Məhkəmə qərarları › İş №2-1(102)-1719/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1719/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1719/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı)cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qərarların qanunsuz hesab edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-615/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərar və qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə Əfqanıstan İslam Respublikasında doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. İddiaçı 20.11.2017-ci il tarixdə ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdeh orqana müraciət etmiş, iddiaçı və onun ailə üzvlərinin vəsatətinə cavabdeh orqan tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və 15.02.2018-ci il tarixli qərarla onlara qaçqın statusunun verilməsindən imtina edilərək qeyd olunmuşdur ki, iddiaçı vətəndaşı olduğu ölkəd ə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini baxışlarına görə özü və ya ailə üzvü dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Daha sonra iddiaçı tərəfindən inzibati qaydada həmin qərardan şikayət verilmiş və şikayət cavabdeh orqanın 17.04.2018-ci il tarixli qərarı ilə təmin olunmamışdır. İddiaçı cavabdehə qarşı 22 may 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 15.02.2018-ci il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” və 17.04.2018-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarlarının qanunsuz hesab edilməsi, iddiaçının “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərə k ona və ailə üzvləri olan arvadı 1985-ci il təvəllüdlü Karimi Mazida, oğlu 1993-cü il təvəllüdlü X8, qızı 2002-ci il təvəllüdlü X10, qızı 2004-cü il təvəllüdlü X11, oğlu 2006-cı il təvəllüdlü Karimi Sulaiman, qızı 2008-ci il təvəllüdlü Karimi Munavara, qızı 2008-ci il təvəllüdlü Karimi Madina, qızı 2009-cu il təvəllüdlü Karimi Sacia, oğlu 2011-ci il təvəllüdlü Karimi İsmail, oğlu 2013-cü il təvəllüdlü Karimi Yousufa “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əfqanıstanlıdır. Onun ilk arvadının qohumları 7-8 il əvvəl onun böyük qızı Bibi Hamire ilə ailə qurmaq istəyir, imtina olunduqda isə iddiaçının qızını oğurlayırlar. Bu hadisədən sonra iddiaçı həmin ailədən bir qızın öz oğlu Mohammad Ağa ilə ailə qurmasını istəyir, lakin birinci arvadının qohumları bununla razılaşmır və əvəzində iddiaçının digər qızını qaçırmaqla təhdid edirlər. Onun qızı Bibi Hamire hal-hazırda ailəlidir və bu evlilikdən üç uşağı vardır. Təqribən bir il yarım əvvəl iddiaçı kiçik qızı Hadianı məktəbə aparan zaman məktəbin yaxınlığında birinci arvadının qohumlarını görür. İddiaçı onlara yaxınlaşıb orada olma səbəblərini soruşmaq istəyəndə onlar iddiaçıya hücum edir və onu döyürlər. İddiaçı onların qızına zərər vuracağından ehtiyat edərək qızına təhsilini davam etməyə icazə vermir. Onun oğlanlarından biri Müslüm ona qarşı çıxıb Bibi Hamire ilə yaşamaq üçün onun yanında qalır. İddiaçı özünə və ailəsinə gələcəkdə zərər vurula biləcəyindən ehtiyat edərək özünün ikin ci arvadı və 9 uşağı ilə Əfqanıstanı tərk edərək Azərbaycana gəlir və qaçqın statusu alınması üçün cavabdeh orqana müraciət edir. Lakin cavabdeh tərəfindən yaradılmış müvafiq komissiyanın qərarına əsasən onlara qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdehin qərarı əsassız olduğundan rədd edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-2866/2018 saylı iş) 20 noyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nə ticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən onlara qaçqın statusu verilməmişdir. İddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut cavabdeh orqana təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X1-məruzəçi, X2 və X3, 2-1(103)-615/2019 saylı iş) 28 fevral 2019-cu il tarixli qərardadla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2866/18 saylı, 20.11.2018-ci il tarixli qərarı qisməncavabdeh orqanın 17.04.2018-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının qanunsuz hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv etmiş, həmin hissədə iddianı mümkün saymamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən mümkün saymamasını onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən inzibati aktın dəyişdirilmədən saxlanılması barədə şikayət instansiyası tərəfindən qəbul edilmiş qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 28 fevral 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2866/18 saylı, 20.11.2018-ci il tarixli qərarının “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15.02.2018-ci il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi, iddiaçı və ailə üzvlərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinin rədd edildiyi hissə sini dəyişdirmədən saxlamışdır. İddiaçı 14 mart 2019-cu il tarixdə qərar və qərardadın surətini almış, 29 mart 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın və qərardadın ləğv edilməsi, iddianın təmin olunması və ya işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının mübahisələndirilən qərar və qərardadı ləğv edilməli və İnzibati-Prosessual Məcəllənin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir və ya yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kassator un vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmaması, siyasi fəaliyyətlə məşğul olmaması, irqi əlamətlərinə, milliyyətinə və dini baxışlarına görə özü və ailə üzvlərinin dövlət orqanları tərəfindən təqibə məruz qalmamasını hesab edərək səhv nəticəyə gəlmişdir. Kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, vətəndaşı olduğu ölkədə geniş yayılmış azyaşlı qız uşaqlarının qaçırılaraq zorla ərə verilməsi hallarından ehtiyat edərək, öz qızının qaçırılaraq zorla ərə verilməsi təhdidləri ilə rastlaşdığı üçün öz ölkəsindən qaçaraq ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının ic lasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılm aması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın-Azərbaycan Respublikasının vətə ndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İddiaçı ərizəsində bildirmiş dir ki, sünni dini təriqəti tacik etnik qrupuna aid Əfqanıstan vətəndaşıdır, birinci arvadı öldükdən sonra başqa qadınla ailə qurmuş, birinci arvadının qohumları ondan olan qızı ilə evlənmək istəmiş, o, razı olmadıqda aralarında münaqişə yaranmış, qızını oğurlamışlar. Bundan sonra həmin ailədən bir qızı öz oğlu ilə evləndirmək istəmiş, onlar buna razı olmamış, münaqişə daha da kəskinləşmiş, digər qızını da qaçırmaqla təhdid etmişlər. Özünə və ailəsinə gələcəkdə zərər vura biləcəyindən qorxuya düşərək ikinci arvadı və 9 uşağı ilə Azərbaycan Respublikasına gəlmişlər. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) status u haqqında” Qanunun 1-ci maddəsində göstərilən “qaçqın” anlayışının tələblərinə cavab vermədiyindən, həmçinin onunla və ailə üzvləri ilə aparılmış müsahibənin nəticələrinə əsasən əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən onlara qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsu bluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alı ndığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəf li araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçı həmçinin ona qaçqın statusu verilməsindən imtina barədə cavabdehin qərarından inzibati şikayət vermiş, şikayət instansiyasının qərarı ilə inzibati şikayət təmin edilməmiş, inzibati orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddiasında inzibati orqanın qərarı ilə yanaşı şikayət instansiyasının qərarını da mübahisələndirmiş, bu hissədə iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə qərardadı ilə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək şikayət instansiyasının qərarı mübahisə predmetini təşkil etmədiyindən iddianı mümkün saymamışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını da kassasiya qaydasında mübahisələndirmişdir. İPM-in 32.2.2-ci m addəsinə əsasən, barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Şikayət instansiyası inzibati orqanın qərarını dəyişdirməmiş, başqa formada inzibati akt qəbul etməmiş, öz qərarı ilə başqaları, o cümlədən iddiaçı üçün yeni öhdəlik yaratmamışdır. Odur ki, şikayət instansiyasının qərarı mübahisələndirmə haqında iddianın predmeti olmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun ləğvinə aid hissədə iddianı mümkün saymamışdır. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları nın pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-615/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar