Məhkəmə qərarları › İş №2-1(102)-1718/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1718/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1718/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; Nəqliyyat, dəniz və çay donanması, üzən heyət, matros) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtl ərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)1244/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 8660 nömrəli, xx.xx.1981-ci il tarixli attestatı ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Bakı Texniki Peşə Təhsili İdarəsinin 14 nömrəli texniki məktəbinə daxil olmuş və 22 may 1981-ci ildə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. 2. НЗ ******* nömrəli hərbi biletinə əsasə n İddiaçı xx.xx.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. 3. xx.xx.1984-cü il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-cü ildə Bakı Baş Tikinti idarəsinin İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində 4-cü dərəcəli ekskavator-maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə vəzifədən azad edilmişdir. xx.xx.1984-cü ildə Tikinti idarəsi Tresti “Volqodonskstroy” Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə X10 Nəqliyyat Donanmasının üzücü heyətinə matros şagirdi qismində işə qəbul edilmiş, xx.xx.1985ci ildə Nəqliyyat donanmasının matros şagirdi qismində işə qəbul edilmiş, xx.xx.2011ci ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Dövlət X6 üzücü heyətə matros vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə AXDG QSC X1 üzücü heyətə matros vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə 1-ci dərəcəli matros peşəsinə keçirilmiş, xx.xx.2019-cu ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə matros peşəsinə keçirilmiş və hal-hazırda orada işləyir.

4. Astara rayon Dövlət Arxivinin 12 noyabr 2020-ci il tarixli, 224 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ona görə ki, Astara rayonu sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1979-cu ilin fevral ayının 15-də 27 saylı əmrlə sovxoza müvəqqəti fəhlə qəbul olunmuş, 1980-cı ilin iyul ayına kimi əmək haqqı al mışdır. İddiaçı Astara rayon Partiyanın XXİİ qurultayı adına sovxozunda 1979-cu ilin fevral, mart, aprel, may, iyun, iyul, noyabr, dekabr və 1980-ci ilin aprel, may, iyun, iyul aylarında əmək haqqı almışdır. 5. “Azərbaycan X10” QSC X2 xx.xx.2021-ci il tarixli, AM03/02-139 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət X10nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1985-ci il tarixindən xx.xx.2011-cı il tarixinədək və xx.xx.2012-ci il tarixindən hal-hazıradək matros vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhə rətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 36 il 02 ay 28 gün gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 09 ay 22 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il t arixli 154 №li Qərarına əsasən X10 Azərbaycan Dövlət X10 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №li və xx.xx.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət X10nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X9 yenidən təşkili yolu ilə “Azərbaycan X10” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. 6. “Azərbaycan X10” QSC X2 xx.xx.2021-ci il tarixli, ÇS02/02-431 nömrəli məktubuna əlavə edilmiş “Azərbaycan X10” QSC X2 xx.xx.2021-ci il tarixli, AMxx/xx1102 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət X10nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1985-ci il tarixindən xx.xx.2011-ci il ta rixinədək və xx.xx.2012-ci il tarixindən halhazıradək matros vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 36 il 04 ay 02 gün gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 36 il 09 ay 08 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21. 2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №li Qərarına əsasən X10 Azərbaycan Dövlət X10 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cii il tarixli №li və xx.xx.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət X10nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X9 yenidən təşkili yolu ilə “Azərbaycan X10” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir

7. Astara rayon Dövlət Arxivinin xx.xx.2021- ci il tarixli, 103 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Astara rayon sabiq Partiyanın XXİİ qurultayı adına sovxozunda işlədiyi iş stajını və ona səbəb olan sənədlər göndərilir. Həmin məktuba əlavə edilmiş Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 103/1 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ona görə ki, Astara rayonu sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1979-cu ilin fevral ayının 15-də 27 saylı əmrlə sovxoza müvəqqəti fəhlə qəbul olunmuş, 1980-ci ilin iyul ayına kimi əmək haqqı almışdır. İddiaçı Astara rayon Partiyanın XXİİ qurultayı adına sovxozunda 1979cu ilin fevral, mart, aprel, may, iyun, iyul, noyabr, dekabr və 1980- ci ilin aprel, may, iyun, iyul aylarında əmək haqqı almışdır.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

9. Cavabdeh 1 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mərkəzi filiala təqdim edilən 11 iyul 1984-cü il tarixli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi ərizəçinin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 16 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984- xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğin dən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45000,00 manat hesablandığı halda, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38500,60 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 5 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya 57 yaşdan, yəni 7 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzəri nə qoyulmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il tarixində doğulmuş, xx.xx.1979-cu il tarixdən 1980-ci ilin iyul ayınadək Astara rayonu Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda fəhlə işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 14 nömrəli texniki peşə məktəbində təhsil almış, xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında xidmət etmiş, qayıtdıqdan sonra xx.xx.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli məktubunda ərizəsinin təmin olunmasından imtina edilmişdir.

12. Cavabdeh iddia tələbi nə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

13. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-9170/2021 nömrəli qərarı ilə (hakim X7) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 7 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. İddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1980-xx.xx.1981-ci il tarixədək təhsil dövrü 08 ay 22 gün, xx.xx.1981-xx.xx.1983-cü il tarixədək hərbi xidmət dövrü 02 il 01 ay 04 gün, xx.xx.1984- xx.xx.1984-cü il tarixədək əmək dövrü 01 ay 19 gün, xx.xx.1984xx.xx.1984-cü ilədək iş dövrü 03 ay 20 gün, X6 xx.xx.1985-xx.xx.2006-cı il tarixədək 20 il 11 ay 19 gün olmaqla, ümumilikdə 24 il 02 ay 24 gün təşkil edir. Cavabdeh öz imtinasında, eləcə də etirazında iddiaçının qeyd edilən illər üzrə ümumi iş stajının mövcudluğunu mübahisələndirmir. Cavabdehin iddiaçının Astara rayon sabiq Partiyanın XXİİ qurultayı adına sovxozunda işlədiyi dövrün onun əmək kitabçasında qeyd edilmədiyini əsas götürərək həmin dövrü pensiya təyini üçün tələb olunan ümumi iş stajına hesablamamışdır. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nı n 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. - Astara rayon Dövlət Arxivindən təqdim edilmiş arxiv arayışı, həmin arayışa əlavə edilmiş sovxozda əmək haqqı kitabı və əmrlər kitabından çıxarışda İddiaçı Astara rayon Partiyanın XXİİ qurultayı adına sovxozunda 1979-1980-ci illərdə çalışdığı və 1979-cu ilin fevral, mart, aprel, may, iyun, iyul, noyabr, dekabr və 1980 -ci ilin aprel, may, iyun, iyul ayları üzrə əmək haqqı aldığı qeyd edilmişdir. Dövlət arxivindən verilmiş həmin arayışın, eləcə də arxiv arayışının tərtibinə əsas olan təqdim edilmiş əmək haqqı və əmrlər kitabından çıxarışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. İddiaçının sovxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Məhkəmə iddiaçının adıçəkilən Astara rayon sabiq Partiyanın XXİİ qurultayı adına sovxozunda işlədiyi və əmək haqqı aldığı 1979-cu il üzrə 8 ay və 1980-ci il üzrə 4 ay olmaqla ümumilikdə 12 ayı - 1 ili iddiaçının ümumi iş stajına hesabladıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 il 02 ay 24 gün (təhsil sənədi, hərbi bilet, əmək kitabçası üzrə 24 il 02 ay 24 gün + arxiv arayışı üzrə əmək fəaliyyəti dövrü 12 ay) ümumi iş stajına malik olduğu nəticəsinə gəlir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsi, 23003010 kodu altında üzən heyət zərərli peşə kimi nəzərdə tutulmuşdur. Təqdim olunmuş iş yerindən güzəştli arayışa əsasən iddiaçının Azərbaycan X10nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1985-ci il tarixindən xx.xx.2006-cı tarixədək işlədiyi matros vəzifəsi və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. İddiaçının işlədiyi gəmilər liman akvatoriyasınd a daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. - Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş və hazırkı tələbin hüquqi əsasını təşkil edən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir

15. Cav abdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1244/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X3) ilə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin d əlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (7 mart 2020-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıda kılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 23000000 - XXVİİİ. Nəqliyyat 23003000 -

3. Dəniz və çay donanması. 23003010 - 1) Üzən heyət. 23003010 - Dəniz, çay donanmasını n və balıqçılıq sənayesi donanmasının gəmi heyəti /daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla/)

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər ş ərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.

32. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir.. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(103)-1244/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar