Məhkəmə qərarları › İş №2-1(102)-1710/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1710/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1710/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diploma əlavənin verilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 18.06.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diploma əlavənin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kol legiyasının 2-1(103)436/2019 saylı iş üzrə 14 fevral 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı verilmiş BB-İ N ****** saylı, 02 noyabr 2009-cu il tarixli diplomdan görünür ki, o, 2000-2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin müalicə işə fakültəsində təhsil almış, Dövlət attestasiya komissiyasının 30 iyun 2006-cı il tarixli qərarına əsasən ABU-nun müalicə işi fakültəsini bitirmiş hesab edilərək həkim ixtisası verilmişdir. İddiaçı diplomun özünün verilməsinə baxmayaraq diploma əlavənin - qiymət cədvəlinin verilmədiyini bildirməklə həmin sənədin alınmas ı üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 07.02.2018-ci il tarixli, M-13196/11-24 saylı məktubu ilə müraciəti təmin etməkdən imtina edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom və diploma əlavə ali təhsil müəssisəsi tərəfindən verilir. Ali təhsil müəssisəsi ləğv olunduğu halda isə diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilə bilər. Ali təhsil müəssisələrində diplomun və onun əlavəsinin dublikatı arxiv sənədləri (əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin qeydiyyatı kitabı) əsasında verilir, itirilmiş diplomun və onun əlavəsinin əvəzinə arayış verilməsi isə qadağandır. Bununla əlaqədar olaraq iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin fəaliyyəti dayandırıldığına və digər müvafiq sənədlər təqdim edilmədiyinə görə müraciətdə qeyd olunan məsələnin həlli mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Azərbaycan Beynəlxalq Universitetinin müalicə işi fakultəsini bitirməyə dair diplomun əlavəsinin – qiymət cədvəlinin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1635/2018 sayl ı, 11 oktyabr 2018-ci il tarixli qərarı (hakim - Z.M.Tağıyev) ilə iddia tələbi təmin edilərək Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş 02.11.2009-cu il tarixli, BB-İ seriyalı, ****** saylı diploma əlavənin (qiymət cədvəlinin) verilməsi öhdəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, diplom və ona əlavənin dublikatları arxiv sənədləri əsasında verilir. Diplom üzrə əlavənin verilməsi Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmadığından iddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-436/2019 saylı, 14 fevral 2019-cu il tarixli qəra rdadı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-1635/18 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2018ci il tarixli qərarı ləğv olunaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diploma əlavənin verilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən ali təhsil müəssisəsi ləğv olunduğu halda diplom üzrə əlavə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göstərişi əsasında eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən o halda verilir ki, bu barədə Təhsil Nazirliyinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən arayış təqdim edilmiş olsun. Həmin arayış isə ləğv olunmuş ali təhsil müəssisəsinin arxivə verilmiş sənədləri - əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı əsasında verilir. Lakin hazırkiıişin hallarından iddiaçının sözügedən qiymət cədvəli ilə bağlı arxiv arayışını cavabdeh inzibati orqana təqdim etmədiyi müəyyyən olunur. İşin mübahisəsiz halları ilə təsdiq olunur ki, iddiaçı 2000-2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin müalicə işi fakültəsində təhsil almışdır. Dövlət Attestasiya Komissiyasının 30 iyun 2006-cı il tarixli qərarına əsasən o, ABU-nun müalicə işi fakultəsini bitirmiş və ona həkim ixtisası verilmişdir. Ancaq diploma əlavə - qiymət cədvəli bugünə qədər ona verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin iddiaçının sorğusu əsasında verdiyi 16 fevral 2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçı Milli Arxiv İdarəsinə sorğu ilə müraciət etmiş, ancaq sözügedən idarə onun təhsil aldığı ABU-nun arxiv sənədlərinin Dövlət Arxivinə mühafizə üçün təhvil verilmədiyini bildirmişdir. Universitetin arxiv sənədlərinin saxlanmaq üçün arxivə təhvil verilməməsi və bu barədə Milli Arxiv İdarəsindən arayış verilməməsi iddiaçının iradəsindən kənar olmuşdur. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən təhsil hüququna dövlət təminatı verilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.2-ci maddəsinə görə isə təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Cavabdeh təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan, iddia tələbinin də ona yönəlməsi hüquqauyğun və məntiqidir. Çünki, iddia tələbi, əvvəla, təhsil münasibətləri ilə bağlı yaranmışdır, digər tərəfdən isə bu sahədə vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hər hansı digər dövlət orqanı da yoxdur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilmə sini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmə dən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı 1999/2000-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı 4-cü ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 168.35 bal toplayaraq Xəzər Universitetinin “Tibbi biologiya “ (əyani, ödənişli əsaslarla) ixtisasına qəbul olunmuşdur. “Xəzər” Universiteti tərəfindən “Tələbə-məzun” dövlət elektron sisteminə daxil edilmiş məlumata əsasən İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyü üçün 31 avqust 2002-ci il tarixli, S/*** saylı əmri ilə tələbələr sırasından xaric edilmişdir. BB-İ seriyalı, ****** nömrəli diplomdan isə görünür ki, İddiaçı 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olmuş və 2006-cı ildə həmin universitetin müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2010-cu il tarixli, 82 nömrəli qərarı ilə “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydalar ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləməyə yönəlmişdir. Həmin Qaydalara görə: 2.6. Bakalavr səviyyəsinin məzunlarına nümunədə göstərilən formada diploma əlavə verilir (1 və 2 nömrəli əlavələr). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Diploma əlavənin birinci səhifəsinin yuxarı hissəsində A zərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, “BAKALAVR DİPLOMUNA ƏLAVƏ (diplomsuz etibarsızdır)” sözləri, əlavənin seriyası və nömrəsi yazılır, sonuncu səhifənin sol tərəfində möhür yeri saxlanılır. Daha sonra səhifələrdə mətn əlavələrin nümunəsində göstərilən formada yerləşdirilir. 3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. 4.4. Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. 4.6. Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə, AMEA olan halda isə müvafiq olaraq AMEA-nın prezidentinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, onu verən ali təhsil müəssisəsinin adı, AMEA və diplomun verilmə tarixi göstərilir. 4.7. Ali təhsil müəssisəsi, AMEA həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatını v erir. Ali təhsil müəssisələrində və AMEA-da diplomun və onun əlavəsinin dublikatı arxiv sənədləri (əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında verilir. Kollegiya qanunvericiliyin göstərilən müddəalarının işin hallarına tətbiqi ilə bağlı qeyd edir ki, ali təhsil müəssisəsi ləğv olunduğu halda diploma əlavə Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən o halda verilir ki, bu barədə Təhsil Nazirliyinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən arayış təqdim edilmiş olsun. Başqa sözlə, diploma əlavəni Təhsil Nazirliyi vermir. Təhsil Nazirliyi diploma əlavənin verilməsi üçün eyni tipli ali təhsil müəssisəsinə və elmi təşkilata yazılı müraciət edir. Diploma əlavəni isə belə müraciət əsasında həmin eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat verir. Beləliklə, sözügedən prosesdə Təhsil Nazirliyinin vəzifəsi müvafiq eyni tipli ali təhsil müəssisəsinə və elmi təşkilata yazılı müraciət etməkdən ibarətdir. Lakin Təhsil Nazirliyi hər bir halda deyil, yalnız konkret şərtlərin mövcudluğunda belə yazılı müraciət etmək vəzifəsi daşıyır. Odur ki, yalnız qanunvericilikdə təsbit edilmiş konkret şərtlər mövcuddursa Təhsil Nazirliyinin üzərinə müvafiq eyni tipli ali təhsil müəssisəsinə və elmi təşkilata diploma əlavənin verilməsi üçün yazılı müraciət etmək vəzifəsi qoyula bilər. Qanunvericiliyin bununla bağlı tələblərindən isə müəyyən edilir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışı təqdim edildiyi halda Azərbaycan Respublikas ı Təhsil Nazirliyinin yazılı müraciət vermək vəzifəsi yaranır. Həmin arayış isə ləğv olunmuş ali təhsil müəssisəsinin arxivə verilmiş sənədləri - əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında verilir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 16 fevral 2018-ci il tarixli, 5/*** nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 21.08.2018-ci il tarixli, 05-05-42/12 məktubda isə göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyində olan arxivində İddiaçı adına diplom və dip loma əlavə yazılması barədə məlumat aşkarlanmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, Qaydalarda diploma əlavənin forması təsdiq edilmişdir və diploma əlavədə hansı məlumatların əks etdirilməli olduğu aşkar şəkildə göstərilmişdir. Buna görə, diploma əlavədə tədris olunmuş fənnlər, fənnlər üzrə kreditlərin miqdarı və alınmış qiymətlər göstərilməlidir. İddiaçının təqsiri ilə bağlı olmasa belə, müvafiq arxiv arayışı olmadığından iddiaçının təhsil aldığı dövrlər ərzində hansı fənnlər üzrə tədris aldığı, həmin fənnlərin kredit miqdarı, eləcə də aldığı qiymətlər qeyri-müəyyəndir. Bu halda isə sözügedən məlumatlar bəlli olmadığı üçün iddiaçıya verilməli olan diploma əlavənin məlumatlarının necə göstəriləcəyi qeyri-müəyyən olaraq qalır. Beləliklə, Azərbaycan Respublikası Mi lli Arxiv İdarəsinin arayışı olmadığından Təhsil Nazirliyinin müvafiq eyni tipli ali təhsil müəssisəsinə və elmi təşkilata yazılı müraciət etmək vəzifəsi yaranmamışdır. Ona görə də, kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, bu halda, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır....Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar....İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymət ləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd edilənləri nəzərə alma qla kollegiya hesab edir ki, cavabdehin diploma əlavənin verilməsi üçün yazılı müraciət etmək öhdəliyinin yarana bilməsi üçün iddiaçı tərəfindən zəruri olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışı təqdim edilmədiyindən inzibati orqan kimi onun tərəfindən iddiaçının hüquqlarının pozuntusu müəyyən edilmir. Müvafiq olaraq cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkün sayılmalı deyildlir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-436/2019 saylı i ş üzrə 14 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar