Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1712/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət q eydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)3/2019 nömrəli, 22 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 07 avqust 1987-ci il tarixli 17/310 nömrəli qərarına əsasən Zirə qəsəbəsində Əzizbəyov rayon toxuculuq fabrikində kollektiv bağçılıq yaradılması məqsədi ilə torpaq sahəsi ayrılmışdır. (Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İdarə arxivi tə rəfindən “Toxucu” bağçılıq yoldaşlıq birliyinə ünvanlanmış arxiv arayışı). Həmin qərar əsasında 1 nömrəli bağ sahəsi “Toxucu” bağçılıq yoldaşlıq birliyinin yığıncağının 30.05.1989-cu il tarixli, 4 nömrəli protokolu ilə İddiaçı (bundan sonra iddiaçı) ayrılmışdır. Ayrılmış torpaq sahəsinin sxemi tərtib edilərək “Toxucu” bağçılıq yoldaşlıq birliyinin sədri tərəfindən təsdiq edilmiş, Əzizbəyov rayonu, Zirə qəsəbəsi bağ massivində yerləşən 5.31 sot olan 1 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir.(“Toxucu” bağçılıq yoldaşlıq birliyi tərəfindən 30.05.1989-cu il tarixdə İddiaçı verilmiş bağçının üzvlük kitabçası). İddiaçı DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə (bundan sonra cavabdeh) müraciət edərək ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyəti hüquqlarının dövlət reyestrində qeyd iyyata alınmasını xahiş etmiş, cavabdeh 12 avqust 2017-ci il tarixli **********95 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, bağçılıq yoldaşlığın bölgü sxemi idarəyə təqdim edilmədiyindən bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. Bundan başqa, bağın nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir və hasara alınmış yer bağ bölgüsü üçün nəzərdə tutulmamışdır. Cavabdeh imtina cavabını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci və 11-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 17/310 saylı, 07 avqust 1987-ci il tarixli qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, “Toxucu” bağçıl ıq yoldaşlıq birliyinin inzibati ərazisində yerləşən 1 nömrəli, ümumi sahəsi 5.31 sot olan (21x25.3 kv.m.) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “Toxucu” bağçılıq yoldaşlıq birliyinin 30 may 1989-cu il tarixli yığıncağının 4 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 17/310 saylı, 07 avqust 1987-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin sənədlərinə baxış keçirilərək iddiaçıya “Toxucu” bağçılıq yoldaşlıq birliyinin inzibati ərazisində yerləşən 1 nömrəli, ümumi sahəsi 5.31 sot olan (21x25.3 kvm.) bağ torpaq sahəsi ayrılmış, 1989-cu il tarixdə “Toxucu” bağçılıq yoldaşlıq birliyi tərəfindən torpaq sahəsinin sxemi tərtib edilmişdir. Bütün bu sənədlərə əsasən iddiaçı ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq olaraq çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, lakin 12.08.2017-ci il tarixli məktubla ona imtina cavabı verilmuişdir. İmtinaya əsas kimi bağçılıq yoldaşlığın bölgü sxeminin idarəyə təqdim edilməməsi və bağın nömrəsinin qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil etdiyi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən də, iddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. Cavabdehin iddiaya dair 22.11.2017-ci il tarixli ********* *01 saylı etirazında göstərilmişdir ki, iddiaçı sözügedən bağ sahəsinin qeydiyyata alınması ilə bağlı DƏDRXnin Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağın nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir və hasara alınmış yer bağ bölgüsü üçün nəzərdə tutulmamışdır. Bağçılıq yoldaşlığın bölgü sxemi idarəyə təqdim edilmədiyindən bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. Bu barədə iddiaçıya 12.08.2017-ci il tarixli cavab məktubu ilə məlumat verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4929/2017 nömrəli, 07 dekabr 2017-ci il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1 saylı bağın 0.0531 ha torpaq sahəsi üzərində İddiaçı mülki yyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ayrılmış 0.0531 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqları məhdudlaşdırılmışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu tarixli, 21(103)-3/2019 nömrəli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) 2 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 2-1(82)-4929/2017 nömrəli, 07 dekabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayətedici hesab olunsa da, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan heç birini cavabdehə təqdim etməmişdir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsinin ayrılmasına dair icar ə müqaviləsi və ya sərəncam, yaxud order verilməmişdir. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu tarixli, 21(103)-3/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və onları düzgün tətbiq etməmiş, həmçinin şikayətdə qeyd olunan digər halları qanunamüvafiq qaydada araşdırmamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının İdarə arxivi tərəfindən “Toxucu” bağçılıq yoldaşlıq birliyinə ünvanlanm ış arxiv arayışının təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 07 avqust 1987-ci il tarixli, 17/310 nömrəli qərarına əsasən Zirə qəsəbəsində Əzizbəyov rayon tikiş fabrikində kollektiv bağçılıq yaradılması məqsədilə torpaq sahəsi ayrılmışdır. “Toxucu” bağçılıq yoldaşlıq birliyinin yığıncağının 30.05.1989-cu il tarixli, 4 nömrəli protokolundan çıxarışdan da tam müəyyən olunur ki, həmin qərar əsasında 1 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Daha sonra qeyd edilir ki, “Toxucu” bağçılıq yoldaşlıq birliyi tərəfindən 30.05.1989-cu il tarixdə iddiaçıya verilmiş bağçının üzvlük kitabçasından müəyyən olunur ki, Əzizbəyov rayonu, Zirə qəsəbəsi bağ massivində yerləşən 5.31 sot olan 1 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət idi ki, üzvlük kitabçasında latın qrafikası ilə düzəlişlər edilmişdir. Bu dəlil tamamilə əsassız və qanunsuzdur. Çünki, Azərbaycan Respublikasında 1991-ci ilə qədər kiril əlifbası tətbiq edilmiş, 1991-ci ildən sonra isə Ali Sovetin qərarı ilə latın qrafikası əlifbasına keçilmişdir. Üzvlük kitabçasında da dəyişiklik 1990-cı ildə olunsa da, möhürlə təsdiq olunması latın qrafikasına keçiddən sonrakı vaxtda olduğu üçün təbii olaraq latın əlifbası ilə olmalı idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyası nın iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda gö stərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhk əməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin iddiaya qarşı etirazının əsas dəlilləri ondan ibarətdir ki, bağçılıq yoldaşlığın bölgü sxemi idarəyə təqdim edilmədiyindən bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. Bundan başq a, bağın nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir və hasara alınmış yer bağ bölgüsü üçün nəzərdə tutulmamış, ümumi istifadədə olan yolun ərazisidir. Qeyd olunmalıdır ki, işdə mövcud olan ziddiyyətli halların aydınlaşdırılmasına dair zəruri araşdırmanın aparılması təmin edilməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər X3 İcraiyyə Komitəsinin 07 avqust 1987-ci il tarixli, 17/310 nömrəli qərarından müəyyən olunur ki, keçmiş Orconikidze rayon Toxuculuq fabrikinə 84 üzvdən ibarət kollektiv bağçılığın yaradılması məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsi ayrılması haqqında həmin qərara torpaq sahəsinin ayrıc aktı əlavə edilməmişdir. Buna görə, apelyasiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq ilk növbədə müvafiq orqanlardan ayrılmış torpaq sahəsinin ayrıc aktını, bağçılıq-yoldaşlığa dair cavabdeh inzibati orqanda saxlanan arxiv əsaslarını, o cümlədən üzvlərin siyahısını əldə etməklə iddiaçıya həmin sənədlər əsasında bağ sahəsinin ayrılıb-ayrılmadığını dəqiqləşdirməli idi. Lakin işə baxan apelyasiya instansiyası bu halın müəyyənləşdirilməsinə yönəlmiş hər hansı araşdırma aparmamışdır. Odur ki, təkrar apelyasiya baxışı zamanı qeyd edilən sənədlər sorğu edilməklə tələb edilib tədqiq olunmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının adı bağçılıq-yoldaşlığı üzvlərinin ilkin siyahısında olmasa, bu özü-özlüyündə onun tələbinin əsassızlığına dəlalət etmir. Belə olan halda, məhkəmə iddiaçının sonradan bağçılıq-yoldaşlığa üzv qəbul edilib-edilmədiyini araşdırmalı və həmin halları təsdiq edən hüquqmüəyyənedici sənədlərin mötəbərliyi ni tədqiq etməlidir. Hasara alınmış yerin bağ bölgüsü üçün nəzərdə tutulmadığı və ümumi istifadədə olan yolun ərazisi olmasına dair cavabdehin etirazında irəli sürdüyü və apelyasiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, mütəxəssis tərəfindən bağ sahəsinə dair rəy verilərkən hüquqmüəyyənedici sənədlər tam olaraq təqdim edilməmişdir. Odur ki, təkrar apelyasiya baxışı zamanı bağçılığın yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən ayrıc aktı əldə edilməklə təkrar mütəxəssis rəyi alınmalı, hazırda iddiaçının isifadəsində olan bağ sahəsinin ayrıc aktına əsasən ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi, eyni zamanda bağ sahəsi iddiaçıya ayrılarkən həmi n vaxt ümumi istifadədə olan yolun üstü olub-olmadığı müəyyən edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mütəxəssisin rəyində bütünlüklə bağın ərazisinin deyil, yalnız şimal hissəsində eni 10 metr olan gediş-gəliş yolunun mövcud olduğu bildirilmişdir. Apelyasiya məhkəməsinin iddianı rədd edərkən həmçinin, iddiaçının təqdim etdiyi “Toxucu” bağçılıq-yoldaşlıq birliyinin 30.05.1989-cu il tarixli 4 nömrəli protokolunun sonradan, latın qrafikası ilə tərtib olunmasına, kitabçaya düzəliş məqsədilə vurulan möhürlərin də latın qrafikası ilə hazırlanmasına istinad etmişdir. Qeyd olunmalıdır ki, kiril qrafikasının tətbiq edildiyi dövrdə qəbul edilmiş sənədlərdən müvafiq çıxarışların verilməsi latın qrafikasının tətbiq edildiyi dövrə təsadüf etdikdə, həmin çıxarışların latın qrafikası ilə tərtib olu nması və ya latın qrafikalı möhürlə təsdiq edilməsi təbii haldır və bu sənədlərin mötəbərliyini şübhə altına alan yetərli əsas hesab edilə bilməz. Ona görə də, həmin sənədlərin əsilləri tələb edilib tədqiq edildikdən sonra onların mötəbərliyi barədə düzgün nəticəyə gəlmək olar. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58.7-ci maddələrinin tələbləri təmin olunmamış, işin yuxarıda qeyd olunan halları ilə bağlı ətraflı araşdırma aparılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə səhv nəticəyə gəlinmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3/2019 saylı iş üzrə 22 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1712/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1712/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver