Məhkəmə qərarları › İş №2-1(102)-1712/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1712/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1712/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi, iddianın mümkünlük şərti, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1475/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 61 saylı MKİS-in xx.xx.2016-cı il tarixli 256 N-li Forma-2 arayışına, habelə, xx.xx.2021-ci il tarixli digər arayışa əsasən, iddiaçı 2002-ci ildə ünvan 1 ünvanında qeydiyyata düşmüş, sonradan mənzil söküldüyü üçün evdən qeydiyyatdan çıxarılmışdır. 2. 61 saylı MKİS-in xx.xx.2016-cı il tarixli 256 N-li Forma-2 arayışından, notarial qaydada verilmiş cavabdeh orqana ünvanlanan ərizələrdən, eləcə də X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, X4 40.030 manat məbləğində kompensasiya almaqla, 1993-cü ildən qeydiyyatda olduğu faktiki istifadəsində olan ünvan 2 ünvanında yerləşən şəxsi evdən icra hakimiyyətinin xeyrinə imtina etmişdir.

3. Cavabdeh (icra hakimiyyəti) tərəfindən i ddiaçıya ünvanlanmış 2 sentyabr 2020-ci il tarixli, C-61-152 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 533 saylı, 30 dekabr 2016-cı il tarixli Qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hüquq müəyyənedici sənədi olmamışdır, eyni zamanda dövlət ehtiyacları üçün satın alınması ilə bağlı X4 ilə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahəsinin alınmasına dair notarial qaydada alqı-satqı müqaviləsi imzalanmış və müvafiq kompensasiya ödənilməklə köçürülmüşdür. Yaşayış sahələrinin satın alınması ilə bağlı notariat kontorunda alqı-satqı müqaviləsi imzalanarkən qanunvericiliyə uyğun olaraq həmin mənzildə qeydiyyatda olanların müəyyən edilməsi, razılığının alınması və sənədlərin toplanması notariat kontorlarının notariuslarının səlahiyyətlərinə aid olduğundan qeyd edilən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanına görə ona düşəsi olan 17800 manat məbləğində kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşadığı və qeydiyyatda olduğu evin sökülməsinə görə kompensasiyanın verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. Hesab etmişdir ki, kompensasiyanın verilməsi üçün tələb olunan bütün sənədlər mövcud olsa da, cavabdeh əsassız olaraq onun müraciətini icra etmir.

6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim E.Ə.Əliyev) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə İnzibati Prosessual Məcəllənin, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçı sözügedən ünvanda yerləşən evin sökülməsi ilə bağlı ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, sökülmüş əmlaka dair hər hansı hüquqmüəyyənedici sənəd iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, iş materiallarında olan iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı öz tələbini sözügedən ünvanda yerləşən evdə qeydiyyatda olması ilə əsaslandırmışdır.

9. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin evdə qeydiyyatda olması hər hansı hüquq yaratmadığından həmin evin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmamışdır.

10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən id diaçının hansı hüquqlarının pozulduğu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirmədiyi öz təsdiqini tapmamışdır.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -1(103)-1475/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları və iddia tələbinə dair ərizənin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, yuxarıda qeyd olunan qərar qəbul edilərkən Mülki Prosessual Məcəllənin 9.3 və 387.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə (İ PM): Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icra at zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

22. Kassasiyaçının dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə qiymət verərək iddianın mümkünlük şərtlərinin yoxlanılması tələblərinə əməl etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı d a tətbiq olunmalıdır.

24. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsası olaraq qeyd etmişdir ki, “...61 saylı MKİS-in xx.xx.2016-cı il tarixli 256 N-li forma 2 arayışından, notarial qaydada verilmiş cavabdeh orqana ünvanlanan ərizələrdən (və s.), eləcə də Bakı şəhəri Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, X4 40.030 manat məbləğində kompensasiya almaqla, 1993-cü ildən qeydiyyatda olduğu faktiki istifadəsində olan ünvan 2 ünvanında yerləşən şəxsi evdən Cavabdeh xeyrinə imtina etmişdir. İş materiallarnın 67-ci vərəqində olan, X2 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən isə görünür ki, o, uzun müddət istifadəsində olan evə görə dövlət proqramı çərçivəsində köçürmə ilə əlaqədar aldığı kompensasiya ilə bağlı qeydiyyatda olan, lakin həmin evdə yaşamayan şəxslər tərəfindən həmin tikiliyə dair gələcəkdə hər hansı iddia yaranarsa, bununla bağlı yaranan mübahisəyə dair bütün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli ünvanda yerləşən evin sökülməsinə görə həmin evdə yaşayan X1 (40.030 manat) verilmiş və sonuncu notarial qaydada təsdiq olunmuş ərizəsində birtərəfli (əqd) qaydada üzərinə öhdəlik götürmüşdür ki, evdə qeydiyyatda olan, lakin həmin evdə yaşamayan şəxslər tərəfindən tikiliyə dair gələcəkdə hər hansı iddia yaranarsa, bununla bağlı yarana biləcək mübahisəyə dair bütün məsuliyyət onun üzərinə düşür...”

25. Məhkəmə kollegiya sı bildirir ki, obyektiv araşdırma prinsipinin tələbinə əsasən iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırma predmetini iddiaçının yuxarıda qeyd olunan mənzilə dair əmlak hüququnun olub-olmamağının müəyyənləşdirilməsi təşkil etməli idi. İddiaçının təkcə həmin mənzildə qeydiyyatda olması iddiaçının mənzilə əmlak hüququ olmasını ehtiva etmir. Mənzildə qeydiyyatda olan hər hansı şəxsin münasibətindən asılı olmayaraq, iddiaçının sözügedən mənzilə əmlak hüququnun mövcudluğu cavabdehə qarşı kompensasiya ödənilməsi ilə bağlı müraciət etməsi üçün yetərli sayıla bilər.

26. Apellyasiya məhkəməsinin istinad etdiyi R.Cümşüdovanın notarial qaydada təsdiq edilmiş ərizəsinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, həmin ərizədə götürülmüş öhdəli k yalnız cavabdehlə R.Cümşüdovaya aid ola bilər. Faktiki olaraq qeyd olunan kompensasiya məbləğinin ödənilməsi ilə bağlı müqavilə də cavabdehlə R.Cümşüdova arasında bağlanmışdır. R.Cümşüdova ilə icra hakimiyyəti arasında bağlanmış müqavilədə və R.Cümşüdovanın icra hakimiyyəti qarşısında götürdüyü öhdəlikdə iddiaçı tərəf kimi iştirak etmədiyindən və üzərinə hər hansı öhdəlik götürmədiyindən, həmin halların mövcudluğu iddiaçının mübahisə olunan mənzilə görə kompensasiya ödənilməsi barədə iddia tələbinə təsir edə bilməz.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasd ır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilə subyektiv hüququnun, o cümlədən də əmlak hüququnun olması ilə bağlı araşdırmanı tam aparmamışdır.

28. Odur ki, qərardadın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

29. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1475/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərils

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar