan ibarət olmuşdur. 5. 18.12.2014-cü il tarixli “Müəssisədəki payın bağışlama müqaviləsi”nə əsasən X12 İddiaçı firmasındakı 50 faiz paydan 30 faizini və X10 firmadakı 50 faiz payını tam X6 bağışlamış, firmadakı 20 faiz payı özündə saxlamışdır. 6. 21.02.2017-ci il tarixli “Müəssisədəki payın bağışlama müqaviləsi”nə əsasən X12 İddiaçı firmasındakı 20 faiz payını tam X6 bağışlamışdır. 7. 24.02.2017-ci ildə qeydə alınan İddiaçı firmasının Nizamnaməsinə edilmiş dəyişikliyə əsasən X4 təsisçi payı 100 faiz olmuşdur.
8. İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, **********43 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.
9. İmtina onunla əsaslandırmışdır ki, müraciət İddiaçı firmasının adından deyil, İddiaçı firmasının təsisçisinin adından verilmiş etibarnamə əsasında digər şəxs tərəfindən edilmiş və İddiaçı firması tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmin qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində İddiaçı firmasının adına qabaqcadan qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə digər hüquqi şəxsin adına özgəninkiləşdirilmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakla bağlı mübahisə olması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7924/2017 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1215/2020 nömrəli bildirişləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisələrinin yekunlaşması barədə məhkəmə aktları İdarəyə daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il tarixli DƏDRX tərəfindən verilmiş hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ********** nömrəli çıxarışın, cavabdeh tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli * *********9 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci ildə 23 fiziki şəxsin təsis müqaviləsi əsasında İddiaçı firmasının nizamnaməsi onlar tərəfindən təsdiq edilməklə qeydə alınmışdır. xx.xx.2006-cı il tarixdə “Günel” dövlət kiçik müəssisəsinin əmlakı ünvan 4 ünvanında olmaqla 000257 nömrəli qeydiyyat ilə Şəhadətnamə alınıb, bu əsasla xx/xx/2007-ci il tarixdə verilən seriyası MM0020235 olan Çıxarışa əsasən İddiaçı firması adına həmin ünvanda qeyri-yaşayış binası və onun istifadəsində olan torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. xx.xx.2009-cu il tarixli 2308 saylı alqı-satqı müqaviləsinə əsasən 0, 2704 ha torpaq sahəsi X2, DƏDRX seriya MA, ******* nömrəli çıxarış ilə İddiaçı firmasının xüsusi mülkiyyətinə verilmişdir. Baki şəhəri, ünvan 5 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi, reyestr nömrəsi **********166, xx.xx.2010-cu il tarixli, tam paylı əmlak ********** nömrə ilə reyestr xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. MDM memarliq şirkəti tərəfindən hazırlanmış fərdi layihə 8 mərtəbə olmaqla təxminən 24000 kv.m qeyri-yaşayiş sahəsini əhatə edən kompleks və ona bitişik digər fiziki şəxslər ilə paylı mülkiyyətdə və birgə istifadədə olan, ayrılması mümkün olmayan kompleksi mühəndis kommunikasiyaları ilə (elektrik, qaz, su, kondisioner, qizdirici cihazlar və s.) təchiz edən 4 və 5 mərtəbəli iki qeyri-yaşayış sahələri (təxminən 35000 kv.m sahədən ibarət) xx.xx.2010-cu il tarixdə Baki Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. İddiaçı firmasının təsisçilərinin 3 avqust 2010-cu il tarixli protokolu ilə "xxxx" ASC-dən alınmış kreditə təminat olaraq Bakı şəhəri Nəsimi rayonu, S.Vurğun 120 ünvanında yerləşən, İddiaçı fırmasına məxsus 0,2704 ha torpaq sahəsi (seriya MA ******* nömrəli çıxarışla, reyestr nömrəsi **********166, qeydiyyat nömrəsi **********) xx.xx.2010-cu il tarixdə verilmiş ipoteka ilə yüklü edilmişdir. 3 avqust 2010-cu il tarixli protokolda aydın şəkildə təsisçilərin iradəsi ifadə olunmuş 14000 kv.m qeyri-yaşayış sahəsini girov qoyub kredit almağı, tikintini vaxtında başa çatdırmaq olmuşdur. Lakin bir qrup şəxslər firmanın əmlakını ələ keçirmək məqsədilə banklar, notariuslar, əmlak komitəsi və həmin bu qurumlara nüfuz təsiri göstərə biləcək orqanların adından və ya oradakı vəzifəli şəxslər ilə əlbir olmaqla İddiaçı fırmasının təsisçilərini aldatma, təhdid, hədə qorxu və s. ilə, düşmüş pis vəziyyətdən istifadə etməklə xx.xx.2014-cü il tarixdə bir gün ərzində reyestr xidmətinin təlimatlarına zidd olaraq İddiaçı firması adına səlahiyyətli qanunvericinin tələblərinə zidd hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış və həmin tarixdə torpaq sahəsinin plan və cizgiləri sənədləri verilmişdir. Bundan sonra xx.xx.2010-cu il tarixdə nömrə 1B010-1328 sayli ipoteka müqaviləsi ilə MM-in tələblərinə zidd Mərkəzi Bank və Kapital Bank ASC-in 02 avqust 2010-cu il KB 010- 1328 sayli kredit müqavilələrində əmələ gələcək faiz öhdəliklərinin təminatı adı altında “Mars- M” firmasının əmlakının mülki hüquqi sənədlərində öz məqsə dlərinə çatmaqdan ötrü kobud pozuntular etməklə bir daha xx.xx.2011-ci il tarixdə həmin müqavilənin birtərəfli qaydada mülk sahibinin razılığını almadan qeyri-yaşayış sahəsini əl yazma ilə qeyri-yaşayış binası qeyd edərək təsdiqləmişdirlər. Bu tarixdən İddiaçı firmasının əmlakının reyestr xidmətinin ünvanı müvafiq icra orqanlarında həmin bu şəxslərin təsir dairələrinə düşdüyündən mülki hüququ müəyyən edən sənədlərdə qeyri-müəyyənlik, saxtakarlıq həmin əmlakda hüquqları olan şəxslərin həmin qurumda öz hüquqlarının qeydiyyatdan qanuna uyğun aparılmasını əngəlləmişdir. 2013-cü il tarixə kimi firmaya məxsus 0,2704 ha torpaq sahəsi Hüquqların qabaqcadan qeydiyyatı adı altında verilmiş qeyri-qanuni Arayış 16.000 kv.m qeyri-yaşayış binası Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun 120 ünvanı kimi ip otekada qeydiyyatda olmuşdur.
12. Bundan sonra İddiaçı firmasının 100% payına sahib təsisçi Bəşirov Arif təsisçi protokolunda əvvəlki banklarda əmlaklarını, girovunu və kredit öhdəliklərini "xxxx" ASC-yə keçmək iradə ifadəsini bildirmişdir. Lakin bu prosesdə iştirak etmiş banklar, notariuslar və DƏDRX-in vəzifəli şəxsləri ilə əlbir olmuş, növbəti dəfə firmaya məxsus əmlakları qanunvericiliyin tələbinə görə reyestr xidmətində bitmiş binanın vahid çıxarışını almaq, lazımi qaydada banka təsisçinin iradə ifadəsini yerinə yetirmək, digər kreditorlarla əmələ gəlmiş mülki müqavilə öhdəliklərini icra etmək mümkünsüz olmuşdur. xx.xx.2013-cü il tarixdə səlahiyyəti olmayan baş mühasibə digər banklarda girovda olan əmlakların çıxarışının təhrif olunmuş dublikatını və xx.xx.2010-cu il tarixli arayışı təhvil verilir. xx.xx.2013-cü il tarixdə Xalq Bank ASC ilə İddiaçı firması arasındakı **********30113/sim əsasında həmin təhrif olunmuş çıxarış və arayış girov qismində ipotekaya qoyulur. Baxmayaraq ki, bina tikintisi tam bitmiş vəziyyətdə layihəyə uyğun 8 mərtəbə 24000 kv.m. olmaqla qismən fəaliyyətə başlamışdır, xx.xx.2014-cü il tarixdə İddiaçı firmasının 100% payına sahib təsisçi X9 vəfat etməsi bankla sahibkar arasındakı münasibətlərdə borclunun həyat sığortası ipoteka və kredit müqaviləsində nəzərdə tutulmadığından MM-in 422-ci maddəsinin tələblərində nəzərdə tutulmuş şəraiti əhəmiyyətli dərəcədə dəyişdirmişdir. 29 sentyabr 2014-cü il tarixdə MM-in 1159-cu maddəsinin tələbinə görə mirası əmlakın qanun üzrə vərəsələri X12 50% və mərhumun azyaşlı övladı qəbul etmişdir. xx.xx.2014-cü il tarixdə Kommersiya hüquqi şəxslərin Dövlət reyestrində çıxarış əsasında X12 və X16 hər birinə 50% faiz pay olmaqla firmanin qanuni təmsilçisi X4 qeydiyyatı aparılmışdır. Qanunvericiliyin tələbinə görə reyestr haqqinda qanun və daşınmaz əmlakın dövlət reyestrində təsvirinə dair Təlimatın tələbinə görə yeni əmlak sahiblərinə təlimatın 1337 əlavələrində qeyd olunmuş formada müvafiq əmlaklara gələcəkdə həmin əmlaklara dair rəsmi reyestrdə dövlət qeydiyyatı aparmaq üçün əsas olan arayışlar verilməli idi. Lakin bu dəfə də adları çəkilən bank reyestr xidmətinin vəzifəli şəxsləri bu qanuni vərəsələrə həmin arayışlar və onlardan əmələ gələn hüquqi nəticələri icra etməyi əngəlləmişdir. Daha sonra 18 dekabr 2014-cü il tarixdə qanuni vərəsələr müəssisə payını 21 fevral 2017-ci il tarixdə qalan 20% fa iz payını X6 bağışlamış, 24 fevral 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti hüquqi şəxslərin qeydiyyatında İddiaçı firmasının nizamnaməsinə edilmiş dəyişikliyə əsasən X8 İddiaçı firmasının 100% faiz payına sahib olmuşdur.
13. Bütün bu qanun pozuntuları ilə kifayətlənməyən "xxxx" ASC-in vəzifəli şəxsləri və onlar ilə əlbir olan maraqlı şəxslərin təsiri altında xx.xx.2015-ci il tarixli Bankın müşahidə şurasının 102109 nömrəli protokolu ilə Girov (ipoteka) və girov qoyan (ipoteka qoyan) haqqında əsas məlumatlarda; qanunun tələbinə riayət olunmadan girovun ilkin rəsmiləşdirilməsi, mülkiyyət hüquqları əsasları göstərmədən: girov qismində çıxış edən qeyri-yaşayış binasında inşaat işləri tam yekunlaşsa da, daşınmaz əmlakın dövlət r eyestr xidmətindən əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. Lakin xx.xx.2015-ci il tarixli həmin bankın 58 nömrəli Protokolu ilə çıxarılmış 7 nömrəli məxfi qərarın 7-ci bəndində sonraki ipoteka hüququ əsasında, İddiaçı firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun 120 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təminat kimi girova götürülməsi nəticəsində xx.xx.2015-ci il tarixli ********** nömrəli Baki şəhəri 29 sayli notariat kontoru tərəfindən Daşınmaz əmlakın təsvirinə dair qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən qeyri-qanuni Arayışı mövcud olmayan əmlak sahibinə dair yeni mülkiyyətçiyə ipoteka predmetinə dair rəsmi sənəd verməklə hüquqları pozmuşdur.
14. Yuxarıda qeyd olunan 2010-cu ildən bu günə qədər davam edən İddiaçı firmasının mülkiyyət hüququ ilə onun ilkin təsisçilərinə mənsub olub müxtəlif müqavilə, alqı-satqı, vərəsəlik, miras və bağışlama, ipoteka və sonrakı ipoteka müqavilələri əsasında AR Konstitusiyası, MM-in və digər normativ aktların tələbləri pozmaqla həmin şəxslərin onların mübahisəli əmlakda miras qoymuş X17 tərəfindən X6 bağışlanması nəticəsində əvvəlki mülki hüquq pozuntuları MM-in tələbinə görə bağışlama bağışlanan şəxsə bəhrə verməlidir. Lakin bu bağışlama Bəşirov Mərhəmət oğluna nəinki İddiaçı firmasının əmlaklarına sərəncam vermək hüququnu bu günə qədər ala bilməmiş, İddiaçı firmasının əvvəlki kreditorları qarşısında rəsmi və qeyri-rəsmi münaqişələrə, məhkəmə çəkişmələrinə məruz qalmışdır. MM-in 307.2.9-cu maddəsinin tələbinə görə xx.xx.2014-cü il ta rixində firmanın 100% payına sahib X9 rəhmətə getməsi, mirasın tam həcmdə (Aktiv və passivin) qəbul edilməsinin qarşısı "xxxx" ASC tərəfindən alınmış, əksinə firmanın düşmüş pis vəziyyətindən sui-istifadə etməklə borc xəndəyinə salınmış firmanın 100% payının aktivləri və 25.000.000 manatdan çox borc yükü Bəşirov Mərhəmətin üzərinə qanunların tələblərinə riayət olunmadan yüklənmişdir. Cavabdehin etirazları:
15. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin etirazları:
16. Üçüncü şəxs iddia tələbinə dair yazılı etirazında qeyd edir ki, "xxxx" ASC tərəfindən İddiaçı firmasına qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qarşılıqlı iddia qaldırılaraq, İddiaçı firmasından cəmi 19,400,119.08 ABŞ dollarının və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və İddiaçı firmasına məxsus ünvan 9 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdi.
17. Həmin iş üzrə aşağıdak ı məhkəmə qərarları qəbul edilmişdir: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2-2(81)-1096/2016 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı firmasının iddia tələbi təmin edilməmiş; Bankın qarşılıqlı iddiası təmin edilərək, cavabdeh İddiaçı firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğində əsas borcun, 2 388 957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19 400 119.08 ABŞ dolları və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edil məsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və İddiaçı firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir.
18. Həmin qətnamədən İddiaçı Firması apellyasiya şikayəti vermişdi. Sonradan həmin qətnamədən “maraqlarına toxunan şəxs” kimi Ağa-X21 və X14 da apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qərardadı ilə həmin apellyasiya şikayətləri mümkün hesab edilərək, həmin şəxslər “müstəqil tələb irəli sürməyən” 3-cü şəxs qismində cəlb edilmişlər. Daha sonra Ağa-X21 və X14 “müstəqil tələb irəli sürən 3-cü şəxs” kimi "xxxx" ASC-yə və İddiaçı firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə apellyasiya məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetinin 2-ci mərtəbəsində yerləşən 55.6 kv.m və 24,6 kv.m-dən ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız hesab edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli, 22(103)-14/2017 saylı qətnaməsi ilə ipot eka predmetinin ilkin satış qiymətinin 38.473.040 manat məbləğində müəyyən edilməsi; Bankın qarşılıqlı iddiasının xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Bankın xeyrinə tutulması hissəsində rədd edilməsi; xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci tarixli, 2-2(102)-366/17 saylı qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Ali Məhkəmənin həmin qərarından "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilmişdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Qərarı ilə İddiaçı firmasının "xxxx" ASC-yə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 4 18.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə baxılması qərara alınmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 oktyabr 2018-ci il tarixli, 13-2(102)-1(k)/2018 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2(102)-366/2017 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı firmasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X21 və X7 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, X11 İddiaçı firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də, digər üçüncü şəxs X7 İddiaçı firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ** ********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(102)-285/2019 saylı Qərarı ilə İddiaçı firması və üçüncü şəxs Ağa-X21 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Göründüyü kimi, hazırkı iddiaçıların tələblərinin tamami lə əsassız olması Konstitusiya Məhkəməsinin icraatında olmuş və həmin məhkəmənin hüquqi mövqelərinə uyğun qəbul edilmiş qüvvədə olan məhkəmə qərarları ilə də təsdiq edilmişdir. Qanuni qüvvədə olan digər çoxsaylı məhkəmə qərarları ilə də "xxxx" ASC-nin həmin daşınmaz əmlak üzərində ipoteka hüquqlarının qeydiyyatının qanuni olduğu dəfələrlə təsdiq edilmiş, bunu mübahisələndirməyə yönəlmiş iddialar rədd edilmişdir. İddiaçı firmasına müxtəlif məbləğlər ödənilməklə həmin binada qeyri-yaşayış sahələri “əldə etdiklərini” iddia edən digər şəxslərin də iddiaları qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə rədd edilmiş, əmlakın bütövlükdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsinin qanuniliyi təsdiq edilmişdir. Həmin işlərdən biri X1 İddiaçı firmasına qarşı 28 iy ul 2009-cu il tarixli müqavilə əsasında həmin firmaya ödədiyi 128.000 manat məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 11 ünvandakı İddiaçı firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükanın istismara tam hazır vəziyyətdə onun istifadəsinə və sahibliyinə verilməsi vəzifənin İddiaçı firmasına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-804/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə "Xalq Bank” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1786/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5501/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-104/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə qərarda da Ali Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 18 iyul 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır.
25. Bundan əlavə, eyni hal X3 İddiaçı firmasına qarşı analoji iddia tələbi üzrə mülki işdə də təkrarlanmışdır.
26. Vahid əmlak obyektinə dair ipoteka saxlayanın ipoteka hüququnun təmin edilməsi ilə bağlı məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı firmasının mülkiyyəti olaraq 01300379-06302 reyestr nömrəsi ilə qeydiyyata alınmış binanın tərkibindən iddiaçıların iddia etdiyi sahələrin çıxarılması tələbi də tamamilə əsassızdır, nə hazırkı iş üzrə iddiaçılar, nə də hər hansı digər şəxs "xxxx" ASC-nin ipotekasında olan binanın hər hansı hissəsinə dair hüquq əldə etdiyini iddia edə bilməz. Belə ki, "xxxx" ASC ilə İddiaçı firması arasında imzalanan xx.xx.2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsinin 5.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin 3.1-ci bəndində göstərilən qeyri-yaşayış binasının təmir, tikinti və quraşdırma işləri başa çatdıqdan sonra mümkün olan ən qısa müddətdə, lakin 90 (doxsan) təqvim günündən gec olmayaraq ipoteka predmetinin tərkibinə daxil o lan torpaq sahəsini və onun üzərində inşa edilməklə tikintisi başa çatdırılmış qeyri-yaşayış binasını vahid əmlak obyekti kimi dövlət reyestrində qeydə aldırmağı və kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı qismində qeyd edilən vahid əmlak obyektinə dair ipoteka saxlayanın ipoteka hüququnun qanunvericiliklə müəyyənləşdirilən qaydada rəsmiləşdirilməsini təmin etməyi öhdəliyi götürmüşdür. Sonrakı ipoteka müqaviləsinin istinad edilən müddəasından da göründüyü kimi, həmin binanın yalnız beş mərtəbəsi deyil, inşası başa çatdıqdan sonra vahid əmlak obyekti kimi bütövlükdə ipoteka qoyulmuşdur və bu barədə tərəflərin aydın iradə ifadəsi olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
27. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1394/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən ləğv edilməsi tələb edilən Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış İddiaçı firmasının ərizəsi əsasında verilmişdir. Həmin ərizə əl yazması olduğundan etibarsız olması barədə iddiaçının dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, belə bir ərizənin mütləq qaydada çap edilmiş şəkildə olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa İddiaçı firmasının təsisçilərin nizamnamə kapitalında olan payların hər hansı bir şəkildə və qaydada dəyişməsi də sözügedən Arayışın etibarsız sayılması üçün əsas deyil. Belə ki, Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın verilməsi barədə ərizə qanunvericiliyi n tələblərinə uyğun olaraq əlavə edilmiş sənədlər əsasında İddiaçı firmasının adından qanuni təmsilçisi olan şəxs tərəfindən imzalanmış, firmanın möhürü ilə təsdiq edilmişdir.
29. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən ləğv edilməsini tələb etdiyi çıxarışın və plan-ölçünün qeyri-qanuni olmasına dair tutarlı, əsaslandırılmış, təkzibedilməz, inandırıcı dəlillər nə iddia ərizəsində, nə də ki, məhkəmə iclası zamanı bildirilməmişdir. Məhkəmə araşdırılması ilə iddiaçının ləğv edilməsini tələb etdiyi arayışın, torpağın plan-ölçüsünün əsassız və qanuna zidd olması müəyyən edilməmişdir. İddiaçının ləğv edilməsini tələb etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (seriya MA-606999604 nömrəli dublikat) Çıxarışın mövcudluğu təsdiq edilməmişdir. 3
0. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1820/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)1394/2022 nömrəli qərarı qismən – “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ********** nömrəli çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə mümkün sayılmamışdır.
32. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)- 1820/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-1394/2022 nömrəli qərarı “xx.xx.2010-cu il tarixli DƏDRX tərəfindən verilmiş hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, cavabdeh tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli **********9 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” barədə iddia tələblərinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyd olunan iddia tələblərinə münasibətdə təmin edilməmişdir.
34. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
36. Kassasiya şikayətinə cavabdeh və üçüncü şəxs tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və b u qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
17. Qabaqcadan qeydiyyat 17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. 17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlə t reyestrində qabaqcadan qeydiyyata alına bilər. 17.3. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd daşınmaz əmlak sertifikatıdır. 17.4. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrin də qeydiyyata alınır. 17.5. Bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
43. İşin mübahisələndirilməyən hallarına görə, ünvan 1 ünvanda 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 120 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə xx.xx.2007-ci ildə iddiaçının adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən həmin qeyri-yaşayış b inasının sökülmüş, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. İddiaçı tərəfindən həmin bina sökülmüş, əvəzində inşa ediləcək tikili üzərində qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv.m olan ünvan 2 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmışdır.
44. İddiaçı hazırda hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, cavabdeh tərəfindən verilmiş **********9 reyestr nömrəli xx.xx.2010-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsini tələb edir. İddiaçının tələbinin əsasında onun təsisçisinin dəyişməsi və yeni təsisçinin – X4 şirkətdə bütün payları almasına (ona bağışlamasına) baxmayaraq bəhrə əldə edə bilməməsi, əvəzində 25.000.000 manatdan çox borc yükünün də üzəri ndə qalması dayanır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış iddiaçının ərizəsi əsasında verilmişdir. İddiaçının təsisçilərin nizamnamə kapitalında olan payların hər hansı bir şəkildə və qaydada dəyişməsi əvvəllər iddiaçı tərəfindən verilən arayışın etibarsız sayılması üçün əsas hesab edilmir.
46. Digər tərəfdən, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi barədə ərizə qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə edilmiş sənədlər əsasında iddiaçının adından qanuni təmsilçisi olan şəxs tərəfindən imzalanmış, firmanın möhürü ilə təsdiq edilmişdir. Həmin ərizə əlyazma ilə verilsə də, bu hal həmin sənədin mötəbərliyini və etibarl ığını aradan qaldırmır.
47. Göstərilənlərin əksinə, iddiaçı, ləğv edilməsini tələb etdiyi arayışın və torpağın plan-ölçüsünün əsassız və qanuna zidd olmasını təsdiq edən dəlilləri təqdim edə bilməmiş, iddiasının hüquqi əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Oxşar xüsusatlar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.
48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1820/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.