Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1714/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməklə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-174/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə X1 təsərrüfatı məhsulları istehsalı üçün JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 3.19 ha to rpaq sahəsi verilmişdir.
2. Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 0.2737 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
3. Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 2.9187 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
4. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X4 vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ***** ** nömrəli çıxarışa və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarış əsasən Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 0.2737 ha və 2.9187 ha torpaq sahələridir.
5. İddiaçı Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 0.2737 ha və 2.9187 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh 10 iyun 2022-ci il tarixli, **********17 nömrəli və **********18 nömrəli məktublarla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordina tları arasında uyğunsuzluq vardır. Belə ki, sənədləşdirmək istənilən torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Akt”ında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bu da 3.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməklə mülkiyyət hüququnun qeydiyyata alınması öhd əliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə iddiaçının mərhum anası X2 Yevlax rayonu Tanrıqullar kəndi ərazisindən 3.19 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və “torpağın mülkiyyətə verilməsinə”dair JN 0038 kod 90110018 saylı dövlət aktı ilə adına rəsmiləşdirilmişdir. İddiaçı, valideynindən ona miras qalmış həmin miras əmlaka xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. İddiaçı həmin şəhadətnamələr əsasında 2.92 ha və 0.27 ha torpaq sahələrinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraci ətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, sənədləşdirmək istənilən torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Akt’ında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
8. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina ilə eyniyyət təşkil etmişdir.
9. Üçüncü şəxs kimi məhkəmə prosesinə cəlb edilən Yevlax rayonu Tanrıqulular bələdiyyəsi də iddia tələbinə etiraz etmişdir. Etirazd a qeyd edilmişdir ki, Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xəritə materiallarına (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasən sözü gedən 3.19 ha torpaq sahəsi Yevlax rayonu, Tanrıqulular kənd sakini X2 JN0038 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə mülkiyyətinə verilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsinə üst-üstə yenidən JN-7960 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Yevlax rayonu Tanrıqulular kənd sakini X3 Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xx.xx.2005ci il tarixli 18 nömrəli qərarı əsasında 15 il müddətinə icarəyə verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə məlumatı olmamışdır.
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1749/2022 saylı, 23 noyabr 2022-c i il tarixli qərarı ilə (hakim: V.Ə.Musayev) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilməklə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi cavabdeh inzibati orqanda onun mərhum anasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, cavabdeh orqan torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib etmək vəzifəsi daşıyır.
12. Biri nci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-174/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və G,İ.Cavadova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1749/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3. 19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsini cavabdeh orqandan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.1, 9.1-ci maddələrinə, eləcə də İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.
17. Belə ki, X2 Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə 3.19 ha torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilməklə bərabər, həmin torpaq sahələrinin onun mülkiyyətinə hansı ölçüdə verilməsi məsələsi də tərtib edilmiş JN-0038 nömrəli Dövlət Aktında öz əksini tapmışdır. X9 əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışlarla Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 2.9187 ha və 0.2737 ha torpaq sahələri üzərində X4 tam xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq olmuşdur. Belə ki, torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Akt”ında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları JN-7960 KOD 90110018 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə X3 Yevlax rayonu Tanrıqullar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16 №-li qərarı ilə 15 il müddətinə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üstüstə d üşür. Belə olan halda torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil etdiyindən ərizənin icrası mümkün olmamış, buna görə də cavabdeh haqlı olaraq müraciətə imtina cavabı vermişdir.
18. Daha sonra qeyd edilir ki, məhkəmələr iddianı təmin edərkən nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı eti raz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müə ssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Maddə
14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticə sində zərərçəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Maddə
21. Yerquruluşu işlərinin aparılması və sənədlərin verilməsi Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Torpaq islahatı ilə əlaqədar yerquruluşu işləri dövlət tərəfindən maliyyələşdirilir. 21. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayı r Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 n ömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-).
23. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:... 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;... 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;...
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul e dilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunları na uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlill ərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərlidir və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Hazırki işdə iddiaçının hüquqi marağı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməklə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
33. İddiaçının tələbini əsaslı hesab edən birinci və apelyasiya instansiyası məhkəmələri iddianı təmin etsələr də, cavabdeh məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Cavabdeh qeyd edir ki, iddia olunan torpaq s ahəsi başqa mülkiyyətçi ilə, həmçinin bələdiyyə mülkiyyəti ilə üst-üstə düşür.
34. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.
35. İddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi cavabdeh inzibati orqanda onun mərhum anasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, cavabdeh orqan yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə torpaq sahəsinin planı və ölçüsü sənədi sənədini tərtib etmək vəzifəsi daşıyır. Buna görə də iddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahə sinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsini cavabdeh orqandan tələb etməkdə haqlıdır.
36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir.
37. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusi yasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələd iyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
38. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(107)-174/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.