Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1711/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsinə ( üçüncü şəxslər ƏMDK və ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin iştirakı ilə)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçıların vəkili Vəkil, üçüncü şəxs ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi Nümayəndə2nın və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1, X6, İddiaçı4, X7 və X1 cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsinə (üçüncü şəxslər ƏMDK və ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin iştirakı ilə) qarşı “çıxarışın ləğv edilməsi və dövlət qeydiyyatının bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2-1(103)-727/19 saylı qərardadından iddiaçılar İddiaçı1, X2, İddiaçı4 və Hacıyev Nizami Kazım oğlu tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X 8 Qeydiyyatı İdarəsinə (üçüncü şəxslər ƏMDK və ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi) qarşı “çıxarışın ləğv edilməsi və dövlət qeydiyyatının bərpa olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli iş № 2-1(81)-2775/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.02.2019-cu il tarixli iş № 2-1(103)-727/19 (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərardadı ilə birinci instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,hazırkı iş üzrə olan materiallardan, o cümlədən Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının iş üzrə qəbul etdiyi 14 avqust 2018-ci il tarixli qərardadı ilə müəyyən olunan xüsusatlardan görünür ki, tərəflərindən hazırda inzibati icraat qaydasında mübahisələndirilən 24 dekabr 2010-cu il tarixli, * *********539100 nömrəli dövlət reyestrindən çıxarışların mövcudluluğundan 30 mart 2014-cü il tarixdə məlumat əldə etmək və hər hansı prosessual müddət ötürülmədən tərəflərindən aidiyyəti məhkəmədə müvafiq iddia qaldırılmışdır. Hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati hərəkətə dair onun yalnız 30 mart 2014-cü il tarixdə məlumat almağı və dərhal, elə həmin gün müddət ötürülmədən müvafiq iddia ilə məhkəmədə iddia qaldırmağı iş üzrə qanuni qüvvəsində olan Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərardadı ilə birmənalı müəyyən olunur. Məhz Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən mübahisələndirməyə dair iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində n əzərdə tutulmuş müddətin ötürülmədiyi əsası ilə iş üzrə birinci instansiya məhkəməsinin qərardadını ləğv etmişdir. Hesab edirik ki, mübahisələndirmə müddətinin ötürülmədiyi və bu əsasla iddianın mümkünsüz sayıla bilməməsi məsələsi artıq qanuni qüvvəsində olan Bakı Apelyasiya Məhkəməsinin iş üzrə qərardadı ilə həll olunmuşdur. Bu səbəbdən işə təkrar baxan birinci instansiya məhkəməsi isə apelyasiya instansiyası kollegiyasının qərardadında müəyyən olunan xüsusatları təkzib edə bilmədiyi üçün, tamamilə başqa, fərqli əsasla iddianın mümkünsüz sayılmasına dair qərardad qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası isə şikayət olunan qərardadı qəbul edərkən iş üzrə qanuni qüvvədə olan qərardadın mövcudluğunu nəzərə almamışdır. Bununla yanaşı, onu da qeyd etməyi zəruri h esab edirik ki, hazırda mübahisələndirdikləri inzibati akt 24 dekabr 2010-cu ildə qəbul olunmuşdur ki, bu aktın da qəbulundan cəmi 7 gün sonra, yəni, 01 yanvar 2011-ci il tarixdə İnzibati Prosessual Məcəllə qüvvəyə minmişdir. Bununla, onu nəzərinizə çatdırmaq istəyirik ki, hətta, bu halda, yəni, 01 yanvar 2011-ci ilədək cəmi 7 gün ərzində inzibati aktın mübahisələndirilməsi müddətinin (1 aylıq müddət) ötürülmədiyi açıq-aşkardır və apelyasiya məhkəmə kollegiyasının “ictimai məktub”a istinad edərək iddianı mümkün saymaması tamamilə qanunsuzdur. İş materiallarında olan, yuxarıda istinad olunan xüsusatdan, yəni, inzibati aktın qəbulu ilə yeni İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsi arasında 7 gün fərq olmasının danılmazlığından, həmin inzibati aktın köhnə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəsli) prosessual qanunvericiliklə mübahisələndirilməsi üçün 1 aylıq müddətin ötürülmədiyi açıq-aşkar və mübahisəsizdir. Hesab edirik ki, apelyasiya məhkəmə kollegiyası qərəzli yanaşmasına görə elementar hesablamada aşkar olan bu xüsusatı nəzərə almadığından qanunsuz, əsassız və qərəzli qərardad qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2-1(103)-727/2019 saylı qərardadının ləğv edilməsi və hazırkı işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi və hazırkı işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkiliNümayəndə1 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadınınisə dəyişdirilmədən qüvvədəsaxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 da, üçüncü şəxsin vəkili Nümayəndə1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadının isə dəyişdirilmədən qüvvədəsaxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxs ƏMDK-nın nümayəndələri məhkəmə iclas ına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçıların kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27.02.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 27 fevral 2019-cu il tarixli, 21(103)-727/2019 saylı qərardadla, iddiaçılar İddiaçı1 Ağarəşid qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apelyasiya şikayətinin təmin olunmaması, 1 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(81)-2775/2018 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 12.1, 35.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadı və həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisədə iddiaçının irəli sürdüyü iddia tələbi araşdırılmalıdır. Belə ki, məlum olduğu kimi, iddiaçılar İddiaçı1 Ağarəşid qız ı və «Sənaye Müəssisələri və Təmir-Tikinti» İstehsalat Birliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 17 oktyabr 2010-cu il tarixli, 244 nömrəli əmri əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X8 Qeydiyyatı İdarəsi tərəfindən aparılmış hərəkətlərin qanunsuz hesab olunması və 24 dekabr 2010-cu il tarixi **********1 dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə “Sənaye Müəssisələri və Təmir-Tikinti” İstehsalat Birliyinin 29 oktyabr 2001-ci il tarixli, D-499 nömrəli dövlət qeydiyyatının bərpa olunmasına dair iddia ərizəsi ilə 2 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Sonradan iddiaçıların nümayəndəsi iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə yanaşı, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 da iddiaçı qismində göstərmiş və Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 17 dekabr 2010-cu il tarixli, 244 nömrəli əmri əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X8 qeydiyyatı idarəsi (hazırda Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi) tərəfindən aparılmış hərəkətlərin qanunsuz hesab olunmasına və 24 dekabr 2010-cu il tarixli, **********539100 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə “Sənaye Müəssisəsi və Təmir-Tikinti ” İstehsalat Birliyinin 29 oktyabr 2001-ci il tarixli D-499 nömrəli dövlət qeydiyyatının bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Beləliklə, iddiaçıların iddiasının məğzini 24 dekabr 2010-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi təşkil edir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, ümumiyyətlə istənilən dövlət reyestrindən çıxarış (əvvəlki illərdə şəhadətnamələr, qeydiyyat vəsiqəsi) özü-özlüyündə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt deyil, adıçəkilən sənədlər törəmə sənədlər olmaqla, inzibati orqanın qərarları, sərəncamları və yaxud bəzi hallarda məhkəmənin çıxartdığı məhkəmə aktları əsasında verilir. Burada xatırlatmaq yerinə düşər ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzi bati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Buna görə də heç şübhəsizdir ki, dövlət reyestrindən çıxarışlar (əvvəlki illərdə şəhadətnamələr, qeydiyyat vəsiqələri) sözügedən qanunun 2.0.2-ci maddəsində müəyyən edilmiş inzibati akt anlayışına cavab vermir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 09 noyabr 2007-ci il tarixli, 647 nömrəli Fərmanı ilə ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin tabeliyində olmuş “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi” (bundan sonra - “Birlik”) Komitənin sərəncamına verilmişdir. Komitənin 06 dekabr 2010-cu il tarixli, 375 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən həmin Birlik Mərkəzin tabeliyinə verilmiş, bir sıra məsələlərin həlli ilə yanaşı, əmlakın inventarizasiyası və onun yenidən təşkili ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi Mərkəzə tapşırılmışdır. Komitənin göstərilən sərəncamının icrasına başlanılan zaman məlum olmuşdur ki, adı çəkilən Birlik keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin təsisçiliyi ilə Ədliyyə Nazirliyinin X8 qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 29 oktyabr 2001-ci il tarixində D-499 nömrəli Şəhadətnamə ilə hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Mərkəzin 16 dekabr 2010-cu il tarixli, 242 nömrəli əmri ilə göstərilən Bir lik tabeliyə qəbul edilmiş və təsisçisini ləğv edilməsi nəzərə alınaraq, həmçinin hüquqi statusunun mövcud mülki qanunvericiliyə uyğunlaşdırılması məqsədilə Mərkəzin 17 dekabr 2010-cu il tarixli, 244 nömrəli əmri ilə təşkilati-hüquqi forması dəyişdirilərək məhdud məsuliyyətli cəmiyyətə çevrilmiş və Nizamnaməsi təsdiq olunmuşdur. MMCnin Nizamnaməsi Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X8 Qeydiyyatı İdarəsində 24 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış, bu barədə həmin tarixdə **********539100 nömrəli çıxarış verilmişdir. Mərkəzin aidiyyəti əmrinə və istinad olunan çıxarışa əsasən 24 dekabr 2010-cu il tarixdən MMC-nin qanuni təmsilçisi Mərkəzin əməkdaşı X4r. Birliyin MMC-yə çevrilməsi yolu ilə yenidən təşkili qanunvericiliyə uyğun həyata keçiril mişdir. Hüquqi şəxsin təsis olunması, yenidən təşkili və ləğv edilməsi ilə bağlı münasibətlər mülki-hüquqi münasibətlər kateqoriyasına aiddir ki, iddiaçılar əvvəlki hüquqi statusunun bərpasını tələb etdikləri hüquqi şəxslə nə təsisçi, nə də payçı kimi mülki hüquq münasibətlərində olmamışdır. Birliyin komitəyə verilənə qədər tək təsisçisi konstitusion mərkəzi icra hakimiyyəti orqanı statusunda mövcud olmuş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsi olmuşdur. Birliyin Komitəyə verilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3-cü bəndində Azərb aycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin çıxış etməsi müddəası (hüququ) təsbit edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsi 09 noyabr 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmiş Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi və onun direktoru Əfəndiyeva Bəhruz adından möhürlənərək verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi prosessual və maddi hüquq normaları düzgün olmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcbur etmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanin ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıl ır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyul 2018-ci il tarixli “icra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə “icmal məktubunda qeyd edilir ki, nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni, mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində ( Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edilmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvəd ə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, X7in kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 21(103)-727/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1711/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1711/2019
08.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver