Məhkəmə qərarları › İş №2-1(102)-1715/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1715/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1715/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu pu blik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 2-1(103)-1751/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “X” trestinin idarələrində 28.01.1978-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan 1 saylı Siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, ona 50 yaşdan, yəni 19.08.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3597/2015 nömrəli 30.11.2015-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

3. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.11.2015 il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-361/16 saylı 05.04.2016-cı il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3597/2015 saylı 30.11.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)1128/2016 saylı 15.12.2016-cı il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-361/16 saylı 05.04.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Məhkəmə qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar icra olunması üçün 31.01.2017-c i il və 21.11.2019-cu il tarixdə cavabdeh inzibati orqana məktub göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 23.11.2020ci il tarixində ərizə verərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (82)-3597/2015 saylı 30.11.2015-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdı ki, iddiaçının xeyrinə qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da, hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız işə tikilmiş materiallara baxmaqla kifayətlənmiş, onun zərərli iş şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li Siyahısında qeyd olunmuş istehsalat və peşələrlə (vəzif ələrlə) əsaslandırılmışdır. İddiaçının 1 nömrəli Siyahı üzrə ən azı 52 yaşdan pensiya hüququnu müəyyən etmək üçün 1973-2005-ci illərin ağır və zərərli əmək stajı ilkin sənədlərlə və həmin dövrdə hesablanmış əmək haqqı sənədləri ilə ciddi araşdırıldıqdan və qanunvericiliyin tələblərinə uyğunluğu təsdiq edildikdən sonra pensiya hüququna baxıla bilər. Vətəndaşın pensiyası 01.09.2017-ci il tarixdən 221,26 manat məbləğində artırılaraq 1388,17 manata, 01.01.2018-ci il tarixdən indeksləşdirmə nəzərə alınmaqla 1467,29 manata, 01.01.2019-cu il tarixdən 1511,31 manata, 01.01.2020-ci il tarixdən isə 1762,19 manata çatdırılmış və ödənilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq 19.08.2013-cü il tarixdən düzgün təyin olunmuşdur. Bu barədə yuxarıda müvafiq məlumat verilmişdir. Eyni zamanda, iddiaçının yazılı müraciəti və Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında onun pensiyası 01.09.2019-cu il tarixdən yenidən hesablana bilər. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında iddiaçının pensiyasının yenidən hesablanılması və 01.09.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 136 452,49 manat təşkil etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3597/2015 saylı 04.03.2021-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ər izənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bundan başqa, ərizəçinin bildirdiyi xüsusatlar ilkin məhkəmə icraatında ərizəçinin iradəsindən asılı olmayaraq təqdim edilməmiş və sonradan aşkar olunmuş yeni sübut və hal deyil. Məlum olduğu tarixdən hansı müddət keçməsindən asılı olmadan İPMin 100-cü maddəsinin tələbləri bu halların iş üzrə “yeni açılmış hal” qismində qəbulunu şərtləndirmir.

11. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-3597/2015 saylı 04 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barəd ə qərar qəbul edilməsi xahiş edilmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 21(103)-1751/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3597/2015 saylı 04 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərardadı cavabdehə 14.07.2021-ci il tarixində təqdim edilmişdir.

15. Cavabdeh həmin qərardaddan 26.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-c i il tarixli, 21(103)-1751/2021 nömrəli qərardadını ləğv edərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını icraatın təzələnməsi barədə ərizədə qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. İş üzrə yeni hallar aşkar olunsa da, məhkəmə İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinin tələblərinə zidd olaraq ərizəni rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzi bati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

21. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.

22. Həmin Məcəllənin 106.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.

23. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, icraatın təzələnməsi üçün mə hkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.

24. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardad ı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcud luğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması.

29. Hazırkı iş üzrə isə iddiaçının yeni açılmış hallar kimi istinad etdiyi sözügedən hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Nəzərə alınmalıdır ki, yalnız ilkin icraat zamanı mövcud olmayan və sonradan aşkar edilmiş yeni sübutlar və ya hallar yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas təşkil edə bilər

30. Halbuki, işin məhkəmə araşdırması zamanı cavabdehin apellyasiya və kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə yeni açılmış hallarla bağlı ərizədə göstərilənlərlə eyni olmuşdur. Bu hallar isə haz ırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmununa uyğun deyildir. Cavabdeh ərizəsində yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamasına dair hər hansı hala istinad etməmişdir. Bu səbəbdən də cavabdehin göstərdiyi əsas yeni açılmış hal hesab oluna bilməz.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 2-1(103)-1751/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeyd olunanlara əsa sən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 21(103)-1751/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar