Məhkəmə qərarları › İş №2-1(102)-1718/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1718/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1718/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın, məhkəmə iclas katibi F.Rəsulovanın iştirakı ilə, İddiaçı XXXoğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2801/2018 saylı 06 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı XXXoğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2801/2018 saylı 06 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsin ə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 12 aprel 2019-cu il tarixli, 2-1(102)-1718/19 saylı məktubla cavabdehə məlumat verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2801/2018 saylı 06 dekabr 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin mümkünlüyünə 08.05.2019-cu il tarixdə baxılacaq v ə həmin tarixədək prosessual müddətin ötürülməməsini təsdiq edən sənədlərin və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. 08 may 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2801/2018 saylı 06 dekabr 2018-ci il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 27.12.2018-ci il tarixdə təqdim olunmuşdur (iş v. 123). Lakin həmin qərardan kassasiya şikayəti 07.03.2019-cu il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1 maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur (hazırkı iş üzrə 30 günlük müddət 25 ya nvar 2019-cu il tarixdə bitmişdir). Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürl ü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı iş üzrə cavabdeh 08 may 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, həmin tarixədək isə prosessual müddətin ötürülməməsini təsdiq edən sənədləri və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən ötürüldüyü üçün şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2801/2018 saylı 06 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar