Məhkəmə qərarları › İş №2-1(102)-1715/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1715/2023

02.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1715/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: döyüşlərdə olduğu müddət ikiqat ölçüdə güzəştli hesablanmaqla prokurorluqda xidmət illərinə aid edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 14 fevral 2023cü il tarixli, 2-1(103)-842/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul edilmiş və Laçın rayon Prokurorluğuna müstəntiq vəzifəsi üzrə stajor təyin edilmişdir, xx.xx.1993cü ildə isə Ucar rayon Prokurorluğunun müstəntiqi, xx.xx.1993-cü ildə İmişli rayon Prokurorluğunun müstəntiqi, xx.xx.1994-cu ildə Qusar rayon Prokurorluğunda prokurorunun köməkçisi, xx.xx.2001-ci ildə Quba rayon Prokurorluğunda prokurorun köməkçisi, xx.xx.2003-cü ildə həmin prokurorluqda prokurorun böyük köməkçisi vəzi fəsinə təyin olunmuşdur; xx.xx.2005-ci ildə tutduğu vəzifədən azad edilib Baş Prokurorluğa Dövlət ittihamının müdafiəsi üzrə idarənin (Quba və Qusar rayonları üzrə) vəzifəsinin icrası həvalə olunmuş, xx.xx.2005-ci ildə isə icrası həvalə olunmuş vəzifəyə təyin edilmişdir. xx.xx.2007-ci ildə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tutduğu vəzifədən azad edilib xx.xx.2007-ci ildə Ağsu rayon prokurorunun böyük köməkçisi, xx.xx.2014-cü ildə tutduğu vəzifədən azad olunub İmişli rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2016-cı ildə prokurorluq orqanlarından xaric edilmişdir. 2. xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən verilmiş M/V seriyalı, 079610 nömrəli vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının “Qarabağ müharibəs i” veteranı statusu verilmişdir.

3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 11/1351 №-li arayışda göstərilmişdir ki, İddiaçı 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 06 yanvar 2016-cı 10/01-11/03-k №-li əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 28 dekabr 2005-ci il tarixli 10/441 -k №-li əmri ilə İddiaçı kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluqdan xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. İ ddiaçı prokurorluq orqanlarında iş stajı 23 il 10 ay 02 gün təşkil edir və həmin stajın 04 mart 1992-ci il tarixdən 24 may 1993-cü il tarixədək 01 il 02 ay 20 günü Laçın rayon prokurorluğunda xidmət etdiyi müddət olmuşdur.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən verlmiş xx.xx.2022-ci il tarixli 51 №li arayışda (surəti) qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü istefada olan baş çavuş İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir. İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkar larına qarşı gedən döyüşlərdə iştirak etmişdir və xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının “Qarabağ müharibəsi” veteranıdır. İddiaçı Qarabağ müharibəsi veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək döyüşlərdə olduğu 3 il 9 ay müddət ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsini xahiş etmişdir.

6. Cavabdeh 20 aprel 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasın dan imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 1988-1991-ci illərdə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi dövrün qanunverciliklə müəyyən edilmiş qaydada hesablanmaqla prokurorluq orqanlarındakı sığorta stajına ikiqat ölçüdə daxil edilməsi və prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün aidiyyəti orqana xüsusi əmək stajı barədə arayış təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə Baş Prokurorluqda baxılmışdır. O, xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə xidmət keçm işdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2016-cı il tarixli, 10/01- 11/03-k nömrəli əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası” prokurorluq işçilərinin xidmət illərinin hesablanmasını tənzimləyir. Baş Prokurorluğun “X5”nın 34cü maddəsinə əsasən Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə prokurorluq işçilərin in vəzifə maaşına əlavə haqqın verilməsinə dair məsələlərə baxılır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə yalnız xidmət keçən prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsinə dair məsələlərə baxılması nəzərdə tutulmuşdur. Bu səbəbdən hazırda prokurorluq işçisi olmadığı üçün xidmət illərinin yenidən hesablanması qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 29 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək döyüş əməliyyatları dövr ündə özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə 23 il 10 ay 02 gün müddətində qulluq etmiş və xx.xx.2016-cı il tarixdə prokurorluq orqanlarından xaric edilməklə qulluğ una xitam verilmişdir. Prokurorluq orqanlarına işə köçürülmə qaydasında qəbul edilməmişdən əvvəl, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək 3 il 9 ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir və “Qarabağ müharibəsi” veteranıdır. Odur ki, göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün, 3 il 9 ay müddətin qanunvericiliklə müəyyən olunmuş qaydada güzəştli əmək stajı kimi ikiqat ölçüdə hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana təqdim olunmasından ötrü xüsusi əmək (qulluq) stajına dair arayışın verilməsi məsələsinə baxılması və bununla bağlı köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müvafiq təsdiqedici sənədləri əlavə etməklə Cavabdehna müraciət etmiş, adı çəkilən orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”na, eləcə də Baş Prokurorluğun “X5”nın 34-cü və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Re spublikası Qanununun 29-cu maddələrinə istinad edilərək, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə yalnız xidmət keçən prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsi məsələlərinə baxıldığını, prokurorluq orqanlarında qulluğuna xitam verilməsi səbəbindən hazırda prokurorluq işçisi olmadığı üçün xidmət illərinin yenidən hesablanmasının qeyri-mümkün olmasını göstərməklə, bundan imtina olunması barədə ünvanına xx.xx.2022-ci il tarixli, 10/04-496 nömrəli cavab məktubu göndərilmişdir. Özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablamaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq (sığorta) stajına daxil edilməsindən və bu barədə aidiyyəti pensiya təyin edən orqana təqdim olunması üçün müvafiq arayışın verilməsindən imtina edilməsi hesab edir ki, mövcud qanunvericiliyintələblərinə zidd olmaqla yanaşı, onun prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqan müraciətinə baxarkən nəzərə almamışdır ki, o, məhz elə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən prokurorluq orqanlarında işə köçürülmə qaydasında qəbul olunmuşdur və ərazisində döyüş əməliyyatları aparılan Laçın rayon prokurorluğunun stajor-müstəntiqi vəsifəsinə təyin edilmişdir. Bu təyinatdan əvvəl vətənin müdaf iəsində iştirak etməklə qazanmış olduğu güzəşt və imtiyazlardan istifadə etmək hüquqları da saxlanılmışdır. Habelə, bundan sonra da onun əmək pensiyası hüququ verən iş stajı prokurorluq orqanlarında olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin 30 oktyabr 2018-ci il tarixli, **********6 №li və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 25 oktyabr 2018-ci il tarixli **********1 №li məktublarından da görünür ki, prokurorluq orqanlarında iş stajının qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə hesablanması məsələsinə dair müraciətlərinə baxılmış və müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən o rdunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildə prokurorluq orqanlarına işə qəbul olunaraq, müxtəlif vəzifələrdə o cümlədən, Laçın rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, Ucar rayon prokurorluğunun müstəntiqi, Qusar rayon prokurorunun köməkçisi, Quba rayon prokurorunun köməkçisi, böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, Ağsu rayon prokurorunun böyük köməkçisi (xx.xx.2014-cü ildən Bakı şəhəri Nizami rayon prokurorluğuna ezam edilmiş), İmişli rayon prokurorunun böyük köməkçisi (xx.xx.2014-cü ildən Bakı şəhəri Nizami rayon prokurorluğuna ezam edilmiş) vəzifələrinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2016-cı il tarixli, 10/01- 11/03-k nömrəli əmri ilə əmək intizamını kobud şəkildə pozduğuna görə intizam qaydasında prokurorluq orqanından xaric edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə prokurorluğa köçürülmə qaydasında işə qəbul edildiyini bildirsə də, prokurorluqda işə qəbuluna dair əmrdə onun köçürülmə qaydasında işə qəbul edilməsi qeyd edilməmiş, habelə əmrə əsas kimi İddiaçı ərizəsi və kadrlar şöbəsinin rəyi göstərilmişdir. Müvafiq olaraq İddiaçı ərizəsi və kadrlar şöbəsinin rəyində də onun döyüşlər də iştirak etməsi barədə hər hansı bir məlumat göstərilməmişdir. Həmçinin İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrdə prokurorluq işçisi olmamış və prokurorluq orqanlarında xidmət keçməmişdir. Eyni zamanda o, prokurorluq orqanlarında işlədiyi müddətdə hərbi xidmət keçməmiş və hərbi qulluqçu statusu daşımamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə müavinət təyin e dilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 saylı Qərarında prokurorluq işçilərinin xidmət illərinin güzəştli şərtlərlə hesablanması əvvəllər nəzərdə tutulmamışdır. Bununla yanaşı, həmin qərara hərbi prokurorluq işçiləri (Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə edilmiş dəyişiklik əsasında əlavə edilmişdir. Prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə h aqqın verilməsi Qaydası" ilə tənzimlənir. Həmin Qaydaların 2.2.2-ci bəndlərinə əsasən prokurorluqda əlavə haqq almaq hüququ verən iş stajına həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət daxil edilir. İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarınaqarşı gedən döyüşlərdə iştirak etdiyi dövrün prokurorluq orqanlarındakı iş stajına daxil edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.

10. Bakı İnzibati Məhk əməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8377/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, iddiaçı xx xxx 1960-cı il təvəllüdlü İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 (çü) il 9 (doqquz) ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə olunmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminat haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı qüvvəyə minənədək prokurorluq işçilərinin maddi sosial təminat hüquqları “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimlənmişdir. Həmin Qanununun 38-ci maddəsinə əsasən, ilkin redaksiyasında (xx.xx.1997-ci il tarixdə qəbul edilmiş) göstərimişdir ki, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə haki mlər üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan prokurorluq işçilərinə münasibətdə pensiya hüququnun tənzimlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminat haqqında” 2002ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı qüvvəyə minənədək, məhz “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilirdi ki, onların sosial müdafiəsinin hakimlər üçün nəzərdə tutulmuş qaydalar ilə tənzimlənməsi nəzərdə tutulmuşdu. Nəzərə alınmalıdır ki, həmin dövrdə də hakimlərin sosial təminat hüququ həm “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənirdi ki, bu halda hazırki mübahisə üzrə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya da tətbiq edilməsi mümkündür. İddiaçının ikiqat ölçüdə güzəştli hesablanmasını tələb etdiyi döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin (1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək) onun prokurorluq orqanlarına xidmətə daxil olduğu (04 mart 1992-ci il) zaman, yəni 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara digər pensiyalarla yanaşı xidmət illərinə görə pensiyanın təyin edilməsi də nəzərdə tutulmuşdur.

12. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 (çü) il 9 (doqquz) ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilib-edilməməsi məsələsi, 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş və 2001-ci il 31 iyul tarixdə dərc olunmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu və prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq e dilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" ilə deyil, məhz iddiaçının prokurorluq orqanlarına xidmətə daxil olduğu (04 mart 1992-ci il) zaman qüvvədə olmuş redaksiyada xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə məhz qeyd olunan mübahisəli müddətin üç qat hesablanması nəzərdə tutulsa da, iddiaçının inzibati orqana müraciəti və hazırki iddia ərizəsindəki tələbini, həmçinin göstərilən halda iddiaçının sosial təminatının (keçmiş prokurorluq işçisi kimi pensiya alması) tam təmin olunacağının nəzərə alınmaqla, məhkəmə müvafiq müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası h üququ verən qulluq (sığorta) stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2-1(103)-842/2023 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4, Əkbərov Kamran Hüseyn) ilə Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 1988-ci il fevral a yından 1991-ci ilin oktyabr ayınadək könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak edərkən o prokurorluq orqanlarında xidmət etmirdi. Belə olduğu təqdirdə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.7-ci bəndinin məzmununa əsasən iddiaçının 1988-ci il fevral ayından 1991-ci ilin oktyabr ayınadək könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi müddət ikiqat ölçüdə onun ümumi stajına daxil e dilə bilər, lakin prokurorluq orqanlarında tələb olunan xüsusi stajına daxil edilməsi yol verilməzdir. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən sübutlara obyektiv qiymət versə də, maddi hüquq normasını düzgün tətbiq etməmiş və o nəticəyə gəlmişdir.

17. Həmçinin apellyasiya instansiyası məhkəməsi əvvələr oxşar mübahisə ilə bağlı iddiaçının müxtəlif cavabdehlərə müraciət etməsinə də diqqət çəkmişdir. Belə ki, iddiaçının “1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı va xtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ilə əvvəllər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi 14 fevral 2017-ci il tarixli, 2-1(81)-1004/2017 saylı qərarla iddianı təmin etmişdir. Həmin qərardan cavabdehin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli, 2-1(103)-1031 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli qərarı ləğv edilərək id dia təmin edilməmişdir. Eyni zamanda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-250/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı ilə iddianın rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 21(103)-1223/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(102)-2575/201 9 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1223/2019 saylı, 23 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu halları və iddiaçının hazırkı iddia tələbinə heç bir aidiyyəti olmayan, əvvələr ayrıayrı tərəflər arasında, ayrı-ayrı inzibati mübahisə pre dmeti olan işlərdə müəyyən edilmiş işin faktiki hallarını hazırkı mübahisəyə tətbiq etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.Etiraza əsasən cavabdeh kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2-1(103)-842/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun: Maddə

1. Prokurorluq orqanlarında qulluq keçmə 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. 1.2. Prokurorluq işçilərinin qulluq keçməsi "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır. Prokurorluq orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. Maddə

3. Qanunun tətbiqi sahəsi 3.1. Bu Qanun "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir. 3.2. Əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. 3.3. Prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin əmək münasi bətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 3.4. Hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların hərbi xidmətlərinin əsasları və şərtləri “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Azərbaycan Respublikası Silahlı X1” və hərbi qulluqçuların fəaliyyətini müəyyən edən digər normativ hüquqi aktlarla tənzimlənir. Maddə

20. Prokurorluq işçilərinin sosial müdafiəsi... 20.13. Prokurorluqda 35 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorl uq işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir. [42] ([42] 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 20.13-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Prokurorluqda 25 il qulluq etmiş və pensiya təminatı hüququndan istifadə etməyən prokurorluq işçisinə aylıq əmək haqqı ilə yanaşı ala biləcəyi pensiya məbləğinin 50 faizi ödənilir).... 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [44] ([44] 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Azərbay can Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 20.14-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir). Maddə

29. Prokurorluqda qulluq keçməyə xitam verilmə əsasları 29.1. Prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilər i istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: [32] ([32] 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.4-cü maddəyə “şəxslərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir). 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; [33] ([33] 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.4.1-ci maddədə “ 25” rəqəmləri “ 35” rəqəmləri ilə əvəz edilmişdir). 9.4.2. yaşa gör ə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. [34] ([34] 20 oktyabr 2009-cu il tarixli 895-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 877) ilə 9.4-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır). Maddə

24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunu n tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; müharibə illərində arxa cəbhədə iş müddəti ikiqat ölçüdə; cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti—ikiqat ölçüdə; bilavasitə islah-əmək müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrumetmə yerlərinin müalicə idarələrində keçən qulluq (iş) müddətinin hər üç iş günü — dörd iş günü kimi; yoluxucu xəstə məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah-əmək koloniyalarında qulluq (iş) müddətinin hər iki iş günü — üç iş günü kimi; həmin müəssisə, idarə və təşkilatlarda bilavasitə qulluq edənlərin ali və orta təhsil müəssisələrinin əyani şöbələrində aldıqları təhsilin müddətinin hər iki ayı bir ay qulluq müddəti kimi hesabl anır; tam naviqasiya dövrü ərzində su nəqliyyatında iş müddəti—bir illik staj sayılır. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti birin üçə nisbəti ilə hesablanır və onların iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarında tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır. Digər mövsümi işlər iş stajına faktik davamiyyət həcmində daxil edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli Əlavə “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” 2.1. Əlavə haqq almaq hüququ verən iş stajı şəxsin "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş prokurorluq işçilərinə aid olan vəzifəyə təyin edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır. 2.2. Əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxildir: 2.2.1. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluqda olduqları müddət; 2.2.2. həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət; 2.2.3. məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət; 2.2.4. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən seçkili orqanlara seçilmiş və sonra dan bilavasitə prokurorluq işçilərinə aid olan vəzifələrə təyin edilmiş işçilərin seçkili orqanlarda işlədiyi müddət; 2.2.5. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən müvafiq icra hakimiyyəti orqanlarının qərarına (sərəncamına) əsasən işlə əlaqədar xaricə göndərilmiş və qayıtdıqdan sonra bilavasitə prokurorluq işçilərinə aid olan vəzifələrdən birinə yenidən təyin edilmiş işçilərin xaricdə işlədiyi müddət; 2.2.6. prokurorluq işçilərinə aid olan vəzifədə qulluq edən qadınlara hamiləlik, doğum və uşağa qulluq etmək üçün verilən qanunvericiliklə nəzərdə tutulmuş sosial məzuniyyət müddətləri; 2.2.7. dövlət hakimiyyəti orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq struktur bölmələrində işləmiş (xidmət etmiş) və sonradan bilavasitə prokurorluq işçilərinə aid olan vəzifəyə təyin edilmiş işçilərin göstərilən orqanlarda işlədiyi (xidmət etdiyi) müddət; 2.2.8. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərti ilə işçinin qulluqdan ayrıldığı müddət; 2.2.9. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; 2.2.10. ödənişli məzuniyyət dövrləri. Bu bənddə nəzərdə tutulmayan digər fasilələr iş stajı hesablanarkən nəzərə alınmır. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”: Bənd 3.7. Əmək pensiyası hüququ verən sosial sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: - döyüş əməliyyatları dövrü ndə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında)– ikiqat ölçüdə;

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla belə, məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

33. İşin hallarına əsasən iddiaçı 6 mart 1992-ci il tarixədək Bakı Kondisioner Zavodunda fəhlə işləmiş, 4 mart 1992-ci il tarixdə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul edilmişdir. İddiaçı 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmiş, Baş prokurorun 6 yanvar 2016-cı il tarixli əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 28 dekabr 2005-ci il tarixli 10/441 -k №-li əmri ilə ona kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluqdan xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçının prokurorluq orqanlarında iş stajı 23 il 10 ay 02 gün təşkil edir və həmin stajın 4 mart 1992-ci il tarixdən 24 may 1993-cü il tarixədək 01 il 02 ay 20 günü Laçın rayon prokurorluğunda xidmət etdiyi müddət olmuşdur. 34. “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.

35. İddiaçının 6 yanvar 2016-cı il tarixdə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilərkən cavabdeh onun prokurorluq orqanl arında xidmət illərini 23 il 10 ay 2 gün hesablamışdır. 36. 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etməsinə dair sənədə istinad edən iddiaçı hesab edir ki, döyüşlərdə olduğu 3 il 9 ay müddət ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyi cavabdehə həvalə olunmalıdır.

37. Yuxarıda qeyd edilən qanunvericilik a ktları iddiaçının döyüşlərdə iştirak etdiyi dövrün onun prokurorluq orqanlarında xidmət illərinə hesablanmasını nəzərdə tutmamışdır. İşin hallarına görə iddiaçı 1992-ci ilin mart ayına qədər kondisioner zavodunda işləmiş, həmin vaxtdan prokurorluq orqanlarında xidmət etməyə başlamışdır. İddiaçı döyüş əməliyyatlarında iştirak edənə qədər və döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə prokurorluq orqanlarında işləməmişdir.

38. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hes ablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən aiddir.

39. İddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmət keçməmişdir.

40. Odur ki, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək olan dövrün prokurorluq orqanlarında xidmət illərinə hesablnaması barədə iddianı rədd edərkən apelyasiya məhkəməsi haql ı olmuşdur.

41. Məhkəmə kollegiyası onu nəzərə alır ki, iddiaçının “1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdeh pensiya təyin edən orqanın üzərinə qoyulmasına dair iddia ilə əvvəllər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati-İqtisadi Məhkəməsi 14 fevral 2017-ci il tarixli, 2-1(81)-1004/2017 saylı qərarla iddianı təmin etmişdir. Həmin qərardan cavabdehin verdiyi apelyasiya şikayəti Ba kı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli, 2-1(103)1031 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilməmişdir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli qərarında vurğulamışdır ki, iddiaçının 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə iştirak etdiyi müddət ikiqat ölçüdə onun ümumi stajına daxil edilə bilər, lakin prokurorluq orqanlarında tələb olunan xüsusi stajına daxil edilməsi yolverilməzdir.

43. Bəhs olunanlara əsasən iddiaçının1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı döyüşlərdə olduğu 3 il 9 ay müddət ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası əsaslı olmadığından kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-842/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar