Məhkəmə qərarları › İş №2-1(102)-1710/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1710/2023

21.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1710/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1710/2023) (Açar sözlər: artıq ödənilmiş gömrük rüsumunun qaytarılması) Bakı şəhəri 21 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1584/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC Polşa Respublikasından ********** nömrəli xx.xx.2020 tarixli dəyəri 25831.26 EUR olan “X4 Qida Əlavələri” idxal edilmişdir. 2. **********5134 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən, "Prezdsiebiorstwo Farmacueutyczne LEK-AM" Sp.z.o.o tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 6571.42 ABŞ dolları, gömrük dəyəri 13350.30 manat, statistik dəyəri 7853.12 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 5120.05 AZN hesablanmış və həmin bəyannamə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir. 3. **********5134 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən, "Prezdsiebiorstwo Farmacueutyczne LEK-AM" Sp.z.o.o tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 6571.42 ABŞ dolları, gömrük dəyəri 20372.46 manat, statistik dəyəri 11983.80 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 7626.97 AZN hesablanmış və həmin bəyannamə üzrə mallar xx.xx.2020-ci il tarixdə buraxılmışdır. 4. “Polski Lek” S.A ilə İddiaçı arasında olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli invoysun surətindən görünür ki, 10 adlı məhsulların dəyəri 25831.26 EUR müəyyən edilmişdir. 5. **********532 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən, "Polski Lek" S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 25831.26 ABŞ do lları, gömrük dəyəri 57635.59 manat, statistik dəyəri 33903.29 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 21165.91 AZN hesablanmış və həmin bəyannamə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir. 6. **********532 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən, "Polski Lek" S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 25831.26 ABŞ dolları, gömrük dəyəri 82283.40 manat, statistik dəyəri 48402.00 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 30000.57 AZN hesablanmış və həmin bəyannamə üzrə malların yüklənməsinə xx.xx.2021-ci il tarixdə icazə verilmişdir. 7. “Polski Lek” S.A ilə İddiaçı arasında olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoysun surətindən görünür ki, 3 adlı məhsulların dəyəri 4793,84 EUR müəyyən edilmişdir. 8. **********7776 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən, “Polski Lek” S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 4793.84 ABŞ dolları, gömrük dəyəri 11086.02 manat, statistik dəyəri 6521.19 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 4311.71 AZN hesablanmış və həmin bəyannamə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmişdir. 9. **********7776 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən, "Polski Lek" S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 4793.84 ABŞ dolları, gömrük dəyəri 17000.00 manat, statistik dəyəri 10000.00 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 6458.40 AZN hesablanmışdır.

10. İddiaçı “artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması” tələbi ilə cavabdeh orqana müraciət etmişdir.

11. Cavabdeh orqan 24 iyun 2021-ci il tarixli, 1400-012/0xx-xx/004209 nömrəli cavab məktubunda bildirmişdir ki, **********7776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli sərbəst dövriyyə üçün buraxılmış gömrük bəyənnaməsinin 45-ci qrafalarında göstərilən malların ümumi gömrük dəyəri bəyannaməçi tərəfindən müvafiq olaraq 20372.46 və 82283.4 kimi bəyan edilmiş və təsdiq edilmişdir. Həmin gömrük dəyəri əsasında gömrük ödənişləri ödənilmiş, gömrük orqanları tərəfindən gömrük bəyənnaməsi təsdiq edilmiş, gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən isə təsdiq edildikdən sonra gömrük bəyənnaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayı lır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********5532 saylı, xx.xx.2020-ci il tarixli, **********5134 saylı, xx.xx.2021-ci il tarixli, **********7776 saylı gömrük bəyannamələri üzrə ödənilmiş 17586.24 AZN artıq rüsumun geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC adına Polşa Respublikasından ********** saylı, xx.xx.2020-ci il tarixli dəyəri 25831.26 (iyirmi beş min səkkiz yüz otuz bir tam yüzdə iyirmi altı) EUR olan X4 Qida Ə lavələri idxal edilmişdir. Malların gömrük rəsmiləşdirilməsi məqsədi ilə **********5532 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Tərtib olunmuş bəyannamə Bakı Baş Gömrük İdarəsi tərəfindən sövdələşmə qiymətinə qeyri-qanuni yanaşılma sərgilənmiş, laqeydlik göstərilmiş və geri qaytarılaraq malın qiymətinin (**********5532) sorğu nömrəli gömrük bəyannaməsi) Gömrük tarifı haqqında Azərbaycan Respublikasının Qanununa zidd olaraq alqı-satqı müqaviləsi və ödəmə sənədlərində göstərilən sövdələşmə qiyməti ilə deyil, özlərinin təklif etdiyi qanunda göstərilməmiş qaydada qiymətləndirilməsi tələb edilmişdir. O, gömrük əməkdaşlarından dəfələrlə bu barədə ona rəsmi yazılı bildirişlərin verilməsini tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirirərək sövdələşmə qiyməti nin qəbul olunmaması barədə yazılı bildiriş verilməkdən boyun qaçırılmış, süni surətdə qaldırılmış statistik dəyər üzrə gömrük rəsmiləşdirilməsi tələb edilmişdir. Bu səbəbdən də razılıq əldə olunmadığına görə mallar 15 gün daşıma həyata keçirən şirkətin nəqliyyat vasitəsində saxlanılımş və boşaldılmasına icazə verilməmişdir. Nəticədə Şirkəti tərəfindən nəqliyyat şirkətinə əlavə olaraq hər gün üçün 100 (yüz) Avro olmaqla ümumilikdə 1500 (bir min beş yüz) avro - təxminən 3000 (üç min) AZN məbləğində demuraj ödənilmişdir. Aparılan təhqiqat və istintaq prosesi uzadılaraq aprel ayında mallar qanuni gömrük rəsmiləşdirilməsi dəyərindən 8834 (səkkiz min səkkiz yüz otuz dörd) AZN artıq vəsait tələb olunmaqla məcburi surətdə rəsmiləşdirilmişdir. Gömrük buraxılış məntəqəsinin təyin edildiyi vax tdan gec keçildiyinə görə daşıma şirkəti 340 manat cərimə edilmişdir ki, bu da şirkəti tərəfindən ödənilmişdir. Analoji hal mart ayında növbəti idxal zamanı da baş vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixində bəyan edilmiş məhsulların rəsmiləşdirilməsi (GB **********7776) süni şəkildə uzadılmış və xx.xx.2021-ci il tarixində gömrük rəsmiləşdirilməsinə ödənilməli olan məbləğ 4276.31 (dörd min iki yüz yetmiş altı manat 31 qəpik) AZN olduğu halda 6000.60 (altı min 60 qəpik) AZN gömrük rüsumu ödənilməklə rəsmiləşdirilməsinə məcburi olmuşdur və artıq 1724.29 (bir min yeddi yüz iyirmi dörd manat 29 qəpik) AZN ödəməklə gömrük rəsmiləşdirilməsini həyata keçirmişdir. Süni şəkildə malın rəsmiləşdirilməsi uzadıldığına görə 4 (dörd) gün üçün əlavə olaraq daşıma şirkətinə 400 avro (800 ma nat) vəsait ödənilmişdir. Bundan başqa eyni analoji hal ilə xx.xx.2020-ci il, GB **********5134 saylı rəsmiləşdirmə zamanı üz-üzə qalmışdır. Belə ki, bu dəfə gömrük rəsmiləşdirilməsinə 5120.05 (beş min yüz iyirmi manat 05 qəpik) AZN ödəməli olduğu halda, əvəzinə 7626 (yeddi min altı yüz iyirmi altı) AZN rüsum ödənilməsi tələb olunmuş və bundan sonra rəsmiləşdirmə icra edilmişdir. Beləliklə o bu gömrük əməliyyatı zamanı da 2505.95 (iki min beş yüz beş manat 95 qəpik) AZN artıq ödəməyə məruz qalmışdır. Ümumilikdə o, cavabdehin qanunsuz davranışları səbəbindən 17204.24 (on yeddi min iki yüz dörd manat 24 qəpik) AZN artıq ödəməyə məcbur olunmuşdur.

14. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz və etiraza əlavə verilmişdir. Cavabdeh Gömrük Məcəlləsinin 9.0.3, 40.1, 104.1 və 104.2 -ci maddələrini rəhbər tutaraq qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərdiyi gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmış, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Xüsusilə qeyd etmişdir ki, həmin bəyannamədə göstərilmiş malın gömrük dəyəri iddıaçı tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük idarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsı ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli, 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları’’nın 2.1-ci bəndində göstərilmiş hansı hallardan birinin baş verdiyini iddiaçı tərəfindən əsaslandırmamışdır. Bundan əlavə məhkəmənin məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspert qarşısında qoyulmuş suallar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanuna zidd olaraq tərtib olunmuşdur. İddiaçının gömrük orqanına təqdim etdiyi bəyannamələrin 20-ci (çatdırılma şərtləri) qrafasından göründüyü kimi iddiaçı həmin malları Polşa Respublikasında təhvil almışdır və malların gömrük dəyərinə ən azı gömrük ərazisinə çatdırılmanın xərcləri əlavə edilməli idi.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1762/2022 nömrəli, 12 dekabr 2022-ci il (hakim Ş.A.Həsənova) tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, **********5134 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün artıq ödənilmiş 2567,6 manat, xx.xx.2020-ci il tarixli, **********532 No-li, sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün artıq ödənilmiş 10716,22 manat, xx.xx.2021-ci il tarixli **********7776 No-li sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün artıq ödənilmiş 2625,63 manat məbləğində idxal gömrük rüsumunun ge ri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hər üç bəyannamə üzrə gömrük rüsumunun artıq ödənilməsini əsas gətirərək artıq ödənilmiş məbləğin ona geri qaytarılmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir.

17. Gömrük tarifinin formalaşdırılması və tətbiqi, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması cavabdeh inzibati orqanın məsuliyyət sferasına aiddir. Malların gömrük dəyərinin müəyyən edilməsi üsulunun seçilməsi və tətbiqi, gömrük ödənişlərinin hesablanması cavabdehin vəzifə səlahiyyətləri daxilindədir və o seçdiyi konkret üsulu və hesabladı ğı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borcludur. İddiaçı tərəfindən hər üç gömrük bəyannaməsi üzrə ilkin olaraq idxal etdiyi malların sövdələşmə qiyməti (invoys dəyəri) qeyd olunmaqla bəyan edilsə də, sonradan həmin bəyannamələr dəyişdirilmiş, malların qiyməti orta bazar qiymətlərinə istinad edilməklə qeyd edilərək gömrük dəyəri hesablanmışdır.

18. Məhkəmə tərəfindən iddiaçının idxal edilmiş mallar üzrə gömrük dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş, rəydə əks olunan məlumatlar şübhə doğurmamış, həmin rəy digər sübutlarla yanaşı qiymətləndirələrək iş üzrə əsas sübut növü kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/2239 nömrəli eksp ert rəyi ilə xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 5.059,37 manat, xx.xx.2020-ci il tarixli, **********5532 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 19.284,35 manat, xx.xx.2021-ci il tarixli, **********7776 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 3.832,77 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə 2567,6 manat (7626,97- 5059,37=2567,6), **********532 No-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 10716,22 manat (30000,5719284,35=10716,22), **********7776 No-li, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 2625,63 manat (6458,40-3832,77=2625,63), cəmi 15909,45 manat iddiaçı tərəfindən artıq o ̈dəmə həyata keçirilmişdir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(103)-1584/2023 nömrəli (hakimlər K.H.Əkbərov- sədrlik edən və məruzəçi, M.N.Tağızadə və R.Ə.Səmədov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə verdiyi etirazla eynilik təşkil etsə də, əlavə olaraq bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********5134, xx.xx.2020-ci il tarixli **********5532, xx.xx.2021-ci il tarixli **********7776 sorğu nömrəli gömrük bəyənnamələrinə uyğun olaraq gömrük ödənişləri ödəmiş, həmin bəyənnamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Xüsusilə qeyd edilmişdir ki, həmin bəyənnamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyənnaməçi tərəfindən təsdiq edilmişdir. Bun a rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanın da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyənnamələri sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarında məhkəmə isə qanunu səhv təfsir edərək malların gömrük dəyərinin müəyyən edilməsi üsulunun seçilməsi və tətbiqi, gömrük ödənişlərinin hesablanmasının cavabdehin vəzifə səlahiyyətləri daxilində olduğunu qeyd etmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş kürmöG“ ödənişlərinin qaytarılması Qaydaları”-nın 1.2-ci bəndinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun ola raq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Lakin məhkəmə qərarında yalnız “artıq ödənilmiş idxal gömrük rüsumu” ifadəsindən istifadə edilərək gömrük rüsumundan fərqli təsnifata malik olan və artıq ödənildiyi təqdirdə qaytarılması başqa normativ hüquqi akt ilə tənzimlənən X5 gömrük rüsumunun tərkibinə daxil etmişdir. Həmçinin, iş üzrə icraat zamanı və qərar qəbul edilərkən bir tərəfli qaydada iddiaçının göstərdiyi “artıq ödənilmiş” məbləğə istinad edilmiş, həmin məbləğin dəqiqliyi və artıq ödənilməsi ilə bağlı heç bir araşdırma və hesablama aparılmamışdır. Bundan əlavə, İPMnin 92.0.6-cı maddənin tələbləri pozularaq apellyasiya məhkəməsi tərəfindən əsaslandırılması zəruri olan qərar əsaslandırılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinin təmin edilməməsi barədə iddiaçı tərəfindən yazılı etiraz təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Gömrük Məcəlləsi Maddə 266.1 Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Maddə 267.1 Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurl u olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 26. kürmöG“ tarifi haqqında” Qanun Maddə 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi kürmög) dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994- cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 11.1. Gömrük orqanının gömr ük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla tə yin etmək mümkün olmadıqda tətbiq edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş kürmöG“ ödənişlərinin qaytarılması Qaydaları” Bənd. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Bənd 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Bənd 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi h aqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bənd 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlavə gömrük rüsumu və ödənişlərin tələb edilməsi, artıq ödənilmiş vəsaitin geri qaytarılması və bu barədə müvafiq rəyin tərtib edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakı ları qeyd etməyi zəruri sayır.

36. Gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

37. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ölkəyə müxtəlif adlı qida əlavələri idxal olunur. İddiaçı tərəfindən **********5134 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük rüsumu 7626,97 manat, **********532 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük rüsumu 30000,57 manat, **********7776 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük rüsumu 6458,40 manat hesablanaraq ödəniş edilmişdir. Hər üç gömrük bəyannaməsi üzrə ilkin olaraq idxal edildiyi malların sövdələşmə qiyməti (invoys dəyəri) qeyd olunmaqla bəyan edilsə də, sonradan həmin bəyannamələr dəyişdirilmiş, malların qiyməti orta bazar qiymətlərinə istinad edilməklə qeyd edilərək gömrük dəyəri hesablanmışdır.

38. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qan unun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

39. Bundan əlavə, iş materiallarında olan ekspert rəyi ilə də müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 5.059,37 manat, xx.xx.2020-ci il tarixli, **********5532 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 19.284,35 manat, xx.xx.2021-ci il tarixli, **********7776 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 3.832,77 manat təşkil etdiyi halda iddiaçı tərəfindən **********5134 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 7626,97 manat, **********532 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannam əsi üzrə 30000,57 manat, **********7776 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 6458,40 manat gömrük rüsumu ödənilmiş və nəticədə 15909,45 manat iddiaçı tərəfindən artıq ödəmə həyata keçirilmişdir.

40. Kassasiya şikayətində cavabdeh bəyannamələrin iddiaçı tərəfindən tərtib edilərərk təsdiqləndiyini bildirmişdir. Lakin cavabdehin bəhs etdiyi və məhkəmənin istinad etdiyi, iş materiallarında olan hər 3 bəyannamədən görünür ki, həmin bəyannamələr iddiaçı tərəfindən təsdiqlənməmişdir. Bəyannamələrin “Vəkalət verən” adlanan 50-ci qrafasında iddiaçının adı, soyadı və ata adının qarşısında “İmza” bölməsi boşdur. Bəyannamə iddiaçı tərəfindən imzalanmamış, cavabdeh isə həmin bəyannamənin iddiaçı tərəfindən imzalanmasını təmin etməmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda is tinad olunan normalara görə, təqdim olunan bəyannamədə göstərilmiş məlumatların, o cümlədən bəyannamənin imzalanmasının yoxlanılması cavabdehin məsuliyyət sferasına aiddir. Gömrük bəyannaməsinin imzalanması həmin bəyannamədə göstərilən məlumatların iddiaçı tərəfindən təsdiqini ifadə edir. Bunun əksi iddiaçının sərbəst iradə ifadəsinin nəticəsi kimi qiymətləndirilə bilməz.

41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1584/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar