Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1716/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınd a Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun işlədiyi müvafiq illərin sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)181/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 noyabr 1978-ci il tarixdən 19 dekabr 1980-cı il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 2. 43 saylı "xxxx" MMC-nin 51 saylı 6 may 2019-cu il tarixli arayışına əsasən, iddiaçı həqiqətən də sözügedən MMC-də qaynaqçı işləmişdir.
3. Bərdə rayon Dövlət Arxivinin 180 saylı 25 dekabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, "xxxx" X1 sənədləri rayon Dövlət Arxivində mühafizə edilmir. 4. 11 aprel 2005-ci il tarixli təhvil aktından görünür ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının 75 saylı 31 dekabr 1991-ci il tarixli Sərəncamı ilə qeydə alınmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin HŞDQ üzrə Bərdə rayon şöbəsində 07 oktyabr 2004-cü il tarixli 10/55 saylı arayışla uçota alınmış "xxxx" X3 təsisçisinin 11 aprel 2005-ci il tarixli qərarı ilə adı və təşkilatı-hüquqi forması dəyişdirilərək yenidən təşkil edilmiş və "xxxx" MMC-yə çevrilmişdir. Həmin tarixli qərardan görünür ki, "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsində dəyişiklik edilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinin elektron çıxarışından görünür ki, "xxxx" MMC 7 oktyabr 2 004cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
5. Bərdə rayonu “Abadlıq” Kooperativi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli, 23 saylı arayışa əsasən, İddiaçı 2 oktyabr 1989-cu il tarixdən 4 iyul 1990-cı il tarixə kimi “Abadlıq" Kooperativdə elektrik qaynaqçı işləyib, əməkhaqqı fondundan 25% hesablanmış Dövlət Sosial Müdafiə Fonduna Bank vasitəsi ilə köçürülüb. İddiaçının “Abadlıq” Kooperativdə 2 oktyabr 1989-cu il tarixdən 4 iyul 1990-cı il tarixə kimi işlədiyi elektrik qaynaqçı peşəsi zərərli olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmədə olan "Ümumi peşələr” adl anan siyahıda “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin funksiyaları ilə onun gördüyü işin funksiyaları ilə eynilik təşkil edir.
6. AR "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli, 021 nömrəli arayışa əsasən, iddiaçı 2 oktyabr 2006-ci il tarixdən 16 oktyabr 2007 ci il tarixə kimi "xxxx" MMCdə qaynaqçı işləyib əməkhaqqı fondundan 25% hesablanmış Dövlət Sosial Müdafiə Fonduna Bank vasitəsi ilə köçürülüb. İddiaçının “Əlioğlu’’ MMC-də 2 oktyabr 2006-cı il tarixdən 16 oktyabr 2007-ci il tarixə kimi işlədiyi qaynaqçı peşəsi zərərli olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs ına əsasən 35-ci bölmədə olan “Ümumi peşələr” adlanan siyahıda “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin funksiyaları ilə onun gördüyü işin funksiyaları ilə eynilik təşkil edir. 7. 43 saylı "xxxx" MMC tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli, 24 saylı arayışa əsasən, iddiaçı 26 avqust 1998-cı il tarixdən 13 yanvar 1999-cu il tarixə kimi 23 saylı yol sahəsində fəhlə, 13 yanvar 1999-cu il tarixdən 2 oktyabr 2006-cı il tarixə kimi qaynaqçı, 23 oktyabr 2007-ci il tarixdən 1 avqust 2012-ci il tarixə kimi UAZ markalı avtomaşında sürücü, 1 avqust 2012-ci il tarixdən 2 mart 2015-ci il tarixə kimi Bitum səpən avtomaşında sürücü, 2 mart 2015-ci il tarixdən 2 avqust 2016-ci il tarixə kimi Topaş markalı avtomaşında sürücü və 2 avqust 2016-cı il tarixdən 3 yanvar 2019-cu il tarix ə kimi yol xətti fəhləsi işləyib 13 yanvar 2019-cu il tarixdən 2 oktyabr 2006-cı il tarixə kimi işlədiyi qaynaqçı peşəsi, 1 avqust 2012-ci il tarixdən 2 mart 2015-ci il tarixə kimi bitum səpəm avtomaşınında işlədiyi sürücü peşəsi zərərli olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli,12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmədə olan “Ümumi peşələr” adlanan siyahıda “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin funksiyaları ilə onun gördüyü işin funksiyaları ilə eynilik təşkil edir.
8. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
9. Cavabdeh 8 oktyabr 2019- cu il tarixli, **********8 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının 1 avqust 1990-15 aprel 1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" X2 işləməsi barədə arxiv sənədləri saxlanılmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müvafiq illəri sığorta stajı kimi nəzərə almaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayonunun Mirzalıbəyli kəndində doğulmuşdur və orada qeydiyyatda olmaqla yaşayır. Güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar Bərdə regional şəhər “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət etmiş, ərizəsində xx.xx.1989-cu il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayonunda "xxxx" X2 4-cü dərəcə elektrik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla pensiyanın təyin olunmasını xahiş etmişdir. Lakin ona pensiya təyin olunmasından imtina edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-776/2020 nömrəli, 2 mart 2020-ci il tarixli qərardadı ilə (hakim E.T.Axundov) ərizə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, 1 avqust 1990-cı il tarixdən 15 aprel 1993-cü il tarixədək Bərdə rayonunda "xxxx" X2 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində iş stajı sosial sığorta stajına daxil edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-594/2021 nömrəli,16 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.M.Ağayev /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. a) kassasiya instansiya sı məhkəməsində icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)936/2021 nömrəli, 8 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 11 yanvar 2022-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilərək, "xxxx" MMC-nin (VÖEN **********) əvvəlki təşkilatıhüquqi forması dəyişdirilən Ramin X1 hüquqi şəxs kimi 31 dekabr 1991-ci ildə Bərdə Rayon İcra Hakimiyyətində 75 nömrəli sərəncamla qeydiyyatdan keçməsi və Ədliyyə Nazirliyinin HŞDQ Bərdə şöbəsində 7 oktyabr 2004-cü ildə 10/55 nömrəli arayışla uçota alınması barədə sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
21. Qeyd edilən sorğuya 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavab verilərək, "xxxx" MMC-nin qeydiyyatına və uçotuna əsas olmuş sənədlərin (Uçota 5 alınma haqqında 10/55 nömrəli 7 oktyabr 2004-cü il tarixli arayış, 246/10 nömrəli, 4 oktyabr 2004cü il tarixli arxiv çıxarışı və 7 iyul 2008-ci il tarixli nizamnamənin titul vərəqi) surətləri məhkəməyə təqdim edilmişdir.
22. Məhkəmə tərəfindən cavabdehə 13 yanvar 2022-ci il tarixdə sorğu verilərək, iddiaçının 2 oktyabr 2006-cı il tarixdən 16 oktyabr 2007-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı peşəsində işlədiyi müddətdə ona verilən əmək haqqından müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta yığımlarının ödənilibödənilməməsi barədə məhkəməyə məlumat verilməsi, ödənildiyi təqdirdə həmin sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğuya 1 fevral 2022-ci il tarixdə cavab verilərək, İddiaçı məlumatları (FİN və ya SSN) və "xxxx" MMC-nin rekvizitləri (SUN və ya VÖEN) qeyd edilmədiyindən müraciətin araşdırılması tərəfimizdən mümkün olmadığı bildirilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-181/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.İ.Bəktaşi) apell yasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarının qərarı ləğv edilməsi, iddianın qismən təmin edilməsi, iddiaçının 31 dekabr 1991-ci il tarixdən 15 aprel 1993-cü il tarixədək "xxxx" Kiçik Müəssisəsində işlədiyi müddət onun sığorta stajına daxil edilməsi, iddiaçıya 57 yaşdan, yəni 26 aprel 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi “qaynaqçı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsala tların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bölmədə “Ümumi peşələr” sırasında olan “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olub, həmin dövr üzrə onun güzəştli iş stajının 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə 12 il 6 aydan artıq təşkil etdiyini və işlədiyi peşənin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verdiyinin iş yeri tərəfindən təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 13 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilmə sini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 05 oktyabr 1989-cu il tarixli İT-12086951 nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1990 xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Ramin X2 işlədiyi qeyd olunmuşdur. Həmin dövr üzrə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin saxlanılmadığı və AR X4 filialına verilmədiyi bildirilmişdir. Hətta həmin dövr nəzərə alınsa belə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 2 ay 21 gün təşkil edir (bu müddətə hərbi xidmət dövrü də hesablanmışdır). Bundan başqa əmək kitabçasına əsasən iddiaçı qaynaqçı peşəsində İ şləmişdir. Məhkəmə isə bu peşəni Nazirlə Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının “XXXİİ ümumi peşələr” bölməsindəki elektrik qaynaqçısı peşəsinə uyğunlaşdırılmışdır.
27. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslar da mövcud deyildir.
28. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin İcrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi İlə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbu l edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəs sisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pe nsiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsind ə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir 32. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. “b” bəndi. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “v” bəndi. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” bəndi. Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil m üddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində olan “Ümumi peşələr” adlanan siyahıda “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”.
34. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi... 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜM KÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.
38. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin halları nın tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Hazırkı mübahisənin predmetini iddiaçının “1 avqust 1990-cı il tarixdən 15 aprel 1993-cü il tarixədək Bərdə rayon "xxxx" X2 4-cü dərəcə elektrik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınması və güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyasının təyin edilməsi tələb edir.
41. Bununla bağlı cavabdeh orqan tərəfindən onun 1 avqust 1990-cı il tarixdən xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Kiçik Müəssisəsindəki əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin saxlanılmaması və Azərbaycan Respublikası X4 rayon filialına verilm əməsi əsası ilə tələbinin təmin olunmasından imtina edildiyi bildirilmişdir.
42. Nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının 1990-1993-cü illərdə işlədiyi ilə bağlı araşdırma aparılmış və verilmiş sorğulara cavab olaraq, iddiaçının xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək “qaynaqçı” işlədiyi "xxxx" Kiçik Müəssisəsi ilk dəfə Bərdə rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1991-ci il tarixdə 75 saylı sərəncam ilə dövlət qeydiyyatına alınmışdır. Yəni, müəssisə xx.xx.1991-ci ildən artıq mövcud olmuşdur. Belə olan halda iddiaçının müəssisədə işlədiyi müddət həmin tarixdən etibarən nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan isə müəssisənin həmin dövrdə (xx.xx.1991xx.xx.1993) mövcud olmaması və ya həmin dövrlə bağlı əmək kitabçasında aparılmış qeydin səhv olması ilə bağlı hə r hansı sübutu təqdim edə bilməmişdir.
43. Bunda başqa məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu verilmiş və həmin sorğuya əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi MMC-də qaynaqçı işləmiş, əmək haqqı fondundan 25% hesablanmış DSMF-yə Bank vasitəsilə köçürülmüşdür. Onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi qaynaqçı peşəsi zərərli olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində olan “Ümumi peşələr” adlanan siyahıda “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin funksiyaları ilə onun gördüyü işin funksiyaları eynilik təşkil etmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə razılaşaraq qeyd edir ki, iddi açının xx.xx.1975-xx.xx.1977-ci ilədək təhsil dövrü (2 il), xx.xx.1978-xx.xx.1980-cı ilədək hərbi xidmət dövrü (2 il 1 ay 17 gün), 1977-1989-cu illərdə kolxozda işlədiyi dövr və əmək kitabçasındakı qeydlər də nəzərə alınmaqla, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə ümumilikdə stajı 28 il 3 ay 17 gün təşkil edir (bunun 25 il 3 ay 17 günü xx.xx.2006-cı ilədək toplanmışdır).
45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-181/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.