Məhkəmə qərarları › İş №2-1(102)-1711/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1711/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1711/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X7 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər i Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" ASC) mağaza binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21(107)-167/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala RİH başçısının Zaqatala şəhər nümayəndəsinin xx.xx.2003-cü il tarixli 2 0 nömrəli sərəncamından çıxarışa görə, X4 şəhərin Vidadi küçəsində, Mərkəzi Rayon Xəstəxanasının şərq hissəsində olan dövlət torpaq fondundan sahibkarlıq məqsədilə 99 il müddətinə 80 kv.m. torpaq sahəsi icarəyə verilmişdir. 2. 22.09.2003-cü il tarixli 56 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin təsdiq olunmuş arxiv nüsxəsinə əsasən, tərəflər arasında icarə müqaviləsi bağlanmış və 80 kv.m. torpaq sahəsi sahibkarlıq məqsədilə 99 il müddətinə X4 icarəyə verilmişdir.

3. Zaqatala RİH başçısının xx.xx.2004-cü il tarixli 130 nömrəli sərəncamının təsdiq olunmuş arxiv nüsxəsinə görə, həmin sərəncamla Zərifə Atayevaya icarəyə götürdüyü torpaq sahəsində mağaza binasının tikintisinə razılıq verilmişdir. 4. 02.12.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadət namənin təsdiq olunmuş arxiv nüsxəsinə əsasən, xx.xx.2005-ci ildə vəfat etmiş X3 vərəsəsi qızı X2r. Miras əmlak 0,008 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70 kv.m. olan bir mərtəbəli mağaza binasından ibarətdir. 5. 29.12.2006-cı il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsinə görə, X1 şəhəri Vidadi küçəsi, 0,008 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 70 kv.m. mağaza binasını İddiaçı satmışdır. 6. 16.01.2007-ci il tarixli MH ******* nömrəli dövlət reyestrindən çıxarışın təsdiq olunmuş arxiv nüsxəsinə əsasən, Zaqatala şəhəri Vidadi küçəsində icarədə olan 0,008 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70 kv.m. olan bir mərtəbəli qeyri- yaşayış (mağaza) binası tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. 7. 22.11.2011-ci il tarixli 3348 nömrəli “Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsinə əsasən, iddiaçının icarəsində olan 80 kv.m. torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona satılmışdır. 8. xx.xx.2012-ci il tarixli MA ******* nömrəli çıxarışın notariat təsdiqli surətinə görə, ünvan 1 ünvanda 0,008 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,8 kv.m. olan qeyri- yaşayış (mağaza) binası iddiaçının xüsusi mülkiyyətindədir.

9. Zaqatala RİH başçısının xx.xx.2017-ci il tarixli 70 nömrəli sərəncamının təsdiq olunmuş surətinə əsasən, iddiaçıya Zaqatala şəhəri Z.Əliyeva 13 (keçmiş Vidadi) ünvanda yerləşən özünə məxsus mağaza binasının ikinci mərətə bəsinin tikintisinə icazə verilmişdir. 10. "xxxx" ASC Zaqatala filialının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli 566 nömrəli məktuba görə, xx.xx.2021-ci il tarixli 071-MKOS/AZN-2021 nömrəli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixli 071-MKOS/2021-İM nömrəli İpoteka müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətində olan MA 0289512, reyestr nömrəsi **********8106301, qeydiyyat nömrəsi ********** olan Zaqatala şəhəri Vidadi küçəsi 13 q ünvanda yerləşən 0,008 ha torpaq sahəsində ümumi sahəsi 69,8 kv.m. olan qeyri-yaşayış binası (mağaza) “TuranBank “ASC-nin xeyrinə yüklü edilmişdir. Qeyd edilən əmlaka dair yeni çıxarış almaq üçün müraciətə əsasən bildirilmişdir ki, həmin əmlakın və yerləşdiyi 0,008 ha torpaq sahəsinin "xxxx" ASC-də yüklülükdə qalması şərti ilə, yeni çıxarış alındıqdan sonra xx.xx.2021-ci il tarixli 071/MKOS/2021-İM nömrəli ipoteka müqaviləsinə əlavə dəyişikliyin Notarial qaydada rəsmiləşdirilməsi və DƏDRX-nin müvafiq ərazi İdarəsində ipotekanın əlavə dövlət qeydiyyatına alınması, eləcə də qeyd olunan əməliyyatlar zamanı yaranan xərclərin borclu (və ya ipoteka qoyan) tərəfindən tam, qeyd şərtsiz qarşılanması şərti ilə yeni çıxarışın alınmasına "xxxx" ASC etiraz etməmişdir. 11. xx.xx.2021-ci il tarixli 04/a nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin notariat təsdiqli surətinə əsasən, ünvan 4 ünvanda yerləşən mağaza binasına yenidənqurma işləri aparmaqla ikinci mərtəbə əlavə edilməsinə Zaqatala RİH tərəfindən icazə verilmişdir. Sənəddə tikintialtı sahə 80 kv.m, ümumi sahə 219,4 kv.m. olaraq göstərilmişdir.

12. Zaqatala RİH tərəf indən xx.xx.2017-ci il tarixli 70 nömrəli “obyektin tikintisinə icazə”nin notariat qaydada təsdiq olunmuş surətinə görə, mağaza binası 80,0 kv.m torpaq sahəsində yerləşir, tikintialtı sahə 80,0 kv.m, ümumi sahə 219,4 kv.m, 2 mərtəbəli və zirzəmilidir.

13. Cavabdehin xx.xx.2022-ci ilt arixli **********38 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanda yerləşən 0,008 ha torpaq sahəsi qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə işlənilmişdir. Həmin 0,008 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 219,4 kv.m. olan 2 mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Şəki İnzibati Məhkəməsinin (hakim F.İsmayılzadə) 2-1(116)-1043/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 219,4 kv.m. olan 2 mərtəbəli və zirzəmili mağaza binasının 149,6 kv.m. hissədə rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “... qeydiyyata alı nması tələb olunan qeyri-yaşayış binasının zirzəmi sahəsi layihədən 67,3 kv.m kənarlaşma ilə inşa edilmişdir. Həmçinin iddiaçı tərəfindən dövlət mülkiyyətinə (Zərifə Əliyeva adına parkın ərazisinə) aid olan 0,011 ha (110 kv.m) torpaq sahəsi zəbt olunmuşdur. Belə ki, həmin zəbt olunmuş dövlət mülkiyyətə aid olan torpaq sahəsində sözügedən qeyri-yaşayış binasının zirzəmi sahəsinin 79,7 kv.m hissəsi və pilləkən sahəsinin 21,3 kv.m hissəsi (səkinin altındakı torpaq sahəsində) yerləşir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

18. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və G.Cavadova) 2-1(107)-167/2023 nömrəli iş ü zrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “Birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsində mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsi mümkün sayılmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zama nı müəyyən edildi ki, ünvan 1 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,8 kv.m olan qeyriyaşayış (mağaza) binası iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Daha sonra iddiaçı həmin qeyriyaşayış binasına yenidənqurma işləri aparmaqla ikinci mərtəbə əlavə edilməsinə Zaqatala RİH tərəfindən icazə verilmişdir. Sənəddə tikintialtı sahə 80,0 kv.m, ümumi sahə 219,4 kv.m olaraq göstərilmişdir. Daha sonra iddiaçı ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sını tələb etmişdir. Məhkəmə kollegiyası tərəfindən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasına tərəflərin iştirakları ilə yerli baxış keçirilmişdir. Yerli baxışda müəyyən edilmişdir ki, mağaza binası 2 mərtəbə və zirzəmidən ibarətdir. Girişdən birinci mərtəbəyə daxil olduqdan sonra sağ tərəfdə pilləkən vasitəsilə zirzəmiyə düşülür. Zirzəmidə sol tərəfdə iki boş otaq var otaqda isə 2 sütun yerləşir. Zirzəminin qarşı tərəfi isə iddiaçıya məxsus olmayan zəbt olunmuş torpaq hesabına genişləndirilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, qeydiyyata alınması tələb olunan qeyriyaşayış binasının zirzəmi sahəsi layihədən 67,3 kv.m kənarlaşma ilə inşa edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövlət mülkiyyətinə (Zərifə Əliyeva adına parkı n ərazisinə) aid olan 0,011 ha (110 kv.m) torpaq sahəsi zəbt olunmuşdur. Belə ki, həmin zəbt olunmuş dövlət mülkiyyətinə aid olan torpaq sahəsində sözügedən qeyri-yaşayış binasının zirzəmi sahəsinin 79,7 kv.m hissəsi və pilləkən sahəsinin 21,3 kv.m hissəsi (səkinin altındakı torpaq sahəsində) yerləşir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi əmlak öz mülkiyyətində olan torpaq sahəsində və layihəyə uyğun şəkildə inşa edilmişdir. Bu hal məhkəmə araşdırması zamanı təkz ib olunmamışdır.

22. Həmçinin, Zaqatala RİH başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 04/a nömrəli “Tikinti obyektinin istismarına icazə”yə əsasən mağaza binasının istismarına icazə verilmişdir. İstismara icazə tikinti obyekti müayinə edildikdən və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Lakin işə baxan məhkəmələrin mövqeyindən belə başa düşülür ki, iddiaçı sanki tikinti norma və qaydalarına uyğun olmayan tikinti inşa etmişdir.

23. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının xx.xx.2015-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sistemində daşnmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimat”a əsa sən cavabdeh daşınmaz əmlaka dair tərtib etdiyi texniki pasportda zəbt olunmuş sahə və zirzəmidəki icazəsiz tikilini qırmızı xətlərlə göstərərək ştrixləməli və əmlak üzərində hüquqları dövlət qeydiyyatına almalı idi. Belə ki, həmin Texniki Təlimatın 4.2-ci bəndində qeyd olunur ki, texniki inventarlaşdırma işləri aparılarkən özbaşına tikili, üzərində hüquqların dövlət qeydiyyatına alındığı daşınmaz əmlakın ayrılmaz tərkib hissəsi olduğu təqdirdə inventarlaşdırılır. Bu zaman həmin özbaşına tikili (eləcə də zəbt torpaq sahələri) üzərində hüquqların dövlət qeydiyyatına alındığı daşınmaz əmlaka dair tərtib olunan texniki pasportda qırmızı xətlərlə göstərilərək ştrixlənir. Özbaşına tikili ayrıca daşınmaz əmlak obyekti kimi mövcud olduqda, onun inventarlaşdırılmasına yol verilmir.

24. İddiaçı a idiyyəti normativ hüquqi aktların tələblərini rəhbər tutmaqla inzibati orqanların inzibati praktikasına etimadla yanaşmışdır. İşə baxan məhkəmələrin qərarlarından belə başa düşülür ki, iddiaçı hazırkı işdə 10-a yaxın dövlət orqanının verdiyi sənədlərə etimad göstərməməli, yalnız cavabdehin qənaətini özünə prioritet seçməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 27. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzif ələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınma z əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edi lmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə.

30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azər baycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəf indən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikin ti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respubli kasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qa nuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edi r və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü

34. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

35. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə b axılması qaydası

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təq dirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələlər i yenidən müzakirə etməyə lüzum qalmır.

40. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin ilk iki dəlilinə (§21,22) aşağı instansiya məhkəmələrinin qərarında hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

41. Şikayətin “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimat”ın 4.2-ci bəndinə istinad edən dəlili əsaslı deyil. Belə ki, qeydiyyata alınması tələb olunan qeyri-yaşayış binasının zirzəmi sahəsinin layihədən 67,3 kv.m. kənarlaşma ilə inşa edildiyi, dövlət mülkiyyətinə (Zərifə Əliyeva adına parkın ərazisinə) aid olan 110 kv.m. torpaq sahəsinin zəbt olunduğu işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarıdır, ti kinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş daşınmaz əmlak özbaşına tikinti sayılır, həmin özbaşına tikilinin (eləcə də zəbt torpaq sahəsinin) texniki pasportda qırmızı xətlərlə göstərilərək ştrixlənməsinin mümkünlüyü fərz olunan hal da zəbt olunan hissədə torpaq sahəsini və tikilinin özbaşına sayılan hissəsini Mülki Məcəllənin 180-ci (§28), Torpaq Məcəlləsinin 111-ci maddələrinin (§30) hüquqi təsir dairəsindən çıxarmır. Digər tərəfdən, sözügedən ştrixlənmə şəxsin özünün mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi özbaşına tikili ilə bağlı ola bilərdi ki, hazırkı işdə özbaşına tikili hissəsi dövlət mülkiyyətində olan parkın ərazisində inşa edilmişdir.

42. Kassasiya şikayətinin iddiaçının inzibati orqanların inzibati praktikasına etimadla yanaşmasına dair dəlili də əsassı zdır. Belə ki, fiziki və ya hüquqi şəxslərin etimadı yalnız qanuni hərəkətlərə əsaslana bilər (§32).

43. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-cİ maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)-167/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar