Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1717/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi Kamran Məmmədovun və vəkili Əli Eyvazovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-50/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il, 2362/1 saylı sərəncamı ilə ona satılmış torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınması barədə müraciətinə verilmiş imtinanın əsassız hesab edilərək həmin torpaq sahəs inin üzərində xüsusi mülkiyyət hüquqlarının vahid dövlət reyestrində qeydə alınmasını və çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2362/ 1 saylı sərəncamına əsasən onlara fərdi yaşayış evi tikmək üçün bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılaraq satılmışdır. Cavabdehə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciəti xx.xx.2018-ci il tarixli **********147 saylı cavab məktubu ilə təmin edilməmiş və imtina verilmişdir. İmtinaya əsas kimi elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin (yerləşmə cizgisində dəqiq ölçü və istinadlar yoxdur sərhədlər tam hasarlanmamışdır) bələdiyyə mülkiyyətində olan ərazilərə aid olması barədə məlumatın aşkar edilməməsinə və keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqısatqı aktı əlavə olunmamasına istinad edilmişdir. İmtinada göstərilən dəlillər əsassız hesab edən iddiaçı iddiasını müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər tərəfdən də, “X1” Şirkətinin onlara verdiyi 03/98 saylı, xx.xx.2019 saylı məktubundan görünür ki, ayrılmış torpaq sahəsi şirkətin ərazi hüdudlarından kənarda yerləşir. Buradan da belə çıxır ki, ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazidə yerləşir. Ona ayrılmış torpaq sahəsi 2 tərəfdən qonşu ilə 2 tərəfdən isə yol ilə əhatə olunur. Bundan əlavə torpaq sahəsinin hal-hazırda hasarlanmış şəraiti sahələr arasında d əqiq sərhədi müəyyən etmək imkanı verir. İmtinaya əsas kimi torpaq sahəsi ilə bağlı təqdim olunan ərizəyə keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqısatqı aktının əlavə olunmaması göstərilmişdir. Halbuki, ərizəyə Binəqədi qəsəbə bələdiyyəsinin bağlanmış alqı-satqı aktı əlavə olunmuşdur. Ancaq səhlənkarlığı səbəbindən alqı-satqı aktı iki tərəfdən təsdiq olunsa da keçmiş DTXK tərəfindən təsdiq edilmişdir. Bu isə xüsusi mülkiyyət hüququnun qeydə alınmasının məhdudlaşdırılması və qadağan edilməsi barədə göstəriş deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Ona görə də, təqdim olunan alqı-satqı aktının üç tərəfdən təsdiq olunması DƏDRX-nin vəzifəsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-1251/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Həmin nəticəyə gələn birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 58.1, 68.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 86-cı maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2, 6.5-ci maddələrinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 1, 7, 17, 18, 19-cu bəndlərinə istinad edərək belə hesab etmişdir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan s onra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-50/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1251/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi eyni maddi hüquq normalarına əsaslanmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə işdə əsas məsələlərdən biri olan, Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 2362/1 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikmək üçün «Bə lədiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi satılmasını nəzərə almamışdır. Apelyasiya şikayətində qanunla (qanunlar göstərməklə və onlara verilən izahatlarla) sübut olunmuşdur ki, torpaq sahəsi hal-hazırda hasarlanmış vəziyyətində sərhədləri dəqiq müəyyən etmək olur, torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazidir və keçmiş DTXK tərəfindən təsdiq edilmiş «alqı-satqı aktına» ehtiyac yoxdur. Məhkəmənin ondan «müvafiq icra hakimiyyətinin orqanları» rəyin, torpağın plan və ölçüsünü tələb etməsi qanuna zidd və qeyri-obyektiv hesab edir. Çünki o, iddia ərizəsində DƏDRX-nin 1 saylı BŞƏİ-nin öz vəzifəsini yerinə yetirib rəyin, torpağın plan və ölçüsünü tərtib etməsini tələb edirik. Məhkəmə onun iddiasının əsasını təşkil edən cavabdehin vəzifəsi olan «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 18, 19, 21 və 27-ci bəndlərinə əsasən görəcəyi işlərin mahiyyətini araşdırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-50/2020 saylı qərarının ləğv edilməsini, iddianı təmin edərək yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ə.Eyvazov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-50/2020 saylı qərarının ləğv edilməsini, iddianı təmin edərək yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ddd da vəkili Ə.Eyvazovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-50/2020 saylı qərarının ləğv edilməsini, iddianı təmin edərək yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlillər formal və ümumi xarakterli mülahizələrə əsaslandığından təmin edilə bilməz. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyə n edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 2362/1 saylı qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kvadrat metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı mülkiyyətinə ayrılmış və iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. İddiaçı Binəqədi Bələdiyyəsinin xx xxxxxxxx 2005-ci il tarixli, 270 saylı qərarı ilə ona ayrılmış 600 kvadrat metr torpaq sahəsinə dair plan ölçüsünün tərtib edilməsi və qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini cavabdehdən xahiş etmiş, cavabdeh müraciətin təmin edilməsindən xx xxxxx 2017-ci il tarixli **********17 saylı məktubla imtina etmiş və imtinanın əsaslar ı kimi iki hala- birincisi, təqdim edilmiş sənədlərin kserosurət olmasına və torpaqların alqı-satqısına dair aktın təqdim edilməməsinə, ikincisi, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olmamasına istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kvadrat metr torpaq sahəsi barədə Binəqədi qəsəbə bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilsə də, aktın tarixi və nömrəsi qeyd olunmamış, torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə iş materiallarında aşkar edilməmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəf indən iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı tərtib edilsə də, ayrılmış torpaq sahəsi ilə bağlı həmin dövrdə mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı inzibati mübahisə həll edilərkən maddi hüquq normaları da doğru olaraq tətbiq edilmişdir. Belə ki, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhələlərinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlə rin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutu lan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxx 2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin («DTXK») yerli qurumları həyata keçirirlər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mü hafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş «müvafıq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təs ərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 2362/1 saylı qərarı ilə ayrılmış Binəqədi qəsəbə ərazi hüdudları daxilində yerləşən 600 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı ( torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. Buna görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən işə baxan məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sən ədlərindəki yuxarıda göstərilmiş çatışmazlıqları və qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququna malikdir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-50/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1717/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1717/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver