Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1716/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs "xxxx" ASC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan respublikası Mərkəzi Bankına (üçüncü şəxs "xxxx" ASC-nin iştirakı ilə) qarşı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1348/2021 nömrəli iş üzrə 16.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən ona hesablanmış 7955.48 manat qalıq kredit borcunun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti olmaqla) müddətinə restrukturizasiyanın təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla ‘'Muğanbank” ASC arasında bağlanmış 25.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 28%-lə 48 ay müddətinə 8039 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfindən 26.10.2015-ci il tarixinədək banka 2257 ABŞ dolları ödəyib. Lakin sonralar devalvasiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5671/2016 saylı 09.06.2016-ci il tarixli icra sənədinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə cəmi 10.624.71 ABŞ dolları məbləğində pul vəsaitinin alınması qət edilmişdir. Həmin icra sənədi əsasında 09.10.2017-ci il tarixindən etibarən “problemli kreditlərlə bağlı kompensasiyanın verilməsi ilə bağlı" Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının qəbul edilməsinə kimi onun təqaüdündən 261,77 manat məcburi qaydada tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə edərkən ona məlum olmuşdur ki, cavabdeh banka 01.03.2019-cu il tarixinə kimi guya onun cavabdeh banka manat ekvivalentində 12.294.83 manat əsas kredit borcu olmuş, hesablanmış kompensasiya məbləği 4.339.35 manat təşkil etmiş və borcun azaldılmasına yönəldilməsinə nəticəsində qalıq borc 7.955,48 manat təşkil etmişdir. Məlu m Fərmandan sonra cavabdeh bank tərəfindən borcun restrukturizasiya ilə bağlı heç bir tədbir görülməmiş, vaxtilə hesablanmış faiz borcu və cərimələr silinməmişdir. Palataya təqdim edilən məlumatda onun guya 21.12.2015-ci il tarixinə 7232,25 ABŞ dolları məbləğində əsas kredit borcunun olduğu göstərilmişdir. Halbuki, vaxtilə 2016-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi ilə onun 7232,25 ABŞ dolları əsas, 3392,46 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Fərmanın qəbulundan sonra banka müraciət etdikdə onun borcunun restruktruzasiya olunacağı bildirilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasına etdiyi müraciət cavabdehə yönləndirilmişdir. Bank tərəfindən bildirilmişdir ki, guya istər borc məbləği, istərsə də kompensasiya məbləği düzgün hesablanmışdır. Ona hesablanmış kredit borcunun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturuzasiya olunması ona təklif olunmamışdır. Nərimanov Rayon Məhkəməsinə oxşar iddia ərizəsi ilə cavabdeh "xxxx" ASC-yə qarşı müraciət etmiş, 24.09.2020-ci il tarixdə məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edərək, ona inzibati məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(112)-1926/2021 nömrəli qərarı ilə (sədrlik edən Nəriman Abıyev) iddiaçının iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-nin 14.3, 58.7, 68.1, 68.2, 73.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə, A zərbaycan Respublikası Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının 1, 2, 7.1, 8.6, 8.8-ci bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır..
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(112)-1926/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1348/2021 nömrəli qərarı ilə (hakimlər Həmid Həmidov sədrlik edən, məruzəçi, Cahangir Yusifov və Elmira Nağıyevadan) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09.02.2021-ci il tarixli, 21(112)-1926/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normaları, eləcə də sözügedən Fərmanın icrası ilə bağlı təsdiqlənmiş qaydaların 6.16-cı bəndini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı tələblə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş və sonuncu tərəfindən ona 26.10.2020-ci ildə cavab məktubu verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana müvafiq olaraq 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Onun krediti üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17.000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Sözügedən Fərmanın icrası məqsədilə “F iziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiqlənmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 09.02.2021-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" ASC-nin bazasına əsasən 28 fevral 2019-cu il tarixli Fərmanın qüvvəyə mindiyi tarixə 01.09.2019-cu il tarixinə İddiaçı 25.02.2015-ci il tarixli 0211112/2015 saylı kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 219 gün gecikdirilməsi təşkil etmişdir. Halbuki, onun sonuncu ödənişi 09.10. 2017-ci ilə təsadüf edir.
9. Apelyasiya məhkəməsi cavabdehin imtinasını q anuni və əsaslı hesab edərək iddia tələbimi rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı "Muğanbank” ASC ilə aralarında bağlanmış 25.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, onun 01.09.2019-cu il tarixə borcun ödənilməsinin gecikmə günləri 219 gün təşkil etməklə, Fərmanın tələblərində nəzərdə tutulmuş 360 gündən azdır. O, əvvəllər Banka ödəniş edib, son ödənişi isə Qarabağ müharibəsi iştirakçısı olduğundan nədənsə bir dəfə əmək haqqından çıxılmışdır. Həmin ödəniş 09.10.2017-ci ilə təsadüf edir. Bu barədə "xxxx" ASC-dən aldığı cədvəl əyani sübutdur.
10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(103)-1348/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın tam təmin olunması barəd ə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16.06.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin e dilməsini,, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16.06.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə və apelyasiya instansiyası məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(103)-1348/2021 nömrəli qərarı ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş 20.11.2020-ci il tarixli M/03-7429 №-li arayışda göstərilmişdir ki, "xxxx" ASC-nin “Şərq” filialı ilə İddiaçı arasında bağlanmış 25.02.2015-ci il tarixli 021112/2015 saylı kredit müqaviləsinə əsasən illik 28 % dərəcəsi ilə, 48 ay müddətinə 8.039.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş 8.039.00 ABŞ dolları krediti üzrə aparılmış ödənişlər aşağıdakı kimi olmuşdur: 29.03.2015-ci il - 280.18 (əsas borc 92.60, faiz borcu 187,58); 27.04.2015-ci il280.18 (əsas borc 94.48, faiz borcu 185,70); 22.05.2015-ci il- 0,50 (əsas borc 0,36, faiz borcu 0,14); 25.05.2015-ci il - 281,00 (əsas borc 97.80, faiz borcu 183,20); 25.06.2015-ci il- 280.00 (əsas borc 99,08, faiz borcu 180,92); 31.08.2018-ci il -281.00 (əsas borc 0, faiz borcu 281.000); 01.10.2015-ci il - 575.00 (əsas borc 313.72, faiz borcu 261.28); 26.10.2015-ci il-280.00 (əsas borc 108.71, faiz borcu 171.29); 09.10.2017-ci il153.96 (əsas borc 0, faiz bocu 153.96); 19.04.2019-cu il - 2552.56 (əsas borc 2552.56, faiz borcu 0). Cəmi ödənilmiş məbləğ 4964.38 (əsas borc 3359.31, faiz borcu 1605.07). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2016-cı il tarixli 2(006)-5671/2016 saylı Məhkəmə əmri ilə, kreditor "xxxx" ASC-nin ərizəsinə əsasən borclu İddiaçı əsas məbləğ üzrə 7.232,25 ABŞ dolları, faiz üzrə 3.392,46 ABŞ dolları, cəmi 10.624,71 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. “Elektron informasiya sistemindən” çıxarılmış İddiaçı 21 fevral 2015-ci il tarixə "xxxx" ASC-də olan kredit borcu üzrə 7.232,25 ABŞ dolları, hesablanmış kompensasiya 4.339,35 manat, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu 12.294,83 manat, borcun azaldılmasına yönəldilən məbləğ 4.339,35 manat, qalıq borc məbləği 7.955.48 manat göstərilmişdir. İddiaçı hazırkı tələblə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş və sonuncu tərəfindən ona 26.10.2020-ci ildə cavab məktubu verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019- c u il tarixli Fərmana müvafiq olaraq 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Onun krediti üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17.000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Sözügedən Fərmanın icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tə tbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiqlənmişdir. Qaydanın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi 31.12.2019-cu il nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 09.02.2021-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" ASC-nin bazasına əsasən 28 fevral 2019-cu il tarixli Fərmanın qüvvəyə mindiyi tarixə 01.09.2019cu il tarixinə İddiaçı 25.02.2015-ci il tarixli 0211112/2015 saylı kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 219 gün gecikdirilməsi təşkil etmişdir.
20. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavab dehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
21. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir.
22. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır.
23. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödən iş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir.
24. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
25. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı k eçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir.
26. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir.
27. İddiaçının kasasiya şikayətində yazdığı faktiki olaraq yeganə dəlili ondan ibarətdir ki, iddiaçının son ödənişi, onun əmək haqqından, təqaüdündən 09.10.2017-ci il tarixdə çıx ılmış 261,77 manat olmuşdur ki, belə olan halda kredit borcunun ödənilməsinin gecikmə günləri 360 gündən də çoxdur, yəni sözügedən Fərmanın müddəaları iddiaçının kredit borcuna da tətbiq edilməlidir.
28. Bununla əlaqədar qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini 2 (iki) səbəblə əsaslandırmışdır ki, bunlardan biri-iddiaçının kasasiya şikayətində göstərdiyi yeganə dəlillə bağlı, digəri isə-apelyasiya məhkəməsinin 16.06.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində yazdığı kimi “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi 31.12.2019-cu il nəzərdə tutulmuşdur. İş materiallarından da görünür ki, İddiaçı hazırki tələbi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına daha gec 2020-ci ilin oktyabr ayında müraciət etmişdir.”
29. Apelyasiya instansiyası məhkəməsinin 16.06.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində göstərdiyi birinci səbəb-yəni iddiaçının 01.09.2019-cu il tarixə borcun öd ənilməsinin gecikmə günlərinin 219 gün təşkil etməsi, "xxxx" ASC-nin yalnız 09.02.2021-ci il tarixli məktubunda qeyd edilsə və digər bank sənədləri ilə bunun müfəssəl və tam açıqlaması verilməsə də, burada əsas və həlledici məsələ yuxarıda göstərilmiş 2 (ikinci) səbəbdir, yəni iddiaçının Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının 6.16-cı bəndində nəzərdə tutulmuş iddiaçının iddiasında qaldırdığı tələblə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına 31 dekabr 2019-cu il tarixinə qədər müraciət etməməsidir.
30. Belə ki, işdə Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçıya iddiada irəli sürdüyü tələblə əlaqədar cavabı 26.10.2020-ci il tarixdə verilmiş, iddiaçı tərəfindən isə cavabdehə 31.12.2019-cu il tarixdən əvvəl müraciət etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim ed ilməmişdir.
31. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
32. Həmçinin qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehə 31.12.2019-cu il tarixinə qədər müraciət etməməsini, bununla da sözügedən Fərmanının icrası ilə bağlı təsdiqlənmiş qaydaların 6.16-cı bəndində müəyyən edilmiş müddətə riayət etməməsini t əkzib edən hər hansı bir dəlil ümumiyyətlə irəli sürülməmişdir.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 16.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1348/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.