Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1714/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, arxiv arayışı Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialın ın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1277/2021 saylı, 2 iyun 2021-ci il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xx-ci ildə Bakı şəhərində doğulmuşdur. Əmək kitabçasına əsasən 30.12.1980-ci ildə “Aznəqliyyattikinti” trestinin Mənzil İstismar Kontoruna (MİK) 2-ci (ikinci) dərəcəli çilingər kimi işə qəbul olunmuş (Əmr №, 30.12.1980-ci il), 12.10.1982-ci ildə 3-cü (üçüncü) dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 94), 02.07.1984-cü ildə 4-cü (dördüncü) dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 47), 19.08.1988-ci ildə SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin 120-OP saylı 19.08.1988-ci il tarixli əmrinə əsasən “Aznəqliyyattikinti” Trestinin adı dəyişdirilərək, Layihə Sənaye İnşaat Birliyi (LSİB) “Aznəqliyyatyoltikinti” Tresti olmuş (Əmr № 120-OP), 04.04.1989-cu ildə 5-ci (beşinci) dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 28), 10.07.1997-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 02.10.1997-ci ildə "xxxx" firmasına zərgər-quraşdırıcı vəzifəsi nə qəbul olunmuş (Əmr № 18), 29.11.2005-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin “A” bəndinə əsasən işdən azad olunmuşdur (Əmr № 67).
2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən verilmiş 26.10.2020-ci il tarixli arxiv arayışında Azərbaycan Respublikası “Bakı Çörək Ticarət İdarəsi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının (əmr qeyd olunmayıb, 19 fevral 1977-ci il) işə qəbul edildiyi və (əmr qeyd olunmayıb, 25 noyabr 1980-ci il) işdən azad olunduğu qeyd olunmuşdur. Həmin arayışa əlavə olunmuş arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası “Bakı Çörək Ticarət İdarəsi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının 1977-1980-ci illərə dair 07, 51, 167 saylı mağazalar üzrə aşağıd a göstərilən aylıq maaşı və 13-cü maaşı qeyd olunur: 1977-ci il üzrə rublla- yanvar -, fevral 19-20, mart 48-00, aprel 48-00, may 48-00, iyun 1715, iyul 71- 30, avqust 71-30, sentyabr 80-60, oktyabr 117-38, noyabr 79-60, dekabr 7130; 1978-ci il üzrə rublla-yanvar 84-47, fevral 80-60, mart 84-45, aprel 86-95, may 71-90, iyun 65-74, iyul 80-60, avqust 80-60, sentyabr 80-60, oktyabr 84-43, noyabr 84-78, dekabr 80-60; 1979-cu il üzrə rublla- yanvar 83-76, fevral 80-60, mart 84-47, aprel 80-60, may 8896, 68- 81, iyul 80-60, avqust 80-60, sentyabr 119-29, oktyabr ayı üzrə əmək haqqı yazılmayıb, noyabr 75-00, dekabr 100-00, 1980-ci il üzrə rublla- yanvar 102-00, fevral 5680, mart 101-97, aprel 96-80, may 107-66, iyun 96-80, iyul 96-80, avqust 96-80, sentyabr 100-17, oktyabr 93-05, noyabr 97-33, d ekabr ayı üzrə yazılmamışdır, 13-cü maaş 1980-ci il üzrə 29-45 rubl.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş 07.10.2020-ci il tarixli arayışa əsasən xx-ci il təvəllüdlü iddiaçı 27 noyabr 1974-cü il tarixdən 4 noyabr 1976-cı il tarixədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq, cavabdeh tərəfindən ona ünvanlanmış 21.10.2019-cu il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imka n verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Təqdim olunmuş sənədlər əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmamış, əmək kitabçasında qeyd olunan 02.10.1997-29.11.2005-ci illərin əmək stajını müəssisənin hüquqi və faktiki ünvanının məlum olmaması səbəbindən yoxlamaq mümkün olmamış, arxiv arayışında qeyd olunan 1977-1980-ci illərə aid iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxıl ması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün qeyd olunan illər sosial sığorta stajına daxil edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 30 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan 02.10.1997-ci il tarixdən 29.11.2005-ci ilə qədər olan dövrün əmək stajını müəssisənin hüquqi v ə faktiki ünvanının məlum olmaması səbəbindən yoxlanılması mümkün olmadığı və arxiv arayışında qeyd olunan 1977-1980-ci illərə aid iş stajının əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illərin sosial stajına daxil edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.
7. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07.12.2020-ci il tarixli məktubda göstərilmişdir ki, 10.03.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" firmasının (VÖEN: **********) hüquqi ünvanı ünvan 1 müəssisənin təsis sənədlərindən müəyyən olunur ki, firma Azərbaycan Respublikası Ədliyyə Naz irliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 10.03.2000-ci il tarixdə qeydiyyatdan keçmişdir, əsas fəaliyyəti zərgərlik məmulatlarının hazırlanması, təmir-tikinti, kommersiya, qanuna müvafiq digər fəaliyyət növlərindən ibarətdir. Firmanın nizamnaməsində göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən 2 saylı qəbul məntəqəsinin əmlakının bazasında yaradılmışdır (bənd 1.1).
8. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-1945/2021 saylı iş) 26 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək xx.xx.xx-ci il təvəllüdlü iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmad ıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər 27 il 11 ay 12 gün iş stajı olmuşdur. Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 19.02.1977-25.11.1980-ci illərə və 02.10.199729.11.2005-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında və arxiv arayışında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apely asiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X3 və X8, 2-1(103)-1277/2021 saylı iş) 2 iyun 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 26.01.2021-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filia27 16 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçının “Bakı Çörək Ticarət İdarəsi”ndə işləməsi faktı sadəcə əmək haqqı cədvəlləri əsasında təsdiq olunmuşdur. Mübahisələndirilən dövrlər üzrə əmək kitabçasında hər hansı bir qeyd aparılmamışdır. Bundan əlavə, Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş arayışda qeyd olunmuşdur ki, 19.02.1977-ci il işə daxil olma və 25.11.1980-ci il işdən azad edilmə barədə əmr qeyd olunmamışdır. 14. "xxxx" firmasında işlədiyini iddia etdiyi 02.10.1997-29.11.2005-ci il tarixləri üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq qeyd edilmişdir ki, "xxxx" firması (VÖEN: **********) 10.03.2000-ci il tarixində dövlət qeydiyy atına alınmışdır. Həmçinin "xxxx" firmasının Nizamnaməsi 10.03.2000-ci il tarixdə qeydə alınmışdır. Müəssisə 10.03.2000-ci il tarixində yarandığı halda, iddiaçının 02.10.1997-ci il tarixdən orda işləməsi mümkün deyil.
15. İddiaçının əmək kitabçasında 8 və 9 №-li qeydlərdə işə daxilolma və işdən azad edilmə M.F.Səlimov tərəfindən təsdiq edilmişdir. X1 Sisteminin Sığorta Alt Sistemində "xxxx" firmasının sığortaolunanları qismində M.F.Səlimov adlı şəxs aşkar edilməmişdir. 29.11.2005-ci il tarixdə M.F.Səlimov tərəfindən əmək kitabçası imzalandığı halda, 01.01.2006-cı il tarixdə həmin müəssisədə sığortaolunan kimi qeydiyyatdan keçməməsi şübhə yaradan haldır.
16. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının 1977-1980-ci il, o cümlədən 02.10.1997 -29.11.2005-ci il tarixləri üzrə işlədiyi illərin sosial sığorta stajına daxil edildiyi dövrlər üçün düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.
17. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
20. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensi yasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraci ət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 22. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
24. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin müva fiq olaraq a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
26. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-523/2020 saylı 17 iyun 2020-ci il tarixli, 2-1(102)-1944/2020 saylı 28 oktyabr 2020ci il tarixli və 2-1(102)-404/2021 saylı 3 mart 20 21-ci il tarixli qərarlarında “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddələrinə istinad edərək 1 yanvar 2006-cı ilədək olan iş dövrü əmək kitabçası ilə təsdiq olunduğuna görə şəxsin sığorta stajına daxil edilməsinin və pensiya hüququnun yaranmasının zəruriliyi bildirilmişdir.
27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayət i təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur.
31. İddiaçı əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən xahiş etmişdir.
32. Cavabdehin şikayətinin dəlillərinə görə 19 fevral 1977-ci il tarixli və 25 noyabr 198-ci il tarixli işə girmə və işdən çıxma əmrləri arxiv sənədlərində müəyyən olunmamış və ikinci iş yeri üzrə "xxxx" firması 2000-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq işə girmə əmri 2 oktyabr 1997-ci il göstərilmiş, həmçinin sənədlərə görə firmanın direktoru M.Səlimov sığortaolunan qismində aşkar edilməmişdir.
33. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
34. İddiaçı xx xxxxx xx-ci il tarixdə anadan olmuşdur. 27 noyabr 1974-cü il tarixdən 4 noyabr 1976-cı il tarixədək Sovet Ordu sıralarınd a hərbi xidmətdə olmuşdur (1 il 11 ay 7 gün).
35. Azərbaycan Respublikası “Bakı Çörək Ticarət İdarəsi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının (əmr qeyd olunmayıb, 19 fevral 1977-ci il) işə qəbul edildiyi və (əmr qeyd olunmayıb, 25 noyabr 1980-ci il) işdən azad olunduğu, həmçinin bu dövrdə əmək haqqı alması əmək haqqı cədvəllərində qeyd olunmuşdur (Əsas-Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən verilmiş 26.10.2020-ci il tarixli DA-00445-2020 №-li arxiv arayışı). Bu dövrdə iş stajı 3 il 9 ay 5 gün təşkil etmiş, əmək kitabçasında göstərilməmişdir.
36. İddiaçıya məxsus əmək kitabçasında 30.12.1980-ci ildə “Aznəqliyyattikinti” trestinin Mənzil İstismar Kontoruna 2-ci dərəcəli çilingər kimi işə qəbul olunmuş (Əmr №, 30.12.1980-ci il), 12. 10.1982-ci ildə 3-cü dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 94), 02.07.1984-cü ildə 4-cü dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 47), 19.08.1988-ci ildə SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin 120-OP saylı 19.08.1988-ci il tarixli əmrinə əsasən “Aznəqliyyattikinti” Trestinin adı dəyişdirilərək, Layihə Sənaye İnşaat Birliyi (LSİB) “Aznəqliyyatyoltikinti” Tresti olmuş (Əmr № 120-OP), 04.04.1989-cu ildə 5-ci dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 28), 10.07.1997-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (16 il 6 ay 10 gün).
37. Həmçinin əmək kitabçasında olan məlumatlara görə iddiaçı 02.10.1997-ci ildə "xxxx" firmasına zərgər-quraşdırıcı vəzifəsinə qəbul olunmuş (Əmr № 18), 29.11.2005ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “A” bəndinə əsasən işdən azad ol unmuşdur (Əmr № 67) (8 il 1 ay 27 gün).
38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07.12.2020-ci il tarixli məktubda göstərilmişdir ki, 10.03.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" firmasının (VÖEN: **********) hüquqi ünvanı ünvan 1 müəssisənin təsis sənədlərindən müəyyən olunur ki, firma Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 10.03.2000-ci il tarixdə qeydiyyatdan keçmişdir, əsas fəaliyyəti zərgərlik məmulatlarının hazırlanması, təmir-tikinti, kommersiya, qanuna müvafiq digər fəaliyyət növlərindən ibarətdir. Firmanın nizamnaməsində göstərilmişdir ki, ünvan 2 ünvanda ye rləşən 2 saylı qəbul məntəqəsinin əmlakının bazasında yaradılmışdır (bənd 1.1).
39. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə istinad edərək bildirir ki, iddiaçının işlədiyi dövr qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayıldığından və iddiaçının 19 fevral 1977-ci il tarixdən 25 noyabr 1980-ci il tarixədək “Bakı Çörək Ticarət İdarəsi”ndə işlədiyi dövr onun əmək kitabçasınd a qeyd edilməsə də, arxiv sənədləri, əmək haqqı cədvəlləri ilə təsdiq olunduğundan, haqlı olaraq ümumi iş stajına daxil edilmişdir.
40. Məhkəmə kollegiyası həmçinin 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə istinad edərək bildirir ki, iddiaçının 2000-ci ilin mart ayından 2005-ci ilin 2005-ci ilin noyabr ayınadək olan dövrü də onun sığorta stajına hesablamaqda haqlı olmuşdur.
41. İddiaçının "xxxx" firmasında iş dövrü əmək kitabçası ilə təsdiq olunmuş, firmanın ən azından 2000-ci ilin mart ayından fəaliyyət göstərməsi vergi orqanının məktubu ilə təsdiq edilmişdir.
42. İddiaçının hərbi xidmət dövrü, arxiv sənədləri və əmək kitabçasında olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan sığorta stajı olduğundan və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtləri iddiaçıya münasibətdə mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
43. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
44. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1277/2021 saylı 2 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.