Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1710/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “gü zəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1088/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçının əmək kitabçasındakı məlumatlara əsasən, onun 2006-cı ilə qədər iş stajı aşağıdakı kimi müəyyən olunmuşdur: -xx.xx.1977 - xx.xx.1977-ci illərdə Tələbə tikinti briqadasında 2-ci dərəcəli işçi (5 ay 27 gün); -xx.xx.1977 - xx.xx.1979-cu illərdə hərbi xidmət (1 il 11 ay 13 gün); -xx.xx.1979 - xx.xx.1980-ci illərdə Tələbə tikinti briqadasında 2-ci dərəcəli işçi, 3-cü dərəcəli betonçu (9 ay 12 gün); -xx.xx.1980 - xx.xx.1985-ci illərdə armaturçu (4 il 10 ay 18 gün); -xx.xx.1985 - xx.xx.1992-cı illərdə elektrik qaynaqçısı (7 il 3 ay 14 gün); -xx.xx.1992 - xx.xx.1996-cı illərdə gözətçi (3 il 1 ay 22 gün); -xx.xx.1996 - xx.xx.2003-cü illərdə “Qafqaz Enerjiquraşdırma” X1 İdarəsində 4-cü dərəcəli elektrik qaynaqçısı, 5-ci dərəcəli elektrik qaynaqçısı (7 il 4 ay 10 gün).
3. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinədək azı 25 ildən çox (25 il 10 ay 26 gün) ümumi stajı yaranır. 4. “X2” ATSC-nin 21 yanvar 2020-ci il tarixli, 01 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı 96/K saylı, xx.xx.1980-ci il tarixli əmrlə zavodu n Armatur sexinə 2-ci dərəcəli armaturçu işinə qəbul edilmiş, sonra 3-cü və 4-cü dərəcəli armaturçu təyin edilmiş, 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, “Qaynaqçı” k/m-nə köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1991-ci il tarixdə "Qaynaqçı” k/m-nə köçürmə yolu ilə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 5. "xxxx" ATSC-nin 21 yanvar 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1996-cı il tarixdə "Qafqazenerjiquraşdırma” X1 İdarəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğu ların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının qaynaq işlərində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində çalışmış, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyaların quraşdırılması, legirli dəmir boruların quraşdırılması, təmiri və digər işlər üzrə qaynaq aparmışdır. İddiaçının tam iş günü ərzində icra etdiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinə uyğundur. "Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə ‘‘Mingəçevir Enerjiquraşdırma” X3 Cəmiyyətinə çevrilmişdir.
6. İddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 27 yanvar 2021- ci il tarixli müraciətinə cavabdehin 1 aprel 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1996 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "Mingəçevir Enerjiquraşdırma” ATSC-də elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatl arın Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr üzrə onun əmək fəaliyyətinə dair hər hansı sənədin saxlanılmadığı və müəssisənin iş fəaliyyətinin xx.xx.1997-ci il tarixindən etibarən olmadığı müəyyən olunmuşdur. Qeyd edilən faktlar "Mingəçevir Enerjiquraşdırma” ATSC-nin xx.xx.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 6 ay 8 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14113,97 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasında "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsində işləməsi nəzərə alınmaqla pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin hərəkətləri qanunsuzdur. Arxiv sənədlərinin saxlanılmadığına görə iddiaçı məsuliyyət da şımır, həmin sənədlərin saxlanılmamasına görə iş stajı nəzərə alınmaqla pensiya təyinatından imtina olunması onun mülkiyyət hüquqlarını pozur.
9. Cavabdehin iddiaya dair yazılı etirazının əsaslarına görə, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə "Mingəçevir Enerjiquraşdırma” ATSC-də xx.xx.1996 xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr üzrə əmək fəaliyyətinə dair hər hansı sənədin saxlanılmadığı və müəssisənin iş fəaliyyətinin xx.xx.1997-ci il tarixindən etibarən olmadığı müəyyən edilmişdir. Qeyd edilən faktlar "Mingəçevir Enerj iquraşdırma” ATSC-nin xx.xx.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 6 ay 8 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14113,97 manat təşkil edir.
10. İPM-in 13 və 48-ci maddələrin ə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, məhkəmə iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Məhkəmənin 6 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 8 iyun 2021-ci il tarixli mə ktubda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən "xxxx" X3 Cəmiyyətinin fəaliyyəti (VÖEN: **********) xx.xx.2010-cu il tarixdə təqdim etdiyi arayışa əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdə təqdim etdiyi arayışa əsasən isə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 22 iyul 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "Mingəçevir-Enerjiquraşdirma” X3 Cəmiyyəti (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Vergi ödəyicisinin fəaliyyət i xx.xx.2010-cu il tarixdə təqdim etmiş olduğu arayışa əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdə təqdim etmiş olduğu arayışa əsasən isə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 25 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cü il tarixli, 450 nömrəli sərəncamına əsasən "xxxx" Dövlət Şirkətinin Mingəçevir Quraşdırma İdarəsinin bazasında "Mingəçevir Enerjiquraşdırma” A çıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda qeyd edilmişdir ki, müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Mingəçevir Quraşdırma İdarəsi olan işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. 15. "xxxx" ATSC-nin məhkəməyə ünvanladığı 10 avqust 2021-ci il tarixli, 16 nömrəli məktubda göstərilmişdir ki, Qafqazenerjiquraşdırma” X1 İdarəsi (hal-hazırda Mingəçevir Enerjiquraşdırma ATSC adlandırılan) 1996-1999-ci illərdə Yenikənd SES-in tikintisində quraşdirma işlərində, 2000-2001-ci illərdə Şəmkir SES-də təmir-quraşdırma işlərində və 2001-ci ildən Mingəçevir DRES-in mazut çənlərinin quraşdırılmasında fəaliyyət göstərmişdir. "Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə "Mingəçevir Enerjiquraşdırma” X3 Cəmiyyətinə çevrilmişdir. Mingəçevir "Enerjiquraşdırma” ATSC-nin arxivində vətəndaşlar tərəfindən götürülməmiş əmək kitabçaları və T-2 şəxsi vərəqələr saxlanılır. 16. "xxxx" ATSC-nin məhkəməyə ünvanladığı 19 oktyabr 2021-ci il tarixli, 20 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı "Qafqazenerjiquraşdırma” X1 İdarəsinə xx.xx.1996-cı il tarixdə (əmr 23k,xx.xx.1996-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (əmr 39k, xx.xx.2003-cü il). İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklə rlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının qaynaq işlərində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyaların quraşdırılması, legirli dəmir boruların quraşdırılması, təmiri və digər işlər üzrə qaynaq işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, İ2 nömrəli qərarı ilə t əsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur (kodlar 1030400a - 1753a - təmirçi çilingərlər, elektrik qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, 10110300a – 19906 - əl ilə qaynaqda elektrik qaynaqçıları). “Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə ‘‘Mingəçevir Enerjiquraşdırma” X3 Cəmiyyəti olmuşdur.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddiа təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamam olmuşdur, 2006-cı il tarixədək 25 il 10 aydan artıq ümumi stajı vardır və həmin stajın 12 il 6 aydan artıq müddətini güzəştli pensiya hüququ verən işlərdə çalışmışdır (cavabdeh tərəfindən mübahisələndirilməmişdir).
19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1088/202 2 saylı, 2 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/ H.Ü.Həmidov və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
23. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə İzah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının ara yışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
24. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə İşlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
25. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensi ya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: k işilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
29. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərə rli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çal ışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 30. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şər tlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 32. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübu tlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 9
8. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İ nsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi t ərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla belə, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi stajının mövcud olmaması və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermə məsi ilə bağlı cavabdehin kassasiya şikayətində təkrarladığı dəlillərə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
42. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra-Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hü ququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər, o cümlədən əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
43. Eyni zamanda, bu qərarın 27-32-ci bəndlərində istinad olunan normaların müddəalarından da göründüyü kimi, əmək pensiyasının təyini zamanı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı işçinin əmək kitabçasının mə lumatlarına əsasən müəyyən edilir.
44. Hazırkı mübahisəyə münasibətdə əmək kitabçasının məlumatlarına əsasən iddiaçı cavabdehin mübahisələndirdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dövrdə tələb olunan tam iş stajını toplamışdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu qərarın 32-ci bəndində istinad olunan normaya görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
45. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 mart 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş («Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin) 2 saylı Siyahının “Ümumi Peşələr” bölməsinin “23200000-19906” şriftində nəzərdə tutulan əl ilə elektrik qaynaqçısı peşəsinə uyğundur.
46. Bundan başqa, həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa əmək pensiyası hüququnu “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haq qında” Qanuna əsasən, yəni xx.xx.2006-cı il tarixə kimi qazandığından, “Əmək pensiyaları haqqında” Qanunun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi ona münasibətdə tətbiq oluna bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
48. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslan madığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(103)-1088/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.