Məhkəmə qərarları › İş №2-1(102)-1717/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1717/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1717/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının üzərinə əlavənin təyin olunması və həmin əlavənin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin X üsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının üzərinə əlavənin təyin olunması və həmin əlavənin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik altsistemindən çıxarışdan görünür ki, xx.xx.1961-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə İİİ dərəcəli əlillik təyin edilmişdir.

2. AR Müdafiə Nazirliyi tərəfindən verilmiş əmək pensiyası təmi natı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqinə əsasən, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinin rəisi işləmiş, hərbi rütbəsi polkovnik olan İddiaçı 38 il 10 ay 25 gün təqvim üzrə xidmət ili olmaqla, cəmi iş stajı və xidmət illəri 58 il 03 ay 28 gün, cəmi pul təminatı 2148,75 (iki min yüz qırx səkkiz manat 75 qəpik) təşkil etmişdir. xx.xx.2017-ci il tarixdə "Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə uyğun olaraq tərxis olunmuşdur.

3. AR DSMF-in HQXRŞİİ-nin xx.xx.2017-ci il tarixli qərarına əsasən, xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə ə mək pensiyası təyin edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə əsasən ona 55 manat əlavənin təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən həmin müraciətə cavab olaraq bildirilmişdir ki, əmək pensiyanız aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 2837,00 manat məbləğində müəyyən edilmişdir: -əmək pensiyanızın sığorta hissəsi-379,17 manat; -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.3-ci maddəsinə əsasən əmək pensiyanızın sığorta hissəsinə əlavə-55,00 manat, -qulluq stajına görə əmək pensiyanıza əlavə-2402,83 manat. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq staj ına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-283,70 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 19.1.7.3 bəndinə əsasən “yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X1 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə əmək pensiyasının sığorta hissəsinə hər ay 55 manat məbləğində” əlavənin xx.xx.2020-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ona xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlillik” diaqnozu ilə xx.xx.2025-ci il tarixinədək İİİ qrup təyin olunmuşdur. 2006-cı ildən 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyalar haqqinda” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 19.1.7.3-cü bəndinə əsasən “yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X1 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində” əlavə hesablanır. Bununla əlaqədar o, cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqı nda” Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə əsasən ona 55 manat əlavənin təyin edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq təqdim olunmuş məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.3-cü maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 55 manat əlavə edildiyi barədə məlumat verilmişdir. İddiaçı cavabdehin cavabının əsassız, hesablamaları qanunsuz hesab edir. Belə ki, ona hər ay DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən bank kartına -2837,0 manat pensiya kimi pul köçürülür. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının pensiya işində olan məlumat vərəqəsinə əsasən, pensiyasının tərkibi aşağıdakı kimi göstərir: vəzifə maaşı 1370 manat, hərbi rütbə 159,0 manat, xidmət illərinə g örə əlavə 50% - 764,5 manat, məharət dərəcəsi “usta” 35% - 479,5 manat, ərzaq payı əvəzinə verilən pul -64 manat təşkil edir ki, cəmi 2837 manat edir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 yanvar 2021 il tarixinədək qüvvədə olmuş 19.1.7.3-cü maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 55 manat “əlavə edildiyi” barədə cavabının doğru olmadığı deməkdir. Bu da xx.xx.2020-ci il tarixindən 1705 manat vəsait deməkdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, yaşa görə əmək pensiyası alan İİİ dərəcə müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanmalı olduğundan iddiaçıya münasibətdə istinad olunmuş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlər mövcuddur. Buna baxmayaraq məhkəmənin iş materiallarında olan sənədlərlə iddiaçının pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə alındığı müəyyən olunmur. Belə ki, cavabdeh inzibati orqan qeyd olun an ödənişlərin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı hər hansı tutarlı sübutu məhkəməyə təqdim etməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verə rək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 iyul 2017-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

16. Bildirməyi zəruri hesab edir ki, Qanunun 19.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq yasa görə əm ək pensiyası alan İİİ dərəcə müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanmalıdır. İddiaçı iddia ərizəsində həmin əlavənin ona təyin edilən pensiya məbləğinə hesablanmadığını bildirsə də, Mərkəzi Filial tərəfindən iddiaçıya, həmçin in məhkəməyə ünvanlanan etiraz və apellyasiya şikayətində əlavənin iddiaçının əmək pensiyası hesablanan zaman nəzərə alındığı bildirilmişdir. Belə ki, iddiaçının əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 2837,00 manat məbləğində müəyyən edilmişdir: - əmək pensiyasının sığorta hissəsi - 379,17 manat; - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.3-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə - 55,00 manat - qulluq stajına görə əmək pensiyasına əlavə - 2402,83 manat.

17. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının əmək pensiyası 55 manat əlavə nəzərə alınmaqla hesablanmışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarında iddiaçının pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə alındığının müəyyən olunmaması və cavabdeh inzibati orqanın qeyd olunan ödənişlərin İddiaçıya ödənilməsini bildirməsinə baxmayaraq bununla bağlı hər hansı tutarlı sübutun məhkəməyə təqdim edilməməsi qeyd edilmişdir. Həmin məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli ücün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

19. Qeyd edir ki, Mərkəzi Filial tərəfindən təqdim edilən sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, iddiaçı tərəfindən tələb olunan “Əmək pensiyaları ha qqında” Qanunun 19.1.7-ci maddəsinə əsasən sığorta hissəsinə əlavə - 55 manat cavabdeh tərəfindən hesablanaraq əmək pensiyasının üzərinə əlavə olunaraq ödənilmişdir. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, iddiaçının pensiyasına əlavə kimi hesablanan 55 manatın yenidən hesablanmasının qanunvericiliyə zidd olmasına hüquqi qiymət verməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Əmək Pensiyaları haqqında Qanun: 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.5. Hərbi qulluqçu ların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 4.1. bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.2. yaşa görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir: 01 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 19. 1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X1 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində;

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını düzgün hesab edərək qeyd edir ki, yuxarıda sadalanan normalara əsasən yaşa görə əmək pensiyası alan İİİ dərəcə müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanmalı olduğundan iddiaçıya münasibətdə istinad olunmuş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlər mövcuddur. Buna baxmayaraq məhkəmənin iş materiallarında olan sənədlərlə iddiaçının pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə alındığı müəyyən olunmur. Belə ki, cavabdeh inzi bati orqan qeyd olunan ödənişlərin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı hər hansı tutarlı sübutu məhkəməyə təqdim etməmişdir.

28. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmək pensiyasının üzərinə əlavənin təyin olunması və həmin əlavənin hesablanaraq ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmə dən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar