Məhkəmə qərarları › İş №2-1(102)-1712/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1712/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1712/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2-1(103)-754/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2007-ci il tarixdə doğulmuşdur, atası Qanuni nümayəndə, anası X1r.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AA 355079 nömrəli “Məcburi köçkün” vəsiqəsinə əsasən, iddiaçının atası 1993-cü ildə Cəbrayıl rayonundan daimi yaşayış yerini tərk etmişdir, “Məcburi köçkün” statusuna malikdir.

3. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Cocuq Mərcanlı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, iddiaçının ailəsi məcburi köçkün kimi Nərimanov rayonu, Montin qəsəbəsi, İ.Hidayətzadə 20 ünvanında məskun laşmışdır. İddiaçı məcburi köçkün ailəsinin üzvü kimi Cocuq Mərcanlı kənd ərazi nümayəndəliyindən vahid aylıq müavinət alır.

4. İddiaçı “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad kənd olduğundan, eləcə də xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilər azad edildikdən sonra təmas xətti ləğv olunduğundan müraciətin müsbət həlli imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü iddiaçının atası 1993-cü ildə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndindən məcburi köçkün düşmüş və ailəsi ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışdır. İddiaçı məcburi köçkün ailəsinin üzvü olaraq müəyyən imtiyazlardan formal olaraq istifadə etsə də, məcburi köçkünlər üçün nəzərdə tutulmuş daha geniş imtiyazlardan istifadə etmək üçün ona “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh Cəbrayıl rayonun Çocuq Mərcanlı kəndinin işğaldan azad kənd olduğunu, xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən so nra təmas xəttinin ləğv edildiyini əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından təmin edilməməlidir. Belə ki, iddiaçıya “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası Qanuni nümayəndə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəyə malikdir, ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bununla yanaşı, iddiaçının anası X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir, ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndinin 2016-cı ildə işğaldan azad olunmasına baxmayaraq, həmin ərazi Ermənistan silahlı qüvvələrinin yerləşdiyi mövqelərə, yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, sözügedən ərazidə məskunlaşmış insanların çətin və təhlükəli şəraitdə yaşamaları halı nəzərə alınaraq, onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmələrinə şərait yaradılmışdır. xx.xx.2020-ci il tarixdə işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xətti tamamilə ləğv edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisind ə hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Çocuq Mərcanlı kəndi 2016-cı ildə işğaldan azad olunduqdan sonra həmin inzibati ərazi vahidinin sakinlərinin faktiki olaraq orada məskunlaşmasına şərait yaranmış və onların məcburi köçkün hesab olunmalarına əsas mövcud olmamışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Gör ündüyü kimi, iddiaçının atası Qanuni nümayəndə 2016-cı ildə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndinə qayıtmaq imkanına malik olduğundan, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə uyğun olaraq, “Məcburi köçkün” statusunu itirmişdir. Bu səbəbdən iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 18 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12288/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü iddiaçıya “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə məcb uri köçkün şəxslərin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülməsi ilə bağlı və ya məcburi köçkün vəsiqələrinin ləğv edilməsi ilə bağlı hər hansı hüquqi tənzimləmə mövcud olmadığından, iddiaçıya münasibətdə cavabdeh orqanın imtinası qanuni hesab edilmir. Belə ki, məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı qanunvericilikdə cavabdeh orqanın qeyd etdiyi məhdudiyyət olmadığından bu hüququn iddiaçıya münasibətdə tətbiq olunmaması hüquq bərabərliyi prinsipinə ziddir.

11. Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nda qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalar dan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Odur ki, hazırda Cəbrayıl rayonunun ərazisinə Böyük Qayıdış baş tutmamışdır.

12. Həmçinin iddiaçı “Məcburi köçkün” statusu almış şəxs kimi qəbul edilmiş, dövlət orqanları tərəfindən iddiaçı məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. İddiaçı məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onun güzəştlərdən istifadə etmək hüququna təminat vermişdir

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qər arın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Fuad Talışinski) 08 fevral 2024-cü il tarixli, 2-1(103)-754/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirl ər. Maddə

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. 20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin ) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində, 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi həyata keçirir; həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respub likasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

21. Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hamı qanun və inzi bati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə q ərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilm iş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apell yasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “Məcburi köçkün” statusu və onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Çocuq Mərcanlı kəndinin 2016-cı ildən işğaldan azad olunması, eləcə də xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin tamamilə azad edilməsindən sonra təmas xəttinin ləğv olunması, həmin ərazilərdən vaxtilə köçkün düşmüş şəxslərin müstəqil şəkildə həmin yaşayış məntəqələrinə qayıtması və məskunlaşması, bunun üzərindən onların məcburi köçkün statusunun ləğv olunması üçün hüquqi əsasın mövcud olması anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin işğaldan azad olunmuş yaşayış məntəqələrinə qayıtması üçün ciddi iqtisadi, sosial, təşkilati və hüquqi tədbirlərin həyata keçirilməsi tələb olunur. Həmin ərazilərdə təhlükəsiz yaşayış və iş şəraiti ilə bağlı müvafiq infrastrukturun yaradılması, məcburi köçkünlərin nizamlı şəkildə və təşkil olunmuş qaydada yaşayış məntəqələrinə qayıdışının təmin edilməsi dövlətin məsuliyyət sferasına aiddir. Qeyd olunan məsələlər həll edilmədən, sadəcə işğaldan azad olunma faktı nəticəsində məcburi köçkünlərin, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının işğaldan azad olunmuş yaşayış məntəqəsinə qayıtması üçün real imkanın yarandığını və iddiaçının bu imkandan yararlanmadığını iddia etmək, xüsusilə həmin hallara istinadən ona məcburi köçkün statusunun verilməsindən imtina etmək yolverilməzdir. Bu zaman həm də dövlət tərəfindən məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün müvafiq tədbirlərin mərhələli şəkildə və dövlətin nəzarəti altında həyata keçirildiyi də nəzərə alınmalıdır.

31. Həmin tədbirlər çərçivəsində iddiaçının (onun ailəsinin) qayıtması üçün onun Cocuq Mərcanlı kəndində yaşayış sahəsi ilə təmin olunduğu, hətta ona həmin yaşayış məntəqəsinə qayıtması ilə bağlı hər hansı təklifin edildiyi iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.

32. Bu mənada hazırkı mübahisəyə münasibətdə iddiaçıya “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsini istisna edən hüquqi və digər əsaslar mövcud deyildir. Əksinə, iddiaçıya “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur.

33. Bu baxımdan mə hkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuş, şəxsin hüququnun pozulması ilə nəticələnmişdir.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0 8 fevral 2024-cü il tarixli, 21(103)-754/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar