Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1718/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yeni məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-274/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək xidmət rəisinin sərəncamında olmuşdur. xx.xx.2011-ci il tarixdə sərəncamdan daha az maaşlı vəzifəyə, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllim vəzifəsinə təyin olunmuşdur.
2. İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.N-ci il tarixinədək X6 Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil aldığı dövrdə xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək (2 ay N gün) N saylı hərbi hissədə könüllü olaraq sıravi əsgər qismində həqiqi hərbi xidmət keçdiyini, həmin dövrün əsassız olaraq xidmət illərinə hesablanmadığını, nəticədə pensiya təminatı hüququnun pozulduğunu iddia edir.
3. İddiaçı cavabdehə müraciət edərək, yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmasını xahiş etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanladığı 27 may 2019-cu il tarixli, 4/17-464 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, müraciətə əlavə edilmiş sənədlər (arayışlar, epikriz və s.) əsasında N-ci ilin may-noyabr aylarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olduğuna dair məlumatların Dövlət Sərhəd Xidmətinə göndərilməsi barədə Müdafiə Nazirliyinin arxivinə dəfələrlə sorğu ünvanlansa da, həmin hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilməsi və siyahıdan çıxarılması barədə hərbi hissə komandirinin müvafiq əmrləri mövcud olmadığından, göstərilən ayların pensiya təminatında nəzərə alınması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək N saylı hərbi hissədə könüllü olaraq, sıravi əsgər qismində həqiqi hərbi xidmət keçdiyi ümumi müddətin 2 ay 23 gününün uzun müddət xi dmət illərinin üzərinə əlavə edilməsi və bunun nəticəsində xx.xx.2011-ci il tarixində səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi zaman yaşa görə əmək pensiyası almaq hüququna malik olması səbəbindən əmək pensiyasına əlavənin bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanması və yeni tərtib edilmiş məlumat vərəqəsinin pensiya məbləğinin yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixindən xx.xx.N-ci il tarixinədək X6 Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil almış, Azərbaycan Respublikasının MN-nin N saylı hərbi hissəsinin Ucar rotasının şəxsi heyətinin sıralarına könüllü olaraq sıravi əsgər qismində həqiqi hərbi xidmətə yazılmış, N-ci ilin iyun ayının 20-dən 21-nə keçən gecə Ağdərə rayonun Madagiz kəndinin üst hissəsində (Tərtər çayının yanında olan dağın üstündə) erməni birləşmələri ilə gedən döyüşdə ağır yaralanmışdır. Onu Tərtər rayon xəstəxanasına gətirmişlər. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra Ucar rayon xəstəxanasına gətirmişlər. xx.xx.N-ci il tarixində Bakı şəhərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının cərrahiyə şöbəsinə gətirmişlər. xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə almışdır.
7. Mərkəzi Hə rbi Hospitalın cərrahiyə şöbəsində müalicəsi başa çatdıqdan sonra, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının qərarına əsasən ona 60 gün müddətində və daha sonra əlavə olaraq 30 gün müddətində xəstəliyə görə məzuniyyət verilmişdir. Müalicə ilə əlaqədar məzuniyyət müddəti bitdikdən sonra o, təhsil aldığı Bakı Dəniz Yolları Məktəbinin rəisinə müraciət etmiş və onun müvafiq əmri ilə təsdiq edilmiş imtahan komissiyası tərəfindən hərbi fənlər üzrə imtahanların nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının MN-nin müvafiq əmri ilə leytenant hərbi rütbəsi və “X9raşdıran gəmilərin 5-ci döyüş hissə komandiri” hərbi uçot ixtisası ilə yanaşı “Gəmi energetik qurğularının istismarçısı” mülki texniki ixtisas diplomu verilmişdi r. xx.xx.N-ci il tarixində «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin - X3 Mühafizəsində həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətdə əldə etdiyi uğurlara görə briqada rəhbərliyi onun vəzifəsinin yüksəldilməsi qərarına gəlmiş və xx.xx.1995-ci il tarixində o, SGG briqadasının elektromexanika xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixində xidmət zamanı yol verdiyi bəzi səhvlərə görə DSX-nin rəhbərliyi tərəfindən aşağı vəzifəyə, yəni 205P layihəli SGG-nin 5-ci döyüş hissəsinin komandiri vəzifəsinə keçirilmişdir. Lakin bir il beş aydan sonra xidməti döyüş fəaliyyətində əldə etdiyi müsbət nəticələri nəzərə alaraq DSX rəhbərliyi onun hərbi hissənin elektromexa nika bölməsinin baş zabiti vəzifəsinə təyin olunması barədə qərar qəbul etmişdir. xx.xx.2005-ci il tarixində DSX-nin rəhbərliyi onun X7 Dəstəsi rəisinin elektromexanika üzrə müavini vəzifəsinə təyin edilməsi barədə qərar qəbul etmişdir.
8. Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanı, DSX rəisinin xx.xx.2007ci il tarixli, 0116 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə, xx.xx.2008-ci il tarixli 0129 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə (Silahlı Qüvvələrdə 10 və 15 təqvim ili qüsursuz xidmətə görə) təltif edilmişdir. xx.xx.2010-cu il tarixində DSX-nin Sahil Mühafizəsində həyata keçirilmiş ştatların ixtisarı və struktur dəyişiklikləri ilə əlaqədar olaraq SGGD-si ləğv edilmiş və xidməti vəzifəsinin adı Sahil Mühafizəsinin X1 Elektr omexanika bölməsinin rəisi kimi müəyyən edilmişdir. O, gənc yaşında vərəm xəstəliyinə tutulmuşdur. 2011-ci ilin mart ayında DSX-nin SM-nin rəisi cənab general- leytenant İlham Mehdiyevə müraciət edərək, səhhəti ilə əlaqədar xidməti mənafe naminə aşağı vəzifəyə keçirilməsini xahiş etmişdir. xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək DSX-nin SM-nin Təlim-Tədris Mərkəzinin baş müəllimi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra öz arzusu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, X2 xx.xx.2011-ci il tarixli, 1547/şh saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinin müddəalarına əsasən (öz arzusu ilə) xx.xx.2011-ci il tarixində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvəl ərinin ehtiyatına buraxılmışdır. Göründüyü kimi, xx.xx.2011-ci il tarixində (xx.xx.N-ci il tarixindən-xx.xx.2011-ci il tarixinədək) o, artıq DSX-nin SM-də 18 il, 3 ay, 20 gün həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2011-ci il tarixində DSX-nin Sahil Mühafizəsinin X1 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin Təlim-Tədris Mərkəzinin baş müəllimi vəzifəsinə keçdiyi zaman onun artıq 19 il, 9 ay, 20 gün təqvim müddəti ərzində xidmət illəri (əmək stajı) mövcud idi. xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək MN-nin hərbi hospitalında müalicə aldığı müddətin Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil aldığı müddət ilə üst-üstə düşdüyü aşkardır. xx.xx.N-ci il tarixindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Hərbi Həkim Komissiyasının qərarına əsasən ona verilmiş 60 gün müddətində və daha sonra əlavə olaraq 30 (otuz) gün müddətində xəstəliyə görə məzuniyyət müddətinin staja qeyd edilmədiyi də aşkardır. Bu müddətin üst-üstə düşdüyü hissəsi nəzərə alınmasa da, məzuniyyətin digər hissəsini, yəni xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək olan müddəti-2 ay 25 günü ümumi stajının üzərinə gəldikdə (və ya 2 ay 10 gün) məlum olur ki, xx.xx.2011-ci il tarixində DSX-nin Sahil Mühafizəsinin X1 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin Təlim-Tədris Mərkəzinin baş müəllimi vəzifələrinə keçirildiyi zaman 20 il, 0 ay, 15 gün stajı (və ya 20 il 00 ay, 00 gün) mövcud olmuşdur. Bu məqsədlə o, 2011-ci ilin avqust ayında DSX SM-nin rəisinə müraciət edərək, ondan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı tərəfindən ona ve rilmiş AR MHH-nın Hərbi Həkim Komissiyasının xx.xx.N-ci il tarixli, 496 saylı və xx.xx.Nci il tarixli, 1636 saylı arayışların surətini, habelə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının arxivindən ona verilmiş 2999-N nömrəli xəstəlik tarixçisindən (epikrizdən) çıxarışın surətini təqdim edərək, onun xidmət illərinin hesablanması zamanı N-ci ilin may ayından həmin ilin noyabr ayının 11-15 tarixlərinədək olan müddətin də əlavə olunmasını xahiş etmişdir.
9. Eyni zamanda, DSX SM-nin rəisinin göstərişinə əsasən AR MN-nə 2-ci dərəcəli kapitan İddiaçı MN-nin N saylı hərbi hissəsində könüllü olaraq N-ci il tarixində xidmət keçməsi haqqında məlumatın verilməsi barədə müvafiq sorğu göndərilmişdir. Lakin göndərilən sorğuda məlumatın düzgün yazılmamasına görə sorğuya mənfi cavab gəlmişdir. Belə ki, göndərilən sorğuda 2-ci dərəcəli kapitan İddiaçı yazılmışdı. N-ci ildə o, AR MN-nin N saylı hərbi hissəsinin sıravi əsgəri idi. Arxiv sənədlərində N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində Ucar rotasının sıravi əsgəri İddiaçı adı qeyd edilmişdir. O, az maaşlı vəzifəyə keçirilənədək əmək pensiyası almaq hüququna malik olmuş və səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilmişdir.
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Silahlı Qüvvələrin ehtiyatında olan 2-ci dərəcəli kapitan İddiaçı iddia ərizəsində 15 may N-ci il tarixindən 27 noyabr N-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində könüllü olaraq həqiqi hərbi xidmət keçdiyini bildirsə də, onun şəxsi işində bu barədə qey dlər olmadığından DSX-nin Kadrlar Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinə 04 oktyabr 2018-ci il tarixli, 4/17-829 nömrəli müvafiq sorğu ünvanlanmışdır. Müdafiə Nazirliyindən sözügedən sorğuya daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Mirzəbaba oğlunun göstərdiyi hərbi hissədə onun N-ci ilin iyun-dekabr ayları ərzində xidmət etməsi və yaralanması barədə heç bir məlumat yoxdur, belə ki, adı qeyd olunan zabitin göstərilən tarixlərdə həqiqi hərbi xidmət keçməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında hər hansı bir qeydiyyat müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində az maaşlı vəzifəyə keçirildiyini və həmin vəzifəyə keçirildiyi gün xidmət illərinə görə pensiya hüququnun yarandığını göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı aşağı vəzifəyə keçirilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi-X2 17 mart 2011-сi il tarixli, 400 Ş/h saylı əmrində bu barədə qeydlər olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18- ci bəndinin ona şamil olunması qanunsuzdur.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2021 nömrəli, 7 may 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində könüllü olaraq, sıravi əsgər qısmində həqiqi hərbi xidmət keçdiyi ümumi müddətin 2 ay 13 günü uzun müddət xidmət illərinin üzərinə əlavə edilmiş və bunun nəticəsində xx.xx.2011-ci il tarixində səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi zaman yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu səbəbindən əmək pensiyasına əlavənin bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanması və yeni tərtib edilmiş məlumat vərəqəsinin pensiya məbləğinin yenidən hesablanması üçün Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.N-ci ildən əvvəlki dövrdə hərbi xidmətdə olmasını, döyüşlərdə iştirakını təsdiq edən digər bir fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/219424 nömrəli arxiv arayışıdır. Həmin arayışda qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi qovluğunda Ucar rotasının 3-cü manqasında sıravi əsgər İddiaçı adı qeyd edilmişdir. Göründüyü kimi, inzibati orqan iddiaçının əvvəllər döyüş əməliyyatlarında iştirakını və yaralanması fakt ını əsas götürərək ona müharibə veteranı adı və vəsiqəsini vermişdir. Lakin hazırki halda cavabdeh inzibati orqan iddiaçının onda xidmətə qəbul edilənədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən sənədlərin arxivdə mövcud olmadığı əsası ilə həmin dövrlərin xidmət müddətinə daxil edilməsindən əsassız olaraq imtina edir.
13. İddiaçının xx.xx.N-ci il tarixdən əvvəlki dövrdə könüllü olaraq həqiqi hərbi xidmətdə olduğu dövr onun xidmət müddətinə əlavə edilməlidir. İddiaçının 12 avqust N-ci ilədək Bakı Dəniz Yolları Məktəbində təhsil müddətini nəzərə alsaq, ona xx.xx.N-ci il tarixdən və xx.xx.N-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaraya görə 60 günlük,daha sonra 30 günlük məzuniyyətin verilməsi, həmçinin N nömrəli hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsinə dair oktyabr N-ci il tarixə aid qovluqda siravi əsgər İddiaçı adının olması onun 12 avqust N-ci ildən 25 noyabr N-ci ilədək olan müddətdə həqiqi hərbi xidmətdə olduğunu təsdiqləyir. Qeyd edilən 2 ay 13 gün xidmət müddəti də nəzərə alındıqda, iddiaçının az maaşlı vəzifəyə keçirilməsinədək qanunvericiliklə nəzərdə tutulmuş 20 təqvim ili tamamlanmış olur. Belə olan halda, iddiaçının Dövlət Sərhəd Xidmətinin rəisi - X2 17 mart 2011-ci il əmri ilə az maaşlı vəzifəyə keçirilənədək xidmət müddəti təqvim ili ilə 20 ildən artıq təşkil edir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-177/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi/, A.Hüseynov və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1047/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.Bədəlov və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xidməti dəftərçəsinə istinad edilərək, iddiaçının aşağı maaşlı vəzifəyə, yəni Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsi əsasının xx.xx.2011-ci il tarixli raport olduğu, xx.xx.2011-ci il tarixli raportda səhhəti ilə bağlı Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsinin xahiş edildiyi qeyd edilsə də, işin bu halı raportda öz əksini tapmır (İİ cild, iş vərəqi 151). Həmin raportda iddiaçı ona təklif olunmuş müəllim vəzifəsinə əvvəllər etdiyi imtinadan peşman olduğunu bildirmiş və təyin edilməsini xahiş etmişdir.
20. Belə ol an halda, məhkəmə kollegiyası qeyd edir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının aşağı maaşlı vəzifəyə, yəni Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsi əsasının səhhəti ilə əlaqədar olub-olmaması araşdırılmalı, xx.xx.2011-ci il tarixli raporta məzmununa uyğun hüquqi qiymət verilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-274/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, C.Yusifov və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, bundan əlavə, Al i Məhkəmənin iş üzrə göstərişlərini icra edərək, iddiaçının raport yazdığını və səhhəti ilə bağlı Tədris Mərkəzində müəllim vəzifəsinə keçirilməsini xahiş etdiyini, həmin raport əsasında vəzifəyə təyin olunduğunu, yəni səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyini müəyyən etmişdir.
23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin imtinanın və apelyasiya şikayətinin dəlillərinə əsaslanan kassasiya şikayətində təkrar olaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.2010-cu il tarixədək AR Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2010-cu il tarixdən x x.xx.2011-ci il tarixədək DSX rəisi-SQ komandanının sərəncamında olmuşdur. xx.xx.2011-ci il tarixdə sərəncamdan qaytarıldıqda isə daha az maaşlı vəzifəyə, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifəsinə təyin olunmuşdur.
25. İddiaçı 13 sentyabr 2011-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən sabiq hərbi qulluqçu İddiaçı “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xidmət illərinə görə pensiya, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gə minin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifə maaşına uyğun təyin olunmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavə təqdim edərək, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. 28. “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikası Qanunu Maddə
3. Hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Maddə1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Maddə 22.4 Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 1 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları Bənd
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublik asının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir.
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. X8 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrini n, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli he sab olunur.
36. Eyni zamanda qanunvericiliyin istinad olunan normaları baxımından iddiaçının xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi və keçirildiyi gün yaşa görə əmək pensiyası hüququna malik olması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndir məsi ilə də razılaşır.
38. Bununla yanaşı, kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.
40. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, hərbi qulluqçuların əmək pensiyasına əlavə, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilənədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğinə əsasən o zaman hesablanır ki, qeyd edilən keçirilməyədək hərbi qulluqçu yaşa görə əmək pensiyası almaq hüququna malik olsun. Başqa sözlə, istinad olunan normada təsbit edilmiş dispozisiya şərtləri baxımından iddiaçı xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməli, həmin vəzifəyə keçirilənədək əvvəlki vəzifədə azı bir il çalışmış olmalı, yeni vəzifəyə keçirildiyi günə yaşa görə əmək pensiyası hüququ yaranmış olmalıdır. Yalnız bu şərtlərin hamısının birlikdə mövcud olduğu halda, hərbi qulluqçunun əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. 41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanu nunun 9.5.1-ci maddəsinə görə, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2011-ci il tarixli əmrlə daha az maaşlı vəzifəyə keçirildiyi günədək iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
42. Bundan əlavə, hazırkı işə təkrar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuş göstərişlər icra olunmuş, iddiaçının xx.xx.2011-ci il tarixli raportla cavabdehə müraciət etdiyi, həmin raportda səhhəti ilə bağlı Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsini xahiş etdiyi və bundan sonra Dövlət Sərhəd Xidmətinin rəisi-X2 xx.xx.2011-ci il tarixli əmri ilə həmin vəzifəyə təyin olunduğu, başqa sözlə, iddiaçının səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyindən və keçirildiyi günədək yaşa görə əmək pensiyası almaq hüququ yarandığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, istinad olunan normada təsbit edilmiş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur.
44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilə n səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-274/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.