Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1716/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası nın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-897/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən: - xx.xx.1974- xx.xx.1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, - xx.xx.1977-xx.xx.1978-ci illərdə F.E.Dzerjinski adına Volqoqrad Traktor zavodunda frez-maşinisti peşəsində (1 il 03 ay 29 gün), - xx.xx.1978-xx.xx.1987-ci illərdə “TO-17" Armtuneltikinti müəssisəsində betonqarışdıran (9 il 3 ay 28 gün), - xx.xx.1987-xx.xx.1989-cü il tarixlərdə İndjevan Stansiyasında quraşdırıcı peşəsində (1 il 6 ay 27 gün), - xx.x x.1989-xx.xx.1997-ci illərdə "xxxx" da təmirçi-çilingər (7 il 9 ay 19 gün), - xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə 5-ci dərəcəli elektrik çilingəri vəzifələrində işləmişdir (8 il 8 ay 3 gün).
2. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə xx.xx.1987-ci il və xx.xx.1987-ci illərdə əmək fəaliyyəti ilə bağlı düzəliş edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh 3 fevral 2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən 9 iyun 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək, ümumi iş stajının artıq göstərilməsi aşkar görünür. Bu səbəbdən də həmin döv rləri ümumi iş stajına aid etmək mümkün olmadığı üçün iddiaçının ümumi iş stajı 25 il və ya daha çox təşkil etdiyi qənaətinə gəlmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus AT-İ seriyalı, ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşının tamam olduğu tarixdən, yəni 01 sentyabr 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 36 ildir. xx.xx.1978-ci ildə “TO-17" Armtuneltikinti müəssisəsində işə başlamış və xx.xx.1989-cu ilə qədər həmin müəssisədə işləmişdir, işlədiyi dövrdə yeraltı işlərin görülməsində betonçu kimi işləmişdir. Həmin dövrdə işlədiyi iş yeri zərərli istehsal sahəsi olmuşdur. Həmçinin xx.xx.1989-xx.xx.1997-ci illərdə "xxxx" Azərbaycan Boru Yayma zavodunda işləmişdir. Bunu ona məxsus AT-İ seriyalı, ******* saylı əmək kitabçası və müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 43 saylı arayış təsdiq edir. Arayışda qeyd edilmişdir ki, yerinə yetirdiyi peşə (təmirçi-çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbənd inin 2040400a-18559 şifrəsinə əsasən güzəştli əmək pensiyası hüququ verir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etmişdir. Cavabdeh tərəf özünün 08 fevral 2020-ci il tarixli, **********1 saylı məktubu ilə onun xahişini təmin etməmişdir. Cavabdeh tərəfindən məktubda səbəb kimi qeyd edilmişdir ki, “təqdim etdiyi xx.xx.1977-ci il tarixli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilmiş, ümumi iş stajının artıq göstərilməsi aşkar edilmişdir". O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdehə təqdim edilmiş əmək kitabçasının notariat təsdiqi imtinanın əsassız olduğunu göstərir. Digər tərəfdən, cavabdehin qeyd etdiyi 8-9 saylı qeydlər Ermənistan Respublikasında işlədiyi dövrə aiddir. Məlum səbəblərə görə Ermənistan Respublikasına sorğu vermək mümkün deyildir. Lakin həmin dövrdə “TO-17” Armtuneltikinti müəssisəsində onunla eyni vaxtda işləmiş X3 və Əliyev Əhəd (Aram) Əbdülkərim oğlu onun dediklərini təsdiq edə bilər. Həmçinin ona məxsus olan AT-İ seriyalı, ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, əmək kitabçasının 6-cı səhifəsində edilmiş xx.xx.1982-ci il düzəlişi düzgündür. Belə olan halda, cavabdehin imtinası tam əsasızdır və ona zərərli iş stajına görə 57 yaşı tamam olan tarixdən güzəştli pensiya təyin olunmalıdır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştl i şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilər in siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 09 iyun 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək iddiaçının üm umi iş stajı artırılmışdır. Bu səbəbdən də həmin dövrlərin ümumi iş stajına daxil edilməsi mümkün deyildir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və həmin ərizədə qeyd olunan düzəlişləri etiraf etmiş, lakin kimin tərəfindən bu düzəlişlərin aparıldığını bilmədiyini qeyd etmişdir. Bundan başqa, əmək kitabçasına və "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-ci il tarixli, 43 saylı arayışa əsasən iddiaçının güzəştli iş stajı (xx.xx.1989 - xx.xx.1997, “təmirçi-çilingər”) cəmi 7 il 10 ay 19 gün təşkil edir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən 25 il ümumi iş stajını və güzəştli iş stajı olan 12 il 6 ayı tamaml amamışdır. Bu mənada ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3625/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər q anunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, bununla da iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajı tamamlanmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 21(103)-564/2021 nömrəli qərarı ilə (hakimlər: A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyul 2022ci il tarixli, 2-1(102)-1166/2021 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə - sədrlik edən və məruzəçi, Z.Quliyev və B.Məmmədli) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiyası Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 2-1(103)564/2021 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya məhkəməsinin mövqeyinə görə, apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olması, müddəti, güzəştli iş arayışının mövcudluğu, habelə əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsinin alınmasının və əmək kitabçasında saxtakarlıq edilməsinin müəyyən olunması üzrə ekspertiza təyin edilməsinin zəruriliyi barədə araşdırma aparmamışdır. İddiaçının əmək kitabçasının 8 və 9-cu sıralarında pozuntunun aparıldığı dövr, habelə həmin sırada olan iş yerləri üzrə əmək fəaliyyəti nəzərə alınmadığı halda, cavabdeh tərəfindən iddiaçının 1 yanvar 2006-cı il tarixədək nə qədər i ş stajının olduğu müəyyən edilməmiş, hərbi xidmət dövrü ilə birlikdə qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olmayan ümumi stajın mövcud olub-olmaması yoxlanılmamışdır. Həmçinin, məhkəmələr iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən azı 12 il 6 ay staja malik olması barədə də heç bir araşdırma aparmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-232/2022 nömrəli qərarı ilə (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, Q.Babayev və C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı hüququnun yarandığı 57 yaşında n güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki üç il üzrə hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıya məxsus əmək kitabçasının 6-cı səhifəsində olan 8-ci və 9-cu qeydlərdə göstərilmiş tarix göstəricilərinə düzəliş edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan AT-İ ******* nömrəli əmək kitabçasının Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən notarial qaydada təsdiq edilmiş surətinə əsasən, 8-ci və 9-cu qeydlərdə tarix göstəricilərinin müvafiq olaraq “xx.xx.1987” və “xx.xx.1987” olduğu notarius tərəfindən əslinə baxış keçirilərək təsdiq edilmiş dir. Eyni zamanda Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən iddiaçının vəkili Nümayəndə1 ünvanlanmış 02 mart 2021-ci il tarixli, 347 nömrəli məktubda xx.xx.2019-cu il tarixdə İddiaçı məxsus əmək kitabçası təsdiq edilərkən, əmək kitabçasında düzəliş və pozuntunun aşkar olunmadığı qeyd edilmişdir. İddiaçının əmək kitabçasında düzəliş edilmiş qeydlər nəzərə alınmadığı təqdirdə belə, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcud olması iş materialları ilə təsdiqini tapır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-c i il tarixli, 2-1(102)-1717/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiyası Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2-1(103)232/2022 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin göndərilmişdir.
20. Kassasiya instansiyasının mövqeyinə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi arayışın məzmununu diqqətlə tədqiq etməmiş və müvafiq araşdırma aparmamış, iddiaçının işlədiyi peşə ilə arayışda qeyd edilən müvafiq məlumatları eyniləşdirməmiş, hazırkı qərarın 24-cü bəndində göstərilən prosessual normaların tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2-1(103)-897/2023 nömrəli qərarı ilə (hakimlər M.Tağ ızadə - sədrlik edən və məruzəçi, A.Oruczadə və K.Əkbərov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3625/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı hüququnun yarandığı 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki üç il (xx.xx.2017-ci il tarixdən) üçün hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçının əmək kitabçasında iddia edilən düzəlişlərin əhatə etdiyi dövr nəzərə alınmasa belə, onun xx.xx.2006-cı il tarixə zəruri olan 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı mövcuddur. Bundan başqa, iş materiallarında olan ekspert rəyi ilə əmək kitabçasının yalnız 8 və 9-cu qrafalarında olan qeydlərə düzəliş edildiyi müəyyən edildiyindən, digər qeydlərin düzgünlüyü nə cavabdeh tərəfindən, nə də iş materiallarında olan sübutlarla təkzib edilmədiyindən, əmək kitabçasının digər qeydləri mötəbər hesab edilir.
23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə qarşı etirazın dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 27. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli si yahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərl iyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və imtina məktubunun dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Bundan başqa, apelyasiya məhkəməsi işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin göstərişlərini icra edərək, hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ona 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və ödənilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı mübahisə 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Cavabdeh tərəfindən iddiaçının yaşı ilə bağlı şərt mübahisələndirilmədiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə kollegiyası həmin məsləyə münasibət bildirməyi lüzum görmür.
40. Yuxarıda istinad edilən qanun vericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən həmin staj daxilində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
41. Bununla bağlı qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində istinad olunan normalara görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş t ələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların müddəaları baxımından güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olsun.
42. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-c u bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq olaraq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən, pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstər icilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.
43. Hazırkı mübahisəyə münasibətdə iddiaçının işləmiş olduğu peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən müəyyənləşdirilməlidir.
44. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun bu qərarın 26-27-ci bəndlərində istinad olunan normalarda təsbit edilmiş şərtlərə uyğun olaraq xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajını topladığı, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmuş peşələrdə qazandığı iş üzrə materiallarla təsdiq olunur.
45. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmək də haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apelyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.
46. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
47. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-897/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.