Məhkəmə qərarları › İş №2-1(102)-1713/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1713/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1713/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR ( Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Ukraynanın X1 Akademiyası tərəfindən iddiaçının adına verilmiş 17.04.2017-ci il tarixli B17 Ns 021999 nömrəli bakalavr diplomu üzrə ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentli yi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)585/2019 saylı iş üzrə 12.02.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1973-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçıya məxsus 14.04.2017-ci il tarixli B17 021999 saylı diplomuna əsasən iddiaçı 2017-ci ildə X5 Ali Təhsil Müəssisəsi “X1 Akademiya”sını bitirərək, “Heyət in idarəedilməsi və əməyin iqtisadiyyatı” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almış və iqtisadiyyat və heyətin idarəedilməsi ixtisasını əldə etmişdir. Diplom 18.10.2017-ci ildə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. 14.06.2017-ci il tarixli B17 Ns 021999 saylı bakalavr diplomuna ******* nömrəli əlavəyə əsasən iddiaçı 2014-cü ildə Ukraynanın X1 Akademiyasına daxil olmuş, 17.04.2017-ci ildə Heyətin idarəedilməsi və əməyin iqtisadiyyatı” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almış və iqtisadiyyat və heyətin idarəedilməsi ixtisasını əldə etmişdir. Akademiyada təhsil rus dilində aparılmış, proqramın rəsmi müddəti 2 il 6 ay (173.9 ECTS kredit) müəyyən edilmişdir. Diploma əlavənin 4-cü bəndində təhsil komponentləri və təhsilin nəticələri haqqında ətraflı mə lumatlar, o cümlədən qiymətlər, kreditlər, reytinqlər, milli şkala və avropa kredit transfer toplayıcı sistem üzrə ballar, diploma əlavənin 4-cü bəndində fənlərin adı, ECTS kreditləri, ballar, milli şkala üzrə qiymətlər və EKTC reytinqi üzrə göstəricilər ətraflı şərh edilmişdir. İddiaçıya məxsus AB-İİ seriyalı 021653 saylı diplomuna əsasən iddiaçı 1991-ci ildən 27.11.1993-cü ilədək Bakı Plan iqtisad texnikomunda xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və planlaşdırılması ixtisası üzrə tam kursu bitirmiş və ona texnik-iqtisadçı ixtisası verilmişdir. İddiaçı təhsil müəssisəsi tərəfindən verilmiş arayışlara uyğun olaraq 19.04.2015-ci ildən 26.04.2015-ci ilədək, 09.11.2015-ci ildən - 20.11.2015-ci ilədək, 18.04.2016-cı ildən - 30.04.2016-cı ilədək, 07.11.2016-cı ildən 19.11.2016-cı ilədək, 30.03.2017-ci ildən - 08.04.2017-ci ilədək Ukraynada olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən iddiaçı 23.07.1990-cı ildən əmək fəaliyyətinə başlamış, 21.07.2009-cu ildən hal-hazıradək isə “Neftqaz Elmi tədqiqat layihə” institutunda aparıcı iqtisadçı peşəsində işləyir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 27 iyul 2018-ci il tarixli 23-04-659/ANİ nömrəli məktubuna əsasən iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə 06.12.2017-ci il tarixli elektron müraciətinə baxılmış, cavab olaraq bildirilmişdir ki, Ukraynanın X1 Akademiyasının normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa mü ddət ərzində olmuşdur. Hesab edilmişdir ki, təhsil alan tələbə üçün dərsə davamiyyətə əməl etməyərək diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq sturukturlarına qoyulan tələblər uyğun olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, Ukraynanın X1 Akademiyası tərəfindən iddiaçının adına verilmiş 14.04.2017-ci il tarixli B17 Ns 021999 nömrəli diplomun ölkə ərazisində tanınmas ı mümkün hesab edilməmişdir. İddiaçının 2014-cü ildə Ukraynanın X1 Akademiyasına daxil olmuş, 14 aprel 2017-ci ildə “Heyətin idarəedilməsi və əməyin iqtisadiyyatı” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almış və iqtisadiyyat və heyətin idarəedilməsi ixtisasını əldə etmişdir. Diplom və diploma əlavə 18.10.2017-ci ildə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. İddiaçının adına verilmiş 14.04.2017-ci il tarixli B17 021999 nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi barədə Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, cavabdehin 27 iyul 2018-ci il tarixli 23-04-659/ANİ nömrəli cavab məktubu ilə ərizəsi təmin edilməmiş imtinaya əsas kimi təhsil müəssisəsinin normativi üzrə ora da təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu səbəbdən də, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirməyin qeyri-mümkün olması göstərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1991-ci ildən 1993-cü ilədək Bakı Plan-İqtisad texnikomunda təhsil almış, “Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və planlaşdırılması” ixtisası üzrə tam kursu bitirmiş, texnik iqtisadçı ixtisasına yiyələnmiş və ona AB-İİ saylı 021653 saylı diplom verilmişdir. 1990-cı ildən əmək fəaliyyətinə başlamaqla müxtəlif vəzifələrdə, o cümlədən 2002-ci ildən iqtisadçı ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmış, hazırda isə “Neftqaz Elmi tədqiqat layihə” institutunda aparıcı iqtisadçı peşəsində çalışır. İddiaçı bakalavr təhsili alması ilə əlaqədar X4 Yoldaşlıq Ali Təhsil Müəssisəsi “X1 Akademiya”sı ilə 24.10.2014-cü ildə Mİ-001137 saylı müqavilə bağlamış, həmin müqavilə əsasında təhsil müddəti 27.10.2014-cü ildə başlamış və 30.04.2017-ci ildə başa çatmışdır. Həmin müddət ərzində iddiaçı akademiya tərəfindən göndərilmiş arayışlarla ali təhsil alması ilə əlaqədar Ukraynada olmuş, tələb olunan tədris proqramını bitirmiş, yekunda isə təhsil müəssisəsi tərəfindən ona 14.04.2017-ci il tarixli B17 № 021999 nömrəli diplom verilmişdir. İddiaçı qeyd olunan diplomun Azərbaycan Respublikası ərazisində tanınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 27.07.2018-ci il tarixli 23-04-559/ANİ saylı cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya səbəb kimi həmin ölkədə qısa müddət ərzində olmasın a, normativ müddətin tələbinə faktiki riayət edilməməsinə istinad edilmişdir. İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı ona Ukrayna Respublikası “Özəl Birgə-Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X3 Akademiyası” tərəfindən verilmiş “Kadrların idarə edilməsi və əmək iqtisadiyyatı” sahəsi üzrə B17 № 021999 saylı 17.04.2017-ci il tarixli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Ukraynanın X1 Akademiyası tərəfindən iddiaçının adına veril miş 14.04.2017-ci il tarixli B17 Ns 021999 nömrəli bakalavr diplomu üzrə ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 08.11.2018-ci il tarixli iş № 2-1(82)-3870/2018 (sədrlik edən hakim Xaliq İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.02.2019-cu il tarixli iş № 2-1(103)-585/2019 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin2-1(82)-3870/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tarixli qərarın ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı Ukraynanın “Özəl Birgə - Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X3 Akademiyası” tərəfindən verilmiş “Kadrların idarə edilməsi və əmək iqtisadiyyatı” sahəsi üzrə B17 N°021999 saylı 17.04.2017-ci il tarixli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,İddiaçı bakalavr təhsili alması üçün Ukrayna Respublikası “Özəl Birgə - Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X3 Akademiyası” ilə 24 oktyabr 2014-cü il tarixli, Mİ-001137 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən təhsil müddəti 27 oktyabr 2014-cü il tarixdə başlamış və 30 aprel 2017-ci il tarixdə başa çatmışdır. Həmin müddət ərzində iddiaçı akademiya tərəfindən göndərilmiş arayışlarda (həmin arayışların surətləri əlavə olunur) göstərilən müddət ərzində təhsil almaq üçün Ukrayna Respublikasında olmuş, tələb olunan tədris proqramını bitirmişdir ki, ona Ukrayna Respublikası “Özəl Birgə Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X3 Akademiyası” tərəfindən “Kadrlar ın idarə edilməsi və Əmək iqtisadiyyatı sahəsi” üzrə 17 aprel 2017-ci il tarixli B17№021999 saylı bakalavr diplomu verilmişdir. İddiaçının ümumvətəndaş pasportundan, tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, habelə tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədlərdən müəyyən olunur ki, həmin akademiyada oxumuşdur. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 2.1-ci maddəsinə əsasən ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) ali təhsil haqqında sənədlərin (dövlət rüsumunun ödənilməsi barədə qəbz, ali təhsil haqqında sənədi, tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər və tədris prosesini təşkil edən digər göstəricilər) əlavə edərək Təhsil Nazirliyinə təqdim etmişdir. Lakin cavabdeh Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi 27 iyul 2018-ci il tarixli, 23-04-659/ANİ saylı məktubla ərizəni təmin etməmiş, həmin ölkədə qısa müddət ərzində olduğuna istinad edərək normativ müddətin tələbinə faktiki riayət edilmədiyini əsas gətirərək ona ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın 3.7-ci bəndinə istinad olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə cavabdeh inzibati orqanın mövqeyini təsdiqləmiş, iddiaçının dərsə olan davamiyyətə əməl etmədiyinə istinad etmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ saylı Qanunu ilə təsdiq olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” 11 aprel 1997-ci il tarixli Lissabon Konvensiyasının 6-cı maddəsinin tətbiqində apelyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir. Həmin maddədə təsbit olunur ki, ixtisas tanınması zamanı təkcə kəmiyyət meyarı deyil, həm də keyfiyyət meyarı nəzərə alınmalıdır. Hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud deyildir. Diplomun Azərbaycan Respublikasının ərazisində tanınması iddiaçının Konstitusiyada təsbit olunmuş təhsil və əmək hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, sırf iqtisadçı ixtisası üzrə 15 ildən çox müddətdə əmək stajı qazanmış İddiaçı hər tədris ilində dərslərdə iştirak etmiş, imtahanları uğurla vermişdir. İddiaçı yuxarıda sadalanan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həm subbakalavr, həm də bakalavr təhsilini aldığı təhsil müəssisələrində imtahanlardan uğurla keçmiş, ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəmişdir ki, təhsil aldığı ixtisas üzrə 15 ildən çox əmək stajı var və informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə hazırda da aparıcı iqtisadçı vəzifəsində məsul işdə çalışır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2-1(103)-585/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yen i qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 12.02.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayənd əsi və vəkilinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 12 fevral 2019-cu il tarixli, 21(103)-585/2019 saylı qərarla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2-1(82)-3870/2018 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Ukraynanın “Özəl Birgə Səhmdar Cəmiyyəti Ali Təhsil Müə ssisəsi “X3 Akademiyası” tərəfindən verilmiş “Kadrların idarə edilməsi və əmək iqtisadiyyatı” sahəsi üzrə 17 aprel 2017-ci il tarixli B17 №021999 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1, 1.6, 3.6, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 1, 2, 5, 6-cı maddələrinə, eləcə də Nazirlər Kabinetinin 23 aprel 2010-ci il tarixli qərarına əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Sazişin 5-ci maddəsinə və Qaydaların 16-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İnzibati Prosessual Məcəllə, maddə 73.1). Çünki saziş in 2-ci maddəsi ilə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınmış və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılmışdır. Yəni sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də, Qaydaların 1.6-cı bəndinin “Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir” müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətində göstərdiyi dəlilləri əsaslıdır. Belə ki, iddiaçıya məxsus 14 aprel 2017-ci il tarixli B17 №021999 sayl ı diplomun təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2017-ci ildə X5 Ali Təhsil Müəssisəsi “X1 Akademiya”sını bitirərək, “Heyətin idarəedilməsi və əməyin iqtisadiyyatı" hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almış və iqtisadiyyat və heyətin idarəedilməsi ixtisasını əldə etmişdir. Diplom 18 oktyabr 2017-ci ildə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. 14 aprel 2017-ci il tarixli B17 №021999 saylı bakalavr diplomuna ******* nömrəli əlavədən görünür ki, İddiaçı 2014-cü ildə Ukraynanın X1 Akademiyasına daxil olmuş, 14 aprel 2017-ci ildə “Heyətin idarəedilməsi və əməyin iqtisadiyyatı” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almış və iqtisadiyyat və heyətin idarəedilməsi ixtisasını əldə etmişdir. Akademiyada təhsil rus dilində aparılmış, proqramın rəsm i müddəti 2 il 6 ay (173.9 ECTS kredit) müəyyən edilmişdir. Diploma əlavənin 4-cü bəndində təhsil komponentləri və təhsilin nəticələri haqqında ətraflı məlumatlar, o cümlədən qiymətlər, kreditlər, reytinqlər, milli şkala və Avropa kredit transfer toplayıcı sistem üzrə ballar, diploma əlavənin 4-cü bəndində fənlərin adı, ECTS kreditləri, ballar, milli şkala üzrə qiymətlər və EKTC reytinqi üzrə göstəricilər ətraflı şərh edilmişdir. İddiaçıya məxsus AB-İİ seriyalı 021653 saylı diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1991-ci ildən 27 noyabr 1993-cü ilədək Bakı Plan İqtisad texnikumunda xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və planlaşdırılması ixtisası üzrə tam kursu bitirmiş və ona texnik-iqtisadçı ixtisası verilmişdir. İşdə olan arayışlardan və pasportun surətindən müəyyən olunur ki, iddiaçı təhsil müəssisəsi tərəfindən verilmiş arayışlara uyğun olaraq 19 aprel 2015-ci ildən 26 aprel 2015-ci ilədək, 09 noyabr 2015-ci ildən 20 noyabr 2015-ci ilədək, 18 aprel 2016-cı ildən 30 aprel 2016-cı ilədək, 07 noyabr 2016-cı ildən 19 noyabr 2016-cı ilədək, 30 mart 2017-ci ildən 08 aprel 2017-ci ilədək Ukraynada olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 23 iyul 1990-cı ildən əmək fəaliyyətinə başlamış, 21 iyul 2009-cu ildən hal-hazıradək isə “Neftqaz Elmi tədqiqat layihə" institutunda aparıcı iqtisadçı peşəsində işləyir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” 11 aprel 1997-ci il tarixli Lissabon Konvensiyasının 6-cı maddəsinə aid edilən müddəaların mahiyyətindən görünür ki, ixtisasın tanınması zamanı təkcə kəmiyyət meyarları deyil, həm də keyfiyyət meyarları da nəzərə alınmalıdır. Cavabdeh Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda aparılmış araşdırma zamanı iddiaçının Ukrayna Universitetinin normativi üzrə həmin Akademiyada təhsil alması üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu müddət ərzində diploma əlavədə qeyd olunmuş tədris yükünü mənimsəmək qeyri-mümkün olduğu qeyd olunsa da, işin faktiki hallarına görə iddiaçının 2015–2017-ci illərdə bir neçə dəfə Ukraynada olması işdə olan Akademiyanın rəhbərliyinin arayışları ilə və ümumvətəndaş pasportundakı qeydləri ilə də tam təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Nazirliyin, “bu qısa müddət ərzində diploma əlavədə qeyd olunmuş tədris yükünü mənimsəmək qeyri-mümkündür" dəlilinin hüquqi əsası olmamışdır. Bundan başqa, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fıziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Qanun normasının mənasına görə inzibati orqan, ona qanunvericiliklə verilmiş səlahiyyətlərdən (o cümlədən diskresion səlahiyyətlərdən) sui-istifadə edə bilməz. Başqa sözlə, inzibati orqan diskresion səlahiyyətlərindən istifadə edərək qərar qəbul etdiyi hallarda belə, həmin qərarını qüvvədə olan qanunvericilik və faktiki hallarla əsaslandırmağa borcludur. Bu baxımdan, mə hkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda inzibati orqan iddiaçıya münasibətdə qəbul etdiyi qərarı tam əsaslandırmamış, yalnız iddiaçının ”qısa müddət ərzində tədris yükünü mənimsəyə bilməməsi“nə əsaslanmış, lakin bununla belə iddiaçının əslində aldığı təhsili mənimsəyib-mənimsəmədiyini müəyyən etmək üçün əlavə tədbirlər görməmişdir. Bu barədə işdə hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcud luğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, hazırkı halda iddiaçıya məxsus diplomun tanınması və nostrifikasiya edilməsindən imtinanı əsaslandırmaq və bunun mümkün olmamasını dəyərləndirmək cavabdeh inzibati orqanın üzərinə düşmüş olsa da, lakin inzibati orqan bu əsaslandırmanı kifayət qədər təmin etməmiş və nəticədə iddiaçının tələbindən əsassız olaraq imtina etmişdir. İnzibati orqan iddiaçının uzun illər 2009-cu ildən hazıradək (10 ildən artıq bir müddət) fəaliyyət göstərməsini nəzərə almamış, onun bu sahədə nəzəri və təcrübi biliklərə hansı səviyyədə malik olmasını araşdırmamış, yalnız məsələnin kəmiyyət tərəfini müəyyən edilmiş hesab etməklə iddiaçının xahişindən imtina barədə əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin onun da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənəd verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən də 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün əsas ola bilər. Beləliklə, qanunverici şərtləşdirilmiş hər hansı bir məsələ barəsində mənfi rəyin olmasını, ekvivalent lik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün mütləq əsas kimi müəyyən etməmişdir. Yəni həmin əsas imperativ deyildir. Məhkəmə kollegiyası hesab edir ki, bu baxımdan inzibati orqan bu cür məsələlər barəsində qərar qəbul edərkən məsələyə lokal deyil, qlobal, yəni hərtərəfli yanaşmalı, işin bütün zəruri kəmiyyət və keyfiyyət hallarını nəzərə almalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının ona məxsus ali təhsil haqqında diplomun ekvivalentliyini tanınması və nostrifikasiya edilməsinə dair xahişini təmin etməməkdə haqlı olmamışdır. Ona görə də cavabdehin bu barədə imtinası qanunsuz hesab edilməli və iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə görə, şikayətin əsaslı olduğu hall arda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə uyğun olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Buna görə də kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməs inin 12 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli 21(103)-585/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Ukraynanın X1 Akademiyası tərəfindən iddiaçının adına verilmiş 14 aprel 2017-ci il tarixli, B17№021999 saylı bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həval ə edilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar