Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1712/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: arayışın (elektron çıxarışın) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs Zərdab bələdiyyəsi) qarşı “X8 invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestri nin 344-cü kitabında 309-cu saylı qeydə alınmış,18 yanvar 2002-ci il tarixli qeydiyyat vərəqi və 2005ci il mart tarixli texniki pasportda göstərilən evinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X6 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-217/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yaz ılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
2. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
3. Mart 2005-ci ildə tərtib edilmiş 309 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evin texniki pasportundan görünür ki, Zərdab rayonu Qoşaoba kəndində yerləşən tikili üzrə hüquq subyekti X4 qeyd edilmişdir.
4. Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 18 saylı iclas protokolundan çıxarışdan görünür ki, X3 Qoşaoba bələdiyyəsi ərazisindən 4 yol yaxınlığında köhnə yemçilik binasının ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır.
5. A352270 nömr əli plan-ölçü sənədindən görünür ki, Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 18 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin qaiməsində əkin suvarılan torpaqlara aid edilməsi qeyd edilmişdir. 6. 309 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Zərdab rayonu Qoşaoba kəndində yerləşən yaşayış evi üzərində mülkiyyət hüququ X2 adına qeydə alınmışdır.
7. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən koordinatlarla müəyyənləşən 0.12 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya s istemi məlumatlarına əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, bələdiyyə mülkiyyətinə məxsus meşə zolağında yerləşir. 309 inventar nömrəli “Texniki pasport”da koordinatlar mövcud olmadığı üçün Texniki pasportda göstərilən fərdi yaşayış evinin **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 0.12 ha torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi 0.4041 ha torpaq sahəsi evinin **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, “Ağsu X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin 344-cü kitabında 309-cu saylı qeydə alınmış,18 yanvar 2002-ci il tarixli qeydiyyat vərəqi və 2005-ci il mart tarixli texniki pasportda göstərilən evinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X6 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-497/2022 nömrəli qərardadı ilə Zərdab bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
10. İddiaçı, tələbini dəqiqləşdirərək sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 vərəsəsi ola raq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Ağsu rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixində verilmiş 344 saylı qeydiyyat vəsiqəsinə dair Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmadığını, Torpağın alqı-satqısına dair aktda torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyə qərarının rekvizitlərinin qeyd olunmadığını, həmçinin sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları baza məlumatlarında yoxlanılarkən, ayrılmış torpaq sahəsinin meşə mas sivi olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
12. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır.
13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-497/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.Ə.Musayev) iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “Ağsu X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin 344-cü kitabında 309-cu saylı qeydə alınmış,18 yanvar 2002-ci il tarixli qeydiyyat vərəqi və 2005ci il mart tarixli texniki pasportda göstərilən evinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Tor paq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X6 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, Ağsu rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixində verilmiş 344 saylı qeydiyyat vəsiqəsinə dair Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamasına münasibətdə məhkəmə qeyd edir ki, müvafiq məlumatların qeydiyyatının aparılması iddiaçının vəzifəsi olmadığından, həmin məlumatlar ın aşkar edilməməsi də iddiaçının ziyanına şərh oluna bilməz. Eyni zamanda cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. İddia olunan torpaq sahəsinin meşə massivi olmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-si Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədinin qaiməsində sözügedən torpaq sahəsinin çoxillik əkmələrə aid olması qeyd edilməmişdir. Digər tərəfdən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə texniki pasport və qeydiyyat vəsiqəsi tərtib edildiyindən məhkəmə, sözügedən torpaq sahəsinin meşə massivinə aid olması ilə bağlı cavabdeh orqanın məlumatlarını əsaslı hesab etmir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-217/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamış və məlum olmuşdur ki, sözügedən ev və 0.12 ha torpaq sahəsi Ağsu rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il t a r i x i n d ə verilmiş 344saylı qeydiyyat vəsiqəsinə dair Xidmətin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamış, sözügedən torpaq sahəsinin alqı-satqısına dair aktda torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyə qərarının rekvizitlərinin qeyd olunmamış, habelə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinin döngə nöqtələr inin koordinatları baza məlumatlarında yoxlanılarkən, ayrılmış torpaq sahəsi meşə massivi olduğu müəyyən edilmişdir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən torpaq sahəsinin satılmasına yol verilmir. AR Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X6 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən 0.12 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən meşə massivində olan torpaqlara aiddir.
21. AR Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X6 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən 0.12 ha torpaq sahəsi meşə fonduna aid olduğuna görə dövlət mülkiyyətindədir, belə olan halda isə mərhum X2 mülkiyyətinə verilə bilməzdi.
22. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. B una baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 1
5. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət q eydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNDƏ İCRAAT
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarş ı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İş materiallarına əsasən hazırda iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki pasportu 2005-ci ildə tərtib edilmişdir. Belə olan halda fərdi yaşayış evinin beləliklə, fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə aid olması, yəni artıq 2005-c i ildə tikilmiş olması müəyyən edilir.
33. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan hallarına əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mərhum Edik Məmmədovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, ona həmin torpaq sahəsi Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 18 saylı qərarı ilə satıldığından, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi olmuşdur.
34. Eyni zamanda apellyasiya məhkəməsi öz qərarında Ağsu rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixində verilmiş 344 saylı qeydiyyat vəsiqəsinə dair Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamasına münasibətdə qeyd etm işdir ki, müvafiq məlumatların qeydiyyatının aparılması iddiaçının vəzifəsi olmadığından, həmin məlumatların aşkar edilməməsi də iddiaçının ziyanına şərh oluna bilməz. Eyni zamanda cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir.
35. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, cavabdeh orqanın hüquqi varisi olduğu DT və XK-si Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədinin qaiməsində sözügedən torpaq sahəsinin çoxillik əkmələrə aid olması qeyd edilməmişdir. Digər tərəfdən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə texniki pasport və qeydiyyat vəsiqəsi tərtib edildiyindən məhkəmə, sözügedən torpaq sahəsinin meşə massivinə aid olması ilə bağlı cavabdeh orqanın məlumatlarını əsaslı hesab etmir.
36. Qeyd edilənlərlə yanaşı apellyasiya məhkəməsi tərəfindən mütəxəssis rəyinə əsasən, iddiaçının naturada göstərdiyi 0.4041 ha torpaq sahəsi evinin **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki... şəxslərin... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin... yerləşdiyi torpaqlarda... hü quqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan Fərmanın tələbləri baxımından hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasınd a mövcud olan uyğunsuzluqların aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, cavabdeh orqan qeyd olunan hala istinad etməklə iddiaçının müraciətini təmin etməkdən imtina edə bilməz.
38. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən qeyd edilmişdir ki, müvafiq alqısatqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
39. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
40. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutul duğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
41. Bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir k i, cavabdehin imtinası əsassız olmuş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
42. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-217/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.