Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1715/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1715/2020) (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, qanuni əsaslarla tərxis olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbi nə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 iyun tarixli 2-1(108)-05/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli imtina məktubu ilə müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməsi məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı məhkəməyə müraciət edərə k, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan-Ermənistan müharibəsinin başlanması ilə əlaqədar xx.xx.1992-ci ildə N Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq NDM Komitəsinə təhvil verilərək ünvanda artilleriya postunda torpaqları müdafiə etmiş, atəşkəs elan olunandan sonra xx xxxx 1992-ci ildə tərxis olunaraq evə buraxılmışdır.
4. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli 2-1(087)-98/2019 nömrəli qərarı (hakim – H.X.Muradov) ilə iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. 5.Məhkəmə ö zünün mövqeyini onunla əsaslandırmışdır ki, normativ-hüquqi aktlarda nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə Nazirliyinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar, şəxsin hərbi hissənin tərkibində hərbi xidmət keçməsini təsdiq edən sənəd kimi tanınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1992ci ilin xx-xx aylarında Naxçıvan Dövlət Müdafiə Komitəsinin tərkibində ünvanda topçu kimi iştirak etməsi, ona məxsus hərbi bilet və işdə olan arayışlarla təsdiq olunmuşdur. 6.Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci 05 iyun il tari xli 2-1(108)-05/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – F.M.Abbasov, hakimlər – Y.S.Qurbanov və S.M.Qarayev) ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli 2-1(087)-98/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 8.Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddianı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh orqan tərəfindən isə iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alan heç bir sənəd məhkəməyə təqdim olunmamışdır.
9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarı ləğv edib, işin yenidən baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 10.Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənmiş, onun xidməti ilə bağlı halların araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin arxivinin saxlandığı N nömrəli hərbi hissəyə sorğu verməmiş, iddiaçının xidməti ilə əlaqədar məlumatların (şəxs heyətin siyahısına daxil edilmə, təlim toplanışlarından, səfərbərlik üzrə xidmətdən ehtiyata buraxılma, pul təminatı ilə təmin olunma, döyüş əməliyyatlarında iştirak etmə və s.) və onların əsasını təşkil edən sənədlərin təsdiq olunmuş surətini tələb etməmişdir. Halbuki, həmin halların araşdırılmasına, ziddiyətlərin tədqiq olunmasına kifayət qədər əsa slar var. Belə ki, N Hərbi Komissarlığının xx.xx.2000-ci il tarixli arayışında və iddiaçının iddia ərizəsində göstərdiyi xx xxx 1992-ci ildən xx xxxx 1992-ci ilədək Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsinin tərkibində hərbi səfərbərlikdə olması qeyd olunsa da, iddiaçının hərbi biletində və ona verilmiş xx.xx.1992-ci il tarixli *** nömrəli arayışda isə onun 1992-ci ilin xx-xx aylarında Naxçıvan Dövlət Müdafiə Komitəsinin qoşun tərkibində ünvanda iştirak etməsi göstərilir.
11. Hərbi xidmətin əvvəlinin və sonunun, iddiaçının hərbi xidmətdə ehtiyata və istefaya buraxılmasının müəyyən edilməsinin hazırki mübahisə üzrə müstəsna əhəmiyyəti vardır. Belə ki, Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparmış hərbi hissələrin tərkibində olmuş o, hərbi qulluqçulara müharibə veter anı adı vermək öhdəliyi yaranmışdır ki, həmin şəxslər hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış olsunlar. Hərbi xidmətdən ehtiyata buraxılma isə hərbi hissə komandirinin nizami hissə üzrə hərbi qulluqçunun şəxsi heyətin siyahısından çıxarılma barədə əmri ilə rəsmiləşdirilir.
12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 N-li Qərarına xx xxxxxxxx 2018-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 13.İddiaçı kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazında döyüşlərdə iştirakının onun tərəfindən təqdim edilmiş sənədlər əsasında təsdiq olunduğunu bildirməklə, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. «Veteranlar haqqında» Qanun: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 3 Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Maddə
7. Müharibə veteranı, Silahlı Q üvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Bənd 1. “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, T ərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməl iyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etd ikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ ŞİKAYƏTİNİN
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
22. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi ya lnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, təkrar baxışda bununla bağlı cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərdən irəli gələn lazımi araşdırmanın və qiymətləndirmənin aparılması da təmin edilməlidir.
23. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş ş əxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Hazırki iş üzrə müəyyən edilmiş hallardan isə görünür ki, apelyasiya məhkəməsi iddianı təmin etməsinə baxmayaraq iddiaçının həqiqətən ehtiyata qanuni əsaslarla buraxılması ilə bağlı məsələni sonadək aydınlaşdırmamışdır.
24. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunsun. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kol legiyasının 2020-ci il 05 iyun tarixli 2-1(108)-05/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.