Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1713/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: İnzibati Prosessual Məcəllənin qüvvəyə mindiyi 1 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın faktiki xarakterli hərəkətinin mübahisələndirilməsi, iddianın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarə t tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X10, X14 və Sadıqova (Qasımova) Dilbər Arif) qarşı “şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(107)-186/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-1561F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə görə X15, X2, X10, X16 və X6 Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində 0.16 ha torpaq sahəsi ayrılmışdır.
2. JN-1561G (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, X15, X2, X10, X16 və X6 Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində 0.13 ha torpaq sahəsi ayrılmışdır.
3. Sentyabr 1977-ci il tarixli, 964 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportunda Qəbələ şəhəri Oktyabr küçəsi ev 4 ünvanı üzrə ev sahibi barədə məlumatlarda X15 (iddiaçının atası) və İddiaçı (iddiaçının) adı qeyd edilmişdir.
4. AZ-1 212848 nömrəli mülÖ“ haqqında şəhadətnamə”nə əsasən X15 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.
5. Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əl avə edilmiş arayışdan görünür ki, X3 xx.xx.2008-ci ildə vəfat etmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələrdə qeyd edilmiş 0.13 ha və 0.16 ha torpaq sahələri 964 inventar nömrəli sentyabr 1977-ci il tarixli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
7. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin təqdim etdiyi mübahisəli fərdi yaşayış evinin texniki pasportunun Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsinə əsasən texniki pasport dekabr 1997-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 964 B qeyd edilmiş, ünva n Qəbələ şəhəri Nəsimi küçəsi, ev sahibi – X15 qeyd edilmişdir.
8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Qəbələ rayon AİK-nın xx.xx.2001ci il tarixli 03 saylı qərarının onlara aid hissədə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsini xahiş etmişdir.
9. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 17 mart 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi (işdə tələbin azaldılması barədə ərizə kimi gedir) barədə ərizə ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN1561F və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğ v edilməsi" qoyulmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sentyabr 1977-ci il tarixli, 964 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasportda hüquq subyektləri olaraq X15 və İddiaçı adı qeyd edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair tərtib edilmiş JN-1561G və 1561F nömrəli şəhadətnamələrdə 0.16 ha və 0.13 ha torpaq sahələrinin Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X15, X2, X10, X16 və X4 ümumi birgə mülkiyyətinə verilməsi ilə bağlı qeydiyyat aparılmışdır. İddiaçı sözügedən torpaq sahəsi ilə bağlı Əhməd Sadıqovdan başqa digər şəxslərin adlarının texniki pasportda qeyd edilmədiyini və onların həmin torpaq sahəsinə aidiyyətinin olmadığını bildirərək hər iki şəhadətnamənin ləğv edilməsi üçün cavabdeh orqana müraciət et miş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı qeyd edir ki, bu imtina onun mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin verilməsi zaman Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş mülkiyyət hüququ ilə yuxarıda qeyd edilən evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasport nəzərə alınmamış və bu səbəbdən Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı və onun əsasında şəhadətnamələr ləğv edilməlidir.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş fərdi yaşayış evinə dair texniki pasportda özünün və mərhum atasının adları qeyd olunsa da, həmin texniki pasportun Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsində yalnız mərhum atasının adı qeyd olunması, təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxivində saxlanılan sənədlər arasında uyğunsuzluğun olması, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə AİK-nın qərarı ilə başqa vətəndaşların adına JN-1561G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanması, həmin fərdi yaşayış evinin sözügedən şəhadətnamənin mülkiyyətçiləri tərəfindən istifadə olunması və fərdi yaşayış evi üzərində mübahisə olduğundan texniki inventarlaşdırma işlərinin aparılması mümkünsüz olmuşdur.
13. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2-1(116)-1062/2022 nömrəli qərarı (hakim: Musayev Vüqar Ələkbər oğlu) ilə iddia qismən təmin edilmiş, JN-1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair ” şəhadətnamələr X10, X14, Sadıqova (Qasımova) Dilbər Arif qızı və X1 aid hissədə ləğv edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-1561G və 1561F nömrəli şəhadətnamələr tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış və 964 inventar nömrəli texniki pasportdan torpaq sahəsinin qanuni istifadəçiləri aydın görünməsinə baxmayaraq, həmin torpaq sahəsinə aidiyyəti olmayan digər şəxslərin adları daxil edilməklə şəhadətnamələr hazırlanmışdır. Belə ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələrdəki torpaq sahələri sentyabr 1977-ci il tarixli, 964 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu isə onu deməyə əsas verir ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələr tərtib edilərkən faktiki olaraq 964 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi üzrə hüquq subyekti olmayan şəxslərin adlarının həmin şəhadətnaməyə daxil edilməsi qanunsuz olmuşdur. Yəni, cavabdeh orqan mübahisələndirilən şəhadətnamələri tərtib edərkən sözügedən torpaq sahəsindən qanuni istifadə edən subyektlərin dairəsini müəyyən edilməli və həmin şəxslərin adlarını da müvafiq şəhadətnamələrə daxil etməli idi. Torpaq sahəsindən qanuni istifadə anlayışı isə həmin torpaq sahəsinin ayr ılmasının və faktiki istifadənin hüquqi əsasının mövcudluğunu nəzərdə tutur. Həmçinin cavabdeh orqanın “iddiaçı tərəfindən təqdim edilən texniki pasportla Ərazi İdarəsinin arxivində saxlanılan texniki pasportun arxiv nüsxəsi arasında zidiyyətin olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərtib edilmə tarixləri müxtəlif olan texniki pasportlardan sentyabr 1977-ci il tarixli texniki pasportun Ərazi İdarəsinin arxivində olmamasını bildirsə də, həmin texniki pasportun mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən Ərazi İdarəsinin arxivində olan dekabr 1997-ci il tarixli texniki pasportda da, mübahisləndirilən şəhadətnamədə adları qeyd edilən şəxslərdən yalnız Əhməd Sadıqovun adı olduğundan hər bir halda həmin şəhadətnam ələrə digər şəxslərin adlarının qeyd edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla belə iddiaçı JN-1561G və 1561F nömrəli şəhadətnamələrin tam ləğvini tələb etsə də, müəyyən edilir ki, iddiaçının tələb hüququnun əsası olaraq təqdim etdiyi sentyabr 1977-ci il tarixli və cavabdeh orqanın təqdim etdiyi dekabr 1997-ci il tarixli texniki pasportlarda X8 adı hüquq subyekti kimi qeyd edilmişdir. Odur ki, mübahisləndirilən şəhadətnamələrdə Əhməd Sadıqovun adının qeyd edilməsi “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olmuşdur. Yəni, cavabdeh orqan X9 haqlı olaraq torpaq sahəsinin qanuni istifadəçisi kimi müəyyən etmiş və mübahisələndirilən şəhadətnaməyə adını daxil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, JN-1561G və 1561F nömrəli şəhadətnaməl ər X7 başqa digər şəxslərə münasibətdə ləğv edilməlidir.
15. Cavabdeh və üçüncü şəxs X10 tərəfindən həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(107)-186/2023 nömrəli qərarı (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X5, Cavadova Günay İsmayıl) ilə Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Üçüncü şəxs X10 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisə predmetinə aid olan torpaq sahəsinə 1977-ci il sentyabr ayında 964 inventar nömrəli texniki pasport verilmişdir. Həmin texniki pasportda hüquq subyekti kimi X15 və İddiaçı göstərilmişdir. Bununla belə 1997-ci il dekabr ayı texniki pasportda isə hüquq subyekti kimi yalnız mərhum X8 adı göstərilmişdir. Məhkəmə isə adı həmin texniki pasportda göstərilməyən şəxsi hüquq subyekti kimi tanımışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi işi ətraflı araşdırmamış, belə ki, 1977-ci il tarixdə fərdi yaşayış evinə dair texniki pasportda hüquq subyektlərin hər iki mülkiyyətçisinin X15 və İddiaçı adları göstərilsədə, 1997-ci il tarixdə isə yalnız mülkiyyət çi kimi mərhum X8 adının göstərilməsi, digər mülkiyyətçi İddiaçı isə adının göstərilməməsi ilə bağlı ziddiyəti araşdırmamışdır. Belə ki, mərhum X15 və İddiaçı 0.13 ha və 0.16 ha torpaq sahələrinin mülkiyyətçiləridir. Lakin İddiaçı həmin torpaq sahələrindən hansının mülkiyyətçisi olması və onun payının müəyyən olunması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Eyni zamanda Cavabdeh orqan tərəfindən təqdim olunmuş mütəxəssiz rəyində JN-1561G və JN-1561F nömrəli şəhadətnamələrdə 0.13 ha və 0.16 ha torpaq sahələri 964 saylı inventar nömrəsi ilə qeyd edilmişdir. Lakin 1997-ci il tarixdə tərtib edilmiş texniki pasporta isə həmin torpaq sahələri 964 B saylı inventar nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə 964 və 964 B saylı inventar nömrələri arasındakı ziddiyyətləri araşdırmamışdır. Həmçinin üçün cü şəxslər X10 və onun ailə üzvüləri 40 ildən artıqdır ki sözü gedən fərdi yaşayış evində fasiləsiz olaraq yaşayır və torpaq sahəsindən istifadə edirlər. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Torpaq islahatı haqqında” haqqında Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahəl ər və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 22.İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qə rardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya m əhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
26. İddia tələbi “Torpağın mülkiyyətə verilməsinə dair” 2002-ci ildə tərtib edilmiş JN1561F və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsidir.
27. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportda hüquq subyektləri olaraq onun və atası X8 adı q eyd edilməsinə baxmayaraq, Qəbələ şəhərində həmin torpaq sahəsinə dair 2002ci ildə tərtib edilmiş JN-1561G və 1561F nömrəli şəhadətnamələrdə 0.16 ha və 0.13 ha torpaq sahələrinin Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X15, X2, X10, X16 və X4 ümumi birgə mülkiyyətinə verilməsi ilə bağlı qeydiyyat aparılmışdır. İddiaçı sözügedən torpaq sahəsi ilə bağlı Əhməd Sadıqovdan başqa digər şəxslərin adlarının texniki pasportda qeyd edilmədiyini və onların həmin torpaq sahəsinə aidiyyətinin olmadığını bildirərək hər iki şəhadətnamənin ləğv edilməsi üçün 2021-ci ilin noyabr ayında cavabdehə müraciət etmişdir.
28. İddiaçının istinad etdiyi 1977-ci ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportu onda olmuş, texniki pasportda olan adlara əsaslanaraq yalnız texniki pasp ortda adları olan şəxslərin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamlərdə qeyd edilməli olduğunu bildirib şəhadətnamələrin ləğvini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi ü zrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd);
30. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiad a birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
31. Qeyd olunmalıdır ki, işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
32. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti a şağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir.İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
33. M üvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
34. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun q üvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
35. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi şəhadətnamələrin ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş imkanı itirmişdir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sən ədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). 37. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik p rinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
38. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilm əsi tələb olunur (§ 30-33). 39.Nəticədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürüldüyündən onlar yeni qanuna görə də mübahisələndirilə bilmədiyindən kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-186/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair ididası mümkün sayılmasın. Qərar qətidir.