Məhkəmə qərarları › İş №2-1(102)-1716/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1716/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1716/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı “Ukraynanın V.N. Kazarin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş Dl 046625 nömrəli 01.07.2014-cü il tarixli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)241/19 saylı iş üzrə 24.01.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1993-cü il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2010-2014-cü illərdə V.N.Karazin adına Xarkov Milli Universitetini əyani təhsilalma formasında “X1” ixtisası üzrə bakalavr təhsilini almışdır. Ona verilm iş diplom və ona əlavə Ukrayna Təhsil və Elm Nazirliyinin apostil möhürü ilə təsdiq edilmişdir. O, diplom üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu şifahi olaraq diplomu tanınmadığını, sonradın isə ona ünvanladığı 26.07.2018-ci il tarixli məktubunda ekspert qrupunun 13.11.2015-ci il tarixli rəyinə əsasən ona imtinaya dair eyni tarixli məktub göndərildiyini bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin onun müraciətinin təmin olunmasından imtina etməsi qanunsuz və əsassızdır. İddiaçı Orxan İlqaroğluQuluzadə cavabdehTəhsilNazirliyininAkkreditasiyavə Nostrifikasiya İdarəsinə qarşı “UkraynanınV.N. Kazarinadına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş Dl 046625 nömrəli 01.07.2014-cü il tarixli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 02.10.2018-ci il tarixli iş № 2-1(82)3759/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.01.2019-cu il tarixli iş № 2-1(103)-241/19 (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 02.10.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiaçının Ukrayna Respublikasına gediş-gəlişinin hamısı birbaşa olmamışdır. İddiaçı Ukraynaya gediş-gəlişlərinin bir qismi Türkiyə və Rusiya Respublikalarının ərazilərindən həyata keçirilmişdir. Sübut – iddiaçının Pasportundakı Ukrayna Respublikasının müvafiq sərhəd xidməti tərəfindən vurulmuş ştamplar. İddiaçı aşağıdakı tarixlərdə Ukrayna Respublikasına giriş-çıxış etmişdir: Səhifə 33: 27.08.2010–1 9.11.2010 – 2 ay 22 gün 28.11.2010–20.01.2011 – 1 ay 22 gün Səhifə 7: 08.02.2011–25.02.2011 – 17 gün Səhifə 33: 16.03.2011–28.03.2011 – 12 gün 28.05.2011–27.01.2012 – 7 ay 29 gün Səhifə 7: 12.02.2012–04.05.2012 – 2 ay 22 gün Səhifə 32: 30.05.2012–03.09.2012 – 4 ay 20.10.2012–11.01.2013 – 3 ay Səhifə 30: 04.02.2013–10.05.2013 – 3ay 6 gün 14.06.2013–31.08.2013 – 2 ay 26 gün 20.09.2013–18.01.2014 – 4 ay 8 gün 25.01.2014–01.06.2014 – 5 ay 5 gün 21.06.2014– Cəmi: 38 ay 19 gün. Sübut - İddiaçının Pasportundakı Ukrayna Respublikasının müvafiq sərhəd xidməti tərəfindən vurulmuş ştamplar. Məhkəmə 2010–2014-cü illəri əhatə edən tədris dövründə hər il 9 aylıq tədris müddətinə uyğun olan davamiyyəti (Ukraynada olma müddəti) müəyyən edilmədiyinə istinad edərək 6572 saat fənlər üzrə tədrisini, 2 həftə k ompüter təcrübəsini, 4 həftə xarici iqtisadi təcrübəsini, 18 həftə diplom işi üzərində işi mənimsəməsini mümkünsüz hesab edir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının diqqətinə çatdırırıq ki: Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il, 367-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması barədə” Konvensiyaya istinad edərək (ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər ixtisasın tanınmasından imtina oluna bilər) Ekspertiza qaydasının tətbiq edilməsini qanunamüvafiq hesab edir. Nə Təhsil Nazirliyi, nə “Ekspert Qrupu” iddiaçının aldığı təhsilin Azərbaycan Respublikasının ali təhsil ixtisasları ilə əhəmiyyətli fərqin olduğunu irəli sürmədiyi halda məhkəmə normativ hüquqi aktları yanlış şərh edərək əhəmiyyətli fərq müəyyən etməsi (Əhəmiyyətli fərq tədris planının və proqramlarının məzmunu ilə bağlı deyil, attestasiya sistemləri ilə bağlı deyil, öyrənilmiş fənlərin həcmi ilə bağlı deyil, fənlər üzrə attestasiyanın nəticələri ilə bağlı deyil, istehsalat təcrübəsi və onun müddəti ilə bağlı deyil və eyni zamanda yekun attestasiyasının nəticəsi ilə bağlı deyil) yanlış qərar qəbul etməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ek vivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Əsassız istinadlar Ekspertiza qaydasının tətbiq edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli, 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının texniki-peşə və Ukraynanın texnikipeşə məktəblərini bitirmək haqqında verilən diplom və attestatlar işə qəbul edilərkən, peşə və ixtisas dərəcəsindən asılı olaraq onların təhsil müddəti və təhsilin məzmunu uyğun gəldiyi halda qarşılıqlı surətdə tanınır və ekvivalent sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Təhsil Nazirliyinin apelyasiya şikayəti Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasındakı beynəlxalq Sazişin tələbləri və Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalarda müəyyən edilmiş tələblərin ekspertizası ilə deyil, gediş-gəlişlə bağlıdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikas ı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda təhsilin dərsə davamiyyət və ya Təhsil Nazirliyinin şikayətində qeyd edilən gediş-gəliş tələbləri nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2-1(103)-241/2019 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edər ək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24.01.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 24.01.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24.01.2019-cu il tari xli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24.01.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasas iya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək, Ukrayna Respublikasının “V.N.Karazin adına Xarkov Milli Universiteti” tərəfindən İddiaçı adına verilmiş 01 iyul 2014-cü il tarixli, Dİ 046625 nömrəli diplomun tanınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 24 yanvar 2019-cu il tarixli, 2-1(103)-241/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual M əcəllənin 62.3, 73.1–73.3-cü maddələrinə, “Təhsil haqqında” Qanunun 6.3-cü maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2, 3.6, 3.7-ci bəndlərinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qənaətə gəlinərkən müəyyən edilmişdir ki, iddiaçı Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetində “əyani” təhsilalma formasında “X1 və Turizm Fakültəsində” 2010–2014-cü illərdə təhsil almış və həmin müddət illər ərzində onun fənlər üzrə tədris müddəti 6572 saat, kompüter təcrübəsi 2 həftə, xarici iqtisadi təcrübə 4 həftə, diplom işi üzərində iş 18 həftə təşkil etmişdir. Lakın apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan, iddiaçının Azərbaycan Respublikasından çıxışı-girişi barədə sərhədkeçmə məlumat vərəqi, hətta iddiaçının özünün, pasportu əsasında təhsili ilə bağlı Ukrayna Respublikasına gəlişi-gedişi barədə hesablamaları təhlil olunduqda, onun 2010-2014-cü illəri əhatə edən tədris dövründə hər il 9 aylıq tədris müddətinə uyğun olan davamiyyəti (Ukraynada olma müddəti) müəyyən edilmir. Belə olan halda, onun tərəfindən diplomun əlavəsində göstərilən həcmdə (fənlər üzrə tədris müddəti 6572 saat, kompüter təcrübəsi 2 həftə, xarici iqtisadi təcrübə 4 həftə, diplom işi üzərində iş 18 həftə) tədris yükünün mənimsəməsi istisna edilir. Cavabdehin məhkəməyə təqdim etdiyi “Ekspert qrupu”nun 13 yanvar 2015-ci il tarixli rəyində də məhz ekspertlər tərəfindən qeyd olunur ki, ekspertlər bu qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetirilməsi qeyri-mümkün hesab edilərək diplomun tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının Ukraynanın sözügedən ali təhsil müəssisəsində əyani təhsilalma formasında bakalavr səviyyəsində almalı olduğu dörd illik təhsil müddətinə uyğun gəlmir. Bu səbəbdən də həmin müddət ərzində onun yuxarıda qeyd olunan tədris yükünü mənimsəməsi mümkün deyil. Beləliklə də, bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının xarici ölkədə aldığı ali təhsilin məzmunu Azərbaycan Respublikasının təhsilə olan dövlət standa rtlarının yuxarıda qeyd olunan tələblərinə uyğun gəlmir və əhəmiyyətli dərəcədə fərqlənir. Belə olan halda, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Vİ.1-ci maddəsində göstərilir ki, razılığı gələn tərəfə belə bir diskression səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır. Belə ki, iddiaçı kasasiya şikayətində qeyd edir ki, iddiaçı Ukrayna Respublikasına gedişgəlişinin hamısı birbaşa olmamışdır. İddiaçı Ukraynay a gediş-gəlişlərinin bir qismi Türkiyə Respublikası və Rusiya Federasiyası ərazilərindən həyata keçirilmişdir ki, bu fakt iddiaçının ümumvətəndaş pasportundakı Ukrayna Respublikasının müvafiq sərhəd xidməti tərəfindən vurulmuş ştamplarla təsdiq olunur. İddiaçı aşağıdakı tarixlərdə Ukrayna Respublikasına giriş-çıxış etmişdir: 27.08.201019.11.2010 - 2 ay 22 gün, 28.11.2010-20.01.2011 - 1 ay 22 gün, 08.02.2011-25.02.2011 - 17 gün, 16.03.2011-28.03.2011 - 12 gün, 28.05.2011-27.01.2012 - 7 ay 29 gün, 12.02.2012-04.05.2012 - 2 ay 22 gün, 30.05.2012–03.09.2012 - 4 ay, 20.10.2012-11.01.2013 - 3 ay, 04.02.2013-10.05.2013 3 ay 6 gün, 14.06.2013-31.08.2013 - 2 ay 26 gün, 20.09.2013-18.01.2014 - 4 ay 8 gün, 25.01.2014-01.06.2014 - 5 ay 5 gün, 21.06.2014 Beləliklə, iddiaçı 2010-2014-cü illərdə təhsil a ldığı Ukrayna Respublikasında cəmi: 38 ay 19 gün olmuşdur ki, bu fakt da iddiaçının Pasportundakı Ukrayna Respublikasının müvafiq sərhəd xidməti tərəfindən vurulmuş ştamplarla sübut olunur. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən mötəbər sübutları nəzərə almamış və bunun nəticəsində yanlış qənaətə gəlmişdir, halbuki iddiaçının Ukrayna Respublikasında olduğu sözügedən müddət fənlər üzrə tədris saatlarını, kompüter təcrübəsini, xarici iqtisadi təcrübəni və diplom işi müddətini tam əhatə edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Ukrayna Respublikasının “V.N.Karazin adına Xarkov Milli Universiteti” tərəfindən verilmiş Dİ 046625 nömrəli diplomun notariat qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 2014-cü ildə V.N.Karaz in adına Xarkov Dövlət Universitetini bitirmiş və ona X1 ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. İşə əlavə edilən Ukrayna Respublikasının “V.N.Karazin adına Xarkov Milli Universiteti” tərəfindən verilmiş Dİ 046625 nömrəli diploma əlavənin notariat qaydasında təsdiq və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 2010-cu ildən 2014-cü ilədək V.N.Karazin adına Xarkov Dövlət Universitetinin X1 və X2 tədris müddəti ərzində tədris sahəsi üzrə imtahan və testləri keçmişdir. X1 şöbəsində “Yaxşı” qiyməti ilə “Ukrayna - X3” mövzusunda Diplom işini müdafiə etmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Həm in Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafi q icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci və 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni ak ademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası nın Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbayca n Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -·xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümum i normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -·xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının t anınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin bəndin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçiril mədən verilir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomlar o halda tanıyır ki; onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəc əsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Belə olan halda, məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilmə si ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı cavabdeh “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğuna deyil, yalnız iddiaçının aldığı təhsil müddətinə münasibət bildirməklə kifayətlənmişdir. Halbuki, qanunvericilikdə iddıaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan R espublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı Ukrayna Respublikası “V.N.Karazin adına Xarkov Milli Universiteti” tərəfindən verilmiş Dİ 046625 nömrəli diplomunun tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək, Ukrayna Respublikasının “V.N.Karazin adına Xarkov Milli Universiteti” tərəfindən İddiaçı adına verilmiş 01 iyul 2014-cü il tarixli, Dİ 046625 nömrəli diplomun tanınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 21(103)-241/19 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbu l edilsin. İddia tələbi təmin edilsin. Ukrayna Respublikasının “V.N.Karazin adına Xarkov Milli Universiteti” tərəfindən İddiaçı adına verilmiş 01 iyul 2014-cü il tarixli, Dİ 046625 nömrəli diplomun tanınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar