Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1710/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi; iddianın mümkünlük şərti; iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 1 fevral 2024-cü il tarixli, 2-1(103)311/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən: - iddiaçı xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində referent dövlət qulluğu vəzifəsinə qəbul edilmiş; - xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci idarəsində məsləhətçi dövlət qulluğu vəzifəsinə qəbul edilmiş; - xx.xx.2018-ci il tarixdən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsinə əsasən işdən azad edilmiş; - xx.xx.2018-ci il tarixdən “Region” X1 aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş; - xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə qəb ul olunduğuna görə əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri ilə N nömrəli hərbi hissədə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş və ona leytenant hərbi rütbəsi verilmişdir.
3. İddiaçı barəsində xx.xx.2021-ci ildə tərtib edilən söhbət vərəqəsində o, tərxis edilməyi ilə razı olmadığını bildirmişdir.
4. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən iddiaçının xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. 5. xx.xx.2021-ci il tarixli akta əsasən, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətinin başa çatması) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqəd ar Hərbi Həkim Komissiyasına getməkdən imtina etmişdir.
6. İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 019 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətinin başa çatması) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş b uraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-2018-ci illərdə Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası müdafiə naziri tərəfindən vicdanla və məsuliyyətlə işlədiyinə, 2 dəfə erməni dili kurslarına cəlb olunduğuna, sertifikatı olduğuna görə ona leytenant hərbi rütbəsi verilmişdir. Daha sonra xidmətini Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrin birində davam etdirmişdir. 2020-ci ilin avqust ayında onunla imzalanmış bağlaşmanın müddəti (1 il 6 ay) bitmiş və onun xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən raportu əsasında kadr zabit heyətinə daxil edilməsi barədə Şəxsi Heyət Baş İdarəsi qarşısında vəsatət qaldırılmışdır. Şəxsi Heyət Baş İdarəsindən xidmətinin davam etdirilməsinə müsbət rəy bildirilmişdir. 3 ilə yaxın müddətdir ki, həmin hərbi hissədə xidmət etməsinə və növbəti hərbi rütbəsinin də, verilməsinin vaxtı çatmasına baxmayaraq, “müqavilə müddətinin bitməsi” əsası ilə Azərbaycan Respublikası müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixdə 019 nömrəli əmri ilə tərxis olunmuşdur. Belə ki, orduda xidmət edən xanım zabitlər zabit kimi müddətli (1 il 6 ay) dövrü xidmət etdikdən sonra onların Orduda xidmətini davam etdirməsi məsələsi təqdimata uyğun olaraq və Silahlı Qüvvələrin komandanlığının dərkənarına əsasən könüllülük prinsipi ilə davam etdirilir və Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən, kiçik zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 48 yaş həddinədək xidmət edirlər. Həmçinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndində son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının əsasları əks olunmuşdur. Həmin əsaslar bunlardır: xəstəliyə görə, ştatların ixtisarına görə, ailə vəziyyətinə görə, xidməti uyğunsuzluğa görə, hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə, azı 5 il xidmət etmiş zabitlər öz arzusu ilə, törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə. Göründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmadan məcburən tərxis olunma halı və müddətli hərbi xidmətin i uğurla başa vurmuş, eləcə də daimi hərbi xidmətə qəbul olunmuş zabitin müqavilə müddətinin bitməsi əsası ilə tərxis olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.
9. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı 2017-ci il tarixdən 2018-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməyinə baxmayaraq, təqdim olunmaqdan imtina etmiş, bununl a bağlı akt tərtib olunaraq yuxarı komandanlığa məruzə edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barədə N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq, müdafiə nazirinin 7 yanvar 2022-ci il tarixli 019 nömrəli əmrinə əsasən, iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin mü vafiq əmri ilə tanış olmaqla o, “göndərilən sənədlərin uçotunun aparılması jurnalı”nda imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin, iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının, barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 11 may 2023-cü il tarixli, 2-1(112)-961/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ləğv edilmiş, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsinə əsasən zabit kimi həqiqi hərbi xidmətdə olduğundan, həmin Qanunun 36-cı maddəsinin “Qeyd” hissəsinin xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən birbaşa kadr zabit heyətinə keçirilməli idi. Lakin cavabdeh tərəfindən qanunvericiliyin normaları pozularaq iddiaçı xidmət müddətinin başa çatması əsası ilə qanunsuz və əsassız olaraq xidmətdən azad edilmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 1 fevral 2024-cü il tarixli, 2-1(103)-311/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-961/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, “Leytenant” hərbi rütbəsi verilməklə zabit heyətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və xidmətini davam etdirmək arzusunda olan iddiaçının müdafiə nazirin in 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə zidd olmuşdur.
15. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi poçt vasitəsilə 28 mart 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cavabdeh iddiaçının 7 yanvar 2022-ci il tarixli əmri “göndərilən sənədlərin uçotu jurnalında imza etməklə, tanış olduğunu və ona verilmiş təyinat vəsiqəsi əsasında SHXÇDX-nin Binəqədi rayon idarəsində uçota durduğunu, ehtiyata buraxılması ilə əlaqədar çıxış müavinəti almasını qeyd edərək onun həmin əm rdən məlumatlı olduğunu mübahisələndirsə də, işə əlavə olunmuş əmrdə hüquqi müdafiə vasitələri və onlardan istifadə qaydası nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Konkret halda isə mübahisələndirilən 7 yanvar 2022-ci il tarixli əmrdən verilən iddia ərizəsi 28 mart 2022-ci il tarixdə göndərildiyi, hətta məhkəməyə daxil olduğu xx.xx.2022-ci tarixə kimi 6 aylıq müddət keçməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Məhkəmə qərar qəbul edərkən iddiaçının xidmətinə dair müvafiq icra hakimiyyəti orqanının rəyinin olmamasını nəzərə alınmamış, bu istiqamətdə hər hansı araşdırma aparılmamışdır.
18. Bununla bağlı cavabdehin nümayəndəsi məhkəmə iclasında şifahi vəsatət verərək, müvafiq hərbi hissələrin məhkəməyə cəlb edilməsi (və onlar cəlb olunduqda, qapalı məhkəmə prosesinin keçirilməsini) xahiş etsə də, məhkəmə hərbi hissələrin cəlb edilməsi barədə vəsatəti təmin etməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə İPM-nin 2 8-ci maddəsinə görə (zəruri cəlb etməyə görə) həmin hərbi hissələri inzibati işə 3-cü şəxs qismində cəlb etməli, həmçinin bununla bağlı müvafiq sorğular etməli idi.
19. Eləcə də, məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı ilə olan bağlaşma müddəti bitəndən sonra yeni bağlaşmanın bağlanmaması inzibati orqanın diskression səlahiyyətlərinə aiddir.
20. Həmçinin, məhkəmə iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsini araşdırmamışdır. Məhkəmə “İnzibati icraat haqqında” Qanuna (qərar, səh. 4) istinadla hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli əmrdə hüquqi müdafiə vasitələri və onlardan istifadə qaydası nəzərdə tutulmadığından... onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Halbuki, yuxarıda qeyd olunanların yazılması hər hansı əmrdə (həmçi nin, digər qurum və orqanlarda) nəzərdə tutulmamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, əmr elan olunur, məxfi olduğundan şəxsin özünə verilmir.
21. Məhkəmə tərəfindən yuxarıda qeyd olunanların yerinə yetirilməməsi işin yenidən araşdırılması üçün əsasdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. İddiaçının nümayəndəsi və vəkili cavabdehin kassasiya şikayətinə dair etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərə cələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilm əsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olar aq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır. Odur ki, təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
29. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, mübahisələndirilən əmrdə hüquqi müdafiə vasitələri və onlardan istifadə qaydası nəzərdə tutulmadığından “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsində nəzərdə tutulan 6 aylıq müddət keçməmişdir.
31. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına əməl etmədən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəldiyinə görə məhkəmənin qərarı əsassızdır.
32. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsa slılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
33. Ona görə də, məhkəmə kollegiyası kassatorun şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından, apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddianın mümkünlüyü ilə bağlı müvafiq araşdırma aparmağa borcludur.
34. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı barəsində xx.xx.2021-ci ildə tərtib edilən söhbət vərəqəsindən də göründüyü kimi, o, tərxis edilməyinə razı olmadığını bildirmişdir. Eləcə də, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən iddiaçının xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına getməkdən imtina etmiş və bu barədə, xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Bundan sonra, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 019 nömrəli əmri qəbul edilmişdir.
35. İddiaçı hazırda Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 019 nömrəli əmrini mübahisələndirir, yəni iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (e lan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
36. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia müddətinin ötürülüb-ötürülməməsini İPM-nin 38.1-ci maddəsinin tələbləri baxımından yoxlamamış, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.
37. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi həmin maddənin də adından göründüyü kimi, məhz inzibati şikayətin verilməsi ilə bağlıdır.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati şikayətin verilməsi ilə məhkəmədə iddia qaldırılması fərqləndirilmiş, hətta İPM-nin 38.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda, bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.
39. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilm əsi müddəti fərqli anlayışlardır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərini İPM-nin 38-ci maddəsinin tələbləri çərçivəsində yoxlamalı olduğu halda bunu etməmiş, cavabdehin məhkəməyə iddia verilməsi müddətinin ötürülməsi ilə bağlı dəlillərini əsassız olaraq, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinə uyğun yoxlamışdır.
40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın xüsusi mümkünlük şərti (iddia müddəti) apellyasiya məhkəməsi tərəfindən İPM-in 38-ci maddəsinin tələbləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.
41. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman ilk növbədə, iddianın xüsusi mümkünlük şərti (iddia müddətinə riayət edilib-edilməməsi) İPMin 38-ci maddəsinin tələbləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmalı, iddia mümkünlük şərtlərinə cavab verəcəyi halda, iddianın mahiyyəti ilə bağlı müvafiq qərar qəbul edilməlidir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir..
43. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
44. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 21(103)-311/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.