Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1717/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2-1(103)-232/2022 nömrəli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən: - xx.xx.1974- xx.xx.1976-cı illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, keçmiş, - xx.xx.1977-xx.xx.1978-ci illərdə F.E.Dzerjinski adına Volqoqrad Traktor zavodunda frez-maşinisti peşəsində (1 il 03 ay 29 gün), - xx.xx.1978-xx.xx.1987-ci illərdə “TO-17" Armtuneltikinti müəssisəsində betonqarışdıran və tələbə (9 il 3 ay 28 gün), - xx.xx.1987-xx.xx.1989-cü il tarixədək İndjevan Stansiyasında quraşdırıcı peşəsində (1 il 6 ay 27 gün), - xx.xx.1989-xx.xx.1997-ci illərdə “Azər boru” Azərbaycan Boru Yayma təmirçiçilingər (7 il 9 ay 19 gün), - xx.xx.1997-xx.xx.2005-ci il tarixədək 5-ci dərəcəli elektrikçilingər vəzifələrində işləmişdir (8 il 8 ay 3 gün).
2. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə xx.xx.1987ci il və xx.xx.1987-ci illərdə əmək fəaliyyəti ilə bağlı düzəliş edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 3 fevral 2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən 9 iyun 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzə liş edilərək ümumi iş stajının artıq göstərilməsi aşkar görünür. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajına aid etmək mümkün olmadığı üçün iddiaçının ümumi iş stajı 25 il və ya daha çox təşkil etdiyi qənaətində olmaq mümkün deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşı olan tarixdən, yəni 01 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası ver ilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 36 ildir. xx.xx.1978-ci ildə “TO-17" Armtuneltikinti müəssisəsində işə başlamış və həmin müəssisədə xx.xx.1989-cu ilə qədər orada işləmişdir, işlədiyi dövrdə yeraltı işlərin görülməsində betonçu kimi işləmişdir. Həmin dövrdə işlədiyi iş yeri zərərli istehsal sahəsi olmuşdur. Həmçinin xx.xx.1989-xx.xx.1997-ci illərdə “Azər boru” Azərbaycan Boru Yayma zavodunda işləmişdir. Bunu ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçası və müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 43 saylı arayış təsdiq edir. Arayışda qeyd edilmişdir ki, yerinə yetirdiyi peşə (təmirçiçilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 sa ylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4a yarımbəndinin 2040400a-18559 şifrə ilə güzəştli əmək pensiyası hüququ verir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini İdarəyə təqdim etmişdir. Cavabdeh tərəf özünün 08 fevral 2020-ci il tarixli, **********1 saylı məktubu ilə xahişini təmin etməmişdir. Səbəb kimi məktubda qeyd edilmişdir ki, “təqdim etdiyi xx.xx.1977-ci il tarixli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 №-li qeydlərə aid tarixlərdə sonradan düzəliş edilmiş, ümumi iş stajının artıq göstərilməsi aşkar edilmişdir". O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdehə təqdim edilmiş əmək kitabçasının notariat təsdiqi imtinanın əsassız olduğunu təsdiq edir. Digər tərəfdən cavabdehin qeyd etdiyi 8-9 saylı qeyd iyyatlar Ermənistan Respublikasında işlədiyi dövrə aiddir. Məlum səbəblərə görə Ermənistan Respublikasına sorğu vermək mümkün deyildir. Lakin həmin dövrdə “TO-17” Armtuneltikinti müəssisəsində onunla eyni vaxtda işləmiş X4 və Əliyev Əhəd (Aram) Əbdülkərim oğlu dediklərini təsdiq edə bilər. Həmçinin ona məxsus olan AT-İ seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, əmək kitabçasının 6-cı səhifəsində edilmiş xx.xx.1982-ci il düzəlişi düzdür. Belə olan halda cavabdehin imtinası tam əsasızdır və ona zərərli iş stajına görə 57 yaşı tamam olan tarixdə güzəştli pensiya təyin olunmalıdır
7. Cavabdeh tərəfindən iddiaya dair etirazı ərizəsində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlər in, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 09 iyun 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasında 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlər də sonradan düzəliş edilərək iddiaçının ümumi iş stajı artırılmışdır. Bu səbəbdən də həmin dövrlərin ümumi iş stajına daxil edilməsi mümkün deyildir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və həmin ərizədə qeyd olunan düzəlişləri etiraf etmiş, lakin kimin tərəfindən bu düzəlişlərin aparıldığını bilmədiyini qeyd etmişdir. Bundan başqa əmək kitabçasına və "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-ci il tarixli, 43 saylı arayışa əsasən iddiaçının güzəştli iş stajı (xx.xx.1989 - xx.xx.1997, “təmirçiçilingər”) cəmi 7 il 10 ay 19 gün təşkil edir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən ümumi iş stajı olan 25 ili v ə güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bu səbəbdən d, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3625/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya pens iya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, bununla da iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajı tamamlanmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 21(103)-564/2021 nömrəli qərarı ilə (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və A.H üseyn) Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyul 2022ci il tarixli, 2-1(102)-1166/2021 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə - sədrlik edən və məruzəçi, Z.Quliyev və B.Məmmədli) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiyası Məhkəməsi İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 2-1(103)564/2021 nömrəli qərarı lə ğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyasının mövqeyinə görə apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında olması, müddəti, güzəştli iş arayışının mövcudluğu, habelə əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsinin alınmasının zəruriliyi və əmək kitabçasında saxtakarlıq edilməsi barədə ekspertiza təyin edilməsinin zəruriliyi barədə araşdırma aparmamışdır. İddiaçının Əmək kitabçasında 8 və 9-cu sırada pozuntu ap arılan dövr, habelə həmin sırada olan iş yerləri üzrə əmək fəaliyyəti nəzərə alınmadığı halda iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı cavabdeh tərəfindən müəyyən edilməmiş, hərbi xidmət dövrü ilə birlikdə qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olmayan ümumi stajın mövcud olub-olmaması yoxlanılmamışdır. Həmçinin, məhkəmələr iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən azı 12 il 6 ay staja malik olması barədə də heç bir araşdırma aparmamışdır. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2361/2021 saylı 6 dekabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki: “1. Tədqiqata təqdim edilmiş İddiaçı adına AT-İ * ****** nömrəli əmək kitabçasında olan 8 və 9-cu qeydlərdəki “1987” rəqəmlərdən “87” rəqəmlərin, “15.09.87r” və “27.10.87r” yazılardakı “87r” rəqəmlərin yerində mexaniki üsulla pozma aparılaraq və əlavə cizgilər artırılaraq indiki rəqəmlər icra edilmişdir. Həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmlərini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş İddiaçı adına AT-İ ******* nömrəli əmək kitabçasının 6-cı səhifədə olan “8 15 09 1987” yazıların altındakı eyni “8 15 09 1987” yazılar sonradan əlavə edilmişdir.
2. Tədqiqata təqdim edilmiş İddiaçı adına AT-l ******* nömrəli Əmək kitabçasında olan 8 və 9-cu qeydlərində olan tarix göstəricilərdəki “87” rəqəmlər ekspertizaya təqdim edilmiş işinin 80-ci və 95-ci vərəqlərində olan əmək kitabçasının 8 və 9-cu qeydlərin surətində olan tarix göstəricilərdəki “87” rəqəmləri ilə eynilik təşkil etmir.”
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-232/2022 nömrəli qərarı ilə (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, Q.Babayev və C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı hüququn yarandığı 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki üç il üzrə hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıya məx sus əmək kitabçasının 6-cı səhifəsində olan 8-ci və 9-cu qeydlərində göstərilmiş tarix göstəricilərinə düzəliş edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına AT-İ ******* nömrəli əmək kitabçasının Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən notarial qaydada təsdiq edilmiş surətinə əsasən 8-ci və 9-cu qeydlərində tarix göstəricilərinin müvafiq olaraq “xx.xx.1987” və “xx.xx.1987” olduğu notarius tərəfindən əslinə baxış keçirilərək təsdiq edilmişdir. Eyni zamanda Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən iddiaçının vəkili Mehdi Cəlalzadəyə ünvanlanmış 02 mart 2021-ci il tarixli, 347 nömrəli məktubda xx.xx.2019-cu il tarixdə X2 məxsus əmək kitabçası təsdiq edilərkən, əmək kitabçasında düzəliş və pozuntunun aşkar edilmədiyi qeyd edilmişdir. İddiaçının əmək kitabçasında düzəliş edildiyi qeydlər nəzərə alınmadığı təqdirdə belə onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 güzəştli iş stajının mövcud olması iş materialları ilə təsdiqini tapır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının 09 iyun 1977-ci il tarixli AT-İ ******* nömrəli əmək kitabçasında 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək İddiaçının ümumi iş stajı artırılmışdır. Bu səbəbdən də həmin dövrlərin ümumi iş stajına daxil edilmə si mümkün deyildir. Bundan başqa, Bakı şəhər Rayonlararası Təmir-tikinti İstehsalat Birliyinin təqdim etdiyi arayışda iddiaçının işləmiş olduğu elektrik çilingəri peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİİ bölməsinin 1080A010 nömrəli koda uyğundur. Məhkəmə də həmin arayışı əsas kimi götürərək həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etmişdir. Halbuki, arayışda göstərilən kod 2 nömrəli siyahıya aid deyil, həmçinin XXVİİİ bölmədə elektrik çilingəri peşəsi nəzərdə tutulmamışdır. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etir az təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2-1(103)-232/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
24. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında v erilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
28. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək qeydlərdə olan dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşı tamam olan tarixdən, yəni 1 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasıdır.
29. Hazırkı qərarın 23-cü bəndində göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 2 element mövcud olmalıdır: iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması və iddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. Məhkəmə kollegiyası kassatorun “iddiaçının 25 il ümumi iş stajının olmaması” ilə bağlı dəlillərini əsassız hesab edir və tələb olunan ümumi iş stajının mövcud olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan mö təbər sübutlarla iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla, 26 il 1 ay 29 gün ümumi iş stajı olması müəyyən olunmuşdur.
31. Kassatorun digər dəlili isə ondan ibarət olmuşdur ki, AR Rayonlararası Təmirtikinti İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş arayışda iddiaçının işləmiş olduğu elektrik çilingər peşəsi AR Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 1080A010 №-li qərarına əsasən istehsalatda 2 №-li Siyahının XXVİİİ bölməsinə aid edilmişdir. Halbuki arayışda göstərilən kod 2 nömrəli siyahıya aid deyil, həmçinin XXVİİİ bölmədə elektrik çilingər peşəsi nəzərdə tutulmamışdır.
32. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsaslı hesab edərək qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məh kəmənin göstərişlərini icra etməmiş, bununla da hazırkı qərarın 24 (a) bəndində göstərilən normanın tələbini pozmuşdur.
33. Belə ki, Ali Məhkəmə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında olması, müddəti, güzəştli iş arayışının mövcudluğu, həmçinin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən azı 12 il 6 ay staja malik olması barədə də heç bir araşdırma aparmamışdır.”
34. Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkə məsi Ali Məhkəmənin qeyd olunan göstərişləri istiqamətinə tam obyektiv və hərtərəfli araşdırma aparmamışdır.
35. Məhkəmə iddiaçının tələb olunan güzəştli iş stajının mövcud olması qənaətinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1997-ci il tarixinədək "xxxx" Azərbaycan Boru Yayma Zavodunda çalışdığı təmirçiçilingər peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq etdiyi 2 №- li Siyahının İİİ bölməsində “Metallurgiya istehsalatı” 2040400a—18559 kod altında nəzərdə tutulmuşdur. Bundan başqa, İddiaçı Bakı şəhər Rayonlararası Təmirtikinti İstehsalat Birliyində beşinci dərəcəli elektrik çilingər peşəsində xx.xx.1997xx.xx.2005-ci il tarixlərə aid stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdi q etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 1080A010 №-li qərarına əsasən istehsalatda 2 №li Siyahının XXVİİİ bölməsinə əsasən güzəştli şərtlərlə pensiya təmin olunması hüququ verir.
36. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb olunan güzəştli iş stajının mövcud olub-olmaması məsələsinin araşdırılması ilə bağlı olaraq, "xxxx" Azərbaycan Boru Yayma Zavodunun xx.xx.2019-cu il tarixli 43 nömrəlli arayışına və AR Rayonlararası Təmir-tikinti İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş 12 may 2022-ci il tarixli arayışa istinad etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Azərbaycan Boru Yayma Zavodunun xx.xx.2019-cu il tarixli 43 nömrəli arayışına apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı nəticəyə gələrək iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1997-ci il tarixinədək Mettallurgiya avadanlıqlarının təmiri üzrə təmirçi çilingər peşəsində işləməsi faktı müəyyən edilmişdir, hansı ki, iddiaçının işlədiyi həmin peşə AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq etdiyi 2 №- li Siyahının İİİ bölməsində “Metallurgiya istehsalatı” 2040400a—18559 kod altında nəzərdə tutulmuşdur. Qeyd edilən dövrdə iddiaçının güzəştli iş stajı 7 il 10 ay 20 gün təşkil etmişdir.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Bakı şəhər rayonlararası Təmir-Tikinti İstehsalat birliyində xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək beşinci dərəcəli elektik-çilingər peşəsində işlədiyi müddəti də güzəştli iş stajına aid edərək AR Rayonlararası Təmir-tikin ti İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş 12 may 2022-ci il tarixli arayışa istinad etməklə kifayətlənmiş, həmin arayışın məzmununu tədqiq etməmiş və müvafiq araşdırma aparmamışdır.
39. Belə ki, AR Rayonlararası Təmir-tikinti İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş 12 may 2022-ci il tarixli arayışında iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısının XVİİİ bölməsinə uyğun gəldiyi qeyd ediləsə də, apellyasiya instansiyası məhkəməsinin qərarında həmin arayışa istinda etmklə iddiaçının işlədiyi peşənin siyahının XXVİİİ bölməsinə uyğun gəldiyi qeyd edilmişdir.
40. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəl i Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısının XVİİİ bölməsində ümumiyyətlə elektrik çilingər peşəsi nəzərdə tutulmamışdır. Həmin bölmə “şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı” ilə bağlıdır.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin arayışda iddiaçının işlədiyi peşənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməmişdir.
42. Bununla bağlı Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki....... “Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda,məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər”.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi arayışın məzmununu diqqətlə tədqiq etməmiş və müvafiq araşdırma aparmamış, iddiaçının işlədiyi peşə ilə arayışda qeyd edilən müvafiq məlumatları eyniləşdirməmiş, hazırkı qərarın 24-cü bəndində göstərilən prosessual normaların tələblərini pozmuşdur.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri göstərilən hissədə əsaslıdır.
45. Odu r ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-232/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
46. İşə təkrar baxan məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğun olub-olmamasını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, iddiaçının tələb edilən güzəştli iş stajının olub-olmaması barədə məsələyə aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.
47. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-232/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.