Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1715/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün tələb olunan hüquq müəyyənedici sənədlər GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi i lə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-434/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayo nu, Maştağa qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan *** b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarını onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən ona Sabunçu rayonu Maştağa kəndi ərazisində *** b saylı 0,12 ha bağ sahəsi ayrılmış, onun adına sənədləşmə aparılmışdır. Bakı şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** saylı, 2004-cü il tarixli müqaviləsi ilə bu bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin vaxtdan da iddiaçı bu bağ sahəs indən istifadə edir, orada abadlıq işləri aparmış, çoxlu ağaclar əkmiş və becərmişdir. 27 iyul 2005-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək qeyd edilən müqavilə ilə ona ayrılmış *** b saylı bağ sahəsinin onun adına özəlləşdiriliməsini xahiş etmiş və onun ərizəsi həmin tarixdə **** nömrə ilə qeydiyyata alınmış, lakin naməlum səbəblər üzündən müqavilənin əsli İdarənin arxivində itirilmiş, buna baxmayaraq, müqavilənin kserosurəti onun özündə qalmışdır. İdarə tərəfindən isə ona bildirilmişdir ki, bağ sahəsinə mülkiyyət hüququ məhkəmə yolu ilə həllini tapmalıdır. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri isə ondan ibarət olmuşdur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi *** nömrəli bağ sahəsi 0,25 hektar olmaqla Bağırov Əliyusif Əlizəhəb oğlunun icarəsinə verilmişdir. Həmin bağ sahəsi nin icarədarı və ailə üzvləri notarial qaydada təsdiqlənmiş ərizələrində bağ sahəsinin boş qalmış 0,12 ha hissəsinin Dadaşov Meşədağa Əbdüləhəd oğlunun adına keçirilməsinə razılıq vermişlər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən İddiaçı Maştağa qəsəbəsində *** a nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi isə daha sonra başqa fiziki şəxsin adına rəsmiləşdirilmişdir. Eyni zamanda, İdarənin arxiv əsaslarında Maştağa qəsəbəsi *** b nömrəli bağ sahəsinə dair ***** nömrəli müqavilə aşkar edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3486/2018 saylı qərarı (hakim – Z.M.Tağıyev) ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0.12 ha torpaq sah əsindən ibarət olan *** b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-434/2019 saylı, 07 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – A.B.Nuriyeva və İ.R.Əhmədov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3486/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarı ləğv oluna raq iddia tələbi təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan isə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən iddiaçıya Sabunçu rayonu Maştağa kəndi ərazisində *** b saylı 0,12 ha torpaq sahəsindən ibarət olan bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan hal-hazıradək, yəni 15 ilə yaxın müddətdə sözügedən bağ sahəsi onun sahiblik və istifadəsindədir. Həmçinin məlumdur ki, “*** b” saylı torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası bir tərəfdən ona “*** a” saylı bağ sahəsinin ayrılması nəticəsinə gəlmişdir, digər tərəfdən isə “*** a” saylı bağ sahəsinin başqa şəxsə məxsus olduğunu qeyd edir. Belə olan halda faktiki olaraq onun sahiblik və istifadəsində olan 0,12 ha torpaq sahəsinin hansı saylı bağ sahəsi olmasına məhkəmə tərəfindən aydınlıq gətirilmir. Belə çıxır ki, o qanuni əsaslarla əldə etdiyi, 15 il ərzində sahiblik və istifadə etdiyi torpaq sahəsi üzərindəki hüququndan (hüuqumun rəsmiləşdirilməsindən) məhrum edilir. Apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin tələblərini nəzərə almayaraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qayda da məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qanunun qeyd olunan no rmasının tələbi ilə bağlı olaraq apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınması üçün aşağıdakı sənədlərdən birinin mövcudluğu tələb olunur: - bağ sahəsinə dair icarə müqaviləsi; - sərəncam; - order; - kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən Maştağa kəndi ərazisində ona 0,12 ha torpaq sahəsindən ibarət *** b saylı bağ sahəsi ayrıldığını bildirmiş, bunun sübutu olaraq isə iddia ərizəsinə həmin sərəncamın notarial qaydada təsdiq olunmuş surətini (arxiv arayışını) əlavə etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin arxiv arayışının tamlığı pozulmuşdur. Belə ki, arayışda təsbit olunan Bakı şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 27 oktyabr 2004-cü il tarixli 90 saylı protokolun “1.93”-cü bəndində “***” rəqəmlərindən sonra “b” hərfinin sonradan əlavə yapışdırma olduğu adi gözlə aydın görünür və bu əl barmaqları ilə toxunduqda açıqca hiss olunur. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən sorğu əsasında alınmış Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanlanmış 7.09.2018-ci il tarixli arxiv arayışında, sözügedən Bakı ş əhər İcra Hakimiyyəti Başçısının 29.10.2004-cü il tarixli *** saylı sərəncamı ilə təsdiq olunmuş Bakı şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 27 oktyabr 2004-cü il tarixli ** saylı protokolun “1.93”-cü bəndində Maştağadakı “*** a” №-li bağ sahəsinin iddiaçıya verildiyi öz əkəsini tapmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, *** a saylı bağ sahəsi başqa bir fiziki şəxsin adına reyestrdə rəsmiləşdirilmişdir, eləcə də *** a saylı bağ sahəsinin başqa şəxsə məxsus olması iddiaçı tərəfindən də mübahisələndirilmir. Onun iddia ərizəsinin məzmunundan və irəli sürdüyü yekun tələbindən aydın görünür ki, o, “*** a” saylı bağ sahəsinə deyil “*** b” saylı bağ sahəsinin onun adına qəydə alınmasını tələb edir. Beləliklə, işdə olan iddiaçının torpaqayırma sənədi kimi təqdim etdiyi sənəddə (Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2004-cü il tarixli *** saylı sərəncamında) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan *** b saylı bağ sahəsinin iddiaçıya ayrıldığı müəyyən olunmur. Belə olan halda isə apellyasiya məhkəməsi bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində konkret sadalanmış hüquq müəyyənedici sənədlərdən hər hansı birinin iddiaçı tərəfindən təqdim edilmədiyinə istinadla iddianı rədd etməkdə haqlı olmuşdur. Bu halda, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-021/2014 saylı, 04 fevral 2015-ci il tarixli qətnaməsi iddiaçı sözügedən “*** b” saylı bağ sahəsinin istifadəçisi hesab edilsə də, həmin qətnamə daha sonra cavabdeh idarə tərəfindən apellyasiya qaydasında mübahisələnləndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2015 saylı, 25.05.2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Beləliklə, Bakı şəhə ri Sabunçu rayon Məhkəməsinin 2(008)-021/2014 saylı, 04 fevral 2015-ci il tarixli qətnaməsi qanuni qüvvədə olmadığından iddiaçı üçün “*** b” saylı bağ sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd qismində çıxış etmir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ərizəsinə əlavə edilmiş, mətni tam olmayan, yalnız birinci səhifəsinin kserosurəti əks olunmuş, nömrəsi görünməyən bir müqaviləyə istinad edilməsi bağ sahəsinə hüququn qeydiyyata alınması üçün yetərli əsası kimi qəbul edilə bilməz. Beləliklə, kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, birinci instansiya məhkəməsi tərəfindən açıq-aşkar qeyri-mötəbər sübutlarla müəyyən edilən hallar əsas götürülərək iddiaçının Maştağa kəndində yerləşən “*** b ” saylı bağ sahəsinə qanuni sahibliyinin mövcudluğu qəbul edilmiş və həmin bağa onun mülkiyyət hüququna dair çıxarış və plan-ölçü verilməsi cavabdehə həvalə etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi həmin sübutlarla, əksinə, mübahisələndirilən “*** b” saylı bağ sahəsinin iddiaçının qanuni istifadəsində olması faktı tamamilə təkzib olunur. Apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin mübahisəyə tətbiqi ilə bağlı olaraq da düzgün olaraq qeyd etmişdir ki, həmin normaya görə fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar o halda əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilir ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ayrılsın, yəni, vətəndaşın qanuni istifadəsində olsun. İddiaçının i sə yuxarıda göstərilən sübutlardan göründüyü kimi qanunvericiliyə uyğun qaydada Maştağada “*** b” saylı bağ sahəsinin qanuni istifadəçisi olduğu müəyyən olunmur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-434/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qərarı dəyi
Məhkəmə qərarları › İş №2-1(102)-1715/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1715/2019
18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver