Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1717/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ədliyyə orqanları işçilərinin müalicəsi üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ödənilməyən hissəsinin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “bir aylıq müalicə pu lu üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 21(103)-890/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona bir aylıq müalicə pulu üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanaraq ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 27 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin Əməliyyat-rejim şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkil i) vəzifəsində işləyərkən ona Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üzrə Komissiyanın 2010-cu il 22 dekabr tarixli, 7 saylı protokolu ilə 1 aylıq əməkhaqqı məbləğində müavinətin verilməsi qərara alınmışdır. Cari ilin büdcə xərclərinin müvafiq xərc maddəsində yalnız ştatda olan əməkdaşlarının müalicəsi üçün verilən müavinət məbləği nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 22 yanvar tarixdə 1 saylı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2010-cu il üçün istifadə etmədiyi bir aylıq müalicə pulumüalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanıb ödənilməsini xahiş etmişdir. İddiaçının əsasl andırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci il tarixdən 2018-ci sentyabr ayına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 1995-1998-ci illər Xüsusi rejimli cəza çəkmə müəssisəsində baş əməliyyat müvəkkili, 1998-2002-ci illər Xüsusi rejimli cəza çəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin rəisi, 2002-2007-ci illər 15 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi, 2017-2018-ci illər 6 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi, 2018-ci il 2 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi və 12 saylı CÇMdə rejim-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna müvafiq olaraq 2006-cı ildən başlayaraq ədliyyə orqanlarının əməkdaşlarına müalicə olunmaları üçün iki aylı q əmək haqqı qədər müavinət ödənilmişdir. İşlədiyi müddətdə qeyd olunan müavinət ona ödənilməmişdir. Yalnız bir dəfə 1 aylıq əmək haqqı məbləğində müavinət verilmişdir. 2019-cu ilin aprel ayında Azərbaycan respublikası Ədliyyə Nazirliyinə müraciət edərək 2006-2016-cı illər üçün ona ödənilməyən birdəfəlik müavinətin verilməsi üçün xahiş etsə də, 17/7-6740 saylı 2019-cu il 8 may tarixli, məktubla 2006-2016-cı illər üçün birdəfəlik müavinətin ödənilməsi üçün həmin illərdə müraciətinin olmaması səbəbindən imtina edilmişdir. Yenidən 2019-cu il 3 iyul tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək 2010-cu il tarixdə müayinədən keçdikdən sonra müalicə olunmağı üçün Penitensiar Xidmətin rəhbərliyinə rəsmi qaydada müavinətin verilməsi üçün müraciət etdiyi və həmin vaxt ona 1 aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin verildiyini və qanunamüvafiq olaraq 2010-cu ildə ödənilməyən bir aylıq əmək haqqı məbləğdə birdəfəlik müavinətin verilməsi üçün müraciət etsə də, 17/717074 saylı, 2019-cu il 27 noyabr tarixli məktubla 2010-cu il 22 dekabr tarixdə 7 saylı protokol ilə 1 aylıq əmək haqqının verildiyini və cari ilin büdcə xərclərinin müvafiq xərc maddəsində yalnız ştatda olan əməkdaşların müalicəsi üçün verilən müavinət məbləği nəzərdə tutulduğundan müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin göstərilən əsaslarla imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli, 2-1(112)-2408/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2010-cu il müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən - 1 aylıq əmək haqqı məbləğində hissəsinin hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci bəndinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun qeyd olunan normalarından göründüyü kimi, iddiaçı X2 müalicə olunm ası üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməli olduğu halda, ona 2010-cu ildə bir aylıq əmək haqqı məbləğində müavinət verilmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq qanunun qeyd olunan göstərişləri iddiaçıya şamil edilməmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-1(103)-890/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayə ti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı 1995-ci il 25 noyabr tarixdən 2018-ci il 3 dekabr tarixə kimi Penitensiar Xidmətdə qulluqda olmuş və qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı qulluq etdiyi dövrdə 2010, 2017 və 2018-ci illərdə ona müalicə olunmaq ilə əlaqədar birdəfəlik müavinətin verilmiş, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" 2006-cı il 2 6 may tarixli Qanunun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini m ümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
13. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müa vinət verilir.
15. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. Cavabdehin 17/7-6740 saylı, 2019-cu il 8 may tarixli məktubu ilə təsdiq edilir ki, 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin Əməliyyat-rejim şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkili) vəzifəsində işləyərkən iddiaçıya Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üzrə Komissiyanın 2010-cu il 22 dekabr tarixli, 7 saylı protokolu ilə 1 aylıq əməkhaqqı məbləğində müavinətin verilməsi qərara alınmışdır.
20. Cavabdehin şikayətinin əsası dəlili ondan ibarətdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsində pensiyaya çıxan əməkdaşların pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin il də bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır.
21. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini iddiaçının hazırkı məzmunda tələbinə münasibətdə əsaslı hesab etmir. Belə ki, iddiaçı pensiyada olan keçmiş ədliyyə işçisi kimi deyil, ədliyyə orqanlarında xidmətdə olduğu zaman almalı olduğu, lakin almadığı müavinəti tələb edir.
22. Beləliklə, iddiaçı 2010-cu il üzrə bir aylıq əmək haqqı məbləğində müavinəti tələb etməkdə haqlı olmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 21(103)- 890/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.