Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1718/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümidsiz vergi borcunun silinməsi) Azərbaycan Respublikası 13.10.2020 Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzi bati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-354/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Vergilər Departamenti “xxxx” MMC-yə qarşı məhkəməyə müraciət edərək “dövlət büdcəsinə olan 430.526,03 manat borcun tutulmasını” xahiş etmişdir. Həmin iş üzrə iddianın əsası kimi göstərilmişdir ki, MMC tərəfindən vergi öhdəlikləri Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, qurumun dövlət büdcəsinə x xxxx 2013-cü il tarixə vergilər üzrə 314.432,26 manat, faizlər üzrə 114.767,77 manat, maliyyə sanksiyası üzrə 1.326 manat olmaqla, ümumilikdə 430.526,03 manat məbləğində vergi borcu yaranmışdır. 2. 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 2iq(81)-1722/2013 saylı xx xxx 2013-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qiyabi qətnamə icra olunması üçün xx xxxx 2013-cü il tarixdə icra vərəqəsi göndərilmişdir. MMC tərəfindən məhkəməyə qiyabi qətnamənin ləğvi barədə ərizə ilə müraciət olunmuşdur. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, məhkəmənin xx xxx 2013-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində x xxxxxxxx 2014-cü il tarixdə işə mahiyyəti üzrə yenidən baxılmış və məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, MMC-dən 1.501 manat borcun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə vergi orqanının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin “iddianın təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş və birinci instansiya məhkəməsində iddianın təmin olunan hissəsi də nəzərə alınmaqla MMC-dən 430.526,03 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Həmin qətnamədən MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2015-ci il tarixli 2(102)-185/2015 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 2019-cu il 07 fevral tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya hesablanmış 430.526,03 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2015-ci il tarixli 2(102)-185/2015 saylı qərarında şikayətin qismən təmin olunmasına əsas kimi göstərilmişdir ki, vergi orqanı kimi iddiaçı məhkəməyə vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması deyil, bilavasitə vergi borcunun tutulması tələbi ilə müraciət etmişdir. Azərba ycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 85-ci maddəsində göstərilən vergitutma müddəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 tərəfindən ötürüldüyündən, “MMC-yə hesablanmış 430.526,03 manat vergi borcu silinməlidir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qaldırılan iddianın əsaslığ ının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. İddianın mümkünlüyü və əsaslığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə, məhkəmə tərəfin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən hesablanmış vergilərin silinməsi barədə pretenziya qaydasında vergi orqanına müraciət olmamışdır. İddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun ümidsiz olduğuna əsas olan xx xxxxxx 2010-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və x xxxxxx 2011-ci il tarixli “Vergilərin hesablanması barədə” qərarlar ol muşdur. Vergi orqanı tərəfindən aparılan araşdırma ilə mənbəyi bəlli olan məlumatlara və cəmiyyətin idxal-ixrac əməliyyatlarına əsasən 731.427,33 manat məbləğində 4 sayda yük avtomobilləri, mərmər, qranit, keramik pillələr, dəzgah avadanlıqları, plitələrə ayrılmış avadanlıqlar idxal edildiyi və 412.603 manat məbləğində yük avtomobillərinin təkrar ixrac edildiyi müəyyən olunmuşdur. Lakin vergi ödəyicisi kimi, qeydiyyata alındığı tarixdən sadələşdirilmiş vergi bəyannaməsi üzrə 20.125 manat dövriyyə göstərilmiş, 2008-ci il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində aktivlər üzrə 19.295 manat (o cümlədən 15.325 manat pul vəsaiti) daxil olduğu və təqdim edildiyi, kapital və ehtiyatlar üzrə 10.867 manat (o cümlədən 9.592,55 manat mənfəət və gəlir, 1.274,45 manat kreditor borclar) daxil olduğu və təqdim edildiyi, 2009-cu il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində isə heç bir məlumatın əks olunmadığı müəyyən edilmişdir. Əlavə olaraq “xxxx” ASC-də aktiv AZN cari hesabı, USD cari hesabı və AZN ssuda hesablarının olduğu, eyni zamanda xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2010-cu il tarixədək olan dövr ərzində 12-49645-1 AZN cari hesabı, 12-49645-2 USD cari hesabı və 12-49645-4 AZN ssuda hesabı üzrə debet – 4.249.685 manat, kredit 4.399.685 manat, qalıq 0 (sıfır) manat olmaqla əməliyyatların aparıldığı, 3 sayda kredit müqaviləsi üzrə maşın, avadanlıqların alınması, rekonstruksiya işləri və dövriyyə vəsaitlərinin artırılması məqsədilə 1.149.200 manat məbləğində kreditlərin alındığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən aparılmış ə məliyyatlarla bəyannamə göstəriciləri ilə müqayisədə kəskin kənarlaşmanın mövcud olması, 2008 – 2009-cu illər ərzində idxal və bank əməliyyatlarının aparılması, fəaliyyət yerinin bəlli olmaması, işçilərin sayı barədə və sair məlumatların verilməməsi müəyyən edilərək, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli məktub göndərilmiş, lakin müvafiq sənədlər və yazılı izahat təqdim edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin tələbləri pozularaq görülmüş işlər vergidən yayınma halı kimi qiymətləndirilmiş, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən cəmiyyətə analoji qaydada 2009-cu il mənfəət vergisi üzrə 211.033,36 manat, 2009-cu ilin avqust və oktyabr ayıları ƏDV üzrə 103.232,9 3 manat olmaqla, ümumilikdə 314.266,29 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, dövlət büdcəsinə x xxxx 2013-cü il tarixə vergilər üzrə 314.432,26 manat, faizlər üzrə 114.767,77 manat, maliyyə sanksiyası üzrə 1.326 manat olmaqla 430.526,03 manat məbləğində vergi borcu yaranmışdır. Hesablanmış vergi borcu barədə xx xxxxxx 2013-cü il tarixdə bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildirişdə göstərilən borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Vergi yoxlaması ilə hesablanmış vergi məbləği üzrə ərizəçinin ayrı-ayrı tələbləri məhkəmə araşdırmalarının predmeti olmuş və bu döv rdə cavabdeh obyektiv səbəblərdən həmin borcun tutulmasını tələb edə bilməmişdir. Belə ki, mübahisələndirilən borc məbləği iddiaçının şəxsi hesab vərəqəsinə 2011-ci ildə qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən borcun tələbi ilə məhkəməyə müraciət olunmuş və tələbin təmin olunması barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Sonradan həmin qətnamə Ali Məhkəmənin x xxxxxx 2015-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bu baxımdan, borcu tələb etmə müddətinin axımı, qətnamənin mövcudluğu tələb müddətinin axımını kəsdiyi və qətnamədən əvvələ mövcud vəziyyətdən davam etmiş hesab olunur. Qətnamə ləğv olunsa da, qüvvəsində olduğu vaxt müddət axımına daxil olmur. Qeyd olunan qətnamə 2 il 3 ay müddətində qüvvəsində olmuşdur. Bununla da silinməsi tələb olunan borcun MMC üzrə yarandığı müddət olaraq tələb etmə müddəti ötməmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(081)1378/2019 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 21(82)- 2109/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya hesablanmış 430.526,03 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan 430.526,03 manat vergi borcunun, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən, ümidsiz borc kimi silinməsindən cavabdeh tə rəfindən imtina olunması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-354/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx xxxx 2013-cü il tarixə vergilər üzrə 314.432,26 manat, faizlər üzrə 114.767,77 manat, maliyyə sanksiyası üzrə 1.326 manat olmaqla, ümumilikdə 430.526,03 manat məbləğində vergi borcu hesablanmış və müddət ötürülmədən sözügedən v ergi borcları həmin ildə də mübahisələndirilmişdir.
15. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir.
16. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə icraata xitam verildiyi halda, vergi orqanının müddəti ötürmədən vergi borcunu mübahisələndirməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, vergi orqanı vergi borcunun ödənilməsini təmin etmək üçün qanunvericilikdə daha real icra tədbirlərinin olmasını nəzərə almamışdır. Vergi Məcəlləsinin 89.1-ci və 90.1-ci maddələrinin məzmunundan da göründüyü kimi, vergi orqanı vergi borcunun ödənilməsini təmin etmək üçün daha real icra tədbirlərini həyata keçirə bilər, müəssisənin əmlakını siyahıya ala və həmin əmlakın açıq hərracda satılması üçün məhkəməyə müraciət edə bilərdi. Qeyd olunan icra tədbirləri vergi borcunun ödənilməsini tam təmin edə bilərdi. Vergi orqanı kimi iddiaçı isə məhkəməyə vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması deyil, bilavasitə vergi borcunun tutulması tələbi ilə müraciət etmişdir.
18. Bununla da, iddiaçıya hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan 430.526,03 manat vergi borcunun, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən ümidsiz borc kimi silinməsindən cavabdeh tərəfindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. 19. 2013-cü ildən hal-hazıradək keçən 7 il ərzində həmin borc məbləğinin MMCdən tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur, borc isə bu günədək MMC-dən tutulmamışdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir.
21. Qərarda vurğulanmışdır ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, ve rgi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablaşma hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri).
22. Bu hüquqların həyata keçirilməsi qaydaları isə, Vergi Məcəlləsinin 65-ci, 89cu və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilər inin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, məhkəmənin müraciətində qaldırılmış məsələ ilə bağlı vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar vergi orqanları tərəfindən həyata keçirdiyi tədbirlərin, bu tədbirlərin keçirilməsi üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərin, yaranmış vergi borclarının ümidsiz hesab edilməsinin əsaslarının açıqlanması böyük əhəmiyyət kəsb edir.
23. Eləcə də Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” x xxxxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. 24. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 5 nömrəli xx xxxxxx 2003-cü il tarixl i Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, vergi ödəyicilərinin vergi borclarının məhkəmə qətnaməsi ilə tutulması faktı onun nə mahiyyətini nə də məzmununu dəyişmir, həmin borc borcluğunda qalır və digər borclar kimi göstərilən qanunların təsiri altına düşdüyünə görə bu borclar qətnamələr ləğv edilmədən vergi orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada silinməlidir.
25. Göründüyü kimi, vergi borcunun tutulmasına dair məhkəmə qərarının qəbul edilməsi vergi borcunun silinməz borc olduğuna dəlalət etmir. Həmin qərarlar ləğv olunmadan vergi orqanları tərəfindən vergi borcları silinməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabde h tərəfindən hesablanmış vergi borcunun ödənilməsi barədə xx.xx.2013-cü il tarixli **********736300 saylı “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmiş və Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildirişdə göstərilən borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Əlavə olaraq bildirişdə borcların dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə əlavə (əmlak siyahıya alınması, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilməsi, operativ vergi nəzarəti, məhkəməyə müraciət, aktivlər barədə məlumatın təqdim edilməsi və. s) tədbirlərin görüləcəyi qeyd olunmuşdur. Lakin yaranmış borc məbləği ödənilməmişdir.
27. Bundan başqa, cavabdehin əmlakın siyahıya alınmasına dair qərarın icrası məqsədi ilə iddiaçıya “Vergi ödəyicisin in aktivləri barədə məlumat” forması göndərilmiş və bu forma üzrə məlumatların 10 gün ərzində cavabdehə təqdim edilməsi tələb edilmişdir. Lakin aktivləri barədə məlumat forması göstərilən müddət ərzində cavabdehə təqdim edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
28. Eləcə də, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncamın göndərilməsi təmin edilmişdir.
29. İddiaçı iddia ərizəsindən əvvəl eyni məzmunlu müvafiq ərizə ilə vergi orqanına müraciət etməmişdir. Bu məsələ ilə bağlı iddia qarşı təqdim olunmuş etirazda və məhkəmə iclasında müvafiq izahat verilmişdir.
30. Həmçinin qeyd olunmalıdır ki, 430.526,03 manat məbləğinin 114.767,77 manat faiz bo rcu “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununa əsasən iddiaçının şəxsi hesab vərəqəsində qeydşərtsiz silinmişdir. Lakin iddiaçı kassasiya şikayətində 430.526,03 manat vergi borcunun ümidsiz olduğundan silinməsini xahiş etmişdir.
31. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanı vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergiləri, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergi, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğinin vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. c. məhkəmə icraatı işt irakçılarının izahatları
32. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
33. Cavabdehin nümayəndəsi və vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Vergi Məcəlləsi: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93.1. Vergil ər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. Maddə 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
35. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
39. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, xx xxxx 2013-cü il tarixə vergilər üzrə 314.432,26 manat, faizlər üzrə 114.767,77 manat, maliyyə sanksiyası üzrə 1.326 manat olmaqla, ümumilikdə 430.526,03 manat məbləğində vergi borcu hesablanmış və müddət ötürülmədən həmin ildə də mübahisələndirilmişdir.
40. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2015-ci il tarixli 2(102)-185/2015 saylı qərarında ifadə olunmuş mövqeyinə görə, Vergi Məcəlləsinin 89.1-ci və 90.1-ci maddələrinin məzmunu nəzərə alınmaqla vergi orqanı vergi borcunun ödənilməsini təmin etmək üçün daha real icra tədbirlərini həyata keçirə bilər, müəssisənin əmlakını siyahıya ala və həmin əmlakın açıq hərracda satılması üçün məhkəməyə müraciət edə bilərdi. Qeyd olunan icra tədbirləri vergi borcunun ödənilməsini tam təmin edə bilərdi. Vergi orqanı kimi iddiaçı isə məhkəməyə vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması deyil, bilavasitə vergi borcunun tutulması tələbi ilə müraciət etmişdir.
41. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, hazırkı icraatda, söhbət vergi orqanı tərəfindən vergilərin tutulması üçün hansı real (yaxud daha real) addımların atılmalı olduğundan deyil, vergi orqanının bununla bağlı, ümumiyyətlə hər hansı tədbir görüb-görmədiyinin və bunun Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti daxilində baş veribvermədiyinin müəyyən edilməsindən gedir. Görülən tədbirin hətta qüsurlu, nəticəsinin uğursuz olması isə (o cümlədən, məhkəmə icraatı çərçivəsində) hesablanmış verginin tutulması müddəti ilə bağlı vəziyyəti vergi orqanının zərərinə dəyişmir, vergi öhdəliklərinin qüvvəsinə təsir etmir.
42. Apellyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-354/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov