Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1714/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(103)880/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X6, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Yandırma” sexində Futerləyici-bənna vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının “14.Tikinti m aterialları” maddəsinin, “14.1 Sement istehsalı” bəndinə əsasən, Futerləyici - bənna peşəsi güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 1 il 9 aydır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X9 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-yə çevrilmişdir.( “HOLCİM (Azərbaycan)” ASC-nin 8 noyabr 2019-cu il tarixli güzəştli arayışı).
2. İddiaçı xx.xx.2008-ci ildə Cənub rayon X11 “M.Süleymanov” gəmisinə aşpaz peşəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu ildə “MPK - 459” gəmisinə aşpaz, xx.xx.2012-ci ildə “Geofizik” gəmisinə aşpaz peşəsinə keçirilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə “M.Süleymanov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü ildə əmək müqaviləsinə xitam verilmi şdir. xx.xx.2013-cü ildə “M.Süleymanov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci ildə “G.Şıxlinski” gəmisinə kambuzçu peşəsinə, xx.xx.2016-cı ildə “M.Süleymanov” gəmisinə aşpaz peşəsinə keçirilmiş, xx.xx.2016-cı ildə əmək müqaviləsinə xitam verilmişdir.("xxxx" QSC-nin Xəzər X11nın xx.xx.2019-cu il tarixli, EN01/02-707 saylı arxiv arayışı). 3. "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 12 yanvar 2021-ci il tarixli, 16 nömrəli arayışda qeyd edilir ki, iddiaçı xx.xx.2017-ci il tarixindən hal-hazıra qədər "xxxx" QSCnin ”Atlet-24” gəmisində üzən heyətə aşpaz xidməti göstərir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətraf ı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. 4. "xxxx" QSC-nin Xəzər X11nın xx.xx.2019-cu il tarixli, MF 01/02-712 saylı arayışında bildirilmişdir ki, iddiaçının işlədiyi, xx.xx.2019-cu il tarixli EN 01/02-707 saylı arxiv arayışında qeyd olunan “M.Süleymanov”, “MPK-459”, “Geofizik”, “G.Şıxlinski” gəmiləri arayışda göstərilən tarixlə rdə istismarda olub və üzən gəmilər siyahısına daxildir. 5. "xxxx" QSC-nin Xəzər X11nın xx.xx.2021-ci il tarixli TQ№01/02-419 saylı məktubunda bildirilmişdir ki, iddiaçı Xəzər X11nda xx.xx.2008 - xx.xx.2012-ci, eləcə də, xx.xx.2012 - xx.xx.2013-cü və xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək müvafiq olaraq 2-ci dərəcəli aşpaz, kambuzçu peşələrində işləmiş və xx.xx.2016-cı ildə əmək müqaviləsinə xitam verilmişdir. O, xx.xx.2006-cı ilədək ümumiyyətlə, Xəzər X11nda işləmədiyi üçün tələb edilən sənədin təqdim edilməsi mümkün deyildir.
6. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixdən doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu ilədək orta ixtisas təhsili almış, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək “Bakıelektikmaşınqayırma” zav odunda elektrik izolyasiya məmulatlarını sarıyan, xx.xx.1983-cü il tarixdən X9na elektrik sexinə elektrik montyoru - sarıyan təyin edilmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək yandırma sexində futerləyici-bənna işləmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək zavodda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X6 işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X3 (Azerbaijan)” xadimə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" MMC-də xadimə, xx.xx.2002ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də xadimə, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “X13 Konsaltants (UK) Ltd” Şirkətində AR-da filialında mətbəx köməkçisi, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixəd ək “Yurest Səport Services” iaşə xidmətləri üzrə köməkçi, xx.xx.2008-ci il tarixdən Cənub rayon X14 İdarəsində “M.Süleymanov” gəmisində aşpaz, xx.xx.2009-ci il tarixdən “MPK-452” gəmisində aşpaz, xx.xx.2010-cu il tarixdən “MPK-459” gəmisində aşpaz, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Geofizik” gəmisində aşpaz, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cu il tarixədək Abşeron Rayon X14 İdarəsinin “M.Süleymanov” gəmisində aşpaz, xx.xx.2013-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Xəzər X11nın ”M.Süleymanov” gəmisində aşpaz, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aşpaz işləmiş, xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də gəmi struktur bölməsinə aşpaz qəbul edilmişdir.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n olunmasını xahiş etmişdir.
8. Cavabdeh 19 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat (21) bölməsində dəniz və çay donanması (21.2) bəndində üzən heyətdə dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 27 iyul 1979-cu il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasınd a İddiaçı 16 fevral 2017-ci il tarixdən bu günədək "xxxx" MMC-də gəmi struktur bölməsində aşpaz peşəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisədə işlədiyi peşənin yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə iş yerinin arayışı mərkəzi filiala təqdim edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə mərkəzi filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxılacağı izah olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 22 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunla hüququnun yarandığı gündən, yəni 55 yaşının tamam olduğu 25 may 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda işlədiyi "xxxx" QSC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli 16 nömrəli arayışla onun müraciətinə cavab olaraq göstərilmişdir ki, həqiqətən də o, xx.xx.2017-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “Atlet-24” gəmisində üzən heyətdə aşpaz xidməti göstərir. İddiaçının hal-hazırda işlədiyi vəzifələr (peşələr) üzən heyət və işlədiyi gəmilər Xəzər X11nın gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yarımçıq- xidmət gəmiləri, xidmət şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsin ə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verdiyi göstərilmişdir. Tərəfindən cavabdehin 17 dekabr 2020-ci il tarixdə “güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” **********1 nömrəli məktubunu təmin etmək üçün "xxxx" MMC-də gəmi struktur bölməsində aşpaz peşəsində işlədiyini və işlədiyi işin zərərli iş olmasına dair arayışını alaraq xx.xx.2021-ci ildə yenidən cavabdehə müraciət edərək ərizəsinin təmin olunmasını xahiş et miş, amma cavabdeh qurum 35 günün tamam olmasına baxmayaraq heç bir tədbir görməmişdir.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçası, arxiv arayışı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında işlədiyi işlər və peşələr xarici dildə qeyd edilmiş, onların Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinə tərcüməsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən dövrlərdə hansı vəzifələrdə (peşələrdə) işləməsi, həmçinin, həmin peşələrin ona güzəştli pensiya hüququ verən peşələrə aid olub-olmaması aydın deyil. İş materiallından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, sadəcə, qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(112)-4502/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi xx.xx.2016-cı il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci mad dəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən onun 52 yaşının tamam olması əsas şərtlərdən biridir. Lakin, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşdan deyil, 55 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edir. Buna görə də, xx.xx.2016-cı il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ona münasibətdə tətbiq edilə bilməz. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ünvanlanan sorğuya cavab olaraq "xxxx" QSC-nin Xəzər X11nın xx.xx.2022-ci il tarixli, 01/02-268 №-li cavab məktubuna əlavə edilmiş Arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı Xəzər X11nda xx.xx.2008-xx.xx.2012-ci, eləcə də, xx.xx.2012-xx.xx.2013-cü və xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək müvafiq olaraq “M.Süleymanov", “MPK-459”, “Geofizik”, “G.Şıxlinski” gəmilərində aşpaz və kambuzçu peşələrində işləmişdir. xx.xx.2016-cı il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu peşələr üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyalar ı haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir.
16. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(103)-880/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X1 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 25 may 2018-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki: - işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, ona 57 yaşından (iddiaçı xx.xx.1961-ci il təvəllüdlü və onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etdiyindən, ona münasibətdə Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş normalar deyil, hazırda qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. - İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək ümumi iş stajı 20 ildən artıq olmuş və o, qanunvericiliklə nəzərdə tutulmuş ilk şərti ödəmişdir. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Yandırma” sexində Futerləyicibənna vəzifəsi (1 il 9 ay), xx.xx.2008 -xx.xx.2012-ci, xx.xx.2012-xx.xx.2013-cü və xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək müvafiq olaraq "xxxx" QSC-nin Xəzər X11nın müxtəlif gəmilərində 2-ci dərəcəli aşpaz, kambuzçu peşələrində (7 il 8 ay), xx.xx.2017ci il tarixindən etibarən, "xxxx" MMC-də gəmi struktur bölməsində aşpaz peşəsində işləmişdir (57 yaşının tamam olduğu xx.xx.2018-ci ilədək 1 il 3 ay 9 gün). Göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək güzəştli iş 10 ildən artıq təşkil etmiş və bu iş materiallarında olan əmək kitabçası və iş yerlərindən arayışlarla təsdiq edilmişdir. - Məhkəmə kollegiyası qanunvericiliklə nəzərdə tutulmuş olan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtli ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmi ş cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 saylı məktubunda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19380,73 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 29848,78 manat olmaqla, cəmi pensiya kapitalı 49229,51 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34200,00 manat məbləğində hesablanmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun (13 may 2022-ci il tarixə qədər olan redaksiya): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifə lərin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 9 6.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yaln ız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əmək kitabçası və iş yerlərindən arayışlara əsasən, iddiaçının 57 yaşının tamam olduğu 25 may 2018-ci il tarixədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı 10 ildən artıqdır.
31. Həmçinin məhkəmə kol legiyası qeyd edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34200,00 manat məbləğində hesablanmışdır. İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 saylı məktubunda iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19380,73 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 29848,78 manat olmaqla, cəmi pensiya kapitalının 49229,51 manat təşkil etdiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanun 9.1-ci maddəsinə əsasən ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası tə yin edilməsi üçün 20 ildən çox ümumi, 10 ildən çox xüsusi iş stajı və pensiya kapitalına dair şərtlər tam ödənilir.(fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona münasibətdə müəyyən edilmiş 34200,00 manat məbləğindən artıqdır). Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin etməsi nəticəsinə gəlmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdr.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA A LDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 21(103)-880/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.