Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1716/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) 19.08.2020 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Ziyad Abbaszadənin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması tələbinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kol legiyasının 21(108)-07/2020 nömrəli iş üzrə 01.06.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 avqust 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Cəhri kəndində anadan olmuşdur. Cavabdeh dövlət orqanı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı ona Azərbaycan Respublikasının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə (bunda n sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13.04.1979-cu il tarixdə Babək rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. 04.05.1981-ci il tarixdə keçmiş SSRİ ordusunun vaxtında (Polşa Xalq Respublikasında) həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. Azərbaycan-Ermənistan müharibəsinin başlanması ilə əlaqədar 1992-ci ilin may ayının 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq NDM Komitəsinə təhvil verilərək SədərəkKərki-Kərməçataq kəndləri ərazisində NDMK-in əsgərləri ilə və onunla səfərbər olunan yoldaşları ilə birlikdə Miltəpə 4 nömrəli postunda torpaqları müdafiə etmişdir. Atəşkəs elan olunandan sonra 29.06.1992-ci ildə tərxis olu naraq evə buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qərargah rəisi mayor S.Məmmədov tərəfindən X1 Komitəsinin qoşun tərkibində may-iyun aylarında Sədərək Kərməçataq döyüşlərində iştirak etdiyinə görə 28.09.1992-ci il tarixdə 238 nömrəli arayış onun döyüşdə iştirakını təsdiqləyir. Azərbaycan Respublikasının vətən müharibəsi veteranlar birliyinin sədri A.Cəfərov tərəfindən 08.08.1997-ci il tarixdə verilmiş 203 nömrəli arayış veteranlar birliyinin üzvü olduğunu təsdiqləyir. Hərbi biletin 7-ci səhifəsində mayiyun aylarında Sədərək-Kərki döyüşlərində iştirak etməsi qeyd olunaraq NDMK-nın qərargah rəisi S.Məmmədov tərəfindən möhürlə təsdiqlənmişdir. Birinci instansiya məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-1(087)-132/2019 nömrəli (sədrlik edən haki m Hicran Muradov) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Qafar Bayram oğluMəhərrəmova “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.12.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.06.2020-ci il tarixli, 2-1(108)07/2020 nömrəli (hakimlər Vera Kuimova - sədrlik edən və məruzəçi, Yusifəli Qurbanov və Mehman Allahverdiyev) qərarı ilə birinci instansiya məhkəməsinin 27. 12.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,arxiv arayışına əsasən iddiaçının hərbi xidməti tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanının vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları nda iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döy üş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Məhkəmə tərəfindən mötəbər hallara qiymət verməməsi mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi, qeyd etdiyi normativ hüquqi aktla tələblərinin tətbiq etməməsi isə maddi hüquq normaların pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiyi sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu idi. Qeyd olunanlar isə qərarın əsassız olması barədə bildirir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2020-ci il tarixli, 2-1(108)-07/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01.06.2020-ci il tarixli, 2-1(108)-07/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün geri qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İddiaçı kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 01.06.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01.06.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik n ormalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 01.06.2020-ci il tarixli, 2-1(108)-07/2020 nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edil məməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, arxiv arayışına əsasən iddiaçının hərbi xidməti tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanının vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ v ermir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında işti rak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Məhkəmə tərəfindən mötəbər hallara qiymət verməməsi mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi, qeyd etdiyi normativ hüquqi aktla tələblərinin tətbiq etməməsi isə maddi hüquq normaların pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiyi sübutlarla və işdə olan digər materiall arla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu idi. Qeyd olunanlar isə qərarın əsassız olması barədə bildirir. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının «Veteranlar haqqında» Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müd afiə, Daxili işlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmay ılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməli yyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut ed ən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin qərarın qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsu liyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası 23 dekabr 2011-ci il tarixli 274-İVQ saylı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar ləğv edilən Azərbaycan Respublikası 03 noyabr 1992-ci il tarixli 362 saylı “Hərbi xidmət haqqında” Qanunun 8-ci maddəsinə əsasən ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən Ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya b uraxılırlar. Hal hazırda qüvvədə olan Azərbaycan Respublikası 23 dekabr 2011-ci il tarixli 274İVQ saylı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir. Bununla yanaşı iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atəşkəs elan olunandan sonra 29.06.1992-ci ildə tərxis olunaraq evə buraxılmışdır. İş materiallarından görünür ki, İddiaçı 1992-ci ilin may-iyu l aylarında X1 Komitəsinin qoşun tərkibində Sədərək döyüşlərində səfərbər olunmuş əsgər kimi iştirak etmiş, lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən iddiaçının ehtiyata buraxılması haqqında heç bir sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin sübutların araşdırılması və qiymətləndirilməsi barədə tələblərinə də riayət olunmamış, iddiaçının 1992-ci ilin may-iyul aylarında X1 Komitəsinin qoşun tərkibində Sədərək döyüşlərində səfərbər olunmuş əsgər kimi iştirak etdikdən sonra ehtiyata buraxılıb-buraxılmaması halı araşdırılmamışdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə yenidən baxılarkən İddiaçı 1992-ci ilin may-iyul ayları nda X1 Komitəsinin qoşun tərkibində Sədərək döyüşlərində səfərbər olunmuş əsgər kimi iştirak etdikdən sonra ehtiyata buraxılıbburaxılmaması halı araşdırmalı, buraxıldığı halda isə bununla bağlı müvafiq mötəbər sübutlar işə əlavə edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2020-ci il tarixli,2-1(108)-07/2020 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1716/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1716/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver