Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1714/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-464/19 saylı 07 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı hakim kimi səlahiyyət müddəti başa çatdığına görə 2000-ci ilin sentyabr ayında tutduğu vəzifədən azad olunaraq pensiyaya çıxarılmış və həmin vaxtdan pensiya alır. İddiaçı 20 iyun 2003-cü ildə “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi” ilə əlaqədar məzuniyyətlə bağlı iki aylıq müavinət və müalicə pulu ilə əlaqədar iki aylıq pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət et miş, lakin sonuncu ona 10.05.2018-ci il tarixli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, Müdafiə Nazirliyinin məlumat vərəqində qeyd olunan göstəricilər əks olunmamışdır. Bundan sonra iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı həcmində pul təminatı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanıb 20.06.2003-cü ildən hal-hazıra kimi yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrn mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-464/19 saylı 07 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hakimlər pensiyaya çıxarkən onlara ödənilən 2 aylıq əmək haqqı miqdarında müavinət və müalicə üçün 2 aylıq əmək haqqı həcmində ödənilən pul təminatı iddiaçının əmək pensiyasında baş verən artım kimi n əzərə alınmalı və əmək pensiyasının yenidən hesablanması üçün iddiaçıdan yenidən məlumat vərəqinin tələb edilməsi üçün əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-464/19 saylı 07 fevral 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının idarəyə təqdim etdiyi Ədliyyə Nazirliyinin arayışına əsasən onun vəzifə maaşı əsas götürülərək pensiyası yenidən hesablanaraq ödənilmişdir. İddiaçının tələb etdiyi müalicə və məzuniyyət pulu ilə bağlı Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş məlumat vərəqəsində qeyd edilməmiş, bununla bağlı hesablama mexanizmi öz əksini tapmamışdır. Kassator Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96- cı maddələrinə, MPM-nin 386, 402-405, 407, 417.4, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-464/19 saylı 07 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-464/19 saylı 07 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İ qtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-464/19 saylı 07 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı hakim kimi səlahiyyət müddəti başa çatdığına görə 2000-ci ilin sentyabr ayında tutduğu vəzifədən azad olunaraq pensiyaya çıxarılmış və həmin vaxtdan pensiya alır. İddiaçı 20 iyun 2003-cü ildə “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi” ilə əlaqədar məzuniyyətlə bağlı iki aylıq müavinət və müalicə pulu ilə əlaqədar iki aylıq pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona 10.05.2018 -ci il tarixli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, Müdafiə Nazirliyinin məlumat vərəqində qeyd olunan göstəricilər əks olunmamışdır. Bundan sonra iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı həcmində pul təminatı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanıb 20.06.2003-cü ildən hal-hazıra kimi yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı nın hakim vəzifəsində işləməsi, ona 03.09.2000-ci il tarixdən pensiya təyin olunması və hal-hazırda hakim pensiyası aldığı işin tərəflər arasında mübahisələndirilməyən hallarını təşkil edir. İşin tərəflər arasında mübahisələndirilən halları isə ondan ibarətdir ki, hakimlərə məzuniyyətə çıxarkən hər il onlara ödənilən 2 aylıq müavinət və onların müalicəsi üçün nəzərdə tutulan 2 aylıq pul təminatı nəzərə alınmaqla iddiaçının əmək pensiyası 2003-cu ildən etibarən yenidən hesablanması cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh həm imtina məktubunda, həm də kassasiya şikayətində bunu belə əsaslandırır ki, vaxtı ikən Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqində iddiaçının məzuniyyət və müalicə pulu ilə bağlı qeydlər öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavab dehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, 20 iyun 2003-cü il tarixdə “Məhkəmələr və hakimlərə haqqıncda Qanun”a edilən dyişiklikdən sonra həmin Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin redaksiyasına görə səlahiyyət müddətləri qurtardıqdan sonra Pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin Qanunun qeyd olunan maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Eyni zamanda, həmin Qanunun 107-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Qanunun qeyd olunan normalarından göründüyü kimi, hakimlərin istənilən beş iliin orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya seçimi hüququna malik olmaqla, onların orta əmək haqqı hesablanarkən, məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün hər il onlara verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Ədliyyə Nazirliyinin iş materiallarında olan 10.09.2018-ci il tarixli arayışından da məhz həmin müvinət və pul təminatının Qanuna müvafiq olaraq hakimlərə verildiyi təsbit olunmuşdur. Lakin cavabdeh tərəfindən əsassız olaraq qanunun qeyd olunan göstərişləri iddiaçıya şamil edilməmiş, qeyd olunan təminatlar nəzərə alınmaqla onun pensiyası yenidən hesablanmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” sahəvi Qanunun 20.1.4-cü maddəsi də nəzərdə tutur ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 29.3-cü maddəsinin tələbi isə belədir ki, bu Qanunun 20.1.1 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan ar tırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi, hakimlər pensiyaya çıxarkən onlara ödənilən 2 aylıq əmək haqqı miqdarında müavinət və müalicə üçün 2 aylıq əmək haqqı həcmində ödənilən pul təminatı iddiaçının əmək pensiyasında baş verən artım kimi nəzərə alınmalıdır. İddiaçıdan əmək pensiyasının yenidən hesablanması üçün yenidən məlumat vərəqinin tələb edilməsi üçün əsas yoxdur. Belə ki Qanunun birbaşa gösətrişi tələb edir ki, əmək haqqında artım varsa pensiya yenidən hesablanmalıdır. Beləliklə, iddiaçının əmək pensiyasının yenidən hesablanmıasın zəruri edən faktiki şərtlərin mövcudluğu hazırkı iş üzrə sübuta yetirildiyindən cavabdehin qeyd olunan təminatların Müdafiə Nazirlyinin təminat xərcliyinə dair məlumat və rəqində əks olunmadığını mübahisələndirəərək pensiyanın yenidən hesablanmasından imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2-1(103)-464/19 saylı 07 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1714/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1714/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver